Fəsil I
Ümumİ müddəalar
1.1. Azərbaycan Respublikasının Vergi
Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini,
vergitutmanın ümumi əsaslarını, vergilərin
müəyyən edilməsi, ödənilməsi və
yığılması qaydalarını, vergi
ödəyicilərinin və dövlət vergi orqanlarının,
habelə vergi münasibətlərinin digər
iştirakçılarının vergitutma məsələləri
ilə bağlı hüquq və vəzifələrini, vergi
nəzarətinin forma və metodlarını, vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyəti,
dövlət vergi orqanlarının və onların
vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilməsi
qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə Naxçıvan
Muxtar Respublikasında və bələdiyyələrdə
vergitutmanın ümumi əsasları və vergilər
müəyyən edilir.
1.3. Bu Məcəllə ilə
müəyyən olunan anlayışlar və qaydalar vergitutma
məqsədi ilə müəyyən edilir və müstəsna
olaraq bu Məcəllə və onun əsasında qəbul
edilmiş digər normativ hüquqi aktlar ilə
tənzimlənən vergitutma və vergi nəzarəti ilə
bağlı münasibətlər hüdudlarında tətbiq olunur.
2.1. Azərbaycan Respublikasının vergi
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Məcəllədən və onlara
uyğun olaraq qəbul edilmiş Azərbaycan
Respublikasının qanunvericilik aktlarından ibarətdir.
2.2. Bu Məcəllənin əsasında
və ya onun icrası məqsədi ilə qəbul edilmiş
normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd
olmamalıdır.
2.3. Vergi qanunvericiliyi aktları ilə
digər sahə qanunvericilik aktları arasında bu
Məcəllənin 2.7-ci maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla vergitutma və vergi nəzarəti
məsələləri üzrə ziddiyyət yarandıqda vergi
qanunvericiliyinin aktları tətbiq edilir.
2.4. Aşağıdakılar istisna
olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik
aktlarına vergitutma və vergi nəzarəti
məsələləri, daxil edilə bilməz:
2.4.1. Azərbaycan Respublikasının inzibati
xətalar Məcəlləsində nəzərdə tutulan
vergi münasibətlərinə aid inzibati xətalar haqqında
müddəalar;
2.4.2. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində nəzərdə tutulan
vergi cinayətləri haqqında müddəalar;
2.4.3. vergi öhdəliklərinin üstünlüyü haqqında
müflisləşmə və iflas haqqında qanunvericilikdə
nəzərdə tutulan müddəalar;
2.4.4. büdcə qanunvericiliyində
vergilərlə bağlı müddəalar;
2.4.5. vergilər üzrə dövlət
təminatlarının və müddətli güzəştlərin
verilməsi ilə bağlı müddəalar;
2.4.6. hasilatın pay bölgüsü haqqında,
əsas boru kəməri haqqında və digər bu
qəbildən olan sazişlərdə və ya qanunlarda
nəzərdə tutulan müddəalar.
2.5. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə vergilər haqqında bu
Məcəllə ilə və ona müvafiq olaraq qəbul
edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş
müddəalardan fərqli müddəalar müəyyən edildikdə,
həmin beynəlxalq müqavilələrin müddəaları
tətbiq edilir.
2.6. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan
qaldırılması haqqında beynəlxalq müqavilə
ilə bu müqavilə bağlanan dövlətin rezidentinə
verilən vergi güzəştlərinə və
üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış
dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd
edilən güzəştlərin və üstünlüklərin
alınması üçün istifadə edilirsə, bu
Məcəllənin 2.5-ci maddəsinin müddəaları
tətbiq olunmur.
2.7. Bu Məcəllə qüvvəyə
minənədək və ya o, qüvvəyə mindikdən sonra
qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında,
əsas boru kəməri haqqında və digər bu
qəbildən olan sazişlərdə və ya qanunlarda, o
cümlədən neft və qaz haqqında qanunda bu
Məcəllədə və vergilər haqqında digər
normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan
fərqli müddəalar müəyyən edildikdə, həmin
sazişlərin və ya qanunların müddəaları
tətbiq edilir.
3.1. Vergilər haqqında qanunvericilik
vergitutmanın ümumi, bərabər və ədalətli
olmasına əsaslanmalıdır.
3.2. Vergilər iqtisadi cəhətdən
əsaslandırılmalıdır.
3.3. Hər kəsin konstitusiya hüquqlarının
və azadlıqlarının həyata keçirilməsinə
maneçilik törədən vergilərin müəyyən
edilməsinə yol verilmir.
