Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasının (Milli Kurrikulumun) təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı və Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
(Dünya Bankı) arasında
bağlanmış kredit sazişi çərçivəsində
həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsinə uyğun
olaraq, Azərbaycan Respublikasında ümumi təhsil üzrə təlim nəticələrini
və məzmun standartlarını, ümumi təhsilin hər bir
pilləsində
nəzərdə tutulan fənləri, həftəlik dərs
və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji
prosesin təşkili, təlim nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi üzrə əsas
prinsipləri və bir sıra digər təhsil
parametrlərini kompleks şəkildə əks etdirən
konsepsiyanın müəyyənləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli Kurrikulumu)" təsdiq edilsin
(əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.RASİZADƏ
Bakı
şəhəri, 30 oktyabr 2006-cı il
№
233
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2006-cı
il 30 oktyabr tarixli 233 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
AZƏRBAYCAN
RESPUBLİKASINDA ÜMUMİ TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURRİKULUMU)
GİRİŞ
Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumu (bundan sonra - Milli Kurrikulum) konseptual
xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini
və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində
nəzərdə tutulan fənləri, həftəlik dərs
və dərsdənkənar
məşğələ saatlarının miqdarını,
pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi
və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə
edir.
Milli
Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın
qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə
hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət
kəsb etdiyi nəzərə alınaraq, müstəqil
qərarlar qəbul etməsi
üçün onun zəruri təhsil səviyyəsinə və
bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas
hərəkətverici qüvvəsi olan insanın
formalaşdırılmasına
və problemlərin həllinə yönəlmişdir.
Milli
Kurrikulum bilavasitə aşağıdakı funksiyaların
reallaşdırılmasına xidmət edir:
ümumi
təhsilin pillələri, bu pillələrdə tədris
olunan fənlər arasında əlaqələrin və
ardıcıllığın təmin edilməsi;
fənlərin
məzmununun cəmiyyətin tələbatına uyğun daim
təkmilləşdirilməsi və yeniləşdirilməsi;
təlim
texnologiyalarının çevikliyi və interaktivliyinin təmin
olunması;
nəticəyönümlü
fənn kurrikulumlarının hazırlanıb tətbiq
edilməsi;
təlim
mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin,
təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin,
bilik, bacarıq və vərdişlərin təhsil
pillələri üzrə konsentrik prinsip əsasında
müəyyənləşdirilməsinin təmin olunması;
şagird
nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və
stimullaşdırılmasının təmin edilməsi.
Milli
Kurrikulum aşağıdakı ümumi prinsiplərə istinad
olunmaqla hazırlanmışdır:
milli
və ümumbəşəri dəyərlərin
nəzərə alınması;
ümumi
inkişafı, meyil və maraqları nəzərə
alınmaqla bütün şagirdlərə əlverişli
təlim şəraitinin yaradılması;
tələbyönümlülük;
nəticəyönümlülük;
inteqrativlik.
I. ÜMUMİ
TƏHSİLƏ
VƏ ÜMUMİ TƏHSİLLİ ŞƏXSƏ VERİLƏN TƏLƏBLƏR
Ümumi təhsil - insanın, ailənin,
cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri
dəyərlərə, dünyəvilik, sistemlilik, varislik,
inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan,
nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin
formalaşmasına, onun intellektual, sosial və fiziki
inkişafına, təhsilini davam etdirməsinə, əmək
fəaliyyətinə başlaması üçün zəmin
yaradılmasına yönəlmiş məqsədəuyğun
proses olub şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi
xüsusiyyətləri və potensial imkanları nəzərə
alınmaqla sürətlə dəyişən dünyada gedən prosesləri,
problemləri və inkişaf tendensiyalarını başa
düşmək və qiymətləndirmək, zəruri bilik,
bacarıq və vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq
etmək, sərbəst surətdə əlavə biliklər
almaq bacarıqlarını, bazar münasibətləri şəraitində
cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmələrini, şəxsiyyətin azad
inkişafını təmin edir.
Ümumi orta təhsilli şəxs - ana dilini
dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti
haqda ətraflı məlumatlara malik olan, incəsənəti,
ədəbiyyatı, elmi nailiyyətləri, insan
əməyini, vətəndaşların hüquq və azadlıqlarını
dəyərləndirməyi
bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan,
dövlətçiliyə və dövlət mənafeyinə sadiqlik
nümayiş etdirən, müasir texnika və kommunikasiya
vasitələrindən səriştəli istifadə edən,
insanlara, milli adət-ənənələrə, təbiətə,
əxlaqi-mənəvi dəyərlərə tolerant,
həssas və ədalətli münasibət bəsləyən,
təhsillənməyi və məlumatlanmağı bacaran,
bazar iqtisadiyyatı şəraitində rəqabətə
davamlı olmaq və həyatda müstəqil yaşayıb
fəaliyyət göstərmək, inkişaf etmək, sağlam həyat
tərzi qurmaq, müstəqil mövqeli olmaq kimi keyfiyyətlərə
yiyələnən, cəmiyyətin tələbatına
uyğun zəruri bilik, bacarıq və vərdişlər qazanan, ana dili
ilə yanaşı, xarici dillərdən birində və ya
bir neçəsində
ünsiyyət saxlamağı bacaran şəxsdir.
II. ÜMUMİ TƏHSİLİN
MƏZMUN STANDARTLARI
2.1. ÜMUMİ İBTİDAİ
TƏHSİL
2.1.1. İbtidai təhsilin
məqsədi İbtidai
təhsilin məqsədi aşağıdakılardır:
uşaqlarda
oxu, yazı və hesablama vərdişləri yaratmaq və
möhkəmləndirmək;
uşaqlara
insan, cəmiyyət, təbiət və onlar arasındakı
qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini
təmin etmək;
uşaqlarda
məntiqi və yaradıcı təfəkkür elementlərini
formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə
çıxarılmasını və inkişafını təmin
etmək;
uşaqlara
həssaslıq, estetik və bədii zövq,
əxlaqi-mənəvi keyfiyyətlər, fiziki
mədəniyyət və özünəxidmət bacarıqları
aşılamaq.
2.1.2. İbtidai təhsil üzrə ümumi
təlimin nəticələri
Şagird aşağıdakıları
bacarmalıdır:
zəruri
riyazi bilikləri həyatda tətbiq etməyi və sadə
alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından
istifadə etməyi;
müşahidə
etdiyi obyekt və hadisələri təsvir etməyi, onları
səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
müstəqil
və məntiqi düşünməyi, münasibət bildirməyi;
ünsiyyət
qurmağı, əməkdaşlıq etməyi, fikirlərini
aydın ifadə etməyi;
mədəni
davranış, şəxsi gigiyena və müvafiq
təhlükəsizlik qaydalarına əməl etməyi;
tapşırılan
işi, habelə yaradıcılıq tələb edən
işləri müstəqil yerinə yetirməyi, sadə
əmək vərdişlərini tətbiq etməyi;
öz
vəzifələrini yerinə yetirməyi, özünün və
digərlərinin hüquqlarına hörmət etməyi;
Azərbaycan
xalqının dili, əxlaqi-mənəvi dəyərləri,
milli adət-ənənələri, tarixi, mədəniyyəti,
incəsənəti haqqında qazandığı ilkin
bilikləri sadə formada təqdim etməyi;
yaşına
uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli
mətnləri oxumağı, mətndəki əsas məzmunu
ayırmağı və ona öz fikrini bildirməyi,
lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə
etməyi;
insanlara,
təbiətə, əməyə, şəxsi və
dövlət əmlakına ədalətli, qayğıkeş
və tolerant münasibət bəsləməyi, gerçəkliyi
olduğu kimi qavramağı.
2.1.3. İbtidai təhsil pilləsində
tədris olunan fənlər
"Ana
dili", "Azərbaycan dili", "Xarici dil",
Riyaziyyat", "İnformatika", "Həyat bilgisi", Texnologiya",
"Fiziki tərbiyə", "Musiqi", "Təsviri
incəsənət".
2.1.4.
İbtidai təhsil pilləsində tədris olunan
fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlimin
nəticələri
ANA
DİLİ
Fənnin əsaslandırılması. Əlifbanın
öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət
qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli
oxu üzrə ilkin bacarıqların mənimsənilməsi,
lüğət ehtiyatının tədricən
zənginləşdirilməsi, ən zəruri qrammatik
qaydaların və ədəbi tələffüz
normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq
bacarıqlarının formalaşdırılması,
Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi
keyfiyyətləri, mədəniyyəti,
adət-ənənələri haqqında ilkin anlayışların
yaradılması təmin olunur.
Ümumi
nəticələr
Şagird:
sərbəst,
düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və
savadlı yazır; dialoqa girir, öz fikirlərini sərbəst
və ardıcıl ifadə edir; oxuduğu və dinlədiyi
mətnlərə münasibət bildirir;
ayrı-ayrı
mətnlərdən əsas faktları seçib
qruplaşdırır, kiçik həcmli mətnlər qurur;
Azərbaycan
xalqının dili, tarixi, əxlaqi-mənəvi
dəyərləri, mədəniyyəti, incəsənəti,
adət-ənənələri haqqında ilkin məlumatlan
sadə formada təqdim edir;
lüğətlərdən,
məlumat kitablarından, kataloqlardan istifadə edir.
AZƏRBAYCAN
DİLİ DÖVLƏT DİLİ KİMİ [i]
Fənnin
əsaslandırılması. Təlim digər dillərdə
aparılan məktəblərdə Azərbaycan
əlifbasının, çoxişlək sözlərin, söz
birləşməsi və cümlə modellərinin, ən zəruri
nitq etiketlərinin, tələffüz və yazı
qaydalarının mənimsənilməsi təmin olunur,
şagirdlərdə dinləyib anlama, düzgün və sürətli
oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları
formalaşdırılır.
Ümumi
nəticələr
Şagird:
kiçikhəcmli
mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah
edir;
söz
birləşməsi və cümlə nümunələrindən,
zəruri tələffüz və yazı qaydalarından istifadə
edərək, kiçikhəcmli şifahi və yazılı
mətnlər qurur və təqdim edir;
müşahidə
etdiyi şəkil və illüstrasiyaların məzmun və
əlamətlərini təsvir edir;
məlumat
xarakterli kiçikhəcmli mətnləri lüğət
vasitəsilə ana dilinə və əksinə tərcümə edir.
XARİCİ
DİL
Fənnin
əsaslandırılması. Dinləyib anlama, şifahi nitq,
əlifbanın öyrənilməsi və ilkin yazı
bacarıqlarının formalaşdırılması, düzgün
və ifadəli oxu qabiliyyətlərinin yaradılması və inkişaf
etdirilməsi təmin olunur.
