AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
ARXİV İDARƏSİNİN KOLLEGİYASI
QƏRAR
№ 5
Bakı
şəhəri 12
iyun 2017-ci il
Dövlət və bələdiyyə
orqanlarında, idarə, təşkilat və müəssisələrdə
arxiv işinin təşkilinə dair Təlimatın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27
sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
haqqında” Əsasnamənin 9.3-cü və 15-ci bəndlərini
rəhbər tutaraq,
KOLLEGİYA QƏRARA ALIR:
1. “Dövlət və bələdiyyə orqanlarında,
idarə, təşkilat və müəssisələrdə arxiv
işinin təşkilinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. İdarənin komplektləşdirmə,
idarə arxivləri və kargüzarlıq şöbəsi bu Qərarın
üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə təqdim
olunmasını təmin etsin.
3. Qərarın icrasına nəzarət
rəis müavini Əsgər Rəsulova həvalə edilsin.
|
İdarənin rəisi |
Ataxan Paşayev |
|
|
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair
Təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun, həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş normativ hüquqi aktların, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun (30 sentyabr 2015-ci il №1308-IVQ), “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın (27 sentyabr 2003-cü il tarixli 935 №-li Fərman), “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın (23 iyun 2016-cı il tarixli 950 №-li Fərman) və “Elektron sənədlərin mübadiləsi Qaydası”nın (Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 №-li Qərarı) tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 9.3-cü bəndini rəhbər tutaraq hazırlanmışdır.
1.2. Təlimat dövlət və bələdiyyə
orqanlarında, idarə, müəssisə və təşkilatlarda
(bundan sonra-idarə) arxiv işinin təşkili, arxiv fondu sənədlərinin
(dövlət sirri təşkil edən məxfi sənədlər
istisna olmaqla) mühafizəsi, komplektləşdirilməsi, uçotu,
istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi
qaydalarını müəyyən edir.
2. İdarə arxivi anlayışı və
onun növləri
2.1. Milli arxiv fondunun tərkibinə daxil
olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə
dövlət arxivlərinə təhvil verilənə qədər
dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat
və müəssisələrdə yaradılan idarə arxivlərində
müvəqqəti mühafizə olunur.
2.2. İdarə arxivi dedikdə bir idarənin,
yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti
nəticəsində yaranan arxiv sənədlərinin məcmusu
olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini,
uçotunu və istifadəsini həyata keçirən struktur bölmə
başa düşülür.
İdarə arxivi sənədlərin həcmindən
asılı olaraq müstəqil struktur bölmə kimi və yaxud
idarənin kargüzarlıq xidmətinin tərkibində sənədlərin
komplektləşdirilməsi, mühafizəsi, uçotu və istifadəsini
həyata keçirən qurum kimi təşkil edilir.
2.3. İdarənin struktur bölməsi
olaraq, arxiv mühafizəxana otaqları, lazımi inventar və
avadanlıqlar, o cümlədən zəruri sayda işçi
personalı ilə təmin edilir.
2.4. Arxiv idarənin səlahiyyət və
funksiyalarına, sənədlərin tərkibinə müvafiq
olaraq aşağıdakı struktura uyğun təşkil edilə
bilər:
2.4.1. tabeliyində geniş təşkilatlar
şəbəkəsi olan dövlət orqanlarının, idarələrin,
səhmdar cəmiyyətlərin, şirkətlərin və
onların tabeliyində olan təşkilatların sənədlərinin
saxlanılması üçün - mərkəzi arxiv ;
2.4.2. yerləşdiyi ərazidən
asılı olmayaraq vahid idarəetmə sisteminə aid olub
konkret bir sahə üzrə fəaliyyət göstərən dövlət
orqanlarının və onların tabeliyində olan
qurumların sənədlərinin saxlanması üçün- sahə
arxivi;
2.4.3. eyni növ fəaliyyətlə məşğul
olub tabelik sisteminə görə bir-biri ilə əlaqəli olan
iki və daha artıq idarənin sənədlərinin
saxlanması üçün-birləşmiş arxiv;
2.4.4. bir idarənin struktur bölmələrinin
və hüquqi varislik qaydasında ardıcıl olaraq bir-birini əvəz
etmiş idarələrin sənədlərinin saxlanması
üçün-idarə arxivi.
İdarə sənəd
daşıyıcılarının növlərinə müvafiq
olaraq elmi-texniki, kino, foto, fono, video və elektron sənədlərinin
saxlanması üçün arxivlər yarada bilər.
2.5. Dövlət arxivinin komplektləşdirmə
mənbəyi olan idarədə yaradılan arxivin vəzifə
və funksiyaları həmin idarənin rəhbəri tərəfindən
təsdiq edilmiş və müvafiq dövlət arxivi ilə
razılaşdırılmış əsasnamə ilə tənzimlənir.
Arxivin əsasnaməsinə onun vəzifə və
funksiyaları, hüquqları, işin təşkili qaydaları,
qəbul edilən sənədlərin tərkibi və digər
məsələləri ehtiva edən müddəalar daxil edilir.
2.6. Azərbaycan Respublikasının dövlət
arxiv xidməti təşkilatları öz səlahiyyətləri
çərçivəsində komplektləşdirmə mənbələri
olan idarələrdə yaradılan arxivlərdə Milli arxiv
fondu sənədlərinin formalaşdırılması, uçotu
və mühafizəsi işinin müvafiq sahə üzrə qanunvericilik
aktlarının tələblərinə uyğun təşkilinə
elmi-metodiki rəhbərlik və nəzarət edir.
2.7. Dövlət arxiv xidməti təşkilatları
idarə arxivlərinə elmi-metodiki rəhbərliyi və nəzarəti
idarələrdə yaranan Milli arxiv fondu sənədlərinin
seçilməsi, dövlət mühafizəsinə təhvil verilməsi,
şəxsi heyət üzrə sənədlərin qaydaya
salınması, onların mühafizəsi, ekspert komissiyaların
işinin qarşılıqlı əlaqədə təşkili,
MAF-a məxsus sənədlərin dövlət uçotunun
aparılması, idarə arxivinin pasportunun tərtib edilməsi,
arxiv işçilərinin ixtisaslarının artırılması
və digər istiqamətlər üzrə həyata keçirir.
3. Arxiv fondu sənədlərinin təşkili
3.1. İdarənin fəaliyyəti nəticəsində
yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil
edir. İdarənin sənəd fondu Azərbaycan
Respublikasının kargüzarlıq və arxiv işi sahəsində
qüvvədə olan normativ-hüquqi aktlarına, sənədlərin
saxlanma müddətləri göstərilməklə nümunəvi və
sahə siyahılarına, işlərin
nomenklatur-siyahısına uyğun sənədlərin sistemləşdirilməsi
və işlərin formalaşdırılması əsasında
yaradılır.
3.2. İdarənin sənəd fondunun
Milli arxiv fondunun tərkibinə daxil edilən elmi, tarixi,
hüquqi, mədəni, iqtisadi və əməli əhəmiyyətə
malik olan (həmçinin şəxsi heyətə aid və uzun
müddət (10 ildən artıq) saxlanılan sənədlər
də daxil olmaqla) hissəsi onun arxiv fondunu təşkil edir və
“Milli arxiv fondu haqqında” qanunla müəyyən olunmuş müddətlərdə
idarənin arxivində saxlanılır.
Müvəqqəti saxlanma müddətli ( 10 ildən
az) sənədlər saxlanma müddətləri başa çatanadək
idarənin struktur bölmələrində saxlanılır və
bu Təlimatın 8.10-cu- 8.14-cü bəndlərində müəyyən
olunmuş qaydalara uyğun məhv edilmək üçün
ayrılır.
3.3. Arxiv fondunun aşağıdakı
növləri vardır:
3.3.1. idarənin arxiv fondu - bir idarənin
arxiv fondu sənədlərinin məcmusu olaraq təşkil
olunur;
3.3.2. birləşmiş arxiv fondu – iki və
daha artıq idarəyə məxsus, məntiqi və tarixi cəhətdən
bir-biri ilə bağlı olan arxiv fondu sənədlərinin
məcmusundan təşkil edilir;
3.3.3. arxiv kolleksiyası - bir neçə əlamət
üzrə ( mövzu, müəllif, növ) birləşdirilmiş müxtəlif
mənşəli sənədlərin məcmusundan təşkil
edilir;
3.3.4. şəxsi mənşəli arxiv
fondu - bir şəxsin, ailənin, nəslin həyat və fəaliyyəti
nəticəsində yaranan, hər hansı təşkilatın
fəaliyyətində istifadə olunmayan sənədlərin
məcmusundan təşkil edilir.
3.4. İdarənin arxiv fonduna fondtəşkiledən
təşkilatın rəsmi adı və müvafiq arxivin
fondlarının siyahısı üzrə nömrə verilir.
3.5. Sənədlər idarənin arxiv
fonduna onların fond mənsubiyyətini müəyyənləşdirməklə
daxil edilir. Arxiv sənədinin fond mənsubiyyəti onun
ünvanı, qeydiyyat ştampı, dərkənarı, məzmunu
və digər əlamətlər əsasında müəyyən
edilir və aşağıdakı tələblər nəzərə
alınır:
3.5.1. sənədlər daxil olduğu
idarənin arxiv fonduna aid edilir;
3.5.2. göndərilən sənədlərin
surətləri həmin sənədi hazırlayan idarənin
arxiv fonduna aid edilir;
3.5.3. daxili dövriyyədə olan sənədlər
onları hazırlayan idarənin arxiv fonduna aid edilir;
3.5.4. ardıcıl olaraq iki idarədə
kargüzarlığı aparılmış iş,
kargüzarlığı başa çatdırılmış idarənin
arxiv fonduna aid edilir.
3.5.5. idarə ləğv edildikdə
kargüzarlığı başa çatmış işlər ləğv
edilmiş idarənin arxiv fonduna, kargüzarlığı davam edən
işlər isə varis təşkilatın arxiv fonduna daxil
edilir.
3.6. İdarənin arxiv sənədlərindən
aşağıdakı hallarda vahid arxiv fondu yaradılır:
3.6.1. yenidən təşkil olunmuş,
lakin əvvəlki və sonrakı fəaliyyətində,
funksiyasında əsaslı dəyişiklik baş verməyən
idarənin sənədlərindən;
3.6.2. fəaliyyət dairəsi dəyişdirilmiş,
lakin tabeliyində, strukturunda, ştatlarında dəyişiklik
baş verməyən idarənin sənədlərindən;
3.6.3. dövlət mülkiyyətindən
qeyri-dövlət mülkiyyəti formasına keçmiş, lakin nizamnamə
kapitalında dövlətin payı üstünlük təşkil edən
idarənin sənədlərindən;
3.6.4. qarışıq mülkiyyət
formasına malik olub, nizamnamə kapitalında dövlətin
payı çox olan idarələrin sənədlərindən.
3.7. Arxiv fondunun təşkili zamanı
aşağıdakı şərtlər nəzərə
alınır:
3.7.1. Azərbaycan Respublikasının
Konstitusiyasına əsasən yaradılan dövlət hakimiyyəti
orqanlarının sənədlərindən yeni arxiv fondu
yaradılır;
3.7.2. Azərbaycan Respublikasının
icra hakimiyyəti, prokurorluq, məhkəmə və yerli
özünüidarəetmə orqanlarının sənədlərindən
müstəqil arxiv fondu yaradılır;
3.7.3. Azərbaycan SSR-nin və Azərbaycan
Respublikasının dövlət orqanlarının sənədlərindən
ayrı-ayrı arxiv fondları yaradılır və
onların xronoloji sərhədləri müvafiq dövlət
orqanının yaradılması, ləğvi, birləşdirilməsi,
yenidən qurulması barədə verilmiş qanunvericilik
aktı ilə müəyyən edilir;
3.7.4. ləğv edilmiş dövlət
orqanının bazasında yaradılmış yeni dövlət
qurumunun sənədlərindən yeni arxiv fondu
yaradılır;
3.7.5. idarənin tabeliyi, fəaliyyət
dairəsi, vəzifə və funksiyaları əsaslı surətdə
dəyişdirməklə hüquqlarının genişləndirilməsi
və ya məhdudlaşdırılması hallarında yeni
arxiv fondu yaradılır.
3.7.6. idarədə fəaliyyət göstərən,
lakin müstəqil ictimai qurum kimi qeydiyyata alınmış təşkilatın
(həmkarlar, idman) arxiv sənədlərindən müstəqil
arxiv fondu yaradılır. Daimi dövlət mühafizəsinə təhvil
veriləndə bu cür fondlardan birləşmiş arxiv fondu
yaradıla bilər.
3.8. Birləşmiş arxiv fondu tabeliyinə
və fəaliyyət eyniliyinə malik idarələrin arxiv sənədlərindən,
həmçinin hüquqi varis qaydasında ardıcıl olaraq bir-birini əvəz
etmiş idarələrin arxiv fondlarından yaradılır.
Arxiv fondları birləşdirildikdə işlərin və
siyahıların yenidən sistemləşdirilməsi və
şifrələnməsi aparılır. Birləşdirilmiş
arxiv fonduna onun tərkibinə daxil edilmiş fondların ümumi
adı verilir.
3.9. Sahibi tərəfindən
saxlanılmaq üçün idarə arxivinə təhvil verilmiş şəxsi
sənədlərdən şəxsi mənşəli arxiv
fondu yaradılır. Şəxsi mənşəli sənədlərdən
təşkil olunan arxiv fonduna sənədlərdə ictimai və
yaradıcılıq fəaliyyəti barədə geniş məlumat
verilmiş şəxsin adı verilir. Qohumluq, peşə,
yaradıcılıq əlaqələrinə görə bir-birinə
bağlı iki və daha artıq şəxsin arxiv sənədlərindən
birləşmiş arxiv fondu yaradıla bilər.
3.10. Dağınıq halda arxivə qəbul
edilmiş sənədlərin düzgün uçotunu aparmaq və onlardan
səmərəli istifadə etmək məqsədilə arxiv
kolleksiyası yaradılır.
3.11. Arxiv fondlarının xronoloji sərhədləri
fondtəşkiledən idarənin yaradılması və ləğv
edilməsi tarixləri ilə, birləşmiş arxiv fondunun
onun tərkibində olan ilk yaradılmış və sonuncu ləğv
edilmiş idarənin tarixi ilə, şəxsi mənşəli
arxiv fondunun sahibinin doğum və ölüm tarixləri və arxiv
kolleksiyasında isə kolleksiyaya daxil edilmiş sənədlərin
ilk və son tarixləri ilə müəyyən edilir.
3.12. Arxiv fondu daxilində sənədlər
sistemləşdirilmiş qaydada saxlanılır. Sənədlərin
arxiv fondu daxilində sistemləşdirilmiş uçot vahidi hər
hansı məsələyə aid sənəd və yaxud mənaca
bağlı sənədlərin məcmusu olan işdir (bundan
sonra- saxlama vahidi).
3.13. Saxlama vahidi sənədlərin
uçotu, axtarılması və istifadəsini təmin edə biləcək
qaydada tərtib olunur, arxiv fondu daxilində sistemləşdirilir
və siyahıya daxil edilir. Saxlama vahidlərinin
formalaşdırılması və sistemləşdirilməsi
işlərin nomenklatur-siyahısına uyğun olaraq idarənin
kargüzarlığında aparılır.
4. Saxlama
vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi
4.1. Saxlama vahidlərinin arxiv fondu daxilində
sistemləşdirilməsi aşağıdakı əlamətlər
üzrə aparılır:
4.1.1. struktur (aid olduğu struktur bölmələr
üzrə);
4.1.2. xronoloji (aid olduğu tarixlər və
dövrlər üzrə);
4.1.3. funksional (idarənin fəaliyyət
istiqamətləri nəzərə alınmaqla mövzu, məsələ
üzrə);
4.1.4. nominal (sənəd növləri üzrə);
4.1.5. korrespondensiyalar üzrə (idarələr
və şəxslərlə aparılmış
yazışmalar üzrə);
4.1.6. coğrafi (inzibati ərazilər və
ya yaşayış yerləri üzrə);
4.1.7. müəlliflik (sənədin müəllifləri
üzrə);
4.2. Saxlama vahidlərinin fond daxilində
sistemləşdirilməsi zamanı göstərilən əlamətlərdən
daha məqsədə uyğun olanı seçilir və fondun arxiv
siyahılarının hazırlanmasında tətbiq olunur.
4.3. Struktur və xronoloji əlamətlərin
birləşməsi sənədlərin xronoloji-struktur və
struktur-xronoloji əlamətlər üzrə sistemləşdirilməsinə
imkan verir. Xronoloji-struktur sistemləşdirmə sxemi fəaliyyət
göstərən və strukturu tez-tez dəyişmiş ləğv
olunan idarələrin fondlarına tətbiq olunur. Bu növ sistemləşdirmədə
saxlama vahidləri ilk olaraq fond daxilində illər və dövrlər
üzrə, daha sonra il daxilində struktur bölmələr üzrə
qruplaşdırılır. Struktur-xronoloji sistemləşdirmə
sxemi stabil struktura malik idarələrin fondlarına tətbiq
edilir. Bu sxem tətbiq olunduqda saxlama vahidləri əvvəlcə
aid olduğu struktur bölmələr üzrə, daha sonra struktur bölmə
daxilində illər üzrə xronoloji ardıcıllıqla
qruplaşdırılır.
4.4. Xronoloji-funksional və ya
funksional-xronoloji sistemləşdirmə sxemləri strukturu
tez-tez dəyişən idarələrin fondları üçün tətbiq
olunur. Xronoloji-funksional sxem üzrə sistemləşdirmədə
işlər ilk olaraq illər üzrə xronoloji
ardıcıllıqla, daha sonra il daxilində idarənin
funksional fəaliyyət istiqamətlərinə uyğun olaraq
qruplaşdırılır. Funksional-xronoloji sxem üzrə sistemləşdirmə
aparıldıqda isə işlər ilk olaraq funksional əlamətlər
üzrə, daha sonra xronoloji ardıcıllıqla
qruplaşdırılır.