3.4. Azərbaycan Respublikasının vahid
iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan
Respublikasının ərazisində malların
(işlərin, xidmətlərin) və pul vəsaitlərinin
azad yerdəyişməsini bilavasitə və ya
dolayısı ilə məhdudlaşdıran və ya digər
yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran,
yaxud maneçilik törədən) vergilərin müəyyən
edilməsinə yol verilmir.
3.5. Heç bir şəxs əldə etdiyi
mənfəətdən (gəlirdən) eyni növ vergini bir
dəfədən artıq ödəməyə məcbur edilə
bilməz.
3.6. Vergilər siyasi, ideoloji, etnik,
konfessional və vergi ödəyiciləri arasında mövcud olan
digər xüsusiyyətlər əsas götürülməklə
müəyyən edilə bilməz və diskriminasiya xarakteri
daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki
şəxslərin vətəndaşlığından və
ya kapitalın yerindən asılı olaraq vergilərin
müxtəlif dərəcələrinin müəyyən edilməsi
qadağandır.
Azərbaycan Respublikasına
gətirilən mallar üçün həmin malların hansı
ölkədən gətirilməsindən asılı olaraq bu
Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun
olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin
müəyyən edilməsi mümkündür.
3.7. Azərbaycan Respublikasının
vergiləri yalnız bu Məcəllə ilə müəyyən
edilir, onların dəyişdirilməsi və ya ləğv
edilməsi bu Məcəlləyə dəyişiklik
edilməsi ilə həyata keçirilir.
3.8. Heç bir şəxsin üzərinə bu
Məcəllə ilə müəyyən edilən vergilərin
xüsusiyyətlərinə malik olan və bu Məcəllə
ilə müəyyən edilməyən, yaxud bu Məcəllə
ilə müəyyən edilən qaydalardan fərqli olaraq
müəyyən edilən vergilər ödəmək vəzifəsi
qoyula bilməz.
3.9. Vergilər haqqında qanunvericilik
elə tərzdə formalaşdırılmalıdır ki,
hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt
və hansı məbləğdə ödəməli olduğunu
dəqiq bilsin.
3.10. Vergi sistemi sahibkarlıq və
investisiya fəaliyyətini təşviq etməlidir.
3.11. Vergilər haqqında qanunvericiliyin
bütün ziddiyyətləri və aydın olmayan məqamları,
şübhələri vergi ödəyicisinin xeyrinə şərh
edilməlidir.
3.12. Fiziki və hüquqi şəxslərin
vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq
imkanı təmin edilməlidir.
4.1. Azərbaycan Respublikasında
aşağıdakı vergilər müəyyən edilir və
ödənilir:
4.1.1. dövlət vergiləri;
4.1.2. muxtar respublika vergiləri;
4.1.3. yerli vergilər (bələdiyyə
vergiləri).
4.2. Dövlət vergiləri dedikdə, bu
Məcəllə ilə müəyyən edilən və
Azərbaycan Respublikasının bütün ərazisində
ödənilməli olan vergilər nəzərdə tutulur.
4.3. Muxtar respublika vergiləri dedikdə,
Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə
müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları
ilə müəyyən edilən və Naxçıvan Muxtar
Respublikasında ödənilən vergilər nəzərdə
tutulur.
4.4. Yerli vergilər (bələdiyyə
vergiləri) dedikdə bu Məcəllədə və müvafiq
qanunla müəyyən edilən, bələdiyyələrin
qərarlarına əsasən tətbiq edilən və
bələdiyyələrin ərazilərində
ödənilən vergilər nəzərdə tutulur.
Bələdiyyələr tərəfindən tətbiq
edilən digər məcburi ödənişlər müvafiq qanunla
müəyyən edilir.
Bələdiyyələr öz
ərazilərində vergitutmanın aşağıdakı
elementlərini müəyyən edirlər: vergilər üzrə
güzəştlər və bu Məcəllə ilə
müəyyən edilən hədlərdə vergi
dərəcələri. Vergitutmanın digər
məsələləri bu Məcəllə ilə tənzimlənir.
4.5. Azərbaycan Respublikasında bu
Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi tətbiq
edilə bilər.
Xüsusi vergi rejimi dedikdə müəyyən
dövr ərzində vergilərin hesablanması və
ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
4.6. Bu Məcəllə ilə nəzərdə
tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.
5.0. Vergi məbləğləri
aşağıdakı formalarda tutulur:
5.0.1. bilavasitə mənbədən
(verginin gəlir və ya mənfəət əldə
edilməsinədək tutulması);
5.0.2. bəyannamə üzrə (verginin
gəlir və ya mənfəət əldə
edilməsindən sonra tutulması);
6.1. Dövlət vergilərinə
aşağıdakılar aiddir:
6.1.1. fiziki şəxslərin gəlir
vergisi;
6.1.2. hüquqi şəxslərin
mənfəət vergisi (bələdiyyə
mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
6.1.3. əlavə dəyər vergisi;
6.1.4. aksizlər;
6.1.5. hüquqi şəxslərin əmlak
vergisi;
6.1.6. hüquqi şəxslərin torpaq vergisi;
6.1.7. yol vergisi;
6.1.8. mədən vergisi;
6.1.9. sadələşdirilmiş sistem
üzrə vergi.