Ümumi
nəticələr
Şagird:
gündəlik
həyatda və məişətdə istifadə olunan
əşyaları, habelə onlara aid hərəkət və
əlamətləri adlandırır;
sadə nitq
etiketləri əsasında ünsiyyət yaradır, süjetli
şəkillər üzrə nitq nümunələri qurur;
öyrəndiyi
dilin hərf və hərf birləşmələrini oxuyur
və yazır;
öz ana dili
ilə müqayisədə fərqli səsləri ayırır
və tələffüz edir;
kiçikhəcmli
mətnləri oxuyur və məzmununu izah edir.
RİYAZİYYAT
Fənnin əsaslandırılması. Şagirdlərin
hesab əməllərini yerinə yetirmələri,
yazılı və şifahi hesablama alqoritmlərinə
yiyələnmələri, ədədi ifadələri
hesablamaları, mətnli məsələləri həll
etmələri, ilkin ölçmə vərdişlərinə,
fəza və həndəsi təsəvvürlərə malik
olmaları, verilmiş məlumatlan təsnif etmələri
təmin olunur, onlarda
riyazi bilikləri gündəlik həyatda tətbiq etmək
vərdişləri formalaşdırılır.
Ümumi
nəticələr
Şagird:
milyon
dairəsində natural ədədlər və sıfır
üzərində dörd hesab əməlini yerinə yetirir, onluq say
sistemində rəqəmlərin ədədlərdə
mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidlərini)
müəyyənləşdirir;
hesab
əməllərində naməlum komponenti məlum
komponentlərlə ifadə edir;
kəmiyyətlərdən
(pul, çəki, uzunluq, sahə, zaman) həyati
məsələlərin həllində istifadə edir;
sadə
müstəvi fiqurlarının və fəza cisimlərinin
xüsusiyyətlərini müəyyənləşdirir və təsvir edir;
ədədi
məlumatlan toplayıb qeyd edir, sistemləşdirir, nümayiş
etdirir və şərh
edir.
İNFORMATİKA
Fənnin əsaslandırılması. Şagirdlərdə
alqoritmik təfəkkür elementlərinin yaradılması, kompüter texnikasından istifadə
etmək qabiliyyətinin formalaşdırılması təmin olunur.
Ümumi
nəticələr
Şagird:
eynicinsli
obyektlər qrupunda artıq əşyanı seçir, onları
əlamətlərinə görə ayırır və
müqayisə edir;
hərəkətlər
ardıcıllığında səhvləri tapır,
buraxılmış addımı müəyyən edir;
qanunauyğunluqları
tapır və onların əsasında sadə modellər
qurur;
sadə
riyazi alqoritmlər və layihələr tərtib edir;
kompüterlə
sərbəst davranır, sadə əməliyyatları icra
edir;
qrafiki
redaktorda rəsmlər çəkir, onları redaktə edir,
rəsmlərə mətn daxil edir, alqoritmlərdən
istifadə edərək mozaikalar qurur;
mətn
redaktorunda sadə mətnləri yığır, redaktə
edir və onlara rəsmlər daxil edir.
HƏYAT
BİLGİSİ
Fənnin əsaslandırılması. İnsan
hüquqları və azadlıqları, mənəvi-əxlaqi dəyərlər,
həyat fəaliyyətinin təhlükəsizliyi, təbiət,
insan-təbiət, insan-cəmiyyət münasibətləri haqqında
zəruri məlumatların mənimsənilməsi, obyekt
və hadisələri mahiyyətinə görə
fərqləndirmək, onlara münasibət bildirmək, iqtisadi, ekoloji,
kommunikativ fəaliyyətlər üzrə ilkin bacarıqların
formalaşdırılması təmin olunur.
Ümumi
nəticələr
Şagird:
öz
hüquqlarını dərk etməsini, başqalarının
hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, onu
əhatə edən insanlara həssas münasibət
bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə
bağlı şəxsi fikirlərini bildirir;
insan
həyatı və sağlamlığının qorunması
ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını
izah edir;
düzlük,
ədalətlilik, humanistlik, rəhmdillik nümayiş etdirir, bu
mənəvi keyfiyyətlərin
mahiyyəti barədə mülahizələrini şərh edir;
iqtisadi
biliklərdən məişətdə istifadə edir;
təbiətə,
ekologiyaya həssas və qayğıkeş yanaşmaqla,
təbiət hadisələri üzərində müşahidələr
aparır və onlara münasibət bildirir;
cəmiyyətdə
baş verən hadisələri öz yaş səviyyəsinə
uyğun şərh edir.
TEXNOLOGİYA
Fənnin əsaslandırılması. Şagirdlərdə
müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və
birgə fəaliyyət vərdişləri, sadə
layihələndirmə, tərtibat, modelləşdirmə,
dizayn, canlı təbiətə xidmət bacarıqları,
ölçü, mütənasiblik, simmetriya və
digər həndəsi anlayışlar
formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə
yetirilməsi üzrə qabiliyyətlərin aşılanması
təmin olunur.
Ümumi
nəticələr
Şagird:
materialları
müqayisə edir və çeşidləyir, müvafiq texnoloji
vasitələrdən (ölçmə, kəsmə, biçmə,
birləşdirmə və s.) istifadə edir, sadə
məmulatlar hazırlayır;
sadə
məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət
bacarıqları nümayiş etdirir, özünün və başqalarının
hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik
texnikası və sanitariya-gigiyena qaydalarını şərh
edir və praktiki
fəaliyyətdə onlara riayət edir;
yaradıcılıq
tələb edən sadə tapşırıqları
yerinə yetirir, model və layihələr qurur.
FİZİKİ
TƏRBİYƏ
Fənnin əsaslandırılması. Sağlamlığın
möhkəmləndirilməsi və qorunmasında fiziki tərbiyənin mühüm
amil olduğunun dərk edilməsi, müvafiq vasitə və üsullarla
şagirdlərin hərəkət qabiliyyətinin
inkişafı və formalaşdırılması, idmanın
müxtəlif növləri ilə tanışlıq, şəxsi
gigiyena və orqanizmin təbii vasitələrlə
möhkəmləndirilməsi qaydalarının
mənimsənilməsi, insan bədəninin quruluşu
haqqında ilkin anatomik təsəvvürlərin,
intizamlılıq, dözümlülük, iradəlilik, müstəqillik
keyfiyyətlərinin yaranması təmin olunur.
Ümumi nəticələr
Şagird:
hərəkət
qabiliyyətlərini formalaşdıran alətli və
alətsiz fiziki göstərişləri icra edir, müəyyən edilmiş
normativləri yerinə yetirir;
vərdiş
və bacarıqları formalaşdıran müxtəlif statik
və dinamik hərəkətləri icra edir;
idman
oyunlarını, o cümlədən milli idman oyunlarını
və onların növlərini təqdim edir;
şəxsi
gigiyena və təbii vasitələrlə orqanizmi
möhkəmləndirmək qaydalarını izah edir;
fiziki
tərbiyə prosesinin həyata keçirilməsində intizam
və rejim qaydalarına əməl edir.
İNCƏSƏNƏT
(musiqi, təsviri incəsənət)
Fənnin
əsaslandırılması. Şagirdlərin musiqi və
təsviri sənət növlərinin forma, janr, üslub və
ifadə vasitələri, xalqımızın
incəsənət tarixi haqqında ümumi məlumatlarla tanış
olmaları, yaradıcı-estetik fəaliyyətlə
bağlı (mahnı oxumaq, rəqs etmək, rəsm çəkmək və s.)
ən sadə və ilkin bacarıqlara yiyələnmələri
təmin edilir, onlarda bədii zövq, estetik mədəniyyət,
rəng, forma və
məkan hissiyyatı, milli musiqi və tətbiqi sənət
növlərinə məhəbbət, habelə ümumbəşəri
sənət nümunələrinə maraq,
yaradıcılığa meyl, mücərrəd və obrazlı
təfəkkür, əməksevərlik və digər iradi
keyfiyyətlər formalaşdırılır.
Ümumi
nəticələr
Şagird:
mahnı oxumaq
qaydalarından istifadə edir, mahnıları
mətnlərinin məzmununa görə
səhnələşdirməyi bacarır;
musiqi
alətlərini və musiqi əsərlərini xarakterinə
görə bir-birindən fərqləndirir;
müxtəlif
janrlı musiqi əsərlərini fərqləndirir, onlara
münasibət bildirir;
musiqini emosional
qavrayır, onun xarakterinə uyğun ritmik
hərəkətlər edir;
musiqi
notlarını izah edir, onları sadə musiqi
alətlərində ifa edir;
əşyaları
və hadisələri praktiki yolla təsvir edir;
yaş
səviyyəsinə uyğun təsviri sənət
nümunələrini izah edir, onları fərqləndirir;
əşyanın
məzmunu və forması arasındakı əlaqəni
şərh edir;
rəng
çalarlarını ayırır, rəngləri emosional məna
çalarlarına görə müqayisə edir;
sadə
kompozisiyalar qurur və onların ayrı-ayrı
hissələrini mütənasib qaydada yerləşdirir;
sadə
tərtibat işlərini yerinə yetirir.
2.2. ÜMUMİ
ƏSAS TƏHSİL
Əsas təhsilin
məqsədi aşağıdakılardır:
şagirdlərdə
kommunikativ bacarıqların, şifahi və yazılı nitq
vərdişlərinin formalaşdırılmasını, əqli
fəallığın gücləndirilməsini təmin
etmək;
Azərbaycanın
tarixi, ədəbiyyatı, mədəniyyəti,
incəsənəti, təbiəti, sosial-iqtisadi
imkanları və inkişafı, ayrı-ayrı
ölkələrin bəşər sivilizasiyasının yaranmasındakı
rolu haqqında təsəvvürləri və məlumatları
genişləndirmək;
şagirdlərdə
təhlil və tətbiq, araşdırma və
ümumiləşdirmə aparmaq, informasiya-kommunikasiya texnologiyalarından
istifadə, müxtəlif mənbələrlə işləmək,
özünün fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək, hadisələri və mahiyyətləri
dəyərləndirmək, problemləri həll etmək
bacarıqları formalaşdırmaq;
şagirdlərdə
sağlam həyat tərzi, fiziki və estetik
mədəniyyət, əməkdaşlıq, hüquqlara
hörmət keyfiyyətlərinin
formalaşdırılmasını təmin etmək.
2.2.2. Əsas təhsil üzrə ümumi
təlimin nəticələri
Şagird aşağıdakıları
bacarmalıdır:
ətraf
aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və
metodlardan, o cümlədən müşahidə, ölçmə, hesablama,
təcrübə və qiymətləndirmədən istifadə etməyi;
təlim
tapşırığını yerinə yetirmək üçün
müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında
onları həll etməyi;
müxtəlif
faktları, fikirləri, dəlilləri bir-birindən
fərqləndirməyi, onları müqayisə, təsnif və təqdim
etməyi;
təlim
prosesində yaradıcılıq tələb edən
müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;
nitqin
monoloq və dialoq formalarından istifadə etməyi,
dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan
materialları təhlil etməyi, onların məzmununu
yığcam və geniş formada başqasına
çatdırmağı;
plan,
tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı,
nümunələr göstərməyi, dəlillər gətirməyi
və nəticələri ümumiləşdirməyi;
əqli
və kommunikativ yönümlü tapşırıqları yerinə
yetirmək üçün müxtəlif informasiya mənbələrindən
(lüğətlər, ensiklopediyalar, kompüter, internet, dövri mətbuat
və s.) istifadə etməyi;
öz
imkanlarını, meyl və marağını şüurlu olaraq
müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini
nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi,
qarşıya çıxan problemlərin optimal həllini
tapmağı;
ictimai
davranış, habelə müvafiq təhlükəsizlik və
tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl
etməyi;
öz fəaliyyətində
əxlaqi-mənəvi, hüquqi, etik, estetik
dəyərlərə, vətəndaşlıq
mövqeyinə malik olduğunu nümayiş etdirməyi;
problemlərin
həllində birgə fəaliyyət göstərməyi,
kollektiv iş prosesində özünün və başqalarının
fəaliyyətini qiymətləndirməyi;
xarici
dildə ünsiyyət qurmağı.
2.2.3. Əsas təhsil pilləsində
tədris olunan fənlər
"Ana
dili", "Azərbaycan dili", "Ədəbiyyat",
"Xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi",
"Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya",
"Həyat bilgisi", "Texnologiya", "Fiziki
tərbiyə", "Musiqi",
"Təsviri incəsənət".
2.2.4. Əsas təhsil pilləsində
tədris olunan fənlərin əsaslandırılması, fənlər
üzrə ümumi təlimin nəticələri
ANA DİLİ
Fənnin əsaslandırılması. Şagirdlərdə
ifadəli və şüurlu oxu, aydın, səlis, düzgün
şifahi və yazılı nitq vərdişlərinin
inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi
cəhətdən zənginliyi, təcrübi baxımdan
əhəmiyyətli olan dilçilik anlayışları və
qaydalarının mənimsənilməsi, ünsiyyət
bacarıqlarının inkişafı, şagirdlərdə ana dilinə
məhəbbət və hörmət hissinin
formalaşdırılması təmin edilir.
Ümumi nəticələr
Şagird:
zəruri
fonetik, leksik, qrammatik anlayışları izah edir, onları
bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif
üsullarla əsaslandırır və təqdim edir;
şifahi
və yazılı nitqində dilə aid qaydaları
mənimsədiyini nümayiş etdirir;
verilmiş
mətni düzgün və ifadəli oxuyur, onu məzmununa uyğun
xətlərinə
görə hissələrə ayrılır, mətni müvafiq
meyarlar əsasında təhlil edir;
dil
vahidlərindən məqsədyönlü istifadə etməklə,
nitqin müxtəlif tip və üslublarında mətnlər qurur,
onları təkmilləşdirir;
ana
dilinə aid tədbirlərin təşkilində
yaradıcılıq tələb edən işləri
müstəqil yerinə
yetirir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ
KİMİ
Fənnin əsaslandırılması. Azərbaycan
dilinin praktiki öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik
xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və
intonasiyasının mənimsənilməsi, şüurlu və
ifadəli oxuya, nitqin müxtəlif forma və tiplərinə dair
bacarıqların, dövlət dili kimi Azərbaycan dilinə
hörmət və məhəbbət hissinin
formalaşdırılması təmin olunur.
Ümumi nəticələr
Şagird:
dinlədiyi
mətnin məzmununa münasibət bildirir;
mətni
şüurlu və ifadəli oxuyur;
ünsiyyət
prosesində dil vahidlərindən, nitqin müxtəlif
formalarından məqsədyönlü istifadə edir, müstəqil surətdə
mətnlər qurur;
öz
fikirlərini ardıcıl və aydın ifadə edir;
praktiki
fəaliyyətində Azərbaycan dili üzrə nitq
vərdişlərinə yiyələnməsini, bu dilə
hörmət və məhəbbət bəsləməsini
nümayiş etdirir;
nitq
bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif
mənbələrdən istifadə edir, öz ana dilinə və
əksinə tərcümələr edir.
ƏDƏBİYYAT
Fənnin əsaslandırılması. Şagirdlərdə
ədəbiyyatın söz sənətkarlığı
əsasında
təşəkkül tapmış şifahi və yazılı
yaradıcılıq nümunələrini özündə
birləşdirən incəsənət növü, hər bir xalqın
sivilizasiya və mədəni-intellektual səviyyəsini
əks etdirən milli sərvət və qüdrətli təsir
vasitəsi olması barədə ətraflı təsəvvürlər
yaradılır, onlarda yaş və psixoloji
xüsusiyyətləri nəzərə alınmaqla, şifahi
və yazılı ədəbiyyat nümunələri
vasitəsilə şüurlu və ifadəli oxu, sözə və söz
sənətinə həssas, bədii-emosional münasibət
bildirmək, təhlil etmək, aydın, sistemli, müxtəlif
üslubi çalarlarda ədəbi-bədii məna tutumlu şifahi
və yazılı
nitq, obrazlı təfəkkür, mütaliə vərdişləri
formalaşdırılır, ədəbiyyat nəzəriyyəsinə
aid zəruri biliklərin mənimsənilməsi təmin
edilir.
Ümumi nəticələr
Şagird:
şifahi
və yazılı ədəbiyyatın oxşar və
fərqli cəhətlərini, şifahi ədəbiyyat
nümunələrinin xarakterik xüsusiyyətlərini konkret
nümunələrlə izah edir, öz fikirlərini müqayisələr
aparmaqla əsaslandırır;
cəmiyyətdə
və insan həyatında ədəbiyyatın rolunu və
əhəmiyyətini şərh edir, bununla bağlı
şəxsi fikir və mülahizələr irəli sürür;
ədəbi-bədii
nümunələri onların məzmunundan irəli gələn
məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional
cəhətdən qüvvətləndirən sözlərin
mahiyyətini izah edir;
fikir
və ideyanı ifadə etmək baxımından poeziya,
nəsr və dramaturji materialların imkanlarını
müqayisə edir, onları yaradıcılıq və
sənətkarlıq xüsusiyyətlərinə görə
qiymətləndirir;
müxtəlif
janrlarda yazılmış mətnlər üzərində
sərbəst işləyir, onlarda ifadə olunmuş
əsas ideyam şərh edir, mətni məzmununa uyğun
hissələrə ayırır və müvafiq plan tərtib edir;
ədəbi
əsərləri məzmun və ideya istiqamətinə,
sənətkarlıq cəhətlərinə, obrazların
səciyyəsinə görə təhlil edir, öz şəxsi
münasibətini, mülahizələrini bildirir;
ədəbi
əsərlərin kollektiv müzakirəsi zamanı
başqalarının fikrinə səbirli, obyektiv və
ədalətli münasibət göstərməklə yanaşı,
öz mülahizələrini müdafiə etməyi və
əsaslandırmağı, ümumi rəyə gəlməyi
bacarır;
məzmun istiqamətinə
görə ayrı-ayrı ünsiyyət məqamlarında öz fikrini
aydın, ardıcıl, məqsədyönlü, yığcam və
yeri gəldikcə bədii təsvir vasitələri ilə obrazlı şərh edir,
yazılı nitqdə məzmuna uyğun üslub
müəyyənləşdirməyi, orfoqrafiya və orfoepiya
qaydalarına əməl etməyi, söz ehtiyatından
səmərəli istifadə
etməyi, fikirləri ümumiləşdirməyi bacarır.
XARİCİ DİL
Fənnin əsaslandırılması. Şifahi nitqin inkişafı
əsas tələb kimi götürülməklə şagirdlərin ünsiyyət
bacarıqlarının formalaşdırılması,
lüğət ehtiyatının zənginləşdirilməsi, ən
zəruri qrammatik anlayışların və dil
konstruksiyalarının
mənimsənilməsi, oxu, yazı texnikası və
yazılı nitq, dinləyib-anlama vərdişlərinin inkişaf
etdirilməsi təmin olunur.
Ümumi nəticələr
Şagird:
mətnləri
sərbəst oxuyur, leksik və qrammatik vahidlərdən
dialoji və monoloji nitqin formalaşdırılmasında
istifadə edir;
dilin
qrup formasında öyrənilməsi prosesində ünsiyyət
etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə
münasibət bildirir;
öz
fikirlərini sadə formada yazılı ifadə edir;
öz
nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda
ifadə edir;
lüğət
nümunələri hazırlayır, dilöyrənmə prosesində
lüğətlərdən, yardımçı vəsaitlərdən, texnoloji
vasitələrdən məqsədyönlü istifadə edir.
RİYAZİYYAT
Fənnin əsaslandırılması. Gündəlik
həyati problemlərin həlli, digər müvafiq fənlərin
öyrənilməsi, profilli siniflərdə təhsilin davam
etdirilməsi, başqa formalarda orta təhsil almaq üçün zəruri
riyazi biliklərin əldə edilməsi, şagirdlərin intellektual
inkişafına, uğurlu praktiki fəaliyyətinə
zəmin yaradan təfəkkür
tərzinin formalaşdırılması, ümumbəşəri
mədəniyyətin ayrılmaz hissəsi kimi sivilizasiyanın və
cəmiyyətin inkişafında riyaziyyatın müstəsna
əhəmiyyəti haqqında dolğun
təsəvvürlərin yaradılması, riyaziyyat sahəsi
üzrə şagirdlərin öz
yaş həddinə uyğun müvafiq bacarıqlar əldə
etməsi, müxtəlif forma
və məzmuna malik məlumatların məntiqi
cəhətdən dərk və təhlil edilməsi, həyatda təsadüfi
hadisələrin ehtimal xarakteri daşımasının
mahiyyətcə başa
düşülməsi təmin olunur.
Ümumi nəticələr
Şagird:
ölçmə və
hesablama ləvazimatlarından istifadə edir, şifahi,
yazılı formada dəqiq və
ya təqribi hesablamalar aparır;
simvollarla
ifadə olunmuş riyazi dildən istifadə edir;
rasional
ifadələr üzərində eynilik çevrilmələri
aparır, xətti və kvadrat tənlikləri, xətti
bərabərsizliklər sistemini həll edir;
funksiya
anlayışı və qrafiklərdən real
asılılıqların öyrənilməsində və
şərhində
istifadə edir;
müstəvi
fiqurların və sadə fəza cisimlərinin
xassələrini praktiki həndəsi məsələlərin
həllində tətbiq edir, sadə həndəsi qurmalar
və ölçmələr aparılır;
riyazi
və statistik məlumatları toplayır,
araşdırır, sistemləşdirir və nəticəsini təqdim
edir;
statistika
və ehtimal əsasında hadisənin başvermə
mümkünlüyünü proqnozlaşdırır;
mühakimələrini
məntiqi əsaslandırır, yazılı və şifahi
nitqində fikirlərini dəqiq, aydın və yığcam
ifadə edir;
müxtəlif
həyati məsələlərin həllində riyazi
bilikləri tətbiq edir;
fəaliyyətlərini
layihələndirir, onların əsasında alqoritmlər
qurur, nəticələri yoxlayır və qiymətləndirir.
İNFORMATİKA
Fənnin əsaslandırılması. Şagirdlərdə
ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək
bacarıqlarının formalaşdırılması,
onların informasiya
və kommunikasiya texnologiyalarından istifadəyə
hazırlanması təmin olunur.
Ümumi nəticələr
Şagird:
informasiya
və kommunikasiya texnologiyalarının müasir
cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;
gündəlik
həyatda və məişətdə lazım olan
məsələləri kalkulyator rejimində həll edir;
kompüterdə
istifadə olunan əməliyyat sistemini tənzimləyir;
mətn
redaktorunda sadə olmayan mətnləri yığır və
formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan
şəkillər daxil edir;
qrafik
redaktorunda müəyyən çətinlik dərəcəsinə
malik şəkillər hazırlayır, şəklin atributlarını
dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;
obyektin
xassələrini, parametrlərini və mühitini təyin edir,
obyektlər sistemini təsnifatlaşdırır;
obyektin
informasiya modelini qurur və onun təbii modelini təsvir edir;
informasiyanın
xassələrini, kodlaşdırılmasını, qəbul
edilməsi və ötürülməsini nümunələr əsasında izah
edir;
şəbəkə
növləri vasitəsilə məlumatları axtarır,
toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə
edir;
müxtəlif
təqdimatlar hazırlayır və nümayiş etdirir;
elektron
cədvəllərdən istifadə etməklə yeni
sənədlər tərtib edir;
müxtəlif
şəbəkə növlərindən, şəbəkənin
işini təmin edən proqram təminatından istifadə edir, sadə
"Web" səhifələr yaradır.
AZƏRBAYCAN TARİXİ
Fənnin əsaslandırılması. Azərbaycanın
ən qədim yaşayış məskənlərindən
biri olması, dövlətçilik ənənələri,
Azərbaycan xalqının, onun milli, sosial,
əxlaqi-mənəvi dəyərlərinin
təşəkkülü və formalaşması, geosiyasi məkanda
mövqeyi və rolu, bəşər sivilizasiyasının
inkişafına təsiri, Azərbaycanın məruz qaldığı
təcavüzlər və onlara qarşı mübarizə, tarixi
şəxsiyyətləri, maddi və mənəvi
mədəniyyət abidələri haqqında sistemli
məlumatların mənimsənilməsi təmin olunur,
şagirdlərdə tarixi hadisələri təhlil etmək
və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq
və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə
işləmək bacarıqları
formalaşdırılır, onlarda
vətənpərvərlik, milli iftixar hissləri aşılanır.
Ümumi nəticələr
Şagird:
tarixi
hadisələri xronoloji əsasda təsvir edir, onlar
arasındakı səbəb və nəticə əlaqələrini izah
edir;
tarixi
fakt və hadisələrə, tarixi
şəxsiyyətlərə və onların
fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr
baxımından qiymətləndirir;
müxtəlif
mətnlərlə işləyir, lazım olan tarixi
materialları seçib toplayır, ümumiləşdirir və təqdim
edir.
ÜMUMİ TARİX
Fənnin əsaslandırılması. Dünya tarixinin
sivilizasiyaya qədərki dövrü, müxtəlif dövrlərdə insan birliklərinin
yaranması, dövlətin meydana gəlməsi və
sivilizasiyaların formalaşması, bəşər
sivilizasiyasının inkişafında ayrı-ayrı dövlətlərin və xalqların rolu,
sivilizasiyaların tənəzzülü və
dağılmasının ictimai, iqtisadi, siyasi
səbəbləri, ümumbəşəri,
əxlaqi-mənəvi və maddi mədəniyyət
abidələri haqqında sistemli məlumatların
mənimsənilməsi təmin olunur, şagirdlərdə
tarixi hadisələrə obyektiv mövqedən yanaşma,
onları müvafiq zaman və məkan
kontekstində qiymətləndirmək bacarıqları
formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
tarixi
dövrləri xarakterik əlamətlərinə görə
fərqləndirir, tarixi şəxsiyyətləri,
hadisələri və faktları dövr baxımından
qiymətləndirir və onlara münasibət bildirir;
tarixi
paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin
inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi
prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini
şərh edir;
müxtəlif
tarixi mənbələri araşdırmaqla, lazımi
materialları toplayıb sistemləşdirir və təqdim edir.
FİZİKA
Fənnin
əsaslandırılması. Təbiətdə baş verən fiziki
hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi
aləmin dərk edilməsi, maddələrin quruluşu, zaman və məkan
anlayışları əsasında fəza
təsəvvürləri və empirik təfəkkürün
formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi
inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika
elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə
məlumatların mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
Şagird:
fiziki
hadisələri mahiyyətinə görə fərqləndirir,
onların başvermə səbəblərini izah edir;
təbiət
hadisələrinin qanunauyğunluqları haqqında
məlumatlar toplayır, onları ümumiləşdirib şərh
edir;
fiziki
hadisələri müşahidə edir, nəticələri
ümumiləşdirir və onlar haqqında mülahizələr yürüdür;
fiziki
kəmiyyətləri ölçür və nəticələrindən
gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə
təhlükəsizlik qaydalarına əməl edir;
fizika elminin
cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və
əhəmiyyəti, görkəmli fizik-alimlərin
yaradıcılığı barədə təqdimatlar
hazırlayır.
KİMYA
Fənnin
əsaslandırılması. Gündəlik həyatda baş verən
hadisələrin kimyəvi mahiyyətinin, ətraf aləmin maddiliyinin dərk
edilməsi, cəmiyyətin iqtisadi-sosial inkişafında
kimyanın rolunun qiymətləndirilməsi,
şagirdlərdə fəza təsəvvürlərinin
genişləndirilməsi, səbəb-nəticə
əlaqələri barədə anlayışların və təhlil
bacarıqlarının, ekoloji mədəniyyətin
formalaşdırılması, müxtəlif həyat şəraitlərinə
çevik uyğunlaşma, kimya elminin görkəmli
nümayəndələri və elmi nailiyyətləri barədə
məlumatların mənimsənilməsi təmin edilir.
Ümumi nəticələr
Şagird:
kimyəvi
hadisələrin mahiyyətini dərk etmək üçün
müşahidələr və təcrübələr aparır,
alınmış nəticələr əsasında onlara
münasibət bildirir;
maddələrin
quruluşunu, xassələrini, onların çevrilməsinin
səbəblərini izah edir;
maddələrin
çevrilməsini tətbiq və idarə edir;
ətraf
aləmə həssas və qayğıkeş münasibət
nümayiş etdirir, müşahidə etdiyi hadisələri
ümumiləşdirib təqdim edir;
kimya
sahəsində görkəmli alimlər və onların xüsusi
əhəmiyyətə malik elmi kəşfləri,
nailiyyətləri haqqında məlumatların ötürülməsi
və yayılmasında iştirak
edir.
BİOLOGİYA
Fənnin əsaslandırılması. Şagirdlərdə
canlı aləmin yaranması, quruluşu, funksiyaları,
təsnifatı, yayılma qanunauyğunluqları,
inkişafı və mühafizəsi, onların bir-biri ilə və
cansız aləmlə qarşılıqlı əlaqəsi,
maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi
təsəvvürlər formalaşdırılır, onlarda
özünə, ətraf mühitə qayğıkeş və həssas
münasibət yaradılır.
Ümumi nəticələr
Şagird:
canlılar
aləmini təşkil edən varlıqları
səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir,
bu barədə mülahizələrini şərh edir;
bioloji
varlıqlarda baş verən dəyişiklikləri
müşahidə etməyi bacarır, təcrübə
toplayır, nəticələri ümumiləşdirir, onları
şərh edir və yazılı təqdim edir;
canlı
varlıqlarda maddələr mübadiləsinin
qanunauyğunluqlarının səbəbini izah edir və
təcrübədə tətbiq edir;
bitkilərin
əkilməsi, becərilməsi, ev heyvanlarının,
quşların və digər heyvanlarının bəslənməsi
və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;
fiziki,
kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi
təsirləri barədə nəzəri biliklərdən ekoloji
problemlərin aradan qaldırılmasında istifadə edir;
zədələnmələr
zamanı ilk tibbi yardım göstərir, xəstəliklər
zamanı profilaktik tədbirlər görür.
COĞRAFİYA
Fənnin əsaslandırılması. Coğrafi
təbəqənin əmələ gəlməsi və
inkişaf qanunauyğunluqları,
Günəş sistemində Yer planetinin mövqeyi, Yer kürəsinin təbii kompleks
olması, təbiət hadisələrinin və təbii
proseslərin başvermə səbəbləri,
iqtisadiyyatın inkişafında Yerin təbii imkanlarından
istifadə olunması, Azərbaycanın təbii
şəraiti, təbii ehtiyatlan, əhalisi və demoqrafik
vəziyyəti, dünya ölkələri ilə müqayisədə
Azərbaycanın iqtisadi və sosial coğrafi xüsusiyyətləri
haqqında şagirdlərdə ümumi təsəvvürlər
yaradılır, təbiətə, ekoloji problemlərə həssas
münasibət, vətəndaşlıq mövqeyi
formalaşdırılır, onların əqli qabiliyyətləri
inkişaf etdirilir.
Ümumi nəticələr
Şagird:
təbii
mühiti təşkil edən komponentlərin əsas
xüsusiyyətlərini, təbiət hadisələrinin
başvermə səbəblərini və yerləşmə
qanunauyğunluqlarını izah edir, onların əsasında
müqayisələr aparır, nəticələri
ümumiləşdirir, şərh edir və yazılı
təqdim edir;
coğrafi
təbəqənin əhəmiyyətini və onun
mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər
əsasında izah edir;
coğrafi
cihazlardan ətraf mühitin öyrənilməsində, müxtəlif
şərait və vəziyyətlərdə istifadə edir;
müəyyən ərazinin
kartoqrafik təsvirini verir, xəritə və plan üzrə
təhlillər aparır;
xəritədən,
coğrafi məlumatlardan, statistikadan istifadə edərək
müvafiq hesablamalar aparır və
nəticələrə dair diaqramlar, cədvəllər qurur;
Azərbaycanın,
eləcə də müxtəlif ölkələrin təbiəti,
təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri
haqqında əlavə məlumatlar toplayır,
sistemləşdirir, onların əsasında materiallar təqdim edir.
HƏYAT BİLGİSİ
Fənnin əsaslandırılması. İbtidai
təhsil pilləsi üzrə müəyyən olunmuş bacarıqlar daha
da təkmilləşdirilməklə, şagirdlərdə
təbiət və cəmiyyət hadisələri
nümunəsində qanunauyğunluqların mahiyyəti
haqqında ətraflı təsəvvür
formalaşdırılır, reproduktiv sağlamlıq, insan
hüquqları, mənəvi kamillik, əxlaqi yetkinlik, vicdan azadlığı,
iqtisadi maarifləndirmə, sağlam həyat tərzi, təbii qəza
və fəlakətlərdən qorunmaq yolları
barədə məlumatlar dərinləşdirilir, onlarda saflıq, düzlük,
əqidəlilik, dözümlülük, tolerantlıq, özünüqiymətləndirmə, özünəxidmət
keyfiyyətlərinin aşılanması, planlı
fəaliyyət bacarıqlarının və iqtisadi təfəkkür
elementlərinin yaradılması təmin olunur.
Ümumi nəticələr
Şagird:
təbiət
və cəmiyyət hadisələri ilə bağlı
qanunauyğunluqların mahiyyətini izah edir, həmin
məsələlərlə əlaqədar bu fənn
daxilində əldə etdiyi məlumatları digər
fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə
edir, onları sistemləşdirir və ümumiləşdirmələr
aparır;
zərərli
vərdişlərin insan həyatı üçün təhlükəli
olduğunu və ağır nəticələr verdiyini konkret
nümunələr əsasında şərh edir, sağlam
həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində
nümayiş etdirir;
həyat
fəaliyyətinin təhlükəsizliyi qaydalarına
yiyələndiyini yazılı və şifahi
təqdimatlarında, təlim-məşq
tədbirlərində nümayiş etdirir;
müvafiq
normativ-hüquqi sənədlərdə təsbit olunmuş insan
hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini
konkret tarixi hadisələrin, faktların, ədəbi
əsərlərin nümunəsində şərh edir, özünün
və başqalarının hüquqlarına hörmətlə
yanaşdığını nümayiş etdirir;
mənəvi-əxlaqi
mövzulara həsr olunmuş müzakirələrdə, diskussiyalarda
və digər
tədbirlərdə müvafiq problemlə bağlı rəy
və mülahizələrini bildirir, hadisə və faktları
mahiyyətinə görə qiymətləndirməklə,
şəxsi mövqeyini və münasibətini büruzə verir;
gündəlik
həyatda iqtisadi səmərəliliyə dair kiçik
layihələr qurur, onları təqdim və tətbiq edir.
TEXNOLOGİYA
Fənnin əsaslandırılması. İbtidai
təhsil pilləsində təyin olunmuş funksional
vəzifələrin yerinə yetirilməsi istiqamətində
nəzərdə tutulan fəaliyyətləri
inkişaf
etdirməklə texnoloji və tətbiqi bacarıqların
təkmilləşdirilməsi, sadə olmayan texnoloji proseslərin idarə
olunması və həyata keçirilməsi, yaradıcı texniki
təfəkkürün formalaşdırılması,
şagirdlərin müasir informasiya texnologiyalarından istifadə
imkanlarının genişləndirilməsi, onların
peşə seçməyə istiqamətləndirilməsi,
zəhmətsevərlik və yaradıcılıq ruhunda
tərbiyə edilməsi təmin olunur.
Ümumi
nəticələr
Şagird:
müstəqil
həyatda zəruri sayılan ilkin texniki və texnoloji
bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına
riayət etməklə gündəlik məişətdə vacib olan texnoloji
işləri yerinə yetirir, sadə məmulatlar
hazırlayır;
sadə
layihələr tərtib edib onları həyata keçirir,
məmulatların hazırlanmasında dizayn
tələblərinə əməl edir, mürəkkəb olmayan
təmir-tikinti işlərini yerinə yetirir;
texnoloji
proseslərə aid informasiyalan toplayıb sistemləşdirir,
məmulatların hazırlanmasında onlardan istifadə edir;
şəraitə
və təbii imkanlara uyğun olaraq bitkiləri
becərməyi, ev heyvanlarına qulluq etməyi, kənd
təsərrüfatı məhsullarını tədarük və
emal etməyi bacarır;
əmək
fəaliyyətini səmərəli qurmaq üçün onu
əvvəlcədən planlaşdırır və idarə edir;
əmək
fəaliyyəti prosesində fərdi, habelə qrup
tərkibində işləməyi bacarır.
FİZİKİ
TƏRBİYƏ
Fənnin
əsaslandırılması. Şagirdlərdə fiziki tərbiyənin
insan şəxsiyyətinin formalaşmasında mühüm amil və ümumi
mədəniyyət səviyyəsinin əsas
göstəricilərindən biri olması barədə
təsəvvürlər dərinləşdirilir, onlarda öz fiziki imkanlarına inam hissi
yaradılması, potensial qüvvələrinə
inamsızlıqla bağlı yaranmış psixoloji
maneələrin aradan qaldırılması, sağlam həyat
tərzinin normaya
çevrilməsi, idman növləri və oyunlar vasitəsilə
hərəkət qabiliyyətlərinin dinamik inkişaf etdirilməsi, müstəqil
və məqsədyönlü şəkildə fiziki hazırlıqlarının
təkmilləşdirilməsi və
sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki
hərəkətlər icra olunarkən təhlükəsizlik
qaydalarına əməl edilməsi təmin olunur, birgə
fəaliyyət, cəldlik, çeviklik, qüvvə, sürət, hərəkət
koordinasiyası,
elastiklik, dözümlülük, intizamlılıq, çətin anlarda fiziki
imkanlarını səfərbər etmək və
digərlərinə kömək göstərmək
keyfiyyətləri, tibbi-gigiyenik bacarıqlar formalaşdırılır.
Ümumi
nəticələr
Şagird:
hərəkət
keyfiyyətlərinin inkişafı üzrə müəyyən
edilmiş normativləri yerinə yetirir, müstəqil olaraq fiziki
hazırlığını təkmilləşdirmək
və sağlamlığını möhkəmləndirmək
üçün rejim və tədbirlər müəyyənləşdirib icra
edir;
fiziki hazırlıq
fəaliyyəti prosesində müvafiq təhlükəsizlik
qaydalarına, tibbi-gigiyenik
tələblərə əməl edir;
kollektiv
fəaliyyət zamanı öz yerini və rolunu dəqiq
müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl və
həlledici mövqe tutur;
ayrı-ayrı
hərəkət qabiliyyətlərinin inkişafı üçün
səmərəli və məqsədyönlü hərəkətlər
kompleksi seçib yerinə yetirir.
MUSİQİ
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi
üzrə müəyyən olunmuş fəaliyyətlər
inkişaf etdirilməklə milli musiqi tariximizin ən
zəruri məqamları görkəmli şəxsiyyətləri haqqında
məlumatlarla, aşıq musiqisi, muğamlar, dünya musiqi mədəniyyətinin
geniş yayılmış nümunələri ilə
tanışlıq, xorla ifa və vokal vərdişlərin
mənimsənilməsi, musiqini qavrama mədəniyyətinin
formalaşdırılması, şagirdlərin səs
imkanları, arzu və istəkləri nəzərə alınmaqla,
ifaçılığa
cəlb olunmaları təmin edilir.
Ümumi nəticələr
Şagird:
Azərbaycanın
görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin
tanınmış nümayəndələri, onların geniş
yayılmış məşhur əsərləri haqqında
məlumatları şərh edir;
aşıq
havalarını, muğamları və onların tərkib
hissələrini tanıyır, musiqi əsərlərini ifadə
vasitələrinə görə müqayisə edir, onları janr
və formasına görə fərqləndirir;
musiqi
əsərlərini melodik istiqamətlərinə, ritmik
və poetik xüsusiyyətlərinə görə təhlil edir;
musiqi
mətnlərini notla oxuyur;
qrup
və kollektiv daxilində ifaçılıq bacarığı
nümayiş etdirir.
TƏSVİRİ İNCƏSƏNƏT
Fənnin əsaslandırılması. İbtidai təhsil pilləsi
üçün müəyyən edilmiş bacarıqlar inkişaf etdirilməklə
Azərbaycanın, eləcə də dünya incəsənətinin
görkəmli
nümayəndələri və onların əsərləri
ilə tanışlıq, gerçəkliyin və sənət əsərlərinin
bədii-emosional qavranılması, estetik zövqün inkişafı,
təbiətin və təsviri sənət nümunələrinin
timsalında ölçü, forma, simmetriya, harmoniya məfhumlarının mahiyyəti
barədə təsəvvürlərin
dərinləşdirilməsi, şagirdlərdə müqayisə, təhlil və
təsvir qabiliyyətlərinin təkmilləşdirilməsi,
təsviri sənət üzrə istedadlı uşaqların üzə
çıxarılması təmin olunur.
Ümumi nəticələr
Şagird:
Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərləri haqqında məlumatları
şərh edir;
təsviri sənət
növlərini onları təşkil edən əsas janrlara
ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir; həyati görüntüləri real
təsvir edir;
bədii
sənət əsərlərini milli-üslubi
cəhətlərinə görə müqayisə və izah edir;
bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.
2.3. ÜMUMİ ORTA TƏHSİL
2.3.1. Orta təhsilin məqsədi
Orta təhsilin məqsədi
aşağıdakılardır:
təhsilin
meyil, maraq və potensial imkanları nəzərə
alınmaqla təşkilini təmin etmək, istedad və
qabiliyyətin reallaşdırılması üçün lazımi
şərait yaratmaq;
şagirdlərdə ünsiyyət mədəniyyəti,
sərbəst və müstəqil surətdə bilik və bacarıqlar
qazanmaq və praktiki işdə tətbiq etmək
qabiliyyəti, icraçılıq, təşkilatçılıq,
proqnozlaşdırma, tədqiqatçılıq və
birgəfəaliyyət vərdişləri formalaşdırmaq;
şagirdləri
müstəqil həyata, cəmiyyətdə fəal və
gərəkli mövqe tutmağa, şüurlu peşə seçməyə
hazırlamaq;
şagirdlərdə
tənqidi, obrazlı və yaradıcı təfəkkür
formalaşdırılmasını, nailiyyətlərin və yeniliklərin
mahiyyətini dərk edib onları qiymətləndirə
bilmək bacarıqlarını təmin etmək;
şagirdlərdə
ana dilinə, ədəbi-bədii irsə, Vətənin tarixi
keçmişinə, bu gününə, gələcəyinə
məhəbbət və nikbinlik hissi yaratmaq, onlarda
təbiəti sevmək və qorumaq, milli və ümumbəşəri
dəyərlərə, insanların hüquq və
azadlıqlarına hörmətlə yanaşmaq və tolerant
münasibət bəsləmək keyfiyyətləri aşılamaq;
şagirdlərin
texniki vəsaitlərdən, iqtisadi biliklərdən
gündəlik fəaliyyətdə səmərəli istifadə
etmələrini, xarici dillərdən birində, yaxud bir
neçəsində ünsiyyət saxlaya bilmələrini təmin etmək.
2.3.2.
Orta təhsil üzrə ümumi təlimin nəticələri Şagird
aşağıdakıları bacarmalıdır:
problemləri
təyin etməyi və onlara münasibət bildirməyi,
problemlərin həlli istiqamətində düşünülmüş qərarlar
qəbul etməyi;
məlumatları
axtarıb toplamağı, sistemləşdirməyi,
müqayisə, təhlil və tətbiq etməyi,
qiymətləndirməyi və onlardan səmərəli
istifadə etməyi;
müstəqil,
tənqidi və yaradıcı düşünə bilməyi, yeni
ideyalar irəli sürməyi;
komanda, qrup,
təşkilat daxilində başqaları ilə
səmərəli əməkdaşlıq etməyi;
yazılı
və şifahi nitq vərdişləri əsasında dialoqa
girməyi, müzakirələrdə iştirak etməyi,
müstəqil surətdə rəy və mülahizələr
irəli sürməyi, müxtəlif məlumat
mənbələrindən istifadə etməyi,
ayrı-ayrı üslublarda yazılmış mətnlərlə
işləməyi
və yaradıcı yazılar təqdim etməyi;
müasir texnika
və kommunikasiya vasitələrilə davranmağı;
elm, incəsənət,
mədəniyyət və ədəbiyyat sahəsindəki
nailiyyətlərə münasibət bildirməyi;
xarici
dillərdən birində və ya bir neçəsində
ünsiyyət saxlamağı;
dəyişən
həyat şəraitinə çevik uyğunlaşmağı;
icraçılıq,
təşkilatçılıq və idarəetmə ilə
bağlı funksiyaları yerinə yetirməyi;
zəngin
mənəviyyata malik olmaqla, öz intellektual və mədəni
səviyyəsini, bacarıq və qabiliyyətini müntəzəm
inkişaf etdirməyi, gerçəkliyi estetik və obrazlı
qavramağı;
insan
əməyini, vətəndaşların hüquq və
azadlıqlarını dəyərləndirməyi, mənəvi-əxlaqi
dəyərlərə, təbiətə həssas və
tolerant münasibət bəsləməyi;
sağlam
həyat tərzi, liderlik, rəqabətə davamlılıq
keyfiyyətlərini nümayiş etdirməyi;
ana
dilini dərindən bildiyini, milli
adət-ənənələr, Vətənin tarixi və
mədəniyyəti barədə ətraflı məlumatlara,
milli qürur və milli iftixar hisslərinə malik olduğunu
nümayiş etdirməyi.
2.3.3. Orta təhsil pilləsində
tədris olunan fənlər
"Ana
dili ", "Azərbaycan dili ",
"Ədəbiyyat", "Xarici dil",
"Riyaziyyat", "İnformatika",
"Azərbaycan tarixi", "Ümumi tarix",
"Fizika", "Kimya", "Biologiya ", "Coğrafiya ", "Fiziki
tərbiyə", "
Çağırışaqədərki
hazırlıq".
2.3.4. Orta təhsil pilləsində
tədris olunan fənlərin əsaslandırılması, fənlər
üzrə ümumi təlimin nəticələri
ANA DİLİ
Fənnin əsaslandırılması. Əsas təhsil
pilləsindəki fəaliyyət istiqamətləri inkişaf
etdirilməklə ədəbi dilin üslublarından istifadə
imkanlarının genişləndirilməsi, şifahi və yazılı nitq
prosesində nitq mədəniyyətinin
tələblərinə riayət edilməsi, natiqlik
vərdişləri elementlərinin yaradılması təmin
olunur.
Ümumi nəticələr
Şagird:
üslubi
xüsusiyyətinə görə mətnləri müqayisə edir,
qiymətləndirir, rəy və mülahizələrini bildirir;
təqdim
olunmuş mövzuya uyğun üslub seçir, fikirlərini şifahi
və yazılı şərh edir;
nitqin
dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan
normaları şifahi və yazılı nitqində tətbiq edir;
müxtəlif
üslublarda rəy, çıxış, məruzə və
təqdimatlar hazırlayır;
müzakirə,
görüş, diskussiya və s. tədbirlərin hazırlanması,
təşkili və keçirilməsində yoldaşları ilə
səmərəli əməkdaşlıq edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ
KİMİ
Fənnin
əsaslandırılması. Əsas təlim pilləsində
müəyyən olunmuş fəaliyyətlər inkişaf
etdirilməklə nitqi müxtəlif üslublarda dəqiq və düzgün
qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət
məqamına görə fikri sərrast ifadə etmək, zəruri yazı
qaydalarını tətbiq etmək bacarıqları
formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
öz fikirlərini
Azərbaycan dilində sərbəst ifadə edir; nitqin
müxtəlif üslub və tiplərində mətnlər qurur; yazılı
nitqində orfoqrafiya və durğu işarələri
qaydalarını tətbiq edir; Azərbaycan dilində olan
mətnlər üzərində işləyir, onların
məzmunu və üslubu haqqında rəy və mülahizələrini
bildirir;
Azərbaycan
dilində aparılan tədbirlərdə çıxış
və təqdimatlar edir; sərbəst tərcümə
bacarığı nümayiş etdirir.
ƏDƏBİYYAT
Fənnin
əsaslandırılması. Şagirdlərin əsas təhsil
pilləsində qazandıqları bacarıq və vərdişlər
təkmilləşdirilməklə, tarixi-xronoloji
ardıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik
inkişaf yolu, ədəbi ənənə və
əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının
görkəmli ədəbi simalarının
yaradıcılığından nümunələr öyrənilir,
ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar
genişləndirilir, şagirdlərin
ədəbi-bədii, tənqidi təfəkkürünün
formalaşması təmin olunur.
Ümumi nəticələr
Şagird:
ədəbi
nümunələri bədii-emosional və obrazlı
qavradığını nümayiş etdirir, onları mövzu,
janr, problem baxımından müqayisə edir,
əsaslandırılmış rəy bildirir;
bədii
əsərin məzmununa və ideyasına onun
yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik
dəyərlər kontekstində qiymət verir;
ayrı-ayrı
mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;
mənbələr
üzərində işləyir, görkəmli ədəbi
şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət
sahəsindəki nailiyyətlər barədə materiallar
toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar
hazırlayır;
ədəbi
mövzulara aid tədbirlərin təşkilində iştirak
edir, ədəbi nailiyyətlərə münasibət bildirir.
XARİCİ DİL
Fənnin
əsaslandırılması. Əsas pillə üçün
nəzərdə tutulan fəaliyyətlər inkişaf
etdirilməklə, şagirdlərin xarici dil üzrə kommunikativ
bacarıqlara və ünsiyyət mədəniyyətinə yiyələnmələri,
lüğət ehtiyatının zənginləşdirilməsi,
onlarda xarici dili dərindən öyrənməyə maraq
oyadılması, dilini öyrəndiyi ölkə (ölkələr)
ilə tanışlıq əsasında dünyagörüşlərinin
genişlənməsi təmin olunur.
Ümumi nəticələr
Şagird:
mətni
ifadəli oxuyur, onun üslubi xarakterini və əsas fikri
müəyyən edir;
ilk
dəfə təqdim edilmiş və tərkibində 10
faizə qədər naməlum sözlər olan mətni
lüğət vasitəsilə oxuyur, məzmununu izah edir;
oxunmuş
mətnin planını tərtib edir, məzmununu yazılı
tezislə ifadə edir, müstəqil surətdə sadə süjetli mətnlər
qurur;
sadə
olmayan cümlə konstruksiyalarından şifahi və
yazılı nitqində istifadə edir.
RİYAZİYYAT
Fənnin əsaslandırılması. Əsas təhsil
pilləsində müəyyən olunmuş fəaliyyətlərin
genişləndirilməsi və inkişaf etdirilməsi yolu
ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli
və tətbiqyönümlü praktiki vərdişlərin
aşılanması, riyazi dili inkişaf etdirməklə nitqin
zənginləşdirilməsi, gələcək təhsil
və peşə fəaliyyətinin
davam etdirilməsinə zəmin yaradan riyazi biliklərin
mənimsənilməsi,
alqoritm mədəniyyətinin formalaşdırılması
təmin olunur.
Ümumi nəticələr
Şagird:
riyazi
materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda
riyazi anlayış
və düsturlardan istifadə edir;
xüsusi
halların və təcrübənin
ümumiləşdirilməsinə əsasən,
kəmiyyətlər arasındakı asılılığı
müəyyənləşdirir və riyazi dillə ifadə edir;
riyazi
çevrilmələrdən və funksional asılılıqlardan
yaxın fənlərin
öyrənilməsində və ətraf aləmin mövcud
qanunauyğunluqlarının araşdırılmasında
istifadə edir;
genişləndirilmiş
fəza təsəvvürlərindən çertyoj, şəkil və
sxemlərin çəkilməsində, ətraf aləmdəki
əşyaların təsvirində istifadə edir;
ətraf
aləmdəki ehtimal və statistikanın
qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə
əsasən hadisələrin baş verməsini
proqnozlaşdırır;
ölçmə
və hesablama vasitələrindən istifadə edir,
yazılı və şifahi əməliyyatlar
aparır;
mühakimələrini
riyazi faktlarla əsaslandırır və məntiqi
nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal
və fərz olunandan fərqləndirir.
İNFORMATİKA
Fənnin əsaslandırılması. Əsas
təhsil pilləsində mənimsənilmiş bacarıq
və vərdişlər inkişaf etdirilməklə
şagirdlərdə informasiyalaşmış
cəmiyyətin tələblərinə uyğun zəruri
məlumatlarla işləmə bacarıqları, kompüterdə
daha çox populyar olan proqram
vasitələrindən istifadə vərdişləri formalaşdırılır,
onların alqoritmik
təfəkkürünün və intellektual səviyyəsinin
inkişafı, peşə seçiminə hazırlıqları təmin olunur.
Ümumi nəticələr
Şagird:
informasiyalan
qavrayır, təsvir edir və informasiya
daşıyıcıları ilə işləyir;
sadə
məsələlərin həlli üçün müxtəlif strukturlu
alqoritmlər tərtib edir, proqramlar hazırlayır və icra edir;
sadə
informasiya modellərinə uyğun informasiyaların
işlənməsi alqoritmlərini qurur və qurulmuş modeli
kompüterdə tədqiq edir;
kompüterdə
istifadə olunan əməliyyat sistemini tənzimləyir
və lazımi əməliyyatları icra edir;
qrafik
redaktorunda müxtəlif təsvirlərin hissələrindən
istifadə edərək yeni təsvir yaradır, mətn
redaktorunda cədvəl-mətnlər yığır,
formatlaşdırır, cədvəllər üzərində hesablamalar
aparır, sənədləri çap edir;
müxtəlif
təqdimatlar hazırlayır, redaktə edir və ona multimedia
effektlərini əlavə edir;
elektron
cədvəl prosessorunda və verilənlər bazasında
müvafiq əməliyyatları icra edir;
internetin
əsas xidmətlərindən istifadə edir, müxtəlif
dizaynlı "Web" səhifələr yaradır.
AZƏRBAYCAN TARİXİ
Fənnin əsaslandırılması. Əsas
təhsil pilləsində nəzərdə tutulmuş
fəaliyyətləri
genişləndirməklə müstəmləkə
şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın
ərazi bütövlüyünə, milli-mənəvi
dəyərlərinə təsiri, bu dövrlərdə
sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli
azadlıq hərəkatı, dövlətçiliyin bərpası,
qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın
dünyadakı mövqeyi,
ölkənin ümumi inkişafını şərtləndirən
amillər haqqında məlumatlar mənimsənilir, demokratik
cəmiyyət şəraitində şagirdlərdə
sosial-siyasi tarixi hadisələrə münasibət bildirmək
və qiymətləndirmək bacarıqları formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
tarixi
hadisələrin mahiyyətini konkret dövrün xüsusiyyətləri
baxımından izah edir və ona münasibət bildirir;
müasir texnologiyalardan istifadə
etməklə tarixi informasiyalan toplayır, təhlil edir və
təqdimatlar hazırlayır;
tarixi
hadisələrlə bağlı fərziyyə və
mülahizələr irəli sürür, proqnozlar verir;
debatlarda,
diskussiyalarda, müzakirələrdə ictimai rəy
formalaşdıran məsələlər ətrafında
təkliflərlə çıxış edir, hüquqi-siyasi
dəyərlərin (demokratiya, şəxsiyyət
azadlığı və s.) həyatda reallaşmasına
münasibət bildirir.
ÜMUMİ TARİX
Fənnin əsaslandırılması. Əsas təhsil
pilləsindəki fəaliyyətləri genişləndirməklə tarixi inkişafa
və sivil mədəniyyətə nümunə ola
biləcək, habelə tarixən bağlı olduğumuz ölkələrin və
xalqların tarixinin mühüm məqamları, sosial-iqtisadi, siyasi
və mədəni proseslər, beynəlxalq
münasibətlər, cəmiyyətlərin inkişafının islahat və
inqilab yollan, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına keçid,
müasir informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya
prosesləri, bəşəriyyəti narahat edən qlobal
problemlər haqqında ümumi məlumatlar mənimsənilir,
şagirdlərdə sosial-iqtisadi və siyasi prosesləri,
hakimiyyət,
cəmiyyət və şəxsiyyət münasibətlərini
səciyyələndirən faktları, siyasi və ictimai hərəkatlar,
ictimai inkişafda maddi və mənəvi
mədəniyyətin, insan faktorunun rolu haqqında informasiyalan
sistemləşdirmək və təqdim etmək bacarıqları
formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
müxtəlif
mənbələr əsasında tarixi faktları təhlil
edir, onların arasındakı oxşarlıq və
ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi
hadisələrə dair əlavə məlumatlar toplayır,
onları sistemləşdirir və təqdim edir, şəxsi
mülahizələri
əsasında referat, məruzə və tezislər
hazırlayır;
dünya
tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni
dövrləri ilə tarixi konteksdə müqayisə edir, təhlillər
aparır və öz mülahizələrini bildirir;
tarixi
mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə
və proseslərinin
müzakirəsində öz mövqeyini bildirir və
əsaslandırır;
cəmiyyətlərin
inkişafında islahat və inqilabların rolunu
fərqləndirir, onlara öz münasibətini bildirir;
aqrar
(ənənəvi), sənaye və informasiya
cəmiyyətlərini müqayisə edir, onların xarakterik
cəhətlərini izah edir;
tarixi
proseslər və hadisələr arasında
səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;
bəşəriyyəti
narahat edən qlobal problemləri şərh edir, onların
aradan qaldırılması
istiqamətində müxtəlif fərziyyələr irəli
sürür.
FİZİKA
Fənnin
əsaslandırılması. Əsas təhsil pilləsindəki
fəaliyyət istiqamətləri dərinləşdirilməklə
fəza və zaman təsəvvürlərinin daha da
genişləndirilməsi, fiziki qanunauyğunluqların və
fundamental fiziki qanunların mahiyyəti və onların
tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi,
canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun
aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə
elmi dünyagörüşün formalaşması, tənqidi
təfəkkürün inkişafı təmin olunur.
Ümumi nəticələr
Şagird:
fundamental
fiziki qanunları digər fiziki qanunlarla müqayisə edir,
onların fərqli
və oxşar cəhətlərini izah edir;
fiziki
hadisələrin müəyyən qanunauyğunluqlarla
əlaqəsini və tətbiqi yollarını
şərh edir;
eksperiment
və təcrübələr aparmaqla, nəzəri biliklərin
praktikada reallaşdırılması imkanlarını nümayiş etdirir.
KİMYA
Fənnin əsaslandırılması. Əsas təhsil
pilləsində nəzərdə tutulan fəaliyyətlər
inkişaf etdirilməklə kimyanın əsas
qanunlarının mənimsənilməsi, maddələrin
quruluşu əsasında fəza təsəvvürlərinin
genişləndirilməsi və dərinləşdirilməsi,
cansız və canlı təbiət arasında həyati
əlaqələrin, kimyəvi təbii sərvətlərin
iqtisadiyyatın inkişafına təsiri amillərinin
öyrənilməsi, canlı maddi aləmin mövcudluğunu
şərtləndirən əsas qanunauyğunluqların
dərk edilməsi, müşahidə, təhliletmə,
tətbiqetmə və tədqiqatçılıq
bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.
Ümumi nəticələr
Şagird:
qeyri-üzvi
və üzvi maddələri müqayisə edir və onları
fərqləndirir;
ən
zəruri kimyəvi qanun və hadisələrdən
məişətdə istifadə edir;
kimyəvi
maddələri xüsusiyyətlərinə görə
fərqləndirir və onlardan istifadə qaydalarına
əməl edir;
eksperimentlər
aparır, nəticələrini ümumiləşdirir,
mülahizələr yürüdür və bu barədə şifahi və
yazılı təqdimatlar hazırlayır.
BİOLOGİYA
Fənnin əsaslandırılması. Şagirdlərdə
həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin
inkişafı və təkamülü, insanın mənşəyi,
genetika və seleksiyanın əsasları, ekologiyanın
problemləri və həlli yolları haqqında
anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar aşılanır,
canlı maddi aləmin tamlığı və vəhdət
təşkil etməsi barədə elmi dünyagörüş və
məntiqi təfəkkür formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
bioloji
varlıqların yaranması və inkişafı ilə
bağlı, habelə canlı orqanizmlərdə gedən
bioloji prosesləri şərh və izah edir;
insanın
əmələ gəlməsi, irqlərin yaranması,
irsiyyət, qlobal ekoloji problemlərin başvermə
səbəbləri və aradan qaldırılması yollan
və s. barədə materiallar toplayır, sistemləşdirir, müqayisə
və təhlil edərək qiymətləndirir;
irsiyyətin
qanunauyğunluqlarını məsələ həlli yolu
ilə əsaslandırır və nəticələrini
şərh edir;
seleksiyanın
nailiyyətlərinin ayrı-ayrı sahələrdə
əhəmiyyətini və tətbiqi yollarını izah edir.
COĞRAFİYA
Fənnin əsaslandırılması. Coğrafi
təbəqənin fəaliyyət mexanizmi və onun ətraf mühitin
inkişafına təsiri, Yer kürəsində təbii
komplekslərin əmələ gəlməsi və onlarda
baş verən proseslərin yaratdığı qlobal ekoloji
problemlər, ətraf mühitin antropogen dəyişilməsinin
bəşəriyyətin inkişafına təsiri, təbii
resurslarla
təminat sahəsində yaranan problemlərin həlli
yolları və Azərbaycanın qloballaşma prosesində
iştirakı barədə məlumatlar verilir, dünyanın
səbəb-nəticə
zəminində kompleks qavranılması, şagirdlərdə
iqtisadi təfəkkürün inkişaf etdirilməsi, ekoloji mədəniyyətin
formalaşması təmin edilir.
Ümumi nəticələr
Şagird:
coğrafi
təbəqənin tərkib hissələrinin inkişaf
qanunauyğunluqlarını, onların qarşılıqlı
əlaqəsini, ətraf mühitə təsirinin
nəticələrini izah edir, təbii komplekslərin müqayisəli
təhlilini aparır, onlarda baş verən
dəyişikliklərin səbəblərini nümunələr
əsasında şərh edir;
ətraf
mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün
təcrübələr aparır, sınaqlar keçirir, onların
nəticələrini ümumiləşdirib təqdim edir;
müvafiq
nəzəri biliklər əsasında iqtisadi
səmərəliliyin təmin olunması ilə bağlı
fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr
hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə
mülahizələr irəli sürür;
müxtəlif
məzmunlu plan və xəritələr hazırlayır,
ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar
aparır və müvafiq diaqram, sxem və cədvəllər
tərtib edir;
geosiyasi
dəyişiklikləri təhlil edir və
ümumiləşdirmələr aparır, bu dəyişikliklərin
ölkəmizə təsiri barədə mülahizələr
irəli sürür;
öz
biliyini və məlumat dairəsini genişləndirmək üçün
kommunikasiya-texnologiya
vasitələrindən istifadə etməklə əlavə
materiallar toplayır, onları sistemləşdirib yazılı və
şifahi təqdim edir.
FİZİKİ
TƏRBİYƏ
Fənnin əsaslandırılması. Əsas
təhsil pilləsində irəli sürülən
tələblər inkişaf etdirilməklə müəyyən
olunan ümumi bacarıqlar daha da təkmilləşdirilir, fiziki
tərbiyə prosesinin təminatı üçün zəruri
nəzəri məlumatlar mənimsənilir, bu və ya
digər idman növünə meyil və marağı olan şagirdlərin
istedad və potensial
imkanlarının reallaşdırılması üçün lazımi
şərait yaradılır, onların peşə
seçiminə istiqamətləndirilməsi təmin edilir.
Ümumi nəticələr
Şagird:
hərəkət
qabiliyyətlərinin təmin olunması və inkişafı
üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;
fiziki
tərbiyə prosesinin təşkili ilə bağlı
nəzəri məlumatları izah edir və bu məlumatlardan
praktiki fəaliyyətin qurulmasında məqsədyönlü
istifadə edir;
seçdiyi
idman növünün xüsusiyyətlərinə uyğun
hərəkətlər kompleksi müəyyənləşdirir və icra
edir;
fərdi,
yaxud komanda tərkibində fəaliyyət zamanı
təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, ümumi
mənafeyə xidmət etmək keyfiyyətləri nümayiş etdirir.
ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ
Fənnin əsaslandırılması. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri haqqında ümumi
məlumatların, zəruri hərbi nizamnamə
qaydalarının mənimsənilməsi, ordu həyatı ilə
tanışlıq, şagirdlərdə mülki müdafiə və
tibbi yardım bacarıqlarının
formalaşdırılması, onların hərbi xidmətə
fiziki və psixoloji cəhətdən hazır olmaları,
topoqrafik vərdişlərə yiyələnmələri
təmin olunur, onlarda Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində xidmətin müqəddəs borc
və şərəf işi olmasına inam yaradılır,
vətənpərvərlik, əqidəlilik, dözümlülük,
cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi
mənəvi keyfiyyətlər gücləndirilir.
Ümumi nəticələr
Şagird:
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin
yaradılması, tərkibi və inkişafı haqqında
məlumatları, çağırış və hərbi
xidmət barədə qanunun tələblərini şərh edir;
Silahlı
Qüvvələrin nizamnamələrində təsbit olunmuş
əsas müddəaları mənimsədiyini, tibbi yardım və
mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə
yiyələndiyini nümayiş etdirir;
qeyri-müəyyən
hallarla əlaqədar yaranmış
vəziyyətlərdə problemləri həll etmək üçün
müvafiq üsul və vasitələrdən istifadə edir;
fiziki
hazırlıq, mülki müdafiə və sıra təlimi ilə
bağlı normativləri yerinə yetirir, bu proseslərin
icrası zamanı qrup və komanda tərkibində
əlaqəli fəaliyyət göstərir.
III. ÜMUMİ
TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏNLƏR
ÜZRƏ HƏFTƏLİK
DƏRS SAATLARININ MİQDARI
|
Təlim
dilləri |
Həftəlik dərs
saatlarının miqdarı |
|||
|
|
ibtidai
təhsil pilləsi I-IV
siniflər |
əsas təhsil
pilləsi V-IX
siniflər |
orta
təhsil pilləsi X-XI
siniflər |
Yekun I-XI
siniflər |
|
Azərbaycan |
91/8 |
146/20 |
66/10 |
303/38 |
|
Digər
dillər |
99/8 |
156/20 |
70/10 |
325/38 |
Qeyd. Kəsrin surətindəki
rəqəm
dərs saatlarına, məxrəcindəki rəqəm isə
dərsdənkənar məşğələ saatlarına
aiddir.
IV.
ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ
PRİNSİPLƏRİ
Pedaqoji proses əvvəlcədən
müəyyən olunmuş nəticələri əldə
etmək üçün müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlərin isə
tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər
kimi qarşılıqlı əməkdaşlıq
fəaliyyətləri əsasında aşağıdakı
prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji
prosesin tamlığı - pedaqoji
prosesdə təlimin məqsədləri kompleks
şəkildə (inkişafetdirici, öyrədici,
tərbiyəedici) həyata keçirilir, real
nəticələrlə yekunlaşan müəllim və şagird
fəaliyyətini əhatə edir;
təlimdə
bərabər imkanların yaradılması -
bütün şagirdlərə eyni təlim şəraiti
yaradılır və pedaqoji proses onların potensial
imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük
- şagird pedaqoji prosesin
mərkəzində dayanır. Bütün tədris və təlim
işi şagirdlərin maraq və tələbatlarının
ödənilməsinə, onların istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük
- şagirdlərin əqli
fəallığı izlənilir, nailiyyətləri
təhlil edilir, bilik, bacarıq və vərdişlərinin
inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin
stimullaşdırılması - pedaqoji prosesin
səmərəli və effektiv qurulması, şagirdlərin
təlimə marağının artırılması üçün
onların fəaliyyətindəki bütün
irəliləyişlər qeyd olunur və
dəyərləndirilir, nəticə etibarilə
şagirdlərin daha uğurlu təlim
nəticələrinə istiqamətləndirilməsi
təmin olunur;
dəstəkləyici
mühitin yaradılması - pedaqoji
prosesin münasib maddi-texniki baza əsasında və sağlam
mənəvi-psixoloji mühitdə təşkil edilməsi
keyfiyyətin və səmərəliliyin yüksəldilməsi
üçün əlverişli və təhlükəsiz təlim şəraiti
yaradır.
V. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl
və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz
tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin
dəyərləndirilməsinə və nəticə
etibarilə onun yüksəlməsinə xidmət edir.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti
və inkişafı haqqında müvafiq məlumatların toplanılması
və onların təhlili ilə müşayiət olunur.
Məlumatların
toplanılması test tapşırıqlarının
verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn
kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin
fəaliyyətinin müşahidə olunması, qiymət
cədvəllərinin və
digər məktəb sənədlərinin təhlili və s.
üsullarla həyata keçirilir.
Toplanmış
məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə
münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin
hazırlıq səviyyəsini, kurrikulumların
məqsədəmüvafiqliyini, təlim resursları ilə
təminatını və idarəetmə üsullarını
əhatə edir.
Məlumatların
təhlilinə görə aparılmış
qiymətləndirmənin nəticələri ölkədə
təhsil siyasətinin qurulması və gələcək
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
üçün etibarlı mənbə hesab edilir.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi
məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə,
müvafiqlik və etibarlılıq, inkişafyönümlülük,
şəffaflıq və qarşılıqlı
əməkdaşlıq prinsiplərinə əsaslanır.
Şagird
nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili,
milli və beynəlxalq istiqamətdə aparılır.
Məktəbdaxili qiymətləndirmə 3
komponentdən ibarətdir:
şagird irəliləyişlərinin
monitorinqi - məktəb
səviyyəsində müəllimlər və məktəb
rəhbərləri tərəfindən həyata keçirilir. Bu
mərhələdə şagirdlərin nailiyyətləri
formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və
bölmələr üzrə) və makrosummativ (yarımilliklər
üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir;
kurrikulum üzrə qiymətləndirmə - şagirdin
təlim nəticələrinin müvafiq məzmun standartlarına
uyğunluğunu müəyyənləşdirmək
məqsədilə aparılır;
təhsil
pillələri (əsas və orta) üzrə yekun
qiymətləndirmə - mərkəzləşmiş qaydada
aparılan buraxılış imtahanları formasında
həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi
ilə başa çatır.
Orta
təhsil pilləsində şagirdlərin müvafiq
təmayüllər üzrə, yaxud minimum standartlara uyğun təhsil
almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin
nəticələrinə görə müəyyən olunur.
Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir
təhsil prosesinin təşkili, planlaşdırılması
və aparıldığı şərait haqqında
toplanmış məlumatlar vasitəsilə kurrikulumların
keyfiyyətini və ümumi təhsil sistemində baş verən
dəyişiklikləri
dəyərləndirmək məqsədilə həyata
keçirilir.
Beynəlxalq
qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir
seçmə yolla şagirdlərin təlim göstəriciləri
əsasında təhsilin vəziyyəti barədə
təsəvvür əldə etmək, müvafiq
məlumatlan təhlil etməklə problemləri aşkara
çıxarmaq və onların həlli yollarını
müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və
mövcud vəziyyəti digər ölkələrlə müqayisə
etmək məqsədilə
aparılır.
VI. FƏNN
KURRİKULUMLARININ STRUKTURU
Giriş
Fənnin məqsəd və
vəzifələri, onun əhəmiyyətinin
əsaslandırılması
Fənnin xarakterik xüsusiyyətləri
Fənnin
məzmunu
Təhsil
pillələri üzrə ümumi təlimin nəticələri
Fənn
üzrə məzmun xətləri və onların
əsaslandırılması
Hər bir sinif
üzrə ümumi təlimin nəticələri (əsas məzmun
standartları)
Ümumi təlimin
nəticələri əsasında zəruri minimum və daha
yüksək səviyyəli alt standartların
müəyyənləşdirilməsi və
əsaslandırılması
Fəndaxili və
fənlərarası inteqrasiya
Ümumi təlimin
nəticələrinə əsasən, şagird
nailiyyətlərinə verilən minimum tələblərin təsviri
Təlimin
strategiyaları
Fənn
üzrə təlimin təşkilinə verilən əsas
tələblərin təsviri
Forma və
üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr
Müəllimin
təlim fəaliyyətinin planlaşdırılmasına dair
nümunələr
Qiymətləndirmə
nümunələrinin hazırlanması
Kurrikulum üzrə
qiymətləndirmə vasitələri
Təhsil
pillələri üzrə yekun qiymətləndirmə
vasitələri.