4.5. Xronoloji-mövzu və ya mövzu-xronoloji
sistemləşdirmə sxemi həcmcə kiçik fondlara tətbiq
edilir. Saxlama vahidlərin mövzular üzrə sistemləşdirilməsi
aparılır. Struktur bölmələri olmayan idarələrin
fondları xronoloji-nominal və nominal-xronoloji sistemləşdirmə
sxemləri üzrə qruplaşdırılır.
4.6. Birləşmiş arxiv fonduna daxil
olan saxlama vahidlərinin sistemləşdirilməsi fondtəşkiledən
təşkilatın idarəetmədə rolu, sənədlərin
yaranma xronologiyası, təşkilatların əlifba
sırası və digər əlamətlər üzrə
aparılır. Arxiv kolleksiyalarının tərkibinə daxil
olan saxlama vahidlərinin sistemləşdirmə sxemi həmin sənədlərin
tərkibi və məzmununa uyğun seçilir.
4.7. Saxlama vahidlərinin arxiv
siyahılarında sistemləşdirilməsi zamanı
aşağıdakılar nəzərə alınır:
4.7.1. saxlama vahidi hansı ildə
başlanıbsa həmin ilə, yaxud davam etdirmək üçün digər
təşkilatdan daxil olduğu ilə aid edilir;
4.7.2. plan, hesabat, smeta və onlara aid
materiallar tərtib olunma tarixlərindən asılı
olmayaraq hansı illər üçün tərtib olunubsa həmin illərə
aid edilir. Uzun müddətli planlar onun fəaliyyətinin ilk ilinə,
bu illərə aid hesabatlar isə hesabat dövrünün sonuncu ilinə
aid edilir;
4.7.3. bir struktur bölmədə
açılmış və davam etdirmək üçün digər struktur
bölməyə verilmiş iş başa
çatdırıldığı struktur bölməyə aid edilir;
4.7.4. saxlama vahidinin il (dövr) daxilində
yerləşdirilməsi ardıcıllığı, onun ilk və
son tarixləri, aid olduğu struktur bölmənin əhəmiyyəti
nəzərə alınmaqla müəyyən edilir;
4.7.5. saxlama vahidlərinin xronoloji
ardıcıllığı gün, ay, il üzrə müəyyən
olunur. Eyni tarixlə başlanan saxlama vahidlərinin
ardıcıllığı onların son tarixləri ilə
müəyyənləşdirilir və daha tez başa
çatmış saxlama vahidi siyahıya daha əvvəl daxil
edilir.
4.8. Şəxsi heyətə aid sənədlərə
ayrıca siyahılar tərtib edilir və özünəməxsus
qaydada sistemləşdirmə aparılır. İdarənin
işçi personalının uçot-qeydiyyat sənədləri
(şəxsi heyətə aid əmrlər, şəxsi uçot vərəqələri,
şəxsi işlər, əmək müqavilələri, şəxsi
hesablar, qeydiyyat kitabları və s.) şəxsi heyətə
aid sənədlərin siyahılarına daxil edilir. Şəxsi
heyətə aid sənədlər əsasən xronoloji əlamətlər
üzrə sistemləşdirilir, böyük sayda işçi personalı olan
idarələrdə struktur-xronoloji sxem tətbiq olunur. Şəxsi
heyətə aid işlərin il daxilində sistemləşdirilməsi
bu Təlimatın 11.17-ci- və 11.19-cu bəndlərində müəyyən
olunmuş qaydalara uyğun aparılır.
5. Arxiv fondu sənədlərinin mühafizəsinin
təşkili
5.1. İdarə arxivlərində
sənədlərin mühafizəsi - onların qorunması üçün müvafiq
norma və standartlara uyğun şəraitin
yaradılması, məhv olunması və itirilməsinin
qarşısının alınması, lazımi fiziki, kimyəvi
və bakterioloji şəraitdə saxlanması kimi kompleks tədbirlərin
həyata keçirilməsi ilə təmin edilir. [1]
5.2. İdarə arxivində sənədlərin
etibarlı mühafizəsi üçün həyata keçirilən kompleks tədbirlərə
aşağıdakılar aiddir:
5.2.1. sənədlərin saxlanması
üçün optimal şəraitin yaradılması;
5.2.2. sənədlərin mühafizəxanalarda
yerləşdirilməsinin topoqrafik sxeminin hazırlanması;
5.2.3. sənədlərin arxivdən
istifadəyə verilməsi qaydalarının müəyyən
edilməsi;
5.2.4. sənədlərin mövcudluğu və
vəziyyətinin yoxlanılması, onların uçotunun
aparılması;
5.2.5. xüsusi əhəmiyyətli sənədlərin
müəyyənləşdirilməsi və sığorta fondunun
təşkili;
5.2.6. sənədlərin fiziki, kimyəvi
və bakterioloji mühafizəsinin təmin olunması.
5.3. Sənədlərin saxlanması üçün
optimal şəraitin yaradılması arxivə müvafiq tələblərə
uyğun mühafizəxana otaqlarının ayrılması, mühafizəxanaların
yanğın söndürən vasitələr və siqnalizasiya
sistemləri ilə təchiz edilməsi, mühafizəxanalarda
lazımi istilik-rütubət, işıq və sanitar-gigiyena
rejiminin yaradılması, sənədlərin yerləşdirilməsi
üçün xüsusi texniki avadanlıqlardan (qəfəslər, rəflər,
seyflər, arxiv qutuları və s.) istifadə olunması ilə
təmin edilir.
5.4. İdarənin arxivi ayrıca
tikilmiş binada və yaxud istehsalat sahəsindən kənarda
yerləşən, yanğına qarşı davamlı
materiallardan tikilmiş arxiv sənədlərinin saxlanması
üçün texniki şərtlərə cavab verən
uyğunlaşdırılmış binada yerləşdirilir.
Binanın arxiv üçün uyğunlaşdırılması, onun müəyyən
olunmuş qaydalara uyğun ekspertizadan keçirilməsindən sonra
həyata keçirilir. Ekspertiza binanın texniki istismar,
yanğından mühafizə, sanitar-epidemioloji
dayanıqlılığı öyrənilməklə müvafiq dövlət
orqanlarının nümayəndələrinin iştirakı ilə
aparılır və nəticəsi aktla (ekspertiza rəyi) rəsmiləşdirilir.
Arxivin binanın çardaq və ya zirzəmi hissəsində yerləşdirilməsinə
icazə verilmir.
5.5. Arxivin mühafizəxana otaqlarından
qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin
keçməsi qadağan olunur. Onun əsas qapısı dəmirdən
hazırlanır və ehtiyat çıxış üçün əlavə
qapı qoyulur. Mühafizəxanadakı elektrik naqillər
bağlı olmalı, elektrik paylayıcı qurğular,
bölüşdürücü açarlar mühafizəxanadan kənarda
quraşdırılır.
5.6. Mühafizəxanaların
işıqlandırılması təbii və ya süni yola həyata
keçirilir. Günəş şüaları ilə mühafizəxanaların
işıqlandırılmasına icazə verilmir. Təbii
işıqlandırma üçün istifadə edilən pəncərələrin
şüşələri jalüzlə bağlanılır, yaxud rənglənilir.
Süni işıqlandırma üçün bağlı plafonlu elektrik
lampalardan istifadə edilir. Sənədlər məhdud səviyyədə
işıqlandırılan mühafızəxanalarda
saxlanılır.
5.7. Kondisioner
quraşdırılmış mühafizəxanalarda sənəd
növlərindən asılı olaraq optimal istilik-rütubət
rejimi saxlanılır. Kağız əsaslı sənədlərə
17-19 dərəcə temperatur, 50-55% rütubət, ağ-qara lentlərə
15 dərəcə temperatur, 40-55% rütubət, rəngli lentlərə
2-5 dərəcə temperatur, 40-55% rütubət, maqnit lentlərə
və elektron sənəd daşıyıcılarına 15-20
dərəcə temperatur, 50-65% rütubət rejimi
yaradılır. Hava və rütubət rejiminin kəskin dəyişdirilməsinə
icazə verilmir. Mühafizəxanada temperatur və rütubət rejimi
xüsusi ölçü cihazları ilə nəzarətdə
saxlanılır. Nəzarət ölçü cihazları isitmə və
havalandırma sistemlərindən uzaq, mühafizəxananın əsas
girişinə yaxın yerdə yerləşdirilir.
5.8. Arxivin mühafizəxana otaqları
tozdan, gəmirici və həşəratlardan qorunur,
sanitar-gigiyenik cəhətdən daim təmiz saxlanılır.
Mühafizəxanaya üst geyimdə, yaş ayaqqabılarda daxil olmaq,
orada qida məhsulları saxlamaq və tütün
çəkmək qadağan olunur. Mühafizəxana otaqları
sistematik olaraq nəm əski ilə təmizlənir, ayda bir dəfədən
az olmamaq şərti ilə döşəmə xüsusi məhlullar
əlavə edilmiş su ilə silinir və dezinfeksiya işləri
görülür. Təmizlik və sanitar-gigiyenik tədbirlərin görülməsi
zamanı antiseptik məhlulların və suyun sənədlərə
düşməsinin qarşısı alınır.[2]
5.9. Mühafizəxanalar xüsusi mühafizə və
siqnalizasiya avadanlıqları ilə təmin olunur. Mühafizəxana
otaqlarının xaricə açılan qapıları dəmirdən
hazırlanır, pəncərələr metal haşiyələrlə
pərçimlənir. Qeyri iş vaxtı bütün qapılar möhürlənir,
iş vaxtı isə bütün qapılar açarla bağlı
saxlanılır. Mühafizəxanaya yalnız arxiv əməkdaşının
və müdirinin daxil olmasına icazə verilir, digər şəxslərin
girişinə onların müşayiəti ilə şərait
yaradılır. Mühafizəxanalardan sənədlərin verilməsi
tələbnamə və xüsusi buraxılış vərəqəsi
əsasında həyata keçirilir.
5.10. Sənədlər mühafizəxanalarda
mövcud sahədən rasional istifadə etmək şərti ilə,
onların kompleks halında saxlanılması və operativ
axtarılmasını təmin edən formada yerləşdirilir.
Mühafizəxanalar metal qəfəslər, şkaflar və seyflərlə
təmin edilir. Qəfəslər divara perpendikulyar və daha
az işıq düşən səmtdə
quraşdırılır.
5.11. Mühafizəxanadakı avadanlıqlar
(qəfəslər, rəflər) divardan və istilik mənbəyindən
aralıda, aşağıdakı ölçülərə uyğun
quraşdırılır:
5.11.1. əsas girişdəki qəfəslər
arası məsafə - 120 sm;
5.11.2. digər girişlərdəki qəfəslər
arası məsafə - 75 sm;
5.11.3. çöl divarla ona perpendikulyar qəfəslər
arası məsafə - 75 sm;
5.11.4. divarla qəfəs və
şkafların tinləri arasındakı məsafə - 45 sm;
5.11.5. döşəmə ilə qəfəsin
alt rəfi arasındakı məsafə - 15 sm;
5.11.6. qəfəsin rəfləri
arasındakı məsafə - 35 sm.
5.12. Sənədlər qəfəslərdə
struktur bölmələr üzrə və xronoloji
ardıcıllıqla yerləşdirilir. Daimi, uzun müddət
(on ildən artıq) saxlanılan, o cümlədən ləğv
edilmiş struktur bölmələrin sənədləri
ayrı-ayrılıqda yerləşdirilir. Kağız
daşıyıcıda olan daimi saxlanılan sənədlər
karton qutularda, müvəqqəti saxlanılan sənədlər
bağlamalarda, məxfi sənədlər müvafiq növ sənədlərin
saxlanması qaydalarına uyğun şəraitdə mühafizə
edilir. Kino- foto və digər texniki vasitələrlə oxunan
sənədlər xüsusi olaraq həmin sənədlərin
saxlanması üçün yaradılmış mühafizəxanalarda
saxlanılır.
5.13. Elektron sənədlər Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq olunmuş “Dövlət
orqanlarında, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına dair Təlimat”ın
18-ci hissəsinə uyğun
hazırlanır və mühafizəsi təşkil olunur. [3]
5.14. Elektron sənədlərin
saxlanılması Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı
ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi
Qaydası”na uyğun həyat keçirilir.
5.15. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olan idarələrdə dövlət mühafizəsinə
təhvil verilən elektron sənədlər Beynəlxalq Arxiv
Şurasının qəbul etdiyi İSO 15489 standartına
uyğun strukturda hazırlanır (mətnli sənədlər
-PDF/A, XML, qrafik və təsviri sənədlər- TİFF ,
fono -video sənədlər -JPG ).
5.16. Proqram vasitələrinin yenilənməsi
ilə əlaqədar sənədlərdən istifadə çətinləşdikdə
idarə rəhbərinin qərarı ilə elektron sənədlər
əvvəlki strukturu qorunmaqla yeni proqram təminatına
uyğunlaşdırılır. Elektron sənədlərdəki
məlumatlar birdəfəlik yazılma və çoxqatoxunma
imkanı olan optik disklərdə (CD-R, DVD-R) saxlanılmaqla
mühafizə olunur.
5.17. İdarə arxivinə daxil olan sənədlər
siyahılar əsasında və sənəd növlərinə
uyğun mühafizəxanalardakı qəfəslərdə, rəflərdə
və şkaflarda yerləşdirilir. Arxivin mühafizəxana
otaqları, qəfəslər, rəflər, şkaflar nömrələnir.
Nömrələnmə yuxarıdan aşağı, soldan sağa
aparılır.
5.18. Mühafizəxanalarda sənədlərin
saxlama yerlərinin dəqiqləşdirilməsi üçün qəfəslərin
topoqrafik göstəricisi, fondların sayı çox olduğu arxivlərdə
isə fondların topoqrafik göstəricisi hazırlanır. Qəfəslərin
və fondların topoqrafik göstəriciləri müəyyən
olunmuş formada (1№-li əlavə) tərtib edilir və
mühafizəxananın girişinə yaxın yerdə yerləşdirilir.
5.19. Mühafizəxanalardan işlər akt,
tələbnamə və sifariş əsasında işçilərə,
tədqiqatçılara, fiziki vəziyyətlərinin
yaxşılaşdırılması üçün bərpaya və müvəqqəti
istifadə üçün digər təşkilatlara verilir və uçot
kitablarında qeydiyyatı aparılır. İcra olunmuş tələbnamə
və akt sənədlərin mövcudluğunun yoxlanılmasına
qədər saxlanılır. Sənədlər müvəqqəti
istifadə üçün digər təşkilatlara, məhkəmə və
istintaq orqanlarına üç aydan artıq olmamaq şərti ilə
verilir.
5.20. Elektron sənədlər arxivin
mühafizəxanasından elektron sənədin surəti və ya
kağız daşıyıcıda surəti kimi verilir.
Elektron sənədin surəti idarə rəhbərinin və
yaxud digər səlahiyyətli şəxsin elektron
imzasından istifadə etməklə, kağız
daşıyıcıda olan elektron sənədin surəti isə
ümumi qaydada təsdiq olunur.
5.21. İstifadəyə verilən
iş həm əvvəlcədən, həm də geri
qaytardıqdan sonra vərəqbəvərəq baxılaraq
yoxlanılır. İstifadəyə verilmiş işin yerinə
müvafiq fondun, siyahının və işin nömrələri qeyd
olunmuş əvəzedici vərəq qoyulur. İş geri
qaytarıldıqdan sonra əvəzedici vərəq götürülür və
istifadə olunmuş iş üçün istifadə vərəqi
açılır.
5.22. İstifadə olunaraq geri
qaytarılmış işlərdə çatışmazlıqlar
aşkar edildikdə iki nüsxədə akt tərtib edilir və
təqsirli şəxs barədə qanunvericilikdə müəyyən
olunmuş qaydada tədbir görülür. Sənədlərin
daşınması xüsusi mühafizə tədbirləri görülməklə
həyata keçirilir, onların ətraf mühitin zərərli təsirlərindən,
mexaniki zədələrdən qorunması təmin edilir.
5.23. Daimi dövlət mühafizəsinə təhvil
verilən sənədlərin əsaslarında və mətnində
fiziki-kimyəvi qüsur aşkar olunduqda dərhal müvafiq uçot
jurnalında qeydiyyat aparılır, onların fiziki-kimyəvi
vəziyyəti xarakterizə olunur və görüləcək
işlər (bərpa, dezinfeksiya, surətlərin
çıxardılması və s.) konkret olaraq göstərilir. Sənədlərin
fiziki-kimyəvi qüsurlarının qısa müddətdə aradan
qaldırılması üçün zəruri tədbirlər görülür.
5.24. Arxiv sənədlərinin
mövcudluğunun və vəziyyətinin yoxlanılması
onların faktiki sayı ilə uçot sənədlərindəki
sayının uyğunluğunu müəyyənləşdirmək,
o cümlədən bərpa və profilaktik tədbirlərə
ehtiyacı olan sənədləri aşkar etmək məqsədilə
aparılır. Mövcudluğun yoxlanılması 10 ildə
(texniki vasitələrlə oxunan sənədlər üçün 5 il)
bir dəfədən az olmamaq şərti ilə
aparılır. Arxiv müdiri dəyişdirildikdə, sənədlər
başqa yerə köçürüldükdə və başqa fövqəladə
hallarda sənədlərin mövcudluğu növbədən kənar
yoxlanılır.