6.2. Bu Məcəllə ilə bütün
dövlət vergilərinin dərəcələrinin ən
yüksək hədləri müəyyən edilir.
6.3. Dövlət vergilərinin hər il üçün
tətbiq olunan dərəcələri bu
Məcəllədə müəyyən edilən
dərəcələrdən yüksək ola bilməz və
hər il Azərbaycan Respublikasının dövlət büdcəsi
haqqında qanunu qəbul edilən zaman həmin
dərəcələrə yenidən baxıla bilər.
Muxtar respublika vergilərinə Naxçıvan
Muxtar Respublikasında tutulan bu Məcəllənin 6.1-ci
maddəsində (yol vergisi istisna olmaqla) sadalanan dövlət
vergiləri aiddir.
8.0. Yerli vergilər (bələdiyyə
vergiləri) aşağıdakılardır:
8.0.1. fiziki şəxslərin torpaq vergisi;
8.0.2. fiziki şəxslərin əmlak
vergisi;
8.0.3. yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisi;
8.0.4. bələdiyyə
mülkiyyətində olan müəssisə və
təşkilatların mənfəət vergisi.
Azərbaycan Respublikasının
ərazisində vergilər Azərbaycan Respublikasının
pul vahidi - manatla hesablanır və ödənilir.
10.0. Vergi qanunvericiliyi ilə
tənzimlənən münasibətlərin
iştirakçıları aşağıdakılardır:
10.0.1. bu Məcəlləyə uyğun
olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki
şəxslər;
10.0.2. bu Məcəlləyə uyğun
olaraq vergi agenti hesab edilən hüquqi və fiziki
şəxslər;
10.0.3. Azərbaycan Respublikasının
dövlət vergi orqanları;
10.0.4. Azərbaycan Respublikasının
gömrük orqanları;
10.0.5. bu Məcəllə ilə
nəzərdə tutulan məsələlərin həlli
ilə bağlı Azərbaycan Respublikasının maliyyə
orqanları;
10.0.6. bu Məcəllə ilə
nəzərdə tutulan hallarda vergi ödəyicilərindən
vergilərin ödənilməsi üçün vəsaitlərin
alınmasını və onların büdcəyə köçürülməsini,
vergi və gömrük orqanlarından başqa, müəyyən
edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları, digər
səlahiyyətli orqanlar və vəzifəli
şəxslər.
Vergi - dövlətin və
bələdiyyələrin fəaliyyətinin maliyyə
təminatı məqsədi ilə vergi ödəyicilərinin
mülkiyyətində olan pul vəsaitlərinin
özgəninkiləşdirilməsi şəklində dövlət
büdcəsinə və yerli büdcələrə köçürülən
məcburi, fərdi, əvəzsiz ödənişdir.
12.1. Vergi o halda müəyyən edilmiş
hesab olunur ki, bu zaman vergi ödəyicisi və
aşağıdakı vergitutma elementləri müəyyən
edilmiş olsun:
12.1.1. vergitutma obyekti;
12.1.2. vergitutma bazası;
12.1.3. vergi dövrü;
12.1.4. vergi dərəcəsi;
12.1.5. verginin hesablanması qaydası;
12.1.6. verginin ödənilməsi qaydası
və müddəti.
12.2. Vergi müəyyən edildikdə, bu
Məcəllə ilə nəzərdə tutulan əsaslarla
vergi güzəştləri müəyyənləşdirilə
bilər.
12.3.Vergitutma obyekti gəlir,
mənfəət, əmlak, torpaq, faydalı qazıntılar,
təqdim edilmiş malların (işin, xidmətin)
dəyəri və ya bu Məcəllə ilə
müəyyənləşdirilən digər vergitutma
obyektləridir.
12.4. Vergitutma bazası - vergitutma obyektinin
vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
13.1. Bu Məcəllədə istifadə
olunan mülki, ailə və Azərbaycan Respublikasının
digər qanunvericilik sahələrinin anlayışları,
əgər bu Məcəllədə digər məna
nəzərdə tutulmamışdırsa, həmin
qanunvericilik sahələrində qəbul edilmiş mənada
tətbiq edilir.
13.2. Bu Məcəllənin
məqsədləri üçün aşağıdakı
anlayışlar istifadə olunur:
13.2.1. