Azərbaycan Respublikasının
"Şərəf" və "Dostluq" ordenlərinin
təsis edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının "Şərəf" və
"Dostluq" ordenləri təsis edilsin.
II. "Azərbaycan
Respublikasının orden və medallarının təsis
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci
il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
№ 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677;
2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə
846) 1-ci maddəsinin altıncı və yeddinci abzasları
müvafiq olaraq yeddinci və doqquzuncu abzaslar hesab edilsin və
maddəyə aşağıdakı məzmunda altıncı
və səkkizinci abzaslar əlavə edilsin:
"Şərəf"
ordeni;
"Dostluq" ordeni;".
III. Azərbaycan Respublikasının
"Şərəf" ordeninin statutu təsdiq edilsin
(əlavə olunur).
IV. Azərbaycan
Respublikasının "Şərəf" ordeninin
təsviri təsdiq edilsin (əlavə olunur).
V. Azərbaycan
Respublikasının "Dostluq" ordeninin statutu təsdiq
edilsin (əlavə olunur).
VI. Azərbaycan Respublikasının
"Dostluq" ordeninin təsviri təsdiq edilsin (əlavə
olunur).
VII. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2007-ci
il
№
248-IIIQ
Azərbaycan Respublikasının
2007-ci il 16 fevral tarixli 248-IIIQ
nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
"Şərəf" ordeninin statutu
1. Azərbaycan
Respublikasının "Şərəf" ordeni
Azərbaycan Respublikasının vətəndaşlarına,
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
aşağıdakılara görə verilir:
1.1 Azərbaycan
Respublikasının dövləti və xalqı
qarşısında böyük xidmətlərinə görə;
1.2. Azərbaycan
Respublikasının milli dövlət quruculuğu
işlərində xüsusi xidmətlərinə görə;
1.3. iqtisadi, elmi-texniki,
sosial-mədəni inkişafda müstəsna
xidmətlərinə görə;
1.4. elm,
mədəniyyət, ədəbiyyat, incəsənət,
təhsil və səhiyyə sahələrində böyük
xidmətlərinə görə.
2. Azərbaycan
Respublikasının "Şərəf" ordeni döşün
sol tərəfinə, Azərbaycan Respublikasının
digər orden və medalları olduqda Azərbaycan
bayrağı ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının
2007-ci
il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
"Şərəf" ordeninin təsviri
1.
"Şərəf" ordeni qızıldan və
platindən hazırlanmış səkkizguşəli ulduz
və onun üzərinə bərkidilmiş girdə
lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş
xarici və qızıldan düzəldilmiş daxili dairə
mövcuddur. Platindən hazırlanmış xarici dairənin
yuxarı hissəsində çevrə boyunca qızıldan
Şərəf sözü həkk olunmuşdur. Girdə lövhənin
ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və
ilgək vasitəsilə kənarları qoşa sarı
xətli tünd qırmızı rəngdə lentə
birləşdirilmişdir.
2. Arxa tərəfi hamar
səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
3. Təltif
dəstinə aşağıdakılar daxildir:
3.1 boyundan asmaq üçün
kənarları qoşa sarı xətli tünd qırmızı
rəngdə 27 mm enində lentdən ibarət
3.2. paltara
bərkidilmək üçün
3.3 paltara
bərkidilmək üçün elementi olan, kənarları qoşa
sarı xətli tünd qırmızı rəngdə, ölçüsü
Azərbaycan Respublikasının
2007-ci
il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
"Dostluq" ordeninin statutu
1. Azərbaycan
Respublikasının "Dostluq" ordeni Azərbaycan
Respublikasının vətəndaşlarına,
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
aşağıdakılara görə verilir:
1.1 Azərbaycan
Respublikası ilə xarici ölkələr arasında dostluq,
iqtisadi və mədəni əməkdaşlıq
əlaqələrinin inkişafında xüsusi
xidmətlərinə görə;
1.2. xalqlar arasında
dostluğun möhkəmləndirilməsi işində görkəmli
xidmətlərinə görə;
1.3. dünyada, regionda və
müxtəlif ölkələrdə sülhün və əmin-amanlığın
bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv
münasibətlərin yaradılmasında və
mədəniyyətlərarası dialoqun qurulmasında
görkəmli xidmətlərinə görə.
2. "Dostluq" ordeni
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda
Şöhrət ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının
2007-ci
il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
"Dostluq" ordeninin təsviri
1. "Dostluq" ordeni
qızıldan düzəldilmiş itiuclu səkkizguşəli
ulduz və onun üzərinə bərkidilmiş girdə
lövhədən ibarətdir. Girdə lövhədə tutqun
sarı rəngli qızıldan hazırlanmış relyefli quş
qanadları arasında parlaq platindən düzəldilmiş yer
kürəsi təsvir olunmuşdur. Girdə lövhənin
kənarları qabarıqdır. Orden halqa və ilgək
vasitəsilə Azərbaycan bayrağının
rənglərini əks etdirən lentə
birləşdirilmişdir.
2. Arxa tərəfi hamar
səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
3. Təltif
dəstinə aşağıdakılar daxildir:
3.1. boyundan asmaq üçün
Azərbaycan bayrağının rənglərini əks
etdirən
3.2. paltara
bərkidilmək üçün Azərbaycan bayrağının
rənglərini əks etdirən
3.3 paltara
bərkidilmək üçün elementi olan, Azərbaycan
bayrağının rənglərini əks etdirən, ölçüsü