5.25. İdarə arxivində sənədlərin
mövcudluğunun yoxlanılması zamanı onların qəfəslərdə
yerləşdirilmə ardıcıllığı dəyişdirilmədən
saxlanılır, işin təsvir hissəsinə (sərlövhəsinə,
vərəqlərin sayına, şifrəsinə və s.)
baxılır və vizual olaraq işin fiziki vəziyyəti
öyrənilir. Yoxlamanın nəticələri və
catışmazlıqlar aktla rəsmiləşdirilir.
5.26. Sənədlərin mövcudluğu və
vəziyyətinin yoxlanılması aktı və vərəqi
müəyyən olunmuş formada (2 №-li əlavə) hər
bir fond üçün tərtib olunur və yoxlamanın yekununda müvafiq
fondun fond işinə əlavə edilir. Yoxlanılmış
işlərin siyahılarına “yoxlanılıb”
ştampı qoyulur və yoxlamanı aparmış şəxs
tərəfindən imzalanır. Yoxlama nəticəsində
aşkar olunmamış işlərin axtarışı təşkil
edilir. Bir il müddətində aşkar edilməmiş işlər
müəyyən olunmuş formada tərtib olunmuş akt və
müvafiq dövlət arxivinin Ekspert Yoxlama Komissiyası (bundan sonra-
EYK) ilə razılaşdırılmış qərar əsasında
uçot sənədlərindən xaric edilir.
5.27. Yoxlamanın yekununda fondun uçot sənədlərində
baş vermiş dəyişikliklərə uyğun olaraq
fondun arxiv siyahılarında, o cümlədən nəzarət məqsədi
ilə müvafiq dövlət arxivində saxlanılan həmin fondun
arxiv siyahılarında zəruri dəyişikliklər edilir.
5.28. İdarə arxivi mülkiyyətində
olan fondlarında saxlanılan xüsusi əhəmiyyətli və
nadir sənədləri aşkar etmək, onların
sığorta və istifadə fondlarını yaratmaq hüququna
malikdir.
6. Arxiv fondu sənədlərinin uçotu
6.1. İdarə arxivində saxlanılan
bütün sənədlər (o cümlədən təsvir edilməmiş
sənədlər, istifadə fonduna məxsus sənədlər)
və onların arxiv siyahıları uçota alınır.
İdarə arxivinin uçot sənədlərinə arxivə
daxil olan, arxivdən xaric edilən sənədlərin tərkibi
və həcmi barədə məlumatları özündə əks
etdirən sənədlər kompleksi aid edilir. Uçot sənədlərindən
arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi və
mövcudluğunun yoxlanılmasında əsas vasitə kimi istifadə
olunur.
6.2. Arxiv sənədlərinin əsas
uçot vahidləri arxiv fondu, arxiv kolleksiyası və saxlama vahidi
təşkil edir. Elmi cəhətdən təsvir
olunmamış şəxsi mənşəli arxiv sənədləri
,bir qayda olaraq vərəq və sənəd sayı ilə
uçota alınır. Elmi-texniki cəhətdən qaydaya
salınmamış (dağınıq halda olan) sənədlərin
150 vərəqi şərti olaraq bir uçot vahidi hesab olunur.
6.3. Vahid proqram təminatlı informasiya
obyektində yazılmış bir və ya bir neçə fayldan
ibarət elektron qovluq və yaxud elektron qovluqların məcmusu
olan elektron daşıyıcı (optik disk, disket) elektron sənədlərin
uçot vahidi hesab edilir.
6.4. Uçot vahidlərinə arxiv şifri
qoyulur, onların tərkibi və miqdarı haqqında məlumatlar
arxivin müvafiq uçot sənədlərində əks etdirilir.
Arxiv şifri –arxivdə mühafizə olunan
uçot vahidlərinin hər birinin uçotu və identifikliyinin təmin
edilməsi məqsədi ilə onun sol aşağı küncündə
qoyulan və müvafiq arxiv fondunun, arxiv siyahısının,
saxlama vahidinin nömrələrini əks etdirən vasitədir.
6.5. Daimi dövlət mühafizəsi məqsədi
ilə dövlət arxivinə ilk dəfə qəbul edilən hər
bir arxiv fonduna fondların siyahısı üzrə, saxlama vahidlərinə
həmin fondun arxiv siyahısı üzrə, arxiv
siyahısına isə siyahıların reyestri üzrə nömrə
verilir. Elektron sənəd daşıyıcısının
arxiv şifri, onun qeydiyyata alındığı uçot-təsvir
kitabı əsasında verilir və
daşıyıcının yerləşdiyi qutunun üz hissəsində
göstərilir.
6.6. İdarə arxivlərində sənədlərin
uçotu mərkəzləşdirilmiş və vahid uçot prinsipləri
əsasında aparılır. Uçot sənədlərinin
varisliyi, dinamikliyi, tamlığı, dolğunluğu təmin
olunur, vaxtında və operativ dəyişikliklər edilməklə
onların aktuallığı qorunur.
6.7. Arxivin uçot sənədləri mühafizəxanalarda
seyf və ya metal şkaflarda ayrıca saxlanılır. Onlara
buraxılış idarə rəhbərinin əmri ilə təmin
edilir.
6.8. İdarə arxivində sənədlərin
uçotu əsas və köməkçi sənədlər vasitəsi ilə
aparılır. Əsas uçot sənədlərinin tərkibi və
forması bu təlimatla müəyyən edilir, köməkçi uçot sənədlərini
isə arxiv özü müəyyən edir.
6.9. İdarə arxivinin əsas uçot sənədlərinin
tərkibinə aşağıdakılar aiddir:
6.9.1. arxivə daxil olan və arxivdən
xaric edilən sənədlərin uçotu kitabı (arxivə
daxil olan və arxivdən xaric edilən sənədlərin
miqdarı, tərkibi, vəziyyəti və tarixləri göstərilməklə
uçotunun aparılması üçün ( 3 №-li əlavə);
6.9.2. fondların siyahısı (arxivə
qəbul edilən fondların, kolleksiyaların qeydiyyatı və
onlara uçot nömrələrinin verilməsi, həmçinin xaric
edilmiş fondların uçotu üçün (4 №-li əlavə);
6.9.3. fond vərəqi (arxiv fondu və
kolleksiyası daxilində arxiv siyahılarına uçot nömrələrinin
verilməsi, fond daxilində sənədlərin (işlərin)
miqdarı, tərkibi, onların təsvir olunma vəziyyətini
müəyyən etmək və fondun, siyahının adında
baş verən dəyişiklikləri qeyd etmək üçün (5
№-li əlavə) ;
6.9.4. sənədlərin (işlərin)
arxiv siyahısı (saxlama vahidlərinin uçotu, sistemləşdirilməsi,
qeydiyyatı və onların tərkibində, həcmində
baş verən dəyişikliklərin uçotu üçün (6, 7 №-li əlavələr);
6.9.5. siyahıların reyestri (sənədlərin
(işlərin) siyahılarının qeydiyyatı, onların
tərkibi və miqdarının uçotu üçün ( 8 №-li əlavə);
6.9.6. arxivin pasportu (arxiv
fondlarının, mühafizəxanalardakı saxlama vahidlərinin
uçotu və onların saxlanma şəraitinin müəyyən
edilməsi üçün (9, 9A №-li əlavələr);
6.9.7. fond işi (fondtəşkiledənin
tarixinə və fondla bağlı görülmüş işlərə
dair sənədlər kompleksinin saxlanması üçün).
6.10. Daxil olan və xaric edilən sənədlərin
uçotu kitabına arxivə birinci və təkrar olaraq daxil olan (
xaric edilən) bütün sənədlər hesabat ili daxilində
ardıcıl nömrə verilməklə qeydiyyata alınır və
ilin sonunda müvafiq il ərzində arxivə daxil olan və xaric
edilən sənədlərin ümumi miqdarı barədə yekun
qeydlər edilir. Daxil olan və xaric edilən sənədlərin
uçotu kitabından fond vərəqinin və arxivin pasportunun tərtib
edilməsində əsas sənəd kimi istifadə olunur.
6.11. İdarə arxivində iki və
daha artıq arxiv fondu saxlandıqda fondların siyahısı
tərtib edilir. Arxiv fondunun adı fondların siyahısına
bir dəfə, sənədlər arxivə ilk dəfə qəbul
ediləndə daxil edilir və fondların siyahısında
qeydə alınma ardıcıllığına uyğun ona
uçot nömrəsi verilir. Bu uçot nömrəsi arxiv fondunun nömrəsi
hesab olunur və onun bütün uçot sənədlərində
qeydiyyatı zamanı saxlanılır.
6.12. Müstəqil nömrələr verilməklə
qeydiyyata alınmış bir neçə arxiv fondunun birləşdirilməsindən
yaranan birləşmiş arxiv fonduna həmin fondlardan hər
hansı birinin nömrəsi verilir. Sənədlərin digər
arxivlərə verilməsi, yaxud tam olaraq uçotdan
çıxarılması nəticəsində boş qalan nömrələr
başqa fonda verilmir.
6.13. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olan idarənin arxiv fonduna, onun sənədlərinin
daimi mühafizə olunduğu dövlət arxivində uçota
alındığı fond nömrəsi verilir.
6.14. Arxiv fondunun adı fondların
siyahısına fondun tarixi arayışı və ya işlərin
siyahısının titul vərəqi əsasında daxil
edilir. Fondtəşkiledənin adı bir neçə dəfə dəyişdikdə,
fondların siyahısına onun sənədlərinin arxivə
qəbul edildiyi vaxtda daşıdığı adı, ləğv
edilmiş idarələrin sənədləri arxivə qəbul
edildikdə isə ləğv olunmuş idarənin sonuncu
adı yazılır. Birləşmiş arxiv fondu ümumiləşdirilmiş
adla fondların siyahısına daxil edilir. Arxiv
kolleksiyasının adı onun tərtib edilmə əlamətlərinə
uyğun göstərilir.
6.15. Fondların siyahısı mətbəə
üsulu ilə qalın üzlü kitabda hazırlanır, vərəqlər
nömrələnir və təsdiqedici vərəq tərtib
olunur.
6.16. Fond vərəqi arxivə qəbul
edilən hər bir fond üçün tərtib olunur. Fond vərəqində
fondun sənədləri ( o cümlədən təsvir edilməmiş
) və işlərin siyahıları qeydə alınır.
Fond vərəqinə müvafiq arxiv fondunun nömrəsi verilir və
fondların nömrələrinə uyğun
ardıcıllıqla bağlı qovluqlarda saxlanılır.
6.17. Fond vərəqi bərpa olunmaz dərəcədə
zədələndikdə, yaxud fondların birləşdirilməsi
nəticəsində vərəqdəki məlumatlar həqiqəti
əks etdirmədikdə yenidən tərtib edilir və əvvəl
tərtib olunmuş fond vərəqi fond işinə qoyulur. Hər
iki fond vərəqinin yuxarı sağ küncündə vərəqin
yenidən tərtib olunması barədə qeyd aparılır
və səlahiyyətli şəxs tərəfindən
imzalanır.
6.18. Arxiv siyahısı – arxiv fonduna məxsus
sənədlərin, saxlama vahidlərinin ilkin uçot vasitəsi
hesab olunur. Saxlama vahidləri siyahılarda idarənin iş
nomenklaturuna, bu Təlimatın 4.7-ci və 11.17-ci bəndlərində
müəyyən olunmuş qaydalara uyğun sistemləşdirilir
və siyahı üzrə ardıcıl nömrə verilməklə
qeydiyyata alınır. İşlərin arxiv
siyahısının illik bölməsinə fond vərəqi üzrə
uçot nömrəsi verilir və siyahı başa çatanadək həmin
nömrə saxlanılır.
6.19. Dörd rəqəmli həddə (9999)
çatmış siyahı başa çatmış hesab olunur və
sonrakı işlər fondun yeni siyahısına daxil edilir.
Yeni siyahıya fond vərəqi üzrə növbəti nömrə
verilir. Bütün işləri xaric edilmiş siyahının nömrəsi
digər siyahıya verilmir və siyahının müvafiq
qrafasına “xaric edilib” ştampı qoyulur. Başa
çatmış siyahı titul vərəqi və məlumat
aparatı ilə birlikdə qalın üzlü qovluqda tikilir, nömrələnir
və yekun qeyd yazılır.
6.20. Siyahı bir neçə hissədən ibarət
olduqda, hər bir hissəyə yekun qeydi yazılır və
sonuncu hissədə isə işlərin ümumi miqdarı göstərilməklə
yekun qeydi aparılır. Daimi saxlanılan sənədlərin
və şəxsi heyətə aid işlərin ümumi icmal
arxiv siyahıları müvafiq dövlət arxivinin EYK-da təsdiq
olunduqdan sonra struktur bölmələrdən təqdim olunan
siyahılar fond işinə qoyulur və sənədlər
daimi dövlət mühafizəsinə təhvil verilənədək
arxivdə saxlanılır. Struktur bölmələrin
siyahılarına uçot nömrələri siyahıların reyestri əsasında
verilir.
6.21. Siyahıların reyestri idarə
arxivində iki və daha artıq arxiv siyahısı olduqda tərtib
edilir. İşlərin siyahıları reyestrə xronoloji
ardıcıllıqla daxil edilir və reyestr üzrə ona nömrə
verilir. Siyahıların reyestrinə müvafiq arxiv
siyahısının aid olduğu fondun nömrəsi,
siyahının nömrəsi, siyahıdakı işlərin
miqdarı, siyahının nüsxələrinin və vərəqlərinin
sayı qeyd olunur.
6.22. Fond işi idarə arxivində
mühafizə edilən hər bir arxiv fondu üçün açılır. Fond
işinə fondtəşkiledənin və fondun tarixini əks
etdirən sənədlər, tarixi arayış, sənədlərin
təhvil-qəbulu, məhv edilməsi, mövcudluğunun və vəziyyətinin
yoxlanılması aktları, həmçinin fondun tərkibində
baş vermiş dəyişiklikləri özündə əks etdirən
sənədlər daxil edilir. Fond işində sənədlər
xronoloji ardıcıllıqla yerləşdirilir, vərəqlər
nömrələnir, işdəki sənədlərə daxili
siyahı və təsdiqetmə vərəqi tərtib edilir.
6.23. Milli arxiv fonduna məxsus sənədlərin
mərkəzləşmiş qaydada dövlət uçotunun
aparılması məqsədi ilə idarə arxivi hər il
01 yanvar vəziyyətinə arxivdə mühafizə edilən
fondların tərkibi və həcmi barədə müəyyən
olunmuş formada (9 №-li əlavə) arxivin pasportunu
hazırlayaraq müvafiq dövlət arxivinə təqdim etməlidir.
6.24. İdarə arxivi
avtomatlaşdırılmış məlumat bazası (MB)
yaratmaqla arxiv sənədlərinin uçotunu apara bilər. Bu məqsədlə
tətbiq edilən avtomatlaşdırılmış məlumat
bazası sisteminin strukturu müvafiq dövlət arxivində tətbiq
edilən analoji sistemin strukturu ilə uyğun olmalı və
məlumatların yerləşdirilməsi arxivin ənənəvi
uçot sisteminə uyğun arxiv fondu, arxiv siyahısı və
saxlama vahidi əsasında həyata keçirməlidir.
6.25. Arxivin əsas uçot sənədləri
(işlərin arxiv siyahısı istisna olmaqla) xidməti məqsədlər
üçün yaradılır və istifadəçilərə verilməsi
qadağan olunur.
6.26. İdarə arxivinə daxil olan arxiv
sənədlərinin qeydə alınması üçün
aşağıdakı əsaslar mövcud olmalıdır:
6.26.1. struktur bölmələrdən təhvil
verilən daimi, uzun müddət saxlanılan və şəxsi
heyətə aid işlərin siyahıları;
6.26.2. idarədə (struktur bölmənin)
il ərzində yaranmış və kargüzarlıqda başa
çatmış işlərin miqdarı göstərilən işlərin
nomenklatur siyahısı;
6.26.3. qəbul mənbəyi olan təşkilatlardan,
digər hüquqi və fiziki şəxslərdən sənədlərin
təhvil-qəbulu aktı.
6.27. İdarə arxivindən xaric edilən
arxiv sənədlərinin uçotunun aparılması üçün
aşağıdakı əsaslar tələb olunur:
6.27.1. sənədlərin dövlət
arxivinə və yaxud digər təşkilatın idarə
arxivinə təhvil verilməsi barədə akt;
6.27.2. sənədlərin mülkiyyətçiyə
qaytarılması barədə akt;
6.27.3. saxlanılmalı olmayan sənədlərin
məhv edilmək üçün ayrılması barədə akt;
6.27.4. axtarışı başa
çatmış və aşkar olunmayan sənədlər barədə
akt;
6.27.5. bərpa olunmaz dərəcədə
zədələnmiş sənədlər barədə akt;
6.27.6. uçot sənədlərində
aşkar edilmiş texniki səhvlər barədə akt.
6.28. İdarə arxivinin əsas uçot sənədlərində
bu Təlimatın 6.26-cı və 6.27-ci bəndlərində
göstərilən əsaslardan hər hansı biri olduqda zəruri
dəyişiklərin edilməsinə icazə verilir.
6.29. İdarə arxivində arxiv fondu ilə
bağlı görülmüş işlərin nəticəsi olaraq rəsmiləşdirilən
sənədlər (şəxsi mənşəli sənədlərin
təsvir aktı, uçot sənədlərində aşkar
edilmiş texniki səhvlər barədə akt, fonda aid olmayan
sənədlərin aşkar edilməsi barədə akt,
saxlanılmalı olmayan sənədlərin məhv etmək
üçün ayrılması barədə akt) müvafiq arxiv fondunun fond
işinə daxil edilir.
7. İdarə arxivlərin arxiv fondu sənədləri
ilə komplektləşdirilməsi
7.1. İdarə arxivi müvafiq idarənin struktur bölmələrinin
və onun komplektləşdirmə mənbəyi
siyahısına daxil edilmiş təşkilatların
kargüzarlığında icrası başa çatmış sənədlərin
sistematik olaraq arxivə qəbul edilməsi ilə komplektləşdirilir.
İdarə arxivinin komplektləşdirmə mənbələrinin
siyahısına idarənin struktur bölmələri, onun
tabeliyində olan təşkilatlar və müvafiq sahədə
xidməti fəaliyyəti ilə fərqlənən fiziki
şəxslər daxil edilir.
7.2. Milli arxiv fondunun tərkibinə daxil edilən sənədlər,
o cümlədən uzun müddət saxlanılan (10 ildən
artıq) və şəxsi heyətə aid sənədlər
idarənin kargüzarlığında icrası başa
çatdıqdan sonra bir ildən tez və üç ildən gec olmayaraq
idarə arxivinə təhvil verilir. İstisna hallarda mülki vəzifələrdə
qulluq keçmiş və işdən azad olunmuş işçilərin
kadr işinə aid sənədləri daha artıq müddətdə
struktur bölmələrdə saxlanıla bilər.
7.3. Müvəqqəti saxlanma müddətli (10 ildən az) sənədlər
idarə arxivinə təhvil verilmir, müəyyən olunmuş
saxlanma müddətləri başa çatanadək struktur bölmələrdə
saxlanılır. Struktur bölmələrdə bu növ sənədlərin
saxlanması üçün yer məhdud olduqda istisna hal kimi, idarə rəhbərinin
qərarı ilə işlərin siyahıları və ya işlərin
nomenklatur siyahısı əsasında idarə arxivinə təhvil
verilir.
7.4. İdarə arxivinə hüquqi varislik qaydasında
ardıcıl olaraq bir-birini əvəz etmiş idarənin, o
cümlədən tabeliyində olub ləğv edilmiş, birləşdirilmiş,
yenidən təşkil olunmuş təşkilatların sənədləri
qəbul edilir.
7.5. Sənədlərin Milli arxiv fondunun tərkibinə
daxil edilməsi barədə qərarı Azərbaycan
Respublikasının Milli Arxiv İdarəsi və yaxud müəyyən
olunmuş səlahiyyətlər daxilində dövlət arxiv xidməti
təşkilatlarında yaradılan EYK-a verir.
7.6. Sənədlər dəyərinin ekspertizası
keçirildikdən sonra idarənin arxivinə qəbul edilir.
Yazılma formasından, daşıyıcının növündən
asılı olmayaraq idarənin fəaliyyətində yaranan
bütün növ sənədlərin kompleks halda dəyərinin
ekspertizası keçirilir.
7.7. Sənədlərin dəyərinin
ekspertizası onların müəyyən olunmuş prinsip və
meyarlar əsasında elmi-tarixi, hüquqi və əməli əhəmiyyəti
öyrənilməklə saxlanma müddətlərinin müəyyən
edilməsi və Milli arxiv fondunun tərkibinə daxil edilməsi,
yaxud bu tərkibdən çıxardılması məqsədilə
həyata keçirilir.
7.8. Sənədlərin dəyərinin
ekspertizası elmi-tarixi yanaşma, sistemlilik, bütövlük prinsiplərinə
əsaslanaraq aparılır.
Elmi-tarixi yanaşmada idarənin fəaliyyət
göstərdiyi tarixi şəraitin qiymətləndirilməsi, sənədin
yaranması səbəbinin, digər sənədlərlə
tarixi və məntiqi əlaqəsinin öyrənilməsi,
onların perspektivdə istifadə üçün elmi-tarixi əhəmiyyətinin
müəyyən edilməsi nəzərdə tutulur.
Sistemlilik- sənəddəki məlumatın
digər sənədlərlə əlaqədə əhəmiyyətini
müəyyən edir, ümumi sənədlər sisteminin tərkibindən
daşıdığı məlumatın əhəmiyyətinə
görə konkret bir sənədlərin seçilməsini və dəyərinin
qiymətləndirilməsini təmin edir.
Bütövlük- idarənin müəyyən
olunmuş sahədəki fəaliyyətini əks etdirən sənədlər
kompleksinin tamlığını, təkrarlanmayan sənədlərin
seçilməsini, informasiyanın kəmiyyətinə görə
deyil, keyfiyyətinə görə qiymətləndirilməsini təmin
edir.
7.9. Sənədlərin dəyərinin
ekspertizası və qiymətləndirilməsi
aşağıdakı meyarlar əsasında həyata
keçirilir:
7.9.1. yaranma mənşəyi meyarına
- idarənin dövlət idarəçilik sistemində yeri və rolu,
onun yerinə yetirdiyi funksiyanın əhəmiyyəti, fiziki
şəxsin cəmiyyətin həyatındakı rolu və əhəmiyyəti,
sənədlərin yarandığı tarix və yer aiddir.
7.9.2. məzmun meyarına - sənəddə
əks olunmuş hadisənin, məlumatın əhəmiyyəti,
məlumatın başqa sənədlərdə təkrarlanması,
sənədin növü, sənədin əsli olması və s.
aiddir.
7.9.3. xarici xüsusiyyətləri (özünəməxsusluğu)
meyarına - sənədin məzmununun təsbit edilməsi və
onun forması, təsdiq edilməsi, tərtibatı, poliqrafik,
dil xüsusiyyətləri və fiziki vəziyyəti aiddir.
7.10. Sənədlər Milli arxiv fondunun tərkibinə
müvafiq arxiv fondunun tamlıq dərəcəsi və fiziki vəziyyəti
nəzərə alınmaqla daxil edilir.
8. Sənədlərin dəyərinin
ekspertizası işinin təşkili və rəsmiləşdirilməsi
8.1. Sənədlərin dəyərinin
ekspertizadan keçirilməsi Azərbaycan Respublikasının
qanunvericilik aktlarına, kargüzarlıq və arxiv işi sahəsində
qüvvədə olan normativ hüquqi sənədlərinə, sənədlərin
saxlanma müddətləri göstərən nümunəvi və sahə
siyahılarına, iş nomenklaturalarına və digər
metodiki vəsaitlərə istinad edilməklə həyata
keçirilir.
8.2. Sənədlərin dəyərinin
ekspertizasını keçirmək üçün idarədə daimi fəaliyyət
göstərən Ekspert Komissiyası (bundan sonra- EK), tərkibində
geniş idarələr şəbəkəsi olan dövlət
orqanlarında, baş idarələrdə, səhmdar cəmiyyətlərdə,
şirkət və birliklərdə isə Mərkəzi
Ekspert Komissiyası (bundan sonra-MEK) yaradılır.
8.3. MEK (EK) idarə rəhbərinin qərarı
ilə məşvərətçi orqan kimi yaradılır, onun vəzifə
və funksiyaları müvafiq dövlət arxiv təşkilatı ilə
razılaşdırılmış və idarənin rəhbəri
tərəfindən təsdiq edilmiş əsasnamə ilə
müəyyən edilir.
8.4. MEK (EK)-nın tərkibi idarə rəhbərinin
əmri ilə təsdiq edilir. İdarənin arxiv və
kargüzarlıq işinə məsul olan vəzifəli şəxsi
komissiyanın sədri təyin olunur. Komissiyanın tərkibinə
idarənin peşəkar mütəxəssisləri (3 nəfərdən
az olmamaq şərti ilə), idarə arxivinin müdiri və
müvafiq dövlət arxivinin (idarənin qəbul mənbəyi
olduğu) nümayəndəsi daxil edilir.
8.5. MEK (EK)-nın əsas vəzifəsi
sənədlərin dəyərinin ekspertizası işini təşkil
etmək, həyata keçirmək və onların daimi mühafizə
məqsədilə dövlət arxivinə təhvil vermək üçün
seçilməsi, hazırlanması işini təmin etməkdir.
8.6. MEK (EK)-nın əsas funksiyası:
8.6.1. il ərzində yaranmış sənədlərin
mühafizə və məhv etmək üçün seçilməsinin təşkili;
8.6.2. iş nomenklaturasının layihəsinə,
daimi, uzun müddət saxlanılan, o cümlədən şəxsi
heyətə aid sənədlərin siyahılarına və
saxlanmalı olmayan sənədlərin məhv etmək üçün
ayrılması haqqında aktlara baxmaq, təsdiq və
razılaşdırmaq üçün müvafiq dövlət arxivinin EYK-ya təqdim
etmək;
8.6.3. nümunəvi və sahə
siyahılarında olmayan sənədlərin saxlanma müddətlərinin
müəyyən edilməsi və dəyişdirilməsi barədə
təkliflərini dövlət arxivinin EYK-da baxılmaq üçün
hazırlamaq;
8.6.4. bərpaolunmaz dərəcədə
korlanmış sənədlərin müəyyən edilməsi,
itirilmiş sənədlərin axtarılması və
aşkar edilmiş sənədlər barədə aktlara
baxmaq;
8.6.4. idarənin arxiv və kargüzarlıq
işinə dair normativ və metodiki sənədlərinin
layihələrinin hazırlanmasında iştirak etmək,
tabeliyində olan idarənin EK-nın fəaliyyətinə
metodiki rəhbərlik göstərmək.
8.7. MEK (EK) öz fəaliyyətini idarənin
rəhbəri tərəfindən təsdiq edilmiş illik
iş planı əsasında qurur və rübdə bir dəfədən
az olmamaq şərti ilə iclaslarını keçirir. İclas
protokolla rəsmiləşdirilir, komissiyanın sədri və
katibi tərəfindən imzalanır, idarənin rəhbəri
tərəfindən təsdiq edildikdən sonra qüvvəyə
minir.
8.8. İdarə elmi-texniki və xüsusi
növ sənədlərin dəyərinin ekspertizasını
keçirmək üçün müvafiq sahə üzrə mütəxəssislərdən
ibarət Ekspert komissiyası yarada bilər.
8.9. Sənədlərin dəyərinin
ekspertizası idarənin kargüzarlığında işlərin
nomenklatur-siyahısının tərtib edilməsi və
onların idarə arxivinə təhvil vermək üçün
hazırlanması məqsədilə, həmçinin idarənin
arxivində işlərin daimi dövlət mühafizəsinə təhvil
vermək üçün hazırlanması zamanı həyata keçirilir.
8.10. Sənədlərin dəyərinin
ekspertizasının keçirilməsi nəticəsində idarənin
struktur bölmələrində daimi və uzun müddət (10 ildən
artıq) saxlanılan və şəxsi heyətə aid sənədlərin
siyahıları hazırlanır (6, 7 №-li əlavə), o
cümlədən struktur bölmələrdə müvəqqəti
saxlanılan işlər seçilir, saxlanma müddətləri
başa çatmış işlər məhv etmək üçün
ayrılır. Sənədlərin həcmindən
asılı olmayaraq idarəçilik, elmi-texniki, elektron və
şəxsi heyətə aid sənədlərə
ayrı-ayrılıqda siyahılar tərtib edilir. Məhv etmək
üçün ayrılmış işlərə saxlanılmalı
olmayan sənədlərin məhv edilmək üçün
ayrılması barədə akt (10№-li əlavə) tərtib
olunur. Müvəqqəti saxlanma müddətli işlər idarənin
işlərin nomenklatur-siyahısında müəyyən
olunmuş müddətlərdə struktur bölmələrdə
saxlanılır.
8.11. İdarənin iş
nomenklaturasında ”EYK” qeydi olan işlərə vərəqbəvərəq
baxılır və tərkibindən daimi saxlanılan sənədlər
seçilir. Həmin sənədlərdən yeni işlər
formalaşdırılır, yaxud uyğun sənədlərdən
tərtib olunmuş işlərə əlavə edilir. Yeni
formalaşdırılmış işlər sənədlərin
ekspertizası başa çatdıqdan sonra tikilir.
8.12. İdarə arxivində sənədlərin dəyərinin
ekspertizası sənədlər dövlət arxivinə təhvil
verilmək üçün hazırlandığı dövrlərdə
aparılır. İlk növbədə təşkilati və sərəncamverici
sənədlər (protokollar, qərarlar, əmrlər, sərəncamlar,
nizamnamələr, əsasnamələr, təlimatlar), daha
sonra plan və hesabat xarakterli sənədlər ekspertizadan
keçirilir. Ekspertiza zamanı sənədlərin
yarandığı və əsas nüsxələrinin
saxlanıldığı struktur bölmə müəyyənləşdirilir,
həmin sənədlərin tərkibindən daimi saxlanma müddətli
sənədlər mühafizə üçün seçilir, digər
strukturlardakı eyni növ sənədlərin təkrarlanan
nüsxələri məhv edilmək üçün ayrılır. Sənədlərin
əsilləri aşkar edilmədikdə onların surətləri
daimi mühafizə üçün saxlanılır.
8.13. Müvafiq illər üzrə daimi saxlanılan və
şəxsi heyətə aid işlərin siyahılarına,
həmçinin sənədlərin məhv edilmək üçün
ayrılması barədə aktına idarənin MEK(EK)-nın
iclasında eyni vaxtda baxılır, bəyənilmiş
siyahılar və akt təsdiq üçün rəsmi müraciətlə
müvafiq dövlət arxivinin EYK-na iki kağız, bir elektron nüsxədə
və işlər kargüzarlıqda başa çatdıqdan 3 ildən
gec olmayaraq təqdim olunur. İşlərin siyahıları və
akt dövlət arxivinin EYK-da təsdiq və
razılaşdırıldıqdan sonra idarənin rəhbəri
tərəfindən təsdiq edilir. Akt təsdiq olunduqdan sonra
ora daxil edilmiş işlərin məhv edilməsinə icazə
verilir.
8.14. Akta daxil edilən işlərin saxlanma müddətləri
onların kargüzarlıqda başa çatdığı ildən
sonrakı ilin yanvarın 01-dən hesablanır (Məsələn:
2010-cü ildə kargüzarlıqda icrası başa çatmış və
5 il saxlanma müddəti müəyyən olunmuş iş 2016-ci il
yanvarın 01-dən tez məhv etmə aktına daxil edilə
bilməz). İdarənin bütün struktur bölmələrində
yaranan saxlanma müddətləri başa çatmış işlərin
məhv etmək üçün ayrılması məqsədilə bir akt
tərtib edilir və işlər həmin aktda struktur bölmələr
üzrə yerləşdirilir. Aktda işlərin sərlövhələri
idarənin iş nomenklaturasında olduğu kimi
yazılır, eyni növ işlər bir sərlövhədə birləşdirilir
və onların miqdarı cəm halında qeyd edilir. Müvafiq nəzarət
orqanları tərəfindən təftiş-yoxlamadan keçirilməmiş
və mübahisəli istintaq, məhkəmə işləri
yekunlaşmamış sənədlərin məhv etmək
üçün ayrılmasına icazə verilmir.
8.15. Dövlət arxiv təşkilatı idarə arxivlərində
saxlanılan sənədlərin daimi dövlət mühafizəsinə
təhvil vermək üçün hazırlanması işinə nəzarət
etmək, o cümlədən səhvən müvəqqəti saxlamaq
və ya məhv etmək üçün ayrılmış işləri
arxiv siyahılarına daxil etdirmək səlahiyyətinə
malikdir.
8.16. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olmayan idarələrdə hazırlanan uzun müddət
saxlanılan (10 ildən artıq) və şəxsi heyətə
aid işlərin arxiv siyahılarına, həmçinin
saxlanılmalı olmayan sənədlərin məhv edilmək
üçün ayrılması haqqında aktlara, idarənin tabe olduğu
yuxarı təşkilatın MEK(EK)-da baxılır. MEK (EK)-da
razılaşdırılmış siyahı və akt idarənin
rəhbəri tərəfindən təsdiq edilir. Bundan sonra
işlərin məhv edilməsinə icazə verilir.
8.17. Yuxarı təşkilatı olmayan
və Milli arxiv fondunun komplektləşdirmə mənbəyi
siyahısına daxil edilməyən hüquqi (fiziki) şəxslərin
fəaliyyəti nəticəsində yaranan sənədlərin
(işlərin) arxiv siyahıları və saxlanılmalı
olmayan sənədlərin məhv edilmək üçün
ayrılması barədə aktları razılaşdırmaq
və təsdiq üçün müvafiq ərazidə yerləşən dövlət
arxiv təşkilatının EYK-ya təqdim olunur. Dövlət
arxiv təşkilatının EYK-da müvafiq qaydada
baxılmış arxiv siyahıları və
saxlanılmalı olmayan sənədlərin məhv etmək
üçün ayrılması barədə akt idarənin rəhbəri tərəfindən
təsdiq edilir və bundan sonra akta daxil edilmiş sənədlərin
(işlərin) məhv edilməsi təmin olunur.
8.18. Saxlanma müddətləri başa çatmış
elektron sənədlərin məhv etmək üçün
ayrılması ümumi qaydalara uyğun aparılır və məhv
etmə aktı tərtib və təsdiq olunduqdan sonra elektron sənədlərin
fiziki olaraq və yaxud proqram təminatı vasitələri ilə
məhv olunması təmin edilir.
8.19. Saxlanılmalı olmayan sənədlərin məhv
edilmək üçün ayrılması haqqında akta daxil edilmiş
işlər bərpası mümkün olmayan formada məhv edilir və
ya qaimə əsasında təkrar emal müəssisələrinə
təhvil verilir. Qaimədə sənədlərin təhvil
verilmə tarixi, təhvil verilmiş işlərin miqdarı
(çəkisi), sənədləri təhvil verən və qəbul
edən şəxslərin vəzifələri, imzası və
soyadları qeyd olunur.
9.
İşlərin nomenklatur-siyahısının tərtib edilməsi
9.1. Kargüzarlıqda yaranan işlərin
düzgün formalaşdırılması və uçotu məqsədi ilə
hər bir idarədə işlərin nomenklatur-siyahısı
tərtib olunur. İşlərin nomenklaturu idarənin
kargüzarlığında yaranan işlərin saxlanma müddətləri
göstərilməklə müəyyən olunmuş formada sistemləşdirilmiş
sərlövhələrinin siyahısıdır.
9.2. İşlərin
nomenklatur-siyahısının tipik, nümunəvi və fərdi
növləri vardır.
Tipik nomenklatur-siyahı eyni tipli təşkilatlarda
yaranan işlər üçün tərtib edilir və normativ sənəd
hesab olunur.
Nümunəvi nomenklatur-siyahı yuxarı təşkilat
tərəfindən hazırlanır, burada idarənin struktur
bölmələrində və tabeliyində olan təşkilatların
kargüzarlığında yaranan işlər struktur bölmə və
ya fəaliyyət sahələri üzrə indeksləşdirmə
aparılmaqla qruplaşdırılır. Nümunəvi
nomenklatur-siyahı tövsiyə xarakterli sənəd hesab olunur.
Fərdi nomenklatur-siyahı tipik və ya
nümunəvi nomenklatur-siyahı əsasında konkret bir idarə
üçün hazırlanır. Bu zaman idarənin
kargüzarlığında yaranması güman edilən və onun
profilinə uyğun olan işlərin sərlövhələri
nümunəvi və tipik nomenklatur-siyahılardan seçilir, konkret bir
idarənin işlərin nomenklatur- siyahısına daxil edilir
və işlərin saxlanma müddətləri dəyişdirilmədən
saxlanılır.
9.3. İdarənin işlərinin
nomenklatur-siyahısı müəyyən olunmuş formada
(11№-li əlavə) struktur bölmələrin təsdiq
edilmiş analoji nomenklatur-siyahıları əsasında idarənin
kargüzarlıq xidməti tərəfindən hazırlanır,
xidmətin rəhbəri imzalayır, arxiv müdiri viza qoyur, idarənin
MEK(EK)-da baxılır və müvafiq dövlət arxivinin EYK-ı
ilə razılaşdırıldıqdan sonra idarənin rəhbəri
tərəfindən təsdiq edilir.
9.4. Növbəti ilin işlərin
nomenklatur-siyahısı cari ilin sonuncu rübündə
hazırlanır, növbəti ilin yanvarın 01-dən tətbiq
olunur. İşlərin nomenklatur-siyahısı 5 ildə bir dəfədən
gec olmayaraq dövlət arxiv təşkilatı ilə
razılaşdırılır, idarənin strukturunda dəyişiklik
baş verdikdə yenidən hazırlanaraq
razılaşdırmaq üçün təqdim edilir.
9.5. İşlərin
nomenklatur-siyahısı idarənin fəaliyyətində
yaranan sənədlərin məzmunu və tərkibi öyrənilməklə
hazırlanır. Onun hazırlanmasında idarənin və onun
struktur bölmələrinin əsasnamələrindən (nizamnaməsindən),
ştat cədvəllərindən, daimi və uzun müddət
saxlanılan sənədlərin siyahılarından, sənədlərin
saxlanma müddətlərini göstərən sahə və nümunəvi
siyahılardan, işlərin nomenklatur-siyahılarından
istifadə edilir.
9.6. İşlərin
nomenklatur-siyahısına daxil edilən işlərin sərlövhələri
idarənin bütün fəaliyyət sahələrində yaranan sənədlərin
məzmunu və tərkibini əhatə edə biləcək səviyyədə
tərtib edilir. İşlərin nomenklatur-siyahısına müvəqqəti
fəaliyyət göstərən orqanların (ləğv etmə
komissiyaların və s.) sənədləri daxil edilir, çap nəşrləri
(kitab, jurnal, qəzet) daxil edilmir.
9.7. İşlərin
nomenklatur-siyahısının bölmələri (altbölmələri)
idarənin əsasnaməsi və ya ştat cədvəli ilə
təsdiq olunmuş struktur bölmələrinə uyğun və
müvafiq ardıcıllıqla yaradılır (Misal: katiblik,
kadr və hüquq şöbəsi, maliyyə şöbəsi,
memarlıq və tikinti şöbəsi, tikinti sektoru və s.)
9.8. İşlərin nomenklatur-siyahısının
sütunları aşağıdakı qayda da doldurulur :
9.8.1. 1-ci sütunda işlərin indeksi və
ardıcıllıq nömrəsi yazılır. İşin
indeksi idarənin kargüzarlıq haqqında təlimatına (əsasnaməyə,
ştat cədvəlinə) əsasən struktur bölməyə
verilmiş nömrəni ifadə edir, ardıcıllıq nömrəsi
isə nomenklaturun bölmələri daxilində işin
ardıcıllığını müəyyən edir. İndeks
və ardıcıllıq nömrəsi ərəb rəqəmləri
ilə yazılır (Misal: 02/05, burada 02 struktur bölmənin
indeksi, 05 işin ardıcıllıq nömrəsidir).
İş nomenklaturasının müxtəlif bölmələrində
təkrarlanan eyni növ işlərə uyğun
ardıcıllıq nömrələrinin verilməsi tövsiyə
olunur (Misal: Əgər idarənin əsas fəaliyyət
üzrə əmrləri iş nomenklaturanın 1-ci bölməsində
01-05 kimi nömrələnibsə, digər bölmələrdə
müvafiq işlər təkrarlandığı hallarda 02-05 və
yaxud 04-05 kimi nömrələnməli).
9.8.2. 2-ci sütunda işlərin sərlövhələri
yazılır. Nomenklaturun bölmələri daxilində işin sərlövhələri
onların əhəmiyyətliliyi və məntiqi
bağlılığı nəzərə alınmaqla sistemləşdirilir.
İlk növbədə ali hakimiyyət orqanlarından, yuxarı
təşkilatlardan daxil olan qərarlar, sərəncamlar, təlimatlar,
əsasnamələr, daha sonra idarə rəhbərinin qərar,
əmr və sərəncamları, plan-hesabat xarakterli sənədlər,
daha sonra müvafiq ardıcıllıq üzrə digər sənədlər
daxil edilir. Coğrafi adlara və müəlliflik əlamətinə
görə formalaşdırılmış işlər
nomenklaturun bölmələrində əlifba sırası üzrə
yerləşdirilir. İşin sərlövhəsində sənədlərin
məzmunu və tərkibi barədə dəqiq məlumat
verilir, müxtəlif yazışma, müxtəlif materiallar, ümumi
yazışma kimi qeyri-müəyyən ifadələrdən
istifadə edilməsinə icazə verilmir (Misal: İdarənin
yaradılması, strukturu, ştat sayı və digər məsələlərə
dair yuxarı təşkilatlarla yazışma). Eyni məsələyə
aid olub kargüzarlıqda ardıcıllığına görə əlaqəli
olmayan sənədlərdən
formalaşdırılmış işlərin sərlövhələrində
“sənədlər” sözündən istifadə edilir və mötərizədə
sənədlərin növləri göstərilir (Misal: Vətəndaşların
müraciətlərinə baxılmasına dair sənədlər
(məlumatlar, icmallar, analitik təhlillər və s);
İstehsalat normalarının, qiymətlərin, tarif və
maaş dərəcələrinin müəyyən edilməsinə
dair sənədlər (hesablamalar, aktlar, arayışlar, rəylər,
məlumatlar və s). Müvafiq sənədlər və onlara
aid əlavələrdən formalaşdırılmış
işin sərlövhəsində “sənədlər” sözündən
istifadə oluna bilər (Misal: Bakı şəhəri
Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının
“ 00“- “000“ №-li sərəncamları və onlara əlavə
olunan sənədlər; Azərbaycan Respublikası Təhsil
Nazirliyinin kollegiya iclaslarının protokolları və onlara
aid sənədlər).
9.8.3. 3-cü sütunda il ərzində
yaranmış müvafiq işlərin miqdarı göstərilir və
təqvim ilinin sonunda doldurulur.
9.8.4. 4-cü sütunda sənədlərin
saxlanma müddətlərini göstərən nümunəvi və sahə
siyahıları əsasında işin saxlanma müddəti və
müvafiq siyahı üzrə bəndi göstərilir, siyahı
olmadıqda nümunəvi və ya tipik işlərin
nomenklatur-siyahılarına istinad olunur. Nümunəvi və sahə
siyahılarında saxlanma müddətləri göstərilməmiş
işlər nomenklatur-siyahıya daxil edildikdə onların
saxlanma müddətləri idarənin MEK(EK)-nın təqdimatı
əsasında müvafiq sahə üzrə dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanında
yaradılan Mərkəzi ekspert yoxlama komissiyası müəyyən
edir.
9.8.5. 5-ci sütunda sənədlərin
saxlanma müddətlərinin müəyyən edilməsində
istifadə olunan nümunəvi və sahə
siyahılarının adı, EYK-nın qərarının
nömrəsi, tarixi, işin növbəti ilə keçirilməsi və
s. barədə zəruri qeydlər aparılır.
9.9. Kargüzarlıq ili başa çatdıqdan
sonra işlərin nomenklatur-siyahısında il ərzində
idarədə yaranmış daimi və müvəqqəti saxlanılan,
həmçinin şəxsi heyətə aid işlərin
miqdarı barədə yekun qeydlər aparılır.
9.10. Kargüzarlığında elektron sənəd
dövriyyəsi sisteminin tətbiq olunduğu dövlət
orqanlarında, idarələrdə elektron formada yaradılan sənədlərin
siyahıları təsdiq olunur və işlərin
nomenklatur-siyahısının qeyd sütununda həmin sənədlərdən
elektron işlərin formalaşdırılması barədə
qeydlər aparılır.
9.11. Elektron sənədlərin
siyahılarına Azərbaycan Respublikasının qanunvericilik
aktlarında, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi sənədlərində elektron formada
yaradılması nəzərdə tutulan sənədlər, həmçinin
məlumat, uçot, nəzarət və qeydiyyat xarakterli digər sənədlər
daxil edilir.
9.12. Elektron sənədlərin elektron informasiya
daşıyıcılarında saxlanması müddəti müvafiq sənədlərin
kağız daşıyıcıları üçün qanunvericilikdə
müəyyən edilmiş müddətdən az olmamaqla müəyyən
edilir. Elektron sənədlərin siyahıları və
işlərin nomenklatur-siyahısı kağız əsaslı
sənədlər üçün müəyyən olunmuş formaya uyğun
həm elektron, həm də kağız
daşıyıcıda hazırlanır, müvafiq arxiv təşkilatı
ilə razılaşdırılır və idarənin rəhbəri
tərəfindən təsdiq edilir.
10.
Saxlama vahidlərinin formalaşdırılması
10.1. Kargüzarlıqda başa çatmış daimi və
uzun müddət (10 ildən artıq) saxlanılan, həmçinin şəxsi
heyətə aid işlər müvafiq qaydada tərtib və təsvir
olunur, mühafizə üçün idarə arxivinə təhvil verilir.
Saxlanma müddətlərinə müvafiq olaraq daimi, uzun müddət (10
ildən artıq) saxlanılan və şəxsi heyətə
aid işlər tam, müvəqqəti saxlanılan (10 ildən az)
işlər isə qismən tərtib edilir.
10.2. İşin tam tərtib edilməsinə onun tikilməsi
(cildlənməsi), vərəqlərinin nömrələnməsi,
təsdiq vərəqinin, daxili siyahısının
hazırlanması və üz cildinin təsvir edilməsi daxildir.
Müvəqqəti saxlanılan (10 ildən az) işlər müvafiq
qaydada tərtib olunmadan dəftərxana qovluqlarında
saxlanılır.
10.3. İdarənin struktur bölmələrində
icrası başa çatmış sənədlər təsdiq
edilmiş iş nomenklaturuna uyğun olaraq qovluqlarda sistemləşdirməklə
təsvir edilir və saxlama vahidləri
formalaşdırılır. Saxlama vahidinə onun sərlövhəsi
ilə uyğunluq təşkil edən sənədlər daxil
edilir. Sənədlərin təkrarlanan nüsxələri,
qaralamalar (xüsusi qiymətli sənədlərin qaralamaları
istisna olmaqla), qaytarılmalı olan sənədlər saxlama
vahidinə daxil edilmir.
10.4. Saxlama vahidlərinin
formalaşdırılması zamanı aşağıdakı
tələblər nəzərə alınır:
10.4.1. sənədlər (daimi, uzun müddət
və müvəqqəti saxlanılan) saxlanma müddətlərinə
uyğun ayrı-ayrı saxlama vahidlərində
qruplaşdırılır;
10.4.2. saxlama vahidinə sənədin
yalnız bir nüsxəsi (əsli) daxil edilir;
10.4.3. saxlama vahidində bir təqvim ilinə
aid olan sənədlər daxil edilir (şəxsi işlər,
məhkəmə, teatr, təhsil, seçki orqanlarının
işləri istisna olmaqla);
10.4.3. saxlama vahidi 250 vərəqdən
və 04 sm qalın olmamaqla tərtib olunur;
10.4.4. sənədlər saxlama vahidinə
xronoloji ardıcıllıqla (daxil olma və göndərilmə
ardıcıllığı), müəlliflərin, coğrafi
adların əlifba sırası ilə və yaxud sənədlərdəki
məsələnin məzmun bağlılığı nəzərə
alınaraq yerləşdirilir;
10.4.5. sənəd və ona aid əlavələr
tərtib olunma, təsdiq edilmə tarixlərindən
asılı olmayaraq bir saxlama vahidində
qruplaşdırılır, əlavələrin həcmi 250 vərəqdən
artıq olduqda, ayrıca saxlama vahidi tərtib edilir və bu
barədə əsas sənəddə müvafiq qeyd
aparılır;
10.4.6. sərəncam mahiyyətli sənədlər
növlər üzrə müvafiq təqvim ili daxilində xronoloji
ardıcıllıqla qruplaşdırılır;
10.4.7. sərəncam mahiyyətli sənəd
ilə təsdiq edilmiş əsasnamə, nizamnamə, təlimat
həmin sənədə əlavə hesab olunur və eyni
saxlama vahidində qruplaşdırılır, müstəqil sənəd
kimi təsdiq edildikdə isə ayrıca saxlama vahidi tərtib
olunur;
10.4.8. əmrlər məzmun və mahiyyətindən
(əsas fəaliyyət, inzibati-təsərrüfat, kadr),
saxlanma müddətlərindən asılı olaraq
ayrı-ayrılıqda qruplaşdırılır;
10.4.9. yuxarı təşkilatlardan daxil
olan sənədlər onların icra olunmasına dair sənədlərlə
birlikdə, az həcmdə olduqda isə idarənin əsas fəaliyyətinə
dair sənədlərin tərkibində
qruplaşdırılır;
10.4.10. təsdiq edilmiş plan, hesabat,
smeta və sair sənədlər onların layihələrindən
ayrı qruplaşdırılır;
10.4.11. şəxsi işlərdə sənədlər
xronoloji ardıcıllıqla sistemləşdirilir, şəxsi
vərəqlər, şəxsi hesablar əlifba sırası
ilə saxlama vahidinə yerləşdirilir;
10.4.12. vətəndaşlardan daxil olan
müraciətlər (ərizə, təklif və şikayətlər)
onların icra olunmasına dair sənədlərlə birlikdə
qruplaşdırılır;
10.4.13. yazışmalar təqvim ili
daxilində xronoloji ardıcıllıqla sistemləşdirilir
və cavab sənədi daxil olan müraciətin arxasına
tikilir. Fəaliyyət sahələrinin xüsusiyyətlərindən
asılı olaraq yazışma təhsil, teatr, seçki illəri
daxilində də qruplaşdırıla bilər.
10.5. Saxlama vahidi dörd yerdən deşik açmaqla sənədin
mətninin, tarixinin, imzanın sərbəst oxunması mümkün
olan tərzdə qalın karton üzlü qovluğa tikilir və ya
cilidlənir. Tikilmək üçün hazırlanmış sənədlərdən
ara qatlar, metal bəndlər, pərçimlər çıxardılır.
10.6. Xüsusi əhəmiyyətli və iri formatlı sənədlər
iplə bağlanılan qalın qovluqlarda və ya qutularda
saxlanılır. Tələb olunmadan qalmış şəxsi
sənədlər (əmək kitabçası, şəxsiyyət
vəsiqəsi, hərbi bilet, diplom və s.) zərfə
qoyularaq sənədlərlə birlikdə tikilir. Belə sənədlər
çox olduqda onlara ayrıca siyahı tərtib olunur. Xüsusi əhəmiyyətli
sənədlər daxil edilmiş saxlama vahidinin əvvəlinə
sənədlərin daxili siyahısı, sonuna isə təsdiqləyici
vərəq tikilir.
10.7. Sənədlərin tamlığını və
ardıcıllığını təmin etmək üçün saxlama
vahidinə daxil edilmiş vərəqlər (təsdiqetmə
vərəqi və daxili siyahı istisna olmaqla) yuxarı
sağ küncdən qara karandaşla ərəb rəqəmləri
ilə ardıcıl nömrələnir. Bir neçə hissədən
(cilddən) ibarət olan saxlama vahidinin hər biri
ayrı-ayrılıqda nömrələnir. Daxili siyahının
vərəqləri ayrıca nömrələnir. Şəkillər,
çertyojlar, diaqramlar və böyük ölçüdə (A-2, A-3 formatda) olan vərəqlər
arxa tərəfdən sol yuxarı küncdən nömrələnir.
Üzərində tam olaraq fotoşəkillər və ya markalar
yapışdırılmış, həmçinin bir tərəfdən
tikilmiş istənilən ölçülü vərəq bir dəfə
nömrələnir. Saxlama vahidinə zərf tikildikdə ilk
olaraq zərf, daha sonra zərfin içindəki sənədlərdə
nömrələnmə aparılır.
10.8. Saxlama vahidinə əvvəlcədən nömrələnmiş
sənədlər daxil edildikdə ümumi
ardıcıllığa uyğun olaraq nömrələnmə
aparılır, böyük fərq olduğu hallarda vərəqlər
yenidən nömrələnir və əvvəlki rəqəmlərin
üzərindən karandaşla xətt çəkilir. Saxlama vahidinin əvvəlki
təsdiqedici vərəqi xətt çəkilərək
saxlanılır və ona yeni təsdiqedici vərəq tərtib
olunur. Vərəqlərin nömrələnməsində az sayda
səhvlər olduqda liter nömrələrdən istifadə
olunur.
10.9. Saxlama vahidi üzrə vərəqlərin
sayını təsdiq etmək üçün onun sonuna təsdiqetmə vərəqi
tikilir. Təsdiqetmə vərəqi müəyyən olunmuş
formada (12 №-li əlavə) hazırlanır. Təsdiqetmə
vərəqində saxlama vahidində olan vərəqlərin
sayı (rəqəmlə və yazı ilə), liter və
buraxılmış nömrələr, daxili siyahıdakı vərəqlərin
sayı, ona tikilmiş şəkillərin, markaların
sayı göstərilir. Təsdiqetmə vərəqi onu
hazırlayan şəxs tərəfindən vəzifəsi
göstərilməklə imzalanır və tarix qoyulur. Təsdiqetmə
vərəqində sonradan edilən bütün dəyişikliklər
müvafiq akt əsasında aparılır. Təsdiqetmə vərəqi
saxlama vahidinin sonuna tikilir, saxlama vahidi əvvəlcədən
tikilmiş olduqda onun arxa üzünün içəri hissəsinə
yapışdırılır.
10.10. Saxlama vahidinə uçot aparılması tələb
olunan spesifik sənədlər (xüsusi əhəmiyyətli sənədlər,
məhkəmə qərarları, istintaq işləri, şəxsi
işlər) daxil edildikdə, həmçinin onun sərlövhəsində
sənədlərin məzmunu tam əhatə olunmadıqda
daxili siyahı tərtib olunur.
10.11. Daxili siyahı müəyyən olunmuş formada ( 13
№-li əlavə) hazırlanır, orada sənədin
ardıcıllıq nömrəsi, indeksi, tarixi, sərlövhəsi və
vərəqlərin nömrələri göstərilir. Daxili
siyahı üçün yekun qeyd hazırlanır və siyahıya daxil
edilmiş sənədlərin miqdarı və vərəqlərin
sayı barədə məlumat verilir, onu hazırlayan şəxs
tərəfindən imzalanır. Daxili siyahı saxlama vahidinin əvvəlinə
tikilir. Sənədlərin tərkibində dəyişikliklər
baş verdikdə, buna əsas olan sənədlər göstərilməklə
daxili siyahının “qeyd” sütununda müvafiq düzəlişlər
aparılır.
10.12. İdarə arxivində tərtib olunan daimi, uzun
müddət (10 ildən artıq) saxlanılan və şəxsi
heyətə aid saxlama vahidlərinin üz cildi (bundan sonra-titul vərəqi)
müəyyən olunmuş formada (14 №-li əlavə) tərtib
olunur. Saxlama vahidinin titul vərəqində idarənin və
onun tabe olduğu yuxarı təşkilatın adı, onun
yarandığı struktur bölmənin adı, indeksi, ümumi
siyahı üzrə nömrəsi, sərlövhəsi, sənədlərin
ilk və son tarixiləri, vərəqlərin sayı, saxlama
müddəti və arxiv şifri yazılır. Daimi saxlanılan
saxlama vahidinin titul vərəqində sənədləri qəbul
edən dövlət arxivinin adının yazılması üçün yer
saxlanılır.
10.13. Saxlama vahidinə daxil edilmiş sənədlərin
əhatə olunduğu illərdə idarənin (struktur bölmənin)
adı dəyişdirildikdə və ya həmin saxlama vahidi
davam etdirmək üçün digər idarəyə (struktur bölməyə)
təhvil verildikdə onun titul vərəqində hər iki
idarənin (struktur bölmənin) adı yazılır və əvvəlki
ad mötərizəyə alınır.
10.14. Saxlama vahidinin sərlövhəsi idarənin işlərin
nomenklatur-siyahısı əsasında yazılır və zərurət
olduqda sərlövhədə qismən dəyişikliklər
edilir. Saxlama vahidi bir neçə hissədən (cilddən) ibarət
olduqda ona ümumi sərlövhə verilir və hər bir hissəyə
(cildə) onu fərqləndirən əlamət qeyd olunur. Bu sərəncamların
nömrələri, əlifba sırası üzrə hərflər,
hissənin (cildin) nömrəsi, coğrafi əlamətlər ola
bilər. Sənədlərin surətlərindən tərtib
olunmuş saxlama vahidinin sərlövhəsində onların surət
olması qeyd olunur, sənədlərin əsli olması onun sərlövhəsində
qeyd edilmir.
10.15. Saxlama vahidinin titul vərəqində sənədlərin
ilk və son tarixləri göstərilir. İlk və son tarixlər
sənədlərin hazırlanması, imzalanması, təsdiq
edilməsi və qeydiyyatı tarixləri ilə müəyyən
edilir. Protokol, əmr, qərar, sərəncam və s. sənəd
növləri ilə formalaşdırılmış saxlama
vahidinin ilk və son tarixləri gün, ay, il göstərməklə
tam olaraq qeyd olunur. Şəxsi işin ilk və son tarixləri
işçinin işə daxil olma və işdən azad olma tarixləri
ilə müəyyənləşdirilir.
10.16. Saxlama vahidinin titul vərəqində qeyd edilən
vacib elementlərdən biri vərəqlərin sayı və
onun saxlanma müddətidir. Vərəqlərin sayı saxlama
vahidinin təsdiqedici vərəqi, saxlanma müddəti isə
idarənin işlərin nomenklatur-siyahısı əsasında
müəyyən edilir. Daimi saxlanılan saxlama vahidinin titul vərəqində
“daimi saxlanılmalı” ifadəsi yazılır.
10.17. Saxlama vahidinin arxiv şifri müvafiq arxiv fondunun,
arxiv siyahısının və saxlama vahidinin siyahı üzrə
nömrələrinə uyğun müəyyənləşdirilir və
işlərin siyahısı müvafiq dövlət arxivinin EYK-da təsdiq
olunduqdan sonra onlara arxiv şifri qoyulur.
11.
İdarə arxivlərində sənədlərin arxiv
siyahılarının hazırlanması
11.1. Saxlama vahidləri struktur bölmələrdə
hazırlanmış siyahılar əsasında idarənin
arxivinə təhvil verilir. Struktur bölmələrin
siyahıları bu Təlimatın 11.2-ci və 11.3-cü bəndlərində
müəyyən olunmuş qaydalara uyğun iki nüsxədə
hazırlanır. Daimi, uzun müddət saxlanılan və şəxsi
heyətə aid saxlama vahidləri üçün (o cümlədən
elektron) ayrı-ayrılıqda siyahılar tərtib edilir.
11.2. Siyahının təsvir elementi saxlama vahidi, onun
struktur elementləri isə təsvir bəndi, yekun qeydi, təsdiqetmə
vərəqi və elmi-məlumat aparatı təşkil edir.
Siyahının 1-ci sütununda saxlama vahidinin siyahı üzrə
ardıcıllıq nömrəsi, 2-ci sütununda iş nomenklaturu üzrə
kargüzarlıq indeksi, 3-cü sütununda sərlövhəsi və xarici
xüsusiyyəti, 4-cü sütununda ilk və son tarixləri, 5-ci sütununda
vərəqlərin sayı və 6-cı sütununda isə fiziki
vəziyyəti, digər struktur bölmələrə verilməsi
barədə məlumatlar qeyd olunur (7 №-li əlavə).
11.3. Siyahılar aşağıdakı tələblərə
uyğun hazırlanır:
11.3.1. saxlama vahidləri siyahıda idarənin
iş nomenklaturunun hazırlanmasında tətbiq edilən
sistemləşdirmə sxeminə uyğun yerləşdirilir;
11.3.2. saxlama vahidi siyahıya ayrıca
nömrə ilə daxil edilir, bir neçə hissədən (cilddən)
ibarət saxlama vahidinin hər bir hissəsi (cildi) müstəqil
nömrə ilə siyahıya daxil edilir. Sərlövhəsi eyni olan
bir neçə saxlama vahidi siyahıya daxil edildikdə, birinci daha əvvəlki
tarixə malik olanın sərlövhəsi tam olaraq
yazılır, digərlərin yerinə “həmin iş” ifadəsi
qeyd olunur. Siyahının davamı yeni səhifəyə
keçdikdə saxlama vahidinin sərlövhəsi yenidən tam olaraq
yazılır.
11.4. siyahının sütunları müvafiq
saxlama vahidinin titul vərəqində qeyd olunmuş məlumatlara
uyğun tam və dəqiq doldurulur.
11.5. Siyahının sonunda ora daxil
edilmiş saxlama vahidlərinin ilk və son nömrələri,
miqdarı (rəqəm və yazı ilə) göstərilməklə
müəyyən olunmuş formada (15 №-li əlavə) yekun
qeydi yazılır, həmçinin buraxılmış və liter
nömrələr barədə məlumat verilir. Siyahı onu
hazırlayan şəxs tərəfindən imzalanır və
struktur bölmə rəhbəri tərəfindən təsdiqlənir.
11.6. Saxlama vahidlərinin sərlövhələri
siyahıya daxil edilməzdən əvvəl onların düzgün təsvir
və tərtib olunması yoxlanılır, aşkar edilmiş
qüsurların tam aradan qaldırılması təmin olunur.
Saxlama vahidlərin idarə arxivinə təhvil
verilməsi struktur bölmə rəhbərləri ilə
razılaşdırılmış və idarə rəhbərinin
təsdiq etdiyi qrafik əsasında həyata keçirilir.
11.7. İdarə arxivi struktur bölmələrdən
təhvil verilən işlərin siyahıları əsasında
arxivdə mühafizə olunan daimi, uzun müddət saxlanılan və
şəxsi heyətə aid saxlama vahidlərinin illik icmal
siyahılarını hazırlayır. Daimi saxlanılan saxlama
vahidlərinin siyahılarına zərurət olduqda idarənin
nomenklatur-siyahısında “EYK” qrifi yazılmış işlərdən
daimi saxlanmaq üçün seçilmiş sənədlərdən tərtib
olunan saxlama vahidləri də daxil edilir.
11.8. Daimi saxlanılan saxlama vahidlərinin
ümumi icmal arxiv siyahısı müəyyən olunmuş formada (7
№-li əlavə) hazırlanır. Siyahının təsvir
bəndlərinə (sütunlarına) bu Təlimatın 11.2-ci bəndində
qeyd olunan məlumatlar daxil edilir. Siyahıya daxil edilmiş
saxlama vahidləri ardıcıl olaraq nömrələnir, sonradan
aşkar olunan saxlama vahidi liter nömrə ilə siyahıya daxil
edilir. Saxlama vahidlər tam olaraq siyahıya daxil edildikdən
sonra yekun qeyd yazılır.
11.9. Daimi, uzun müddət saxlanılan və
şəxsi heyətə aid saxlama vahidlərinin icmal arxiv
siyahısının elmi-məlumat aparatına siyahının
titul vərəqi, müqəddimə, qısaldılmış
sözlərin siyahısı, mündəricat və tarixi
arayış aiddir.
11.10. Arxiv siyahının titul vərəqi
müəyyən olunmuş formada (16 №-li əlavə)
hazırlanır. Titul vərəqində fondtəşkiledənin
və fondun adı, nömrəsi, siyahının adı, nömrəsi,
sənədlərin ilk və son tarixləri yazılır, həmçinin
sənədləri qəbul edən dövlət arxivinin
adının yazılması üçün yer saxlanılır.
11.11. Müqəddimədə idarənin
yaranma tarixi, onun hüquqi əsası, fəaliyyət istiqamətləri,
strukturu, tabe olduğu yuxarı təşkilat,
siyahıdakı işlərin miqdarı, məzmunu, tərkibi,
xronoloji sərhədləri, işlərin sistemləşdirilməsi,
təsviri qaydaları barədə məlumat verilir. Müqəddimə
tərtib olunma tarixi qoyulmaqla hazırlayan şəxs və
arxiv müdiri tərəfindən imzalanır.
11.12. Arxiv siyahısında istifadə
olunan qısaldılmış sözlərin açıqlanması
qısaldılmış sözlərin siyahısında verilir.
Arxiv siyahısı bir neçə bölmədən, altbölmələrdən
ibarət olduqda onun mündəricatı hazırlanır və
mündəricatda müqəddimə, qısaldılmış sözlərin
siyahısı, bölmələr, altbölmələr qeyd olunmaqla
onların yerləşdiyi vərəqlərin nömrələri
göstərilir.
11.13. Arxiv fonduna tarixi arayış tərtib
edilir. Tarixi arayışda fondtəşkiledənin, fondun
tarixi, onun sənədlərinin tərkibi, məzmunu, elmi-məlumat
aparatı haqqında məlumatlar verilir. Tarixi
arayışın birinci hissəsinə idarənin
yaradılmasını zəruri edən amillər göstərilməklə
xronoloji ardıcıllıqla aşağıdakı məlumatlar
daxil edilir:
11.13.1. qanunvericilik aktına, digər
hüquqi sənədə istinad etməklə idarənin və
onun varisi olmuş təşkilatın yaradılması, yenidən
təşkili və ləğv edilməsi haqqında;
11.13.2. idarənin dövlət aparatı
sistemində, ölkənin iqtisadi, siyasi, sosial-mədəni və
digər fəaliyyət sahələrində tutduğu yeri və
rolu haqqında;
11.13.3. idarənin əsasnaməsi
(nizamnaməsi) ilə müəyyən olunmuş vəzifələri,
funksiyaları, səlahiyyətləri və onların dəyişdirilməsi
haqqında;
11.13.4. idarənin fəaliyyət dairəsi
və ona tabe olan təşkilatlar sistemi haqqında;
11.13.5. idarənin adında, strukturunda və
tabeliyində baş vermiş dəyişikliklər
haqqında.
11.14. Tarixi arayışın ikinci hissəsində
fondun tarixi ilə bağlı məlumatlar, sənədlərin
ilk dəfə arxivə daxil olmasının tarixi, onların həcmi,
ilk və son tarixləri, sənədlərin tərkibində
baş vermiş dəyişikliklər, onun səbəbi
(ekspertizası, itirilməsi), sənədlərin təsvir və
sistemləşdirilməsinin xüsusiyyətləri, sənədlərin
miqdarı və elmi-məlumat aparatının tərkibi barədə
məlumatlar verilir.
11.15. Tarixi arayış iki nüsxədə
hazırlanır, arxivə məsul əməkdaş və onu
hazırlayan şəxs tərəfindən imzalanır. Tarixi
arayışın bir nüsxəsi dövlət arxivinə (sənədlər
ilk dəfə təhvil veriləndə) təhvil verilir, digər
nüsxəsi isə idarə arxivində saxlanılır. Fondtəşkiledənin
və fondun strukturunda dəyişikliklər baş verdikdə
tarixi arayışa əlavələr olunur.
11.16. Daimi, uzun müddət saxlanılan və
şəxsi heyətə aid saxlama vahidlərinin icmal arxiv
siyahısının illik bölməsi kağız və elektron
nüsxələrdə hazırlanır. Siyahıya daxil
edilmiş saxlama vahidlərinin sayı dörd rəqəmli həddə
çatdıqda siyahı başa çatmış hesab olunur. Başa
çatmış siyahıya fond vərəqi üzrə nömrə
verilir, yekun qeydi (15 №-li əlavə) və təsdiqetmə
vərəqi (12 №-li əlavə) tərtib olunur.
11.17. İdarənin şəxsi heyətə
aid sənədlərindən formalaşdırılmış
saxlama vahidləri icmal arxiv siyahıda aşağıdakı
ardıcıllıqla sistemləşdirilir :
11.17.1. şəxsi heyətə aid əmrlər;
11.17.2. işçilərin siyahısı;
11.17.3. kadrların (işçilərin) uçotu
vərəqələri;
11.17.4. şəxsi işlər (şəxsi
işlərə ayrıca siyahı tərtib olunmadıqda);
11.17.5. işçilərin əmək
haqqı üzrə şəxsi hesabları(əmək
haqqının hesablanması cədvəlləri);
11.17.6. tələb olunmayan əmək
kitabçalar (ayrıca siyahı olmadıqda);
11.17.7. bədbəxt hadisələr barədə
aktlar.
11.18. Böyük miqdarda işçi personalına
malik olan və il ərzində çoxlu sayda sənəd yaranan
idarələrdə şəxsi heyətə aid sənədlərin
hər bir növü üçün ayrıca siyahı tərtib edilə bilər.
11.19. Şəxsi işlər işçinin
işdən azad olunduğu il üzrə siyahıya alınır
və il daxilində əlifba sırası ilə sistemləşdirilir.
Sənədləri dövlət mühafizəsinə təhvil verən
idarələrdə şəxsi heyətə aid işlərin
siyahıları iki nüsxədə tərtib edilir, hazırlayan
şəxs və kadr qurumunun rəhbəri tərəfindən
imzalanır.
11.20. Struktur bölmələrdən
saxlama vahidlərinin idarə arxivinə qəbulunu arxivin məsul
əməkdaşı həyata keçirir. Arxivin əməkdaşı
müvafiq struktur bölmənin nümayəndəsinin iştirakı ilə
saxlama vahidlərinin idarənin iş nomenklaturuna uyğun tərtib
və təsvir olunmasını, onların siyahı üzrə
miqdarını, xüsusi əhəmiyyətli sənədlər
olan saxlama vahidlərinin vərəqlərinin sayını
yoxlayır. Siyahının hər iki nüsxəsində qəbul
edilmiş saxlama vahidlərinin miqdarını rəqəm və
yazı ilə qeyd edir, tarix qoymaqla imzalayır. Siyahıya
daxil edilmiş saxlama vahidlər aşkar olunmadıqda aktla rəsmiləşdirilir
və onların axtarışı üçün tədbirlər görülür.
11.21. İdarə arxivinə təhvil
verilən elektron sənədlərin maddi
daşıyıcısının fiziki vəziyyəti, sənədin
maddi daşıyıcıya yazılması və onun keyfiyyəti,
həmçinin elektron sənədin düzgün təsvir olunması,
saxlama vahidinə arxiv siyahı üzrə şifrənin
qoyulması, qoşma sənədlər kompleksinin mövcudluğu
yoxlanılır. Elektron sənədlərin mühafizəsi və
istifadəsinin təmin olunması üçün qoşma sənədlərdə
müvafiq elektron sənədin adı, yaradılması tarixi,
fiziki və məntiqi strukturu, konteksi, həqiqiliyi, sənədlərin
həcmi barədə məlumatlar verilir.
11.22. Elektron informasiya sistemində
yaradılan və yaxud maddi daşıyıcıda olan elektron
sənədlər idarə arxivinə iki nüsxədə (əsas
və istifadə) hazırlanmış siyahı əsasında
təhvil verilir. İdarənin elektron informasiya sistemində
olan sənədlərdən elektron imza faylı daxil etməklə
qovluqlar (saxlama vahidlər) formalaşdırılır. Elektron
saxlama vahidləri və onların arxiv siyahıları idarə
rəhbəri və yaxud müvafiq səlahiyyətə malik şəxs
tərəfindən elektron imza ilə təsdiq edilir.
11.23. İdarə arxivinə maddi
daşıyıcıda təhvil verilmiş elektron sənədlərin
saxlama vahidinin yerləşdirildiyi qutunun üzərində fondtəşkiledənin
adı, fondun nömrəsi, siyahının və saxlama vahidinin
nömrəsi, əsas və ya istifadə nüsxəsinin olması,
elektron sənədlərin ilk və son tarixləri, sənədlərin
həcmi, formatı barədə məlumatlar verilir.
12. İdarə arxivlərində sənədlərdən
istifadə işinin təşkili
12.1. Arxiv sənədlərindən
istifadə - sənədlərdəki məlumatların vətəndaşların
qanuni maraq və hüquqlarının təmin edilməsində, cəmiyyətin
sosial-iqtisadi, mədəni, elmi, siyasi məqsədləri üçün
tətbiq edilməsidir. İdarə arxivlərində mühafizə
edilən sənədlər (məhdud
buraxılışlı və məxfi sənədlər
istisna olmaqla) arxiv əməkdaşları və tədqiqatçılar
üçün istifadəyə açıqdır və onlardan istifadə bu Təlimatla
müəyyən olunan normalar daxilində tənzimlənir.
12.2. İdarə arxivlərində sənədlərdən
əsasən aşağıdakı məqsədlər üçün
istifadə olunur:
12.2.1. arxivdə saxlanılan bu və ya
digər sənədin mövcudluğu, onun məzmunu, tərkibi
barədə idarənin və onun struktur bölmələrin rəhbərlərinin
məlumatlandırılması;
12.2.2. hüquqi və fiziki şəxslərdən
daxil olan sorğuların icrası;
12.2.3. kütləvi informasiya vasitələrində
dərc üçün məlumatın hazırlanması;
12.2.4. informasiya xarakterli tədbirlərin
(sərgi, konfrans) hazırlanması;
12.2.5. oxu zalında sənədlərdən
istifadə etməklə elmi-tədqiqat işlərinin
hazırlanması;
12.2.6. informasiya-kommunikasiya vasitələrinin
imkanlarından istifadə etməklə əməkdaşların
elektron arxiv resurslarına buraxılışın təmin
edilməsi.
12.3. İdarə arxivi Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən
olunmuş tələblərə uyğun yazılı və
elektron formada daxil olan müraciətləri icra etməyə
borcludur. Arxiv məlumatı müraciətin mətnindən
asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv
çıxarışı formasında verir. Elektron formada daxil olan
sorğu informasiya kommunikasiya vasitələrindən istifadə
etməklə cavablandırıla bilər.
12.4. İdarə arxivinə daxil olan
müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının
rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə
baxılması, kargüzarlığın aparılması
haqqında Azərbaycan Respublikasının qanunvericilik
aktlarında və bu Təlimatda müəyyən olunmuş
qaydalara uyğun həyata keçirilir.
12.5. Arxivə daxil olan müraciətlər
qeydiyyat-nəzarət vərəqində qeydə
alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə)
tərtib və təsdiq edilən rəsmi arxiv sənədi
olan arxiv arayışı, arxiv surəti və arxiv
çıxarışı verilməklə
cavablandırılır.
12.5.1. Arxiv arayışı -
sorğunun mətninə uyğun arxiv məlumatlarını
özündə əks etdirən, üzərində onun tərtib
olunmasında istifadə olunan sənədlərin arxiv
şifri və vərəqlərinin nömrəsi göstərilmiş
rəsmi sənəddir. Arxiv arayışının həcmi
bir vərəqdən çox olduqda vərəqlər nömrələnir.
Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir
edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin
əslində hər hansı dəyişiklik, qaralama olduqda
arayışda müvafiq qeydlər aparılır. Arayış
onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən
imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv
arayışı müvafiq səlahiyyətə malik şəxs
tərəfindən elektron imza ilə təsdiq edilir.
Arayışın bir nüsxəsi idarə arxivində
saxlanılır.
12.5.2. Arxiv çıxarışı- idarənin
blankında hazırlanır və üzərində sənəd
növünün adı “ARXİV ÇIXARIŞI” yazılır.
Çıxarışda sənəddəki məlumatın
sorğunun predmetinə aid olan hissəsi tam olaraq
yazılır. Mətnin əvvəlində və ya sonunda
buraxılmış cümlə, söz olduqda nöqtələr qoyulur. Sənədin
əslində düzəlişlər, əlavələr,
pozulmuş və ya sonradan yazılmış mətnlər,
şübhə doğuran digər dəyişikliklər aşkar
edildikdə “sənəddə belədir”, “mətndə
aydın deyil”, “silinmişdir,” ”qələmlə üzərinə....
əlavə edilmişdir” və s. qeydlər aparılır.
Çıxarış onu hazırlayan şəxs və idarə rəhbəri
tərəfindən imzalanır, möhürlə təsdiqlənir,
üzərində çıxarışın hazırlanmasında
istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərin
nömrələri qeyd olunur.
12.5.3. Arxiv surəti – hazırlanmasında
istifadə olunan sənədin arxiv şifri və vərəqinin
nömrəsi göstərilməklə makina, fotoqrafik, elektroqrafik,
yaxud digər texniki avadanlıqlar vasitəsi ilə eynilə
köçürülmüş mətnidir. Arxiv sənədinin surəti əsas
sənədin mətnindən sorğuya aid olan hissəsinin surəti
çıxarılmaqla hazırlanır, sənədin əslində
düzəlişlər, əlavələr, pozulmuş və ya
sonradan yazılmış mətnlər olduqda müvafiq qeydlər
aparılır. Arxiv surətinin hər bir vərəqinin arxa
üzünə istifadə olunmuş sənədin arxiv şifri
yazılır və sonuncu vərəqin arxa üzündə təsdiq
edici qeyd və möhür qoyulur.
12.6. İdarə arxivində
hazırlanan sorğuların cavabları müraciət edənin
ünvanına müşayiət məktubu ilə poçt vasitəsilə
göndərilir və yaxud şəxsiyyəti təsdiq edən sənəd
təqdim etməklə birbaşa müraciət edənə, vəkalətnamə
əsasında etibar etdiyi şəxsə verilir.
12.7. İdarə arxivində
saxlanılan sahibi tərəfindən vaxtında
alınmamış şəxsi sənədlər (vətəndaşlıq
vəziyyətini təsdiq edən sənədlər, diplom, əmək
kitabçası və s.) vətəndaşın yazılı
müraciəti və idarə rəhbərinin
razılığı ilə şəxsiyyəti təsdiq edən
sənəd əsasında sahibinə və ya onun vəkil
etdiyi şəxsə verilir.
12.8. İdarə arxivlərindən
hüquq-mühafizə orqanlarına sənədlərin verilməsi
Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən
olunmuş qaydalara uyğun rəsmi yazılı müraciət əsasında
həyata keçirilir. Götürülmüş sənədin yerinə əvəzedici
vərəq qoyulur və arxivin uçot sənədlərində
müvafiq qeydlər aparılır.
12.9. İdarənin mərkəzi arxivində
mütəxəssislərin, tədqiqatçıların bilavasitə
sənədlərlə işləməsi üçün oxu zalı təşkil
edilir. Oxu zalının iş qaydalarını idarənin rəhbəri
müəyyən edir. Oxu zalına istifadəçi ərizə, tədqiqatçı
göndəriş məktubu, idarənin əməkdaşı isə
xidməti vəsiqə əsasında buraxılır. İdarənin
əməkdaşları istisna olmaqla oxu zalından istifadə
edən digər istifadəçilərə şəxsi vərəq
açılır. Sənədlər oxu zalına tələbnamə
əsasında verilir və istifadə olunmuş hər bir
saxlama vahidinə istifadə vərəqi tərtib olunur.
12.10. İdarə arxivindən struktur
bölmələrə istifadə üçün sənədlər idarə rəhbərinin
razılığı əsasında 30 iş günü müddətinə,
digər təşkilatlara isə yazılı müraciət əsasında
üç aydan artıq olmamaq şərti ilə verilir və aktla rəsmiləşdirilir.
Müvəqqəti istifadəyə verilmiş hər bir saxlama
vahidi uçot kitabında qeydiyyata alınır və onun yerinə
əvəzedici vərəq qoyulur. İstifadə olunaraq
qaytarılan saxlama vahidi vərəqbəvərəq
yoxlanılır.
12.11. İdarə arxivi sənədlərdən
informasiya xarakterli tədbirlərin (sərgilər,
ekskursiyalar, konfranslar) təşkilində istifadə edir. Qəzet
və jurnallar üçün sənədli nəşrlər, digər
kütləvi informasiya vasitələri üçün müxtəlif mövzularda
materiallar, həmçinin idarənin tarixinə dair sənədli məcmuələr
hazırlayır.
12.12. İdarə arxivində istifadə
olunan saxlama vahidlərinin, sənədlərin uçotu, verilən
arxiv məlumatlarının (arayış, surət,
çıxarış) və oxu zalına gələn istifadəçilərin
qeydiyyatı müvafiq qaydada hazırlanmış jurnallarda
aparılır.
12.13. İdarə arxivi sənədlərin
fiziki vəziyyəti qənaətbəxş olmadıqda, o
cümlədən qanunvericilikdə müəyyən olunan digər
hallarda sənədləri istifadəyə verməkdən
imtina edə bilər. Bu cür hallarda imtina etmənin səbəbləri
göstərilməklə müraciət edənə yazılı
cavab verilir.
13. Arxiv fondu sənədlərinin dövlət
mühafizəsinə təhvil verilməsinin təşkili
13.1. Milli arxiv fondunun tərkibinə
daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsində göstərilən
müddətlərdə idarələrdə yaradılan arxivlərdə
müvəqqəti saxlanıldıqdan sonra daimi mühafizə məqsədi
ilə dövlət arxivlərinə təhvil verilir. Sənədlər
dövlət arxivlərinə elmi-texniki cəhətdən qaydaya
salınmış şəkildə və elmi-məlumat
aparatı ilə birlikdə qəbul olunur.
13.2. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olmayan qeyri dövlət təşkilatlarının
sənədlərinin dövlət arxivlərinə təhvil
verilməsi həmin sənədlərin sahibi ilə dövlət
arxiv təşkilatı arasında imzalanmış müqavilə
əsasında həyata keçirilir.
13.3. İdarə arxivlərində sənədlərin
müvəqqəti saxlanma müddətləri aşağıdakı
kimi müəyyən olunur:
13.3.1. respublika dövlət hakimiyyəti
orqanlarının sənədləri üçün -15 il;
13.3.2. rayon və şəhər hakimiyyəti
orqanlarının sənədləri üçün -5 il;
13.3.3. yerli özünüidarəetmə
orqanlarının sənədləri üçün –5 il;
13.3.4. elmi-texniki sənədlər
üçün—15 il (bu müddət sənədin praktik əhəmiyyət
saxladığı müddətə artırıla bilər);
13.3.4. vətəndaşlıq vəziyyəti
aktları, notarial fəaliyyət və məhkəmə
işləri, şəxsi heyət barədə sənədlər
üçün–75 il;
13.3.5. kino, foto, fono, videoyazılar üçün –3
il;
13.4. Göstərilən müddətlər zəruri
hallarda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
razılığı ilə dəyişdirilə bilər. Sənədlərin
vaxtından əvvəl daimi dövlət mühafizəsinə verilməsi
onların itirilməsi təhlükəsi olduqda və yaxud idarənin
müraciəti ilə müqavilə əsasında həyata keçirilir.
13.5. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olan idarənin mülkiyyət forması dəyişdirilərək
nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs
yaradıldıqda sənədlər müvəqqəti olaraq yeni
yaradılmış hüquqi şəxsin arxivində
saxlanılır və qanunla müəyyən olunmuş müddət
başa çatdıqdan sonra dövlət arxivinə qəbul edilir.
İdarə tam olaraq özəlləşdirildikdə sənədlər
dövlət mühafizəsinə təhvil verilir.
13.6. Milli arxiv fondunun komplektləşdirmə
mənbəyi olan idarə ləğv edildikdə onun arxiv sənədlərinin
dövlət mühafizəsinə təhvil verilməsini ləğvetmə
komissiyası təşkil edir. Komissiya müvafiq idarənin
komplektləşdirmə mənbəyi olan dövlət arxivinin
nümayəndəsinin iştirakı ilə ləğv
edilmiş idarənin arxiv sənədlərinin onun varisi olan təşkilatın,
varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə
təhvil verilməsini təmin edir. Yuxarı təşkilat ləğv
edilmiş idarənin arxiv sənədlərini onun fəaliyyət
göstərdiyi ərazidə yerləşən dövlət arxivinə
təhvil verə bilər.
13.7. Varisi və yuxarı təşkilatı olmayan ləğv
olunmuş hüquqi şəxslərin arxiv sənədlərinin
elmi və əməli əhəmiyyətə malik hissəsi
müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil
verilir. Elmi və əməli əhəmiyyət kəsb etməyən
müvəqqəti saxlanılan sənədlər isə hüquqi
şəxslərin dövlət reyestrindən
çıxardılması barədə qeyri-kommersiya
hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi
şəxslərinin filial və nümayəndəliklərinə
münasibətdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinin və onun rayon
(şəhər) qeydiyyat şöbələrinin, Naxçıvan
Muxtar Respublikasının ərazisində təsis edilən
siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyinin, kommersiya hüquqi
şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin
filial və nümayəndəliklərinə və publik hüquqi
şəxslərə münasibətdə Azərbaycan
Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə
bu orqana bilavasitə tabe olan vergi orqanlarının, habelə
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin, dini
qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin və
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə
İdarəsinin rəsmi bildirişi olduğu halda, bu təlimatın
8.14-cü bəndində müəyyən olunmuş qaydada rəsmiləşdirilməklə
məhv etmək üçün ayrılır.
13.8. Sənədlərin müvafiq tələblərə
uyğun qaydaya salınması, elmi-texniki cəhətdən
işlənilməsi idarənin vəsaiti hesabına həyata
keçirilir. Ləğv edilmiş və varisi olmayan idarənin sənədlərinin
qaydaya salınması, dövlət mühafizəsinə təhvil
vermək üçün hazırlanması məsələsi idarənin ləğvetmə
komissiyası ilə arxiv təşkilatı arasında
bağlanmış müqavilə əsasında həll olunur. Sənədlər
dövlət mühafizəsinə müvafiq dövlət arxivi ilə idarə
arasında razılaşdırılmış plan-qrafik əsasında
təhvil verilir.
13.9. Sənədlər dövlət arxivinə
EYK-da təsdiq olunmuş siyahılar əsasında təhvil
verilir və müəyyən olunmuş formada
hazırlanmış təhvil-qəbul aktı ilə (18
№-li əlavə) rəsmiləşdirilir. Siyahının
bütün nüsxələrində sənədlərin dövlət arxivinə
təhvil verilməsi barədə qeydlər aparılır.
13.10. Təhvil verilən işlərin
siyahıdakı işlərlə uyğunluğu
yoxlanılır, işlərin faktiki sayı ilə
siyahının yekun qeydində göstərilən say arasında
fərq yarandıqda, siyahının yekun qeydində işlərin
faktiki miqdarı və çatışmayan işlərin nömrələri
göstərilir. Təhvil-qəbul aktına işlərin
aşkar olunmaması barədə arayış əlavə
olunur və işlərin axtarılması istiqamətində
tədbirlər görülür. İtirilmiş sənədlər
onların surətləri ilə əvəz edilir.
13.11. Daimi dövlət mühafizəsinə təhvil
verilən sənədlərin fiziki-kimyəvi, sanitar-gigiyenik və
texniki vəziyyəti öyrənilir, elmi-texniki cəhətdən
qaydaya salınması yoxlanılır və aşkar
olunmuş qüsurlar sənədləri təhvil verən idarənin
imkanları hesabına aradan qaldırılır.
13.12. Daimi dövlət mühafizəsinə
maddi daşıyıcıda təhvil verilən elektron sənədlərin
həqiqiliyinə və bütövlüyünə sənədləri təhvil
verən təşkilat, maddi daşıyıcıdan istifadə
olunmadan elektron informasiya sistemləri vasitəsilə təhvil
verilən elektron sənədlərə görə isə
onları təhvil verən və təhvil alan tərəflər
eyni məsuliyyət daşıyırlar.
14. Yekun müddəalar
14.1. Bu Təlimat ümumi idarəçilik sistemində
yaranan kağız əsaslı və elektron sənədlərin
arxivləşdirilməsi işinin norma və
qaydalarını müəyyən edir.
14.2. Bu Təlimatla müəyyən
olunmuş norma və qaydaların pozulmasına görə hüquqi və
fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericilik aktlarında müəyyən olunmuş qaydada məsuliyyətə
cəlb olunur.
|
1 № -li Əlavə Qəfəslər üzrə topoqrafik göstərici _____ №-li mühafizəxana
_____
№-li qəfəs
Qəfəslər üzrə topoqrafik göstəricinin
forması |
|
2 № -li Əlavə
Fondun №-si _______________ Fondtəşkiledənin adı ______________________________________
Yoxlamanın keçirilməsi üçün əsas _____________________________________________________ (plana uyğun olaraq, sənədlərin yerdəyişməsi, təbii fəlakət və s.) Komissiyanın tərkibi: Komissiyanın sədri:__________________________________________________________________ (adı, soyadı, vəzifəsi) Komissiyanın üzvləri:________________________________________________________________ (adları, soyadları, vəzifələri) ____________________________________________________________________________________
Yoxlama ______________________tarixdən _____________________tarixədək keçirildi.
Yoxlama nəticəsində müəyyən olundu :
1. Siyahıda ________________________________________________________ sax/vah. göstərilmişdir. (rəqəmlə və yazı ilə) O cümlədən siyahı üzrə arxiv təşkilatı EYK-da __________________________________ sax/vah. təsdiq edilmişdir (razılaşdırılmışdır). (rəqəmlə və yazı ilə)
2. _________________________________________ sax/vah. aşkar olunmamışdır, (rəqəmlə və yazı ilə) O cümlədən siyahı üzrə arxiv təşkilatı EYK-da ____________________________ sax/vah. təsdiq edilmiş (razılaşdırılmış). (rəqəmlə və yazı ilə)
3. Liter nömrələr: 3.1. yekun qeyddə hesaba alınmamış _________________________________________ iş;
(rəqəmlə
və yazı ilə) 3.2. yekun qeyddə hesaba
alınmış ____________________________________________ iş.
(rəqəmlə
və yazı ilə) 4. Buraxılmış nömrələr: 4.1. yekun qeyddə hesaba
alınmamış _________________________________________ iş;
(rəqəmlə
və yazı ilə) 4.2. yekun qeyddə hesaba
alınmış ____________________________________________ iş.
(rəqəmlə
və yazı ilə) 5. Başqa fonda aid olan düzgün yerləşdirilməmiş
________________________________ iş
(rəqəmlə
və yazı ilə Sənədlərin
mövcudluğunun və vəziyyətinin yoxlanılması barədə
aktın forması |
|
2
№-li əlavənin davamı 6. Bu fond üzrə mövcud
________________________________ iş siyahıya daxil edilmişdir.
(rəqəmlə
və yazı ilə) 7. Siyahıya daxil edilməmiş
_________________________________________ iş var.
(rəqəmlə
və yazı ilə) 8. Fondda (siyahıya daxil edilmiş və
edilməmiş) cəmi ______________________ iş mövcuddur.
(rəqəmlə
və yazı ilə) Onlardan : 8.1. _________________________________ işin
dezinfeksiya edilməsi tələb olunur;
(rəqəmlə və yazı ilə) 8.2 _________________________________ işin
dezinseksiya edilməsi tələb olunur;
(rəqəmlə və yazı ilə) 8.3. _________________________________ işin
bərpa edilməsi tələb olunur;
(rəqəmlə və yazı ilə) 8.4. _________________________________ işin
cildlənməsi və ya tikilməsi tələb olunur;
(rəqəmlə və yazı ilə) 8.5. ________________________________ işdə
solmuş mətnlərin bərpası tələb olunur;
(rəqəmlə və yazı ilə) 8.6. ________________________________ iş
islaholunmaz dərəcədə korlanmışdır;
(rəqəmlə və yazı ilə) 8.7. ________________________________ işin
texniki cəhətdən qaydaya salınması tələb
olunur;
(rəqəmlə və yazı ilə) 8.8. ________________________________ iş müvəqqəti
istifadəyə verilmişdir.
(rəqəmlə və yazı ilə) 9. Sənədlərin vəziyyətinin
və mühafizəsinin ümumi xarakteristikası
________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ Əlavə : ____ №-li işlərin
mövcudluğunun və vəziyyətinin yoxlanılması barədə
vərəqlər. Yoxlamanı aparan əməkdaşın
vəzifəsi, adı, soyadı, imzası Tarix______________ Sənədlərin mövcudluğunun və vəziyyətinin
yoxlanılması haqqında aktın forması |
3
№ -li Əlavə Daxil
olan və xaric edilən arxiv sənədlərinin uçotu
kitabı
İl ərzində cəmi _________________ saxlama vahidi daxil olub (7, 8, 9, 13-cü sütunlar üzrə ayrı-ayrılıqda göstərməklə).
(rəqəmlə və yazı ilə) O cümlədən ________________________________________
_________________
saxlama vahidi xaric edilib (10, 11, 12, 14-cü sütunlar ürzə
ayrı-ayrılıqda göstərməklə).
(rəqəmlə və yazı ilə) O cümlədən
__________________________________________ İllik yekun qeydi tərtib etmiş
şəxsin vəzifəsi, adı, soyadı, imzası Arxiv müdirinin adı, soyadı,
imzası Tarix___________ Daxil edilən və xaric olunan arxiv sənədlərinin
uçotu kitabının forması _______________________________________________________________________________________________________________________ |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
4 №-li Əlavə
Fondların siyahısı
20 ___-ci il yanvarın 01 üçün ____№-dən ____№-dək __________ fond siyahıya daxil edilmişdir.
(rəqəmlə
və yazı ilə) O cümlədən 20___-ci ildə arxivdə
cəmi _______________ fond mühafizə olunur.
(rəqəmlə və yazı ilə) Onlardan ______________ fondda xüsusi əhəmiyyətli
işlər saxlanılır.
(rəqəmlə və yazı ilə) Boş nömrələr : İllik yekun qeydi tərtib edən əməkdaşın vəzifəsi,
adı, soyadı,
imzası
Arxiv müdirinin (arxivə cavabdeh şəxs)
adı, soyadı,
imzası
Tarix_____________
Fondların siyahısının forması |
||||||||||||||||||||
|
5 №-li Əlavə Fond vərəqi
Siyahıya alınmamış sənədlərin uçotu
Siyahıya alınmış sənədlərin uçotu
Fond vərəqinin forması |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
6 №-li Əlavə
_________________________________________________________________ (təşkilatın adı) __________________________________________________________________________ (struktur bölmənin adı)
SİYAHI № ____
Siyahının bu bölməsinə ___ №-dən ___ №-dək _____________ iş daxil edilmişdir.
(rəqəmlə
və yazı ilə) O cümlədən: Liter nömrələr:
________________________________________________________ Buraxılmış nömrələr:
___________________________________________________ Siyahını tərtib edən şəxsin
vəzifəsi, adı, soyadı,
imzası
Tarix_____________
“RAZILAŞDIRILİB”
Kargüzarlıq xidmətinin rəhbəri
İmza
Adı, soyadı Tarix Struktur
bölmənin daimi, uzun müddət (10 ildən artıq)
saxlanılan və şəxsi heyətə aid işlərin
siyahısının forması |
||||||||||||||||||||||||||||||
|
7№-li Əlavə
Siyahının bu bölməsinə ____№-dən ____№-dək ____________ iş daxil edilmişdir.
(rəqəmlə və yazı ilə) O cümlədən: Liter nömrələr: _______________________________________________________ Buraxılmış nömrələr:
__________________________________________________ Siyahını tərtib edən şəxsin
vəzifəsi
İmza
Adı, soyadı Arxiv müdiri (arxivə cavabdeh şəxs)
İmza
Adı, soyadı Tarix
Daimi
saxlanma müddətli və şəxsi heyətə aid işlərin
siyahısının forması |
||||||||||||||||||||||||||||
|
8
№-li ƏLAVƏ ARXİV SİYAHILARININ REYESTRİ
Arxivdə cəmi___________________________________
siyahı, onlardan _______________daimi
saxlanılan işlərin ,
________________ uzun müddət saxlanılan işlərin,
__________________ şəxsi heyətə aid işlərin
siyahısı mühafizə olunur.
Siyahını tərtib edən şəxsin
vəzifəsi, adı, soyadı,
imzası
Arxiv müdirinin (arxivə cavabdeh şəxs) adı,
soyadı, imzası
Tarix_____________
Arxiv siyahılarının reyestrinin forması
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
9 №-li Əlavə Kimə təqdim olunur _____________________________________________________
(adı
və ünvanı) Kim təqdim edir
________________________________________________________
(hesabat
verən təşkilatın adı və ünvanı) 01 dekabr 20___ -ci il üçün idarə arxivində mühafizə
olunan Milli arxiv fondu sənədlərinin vəziyyəti
haqqında MƏLUMAT 1. Ümumi məlumat
2. Sənədlər haqqında məlumat
İdarə arxivində mühafizə olunan Milli arxiv
fondu sənədlərinin vəziyyəti haqqında məlumatın
forması (idarə arxivinin pasportu) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
9A
№-li Əlavə Kimə təqdim olunur
_____________________________________________________
(adı və ünvanı) Kim təqdim edir
________________________________________________________
(hesabat verən təşkilatın adı və ünvanı) 01 dekabr 20___ -ci il üçün sahə dövlət arxiv fondunda
mühafizə olunan Milli arxiv fondu sənədlərinin vəziyyəti
haqqında MƏLUMAT 1. Mühafizəxana haqqında məlumat
2. Sənədlər haqqında məlumat
"___"___________20____ il.
İdarənin rəhbəri ____________ Adı, soyadı (imza) __ İcraçının adı, soyadı, vəzifəsi və telefon nömrəsi _____________________________________
Sahə dövlət fondunda mühafizə
olunan Milli arxiv fondu sənədlərinin vəziyyəti
haqqında məlumatın forması (arxivin pasportu) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10 №-li Əlavə
“TƏSDİQ EDİRƏM” İdarənin adı_____________________ İdarənin rəhbərinin adı,
soyadı, ___________________ İmza ___________________ Tarix Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə
AKT _______________№_________
(tarix) Əsas: EK-nın
yaradılması barədə _____ №-li _____________ tarixli
əmr.
EK-nın sədri _________________________
üzvləri
__________________________ Komissiya
___________________________________________________________ əsasən
(saxlanma müddətləri müəyyənləşdirilərkən
isinad edilmiş normativ hüquqi sənədlər) _____________________________________________
________________________
(fondtəşkiledənin adı) saxlanma müddətləri başa
çatmış, elmi-tarixi dəyəri olmayan və əməli
əhəmiyyətini itirmiş aşağıdakı sənədləri
məhv etmək üçün ayırmışdır :
Cəmi _________________ -ci illərə aid ________________________ iş məhv etmək üçün ayrılmışdır.
(işlərin ilk və son tarixləri)
(işlərin
miqdarı, rəqəmlə və yazı ilə)
______________________________ “_________ -
__________” -ci illərə aid ____________ daimi saxlanma
(idarənin
adı)
(işlərin
miqdarı) müddətli işin _____________
siyahısı və “_______ - ________” -ci illərə
aid ____________ şəxsi heyətə aid (siyahıların
miqdarı)
(işlərin miqdarı) işin ____________ siyahısı
__________________ EYK-nın ____________ tarixli, __________ nömrəli
iclas
(siyahıların
miqdarı)
(dövlət arxiv təşkilatının adı) (protokolun
tarixi)
(protokolun №-si) protokolu ilə təsdiq
edilmişdir.
Sənədlər təftiş
yoxlamasından keçirilib (keçirilməyib), maliyyə və hüquq
orqanlarının iddiası yoxdur (var). Ekspertiza aparmış komissya üzvlərinin
və aktı tərtib edən şəxsin
vəzifəsi, adı, soyadı,
imzası
Tarix______________
Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında aktın forması
|
|
11 №-li Əlavə
“TƏSDİQ EDİRƏM” İdarənin adı___________ İdarənin rəhbərinin soyadı, adı _________________ İmza ________________________ _________________ Tarix
(tərtib edildiyi idarənin adı) İŞLƏRİN
NOMENKLATUR-SİYAHISI 20 ___ -ci il üçün
Təşkilatın kargüzarlıq xidmətinin rəhbərinin adı, soyadı, imzası Tarix________________ Arxiv müdirinin (arxivə cavabdeh şəxsin) razılıq qeydi
İşlərin
nomenklatur-siyahısının forması ______ -ci ildə idarədə
açılmış işlərin növləri və miqdarı
barədə yekun qeyd
İdarənin kargüzarlıq xidmətinin rəhbəri
İmza
Adı, soyadı Məlumatı vermiş şəxsin vəzifəsi
İmza
Adı, soyadı Tarix:
İşlərin nomenklatur-siyahısının yekun qeydinin forması |
|||||||||||||||||||||||||||||||||||||||||||
|
12 №-li Əlavə
__________ №-li saxlama vahidin təsdiqetmə vərəqi
Bu saxlama vahidinə __________________________ vərəq tikilmiş və nömrələnmişdir.
(rəqəmlə və yazı ilə) O cümlədən: Liter nömrələr
_____________________________________________________________________ Buraxılmış nömrələr
________________________________________________________________ + daxili siyahının vərəqələri
__________________________________________________________
Tərtib edən şəxsin vəzifəsi,
adı, soyadı,
imzası
Tarix_______________ Saxlama
vahidin təsdiqetmə vərəqinin forması |
|
13 №-li Əlavə SAXLAMA VAHİDİNİN
DAXİLİ SİYAHISI Saxlama vahidinin nömrəsi _______________
Daxili siyahıya cəmi
_________________________ sənəd daxil edilmişdir.
(rəqəmlə
və yazı ilə) Daxili siyahı ______________________ vərəqdən
ibarətdir.
(rəqəmlə və yazı ilə) Tərtib etmiş şəxsin vəzifəsi,
adı, soyadı,
imzası
Tarix__________________
Daxili siyahının forması
|
|
14 №-li Əlavə
Dövlət arxivinin kodu _________ İdarənin kodu _________
(Dövlət arxiv təşkilatının adı) _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _______________________ (İdarənin və struktur bölmənin adı)
İŞ № _______ CİLD № _______ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ ___________________________ (işin sərlövhəsi) ___________________________________ (ilk və son tarixlər) ________ vərəq Saxlanma müddəti ________________
Daimi və uzun müddət (10 ildən artıq) saxlanılan saxlama vahidlərinin üz cildinin (titul vərəqinin) forması
|
|
15 №-li Əlavə
Bu siyahıya ______№-dən__________ №-dək _______________ saxlama vahidi daxil edilmişdir. \ (rəqəmlə və yazı ilə)
O cümlədən:
Liter nömrələr ______________________________________________________________
Buraxılmış nömrələr _________________________________________________________
Siyahını tərtib edən şəxsin vəzifəsi, adı, soyadı, imzası
Tarix___________________
Siyahının yekun qeydinin forması
|
|
16 №-li Əlavə
____________________________________________________________________ (Dövlət arxiv təşkilatının adı) ____________________________________________________________________ ____________________________________________________________________ (İdarənin
adı) __________________________________ Struktur bölmənin ad Fond
№ __________ Siyahı
№ __________ ____________________________________ (Siyahının
adı) ________________________
(İlk
və son tarixlər) Daimi saxlanma müddətli və şəxsi
heyətə aid işlərin arxiv siyahısının üz
cildinin (titul vərəqinin) forması |
|
17 №-li Əlavə
ARXİV ARAYIŞI
_____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________
Əsas: f. №- ___, siy. №-___, sax/vah.
№-___, vərəq №-___ Arayış
____________________________________təqdim etmək üçün verilir.
Arxiv
arayışının forması ____________________________________________________________________________________
|
|
18 №-li Əlavə
_________________________________________________________________________ (təhvil üçün əsas) _________________________________________________________________________
(təhvil verən təşkilatın
adı) ________________________________________________________________
təhvil verdi (təhvil verilən fondun adı) _______________________________________________________________________________________________________________ (təhvil alan təşkilatın
adı) həmin fondun sənədlərini və
onlara aid elmi-məlumat aparatını qəbul etdi.
Cəmi __________________ saxlama vahidi qəbul
edilmişdir.
(rəqəmlə və yazı ilə) Fonda __________ nömrəsi verilmişdir.
Sənədlərin dövlət mühafizəsinə təhvil-qəbulu barədə aktın forması |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 3 iyul 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007030006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2020-ci il) ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 5.1-ci bəndində “müvafiq norma və standartlara uyğun” sözləri çıxarılmışdır.
[2] 6 aprel 2018-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804060003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 aprel 2018-ci il) ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 5.8-ci bəndinin ikinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə əvəz edilmişdir.
[3] 3 iyul 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007030006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2020-ci il) ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 5.13-cü bəndində “bölməsində müəyyən olunan norma və standartlara” sözləri “hissəsinə” sözü ilə əvəz edilmişdir.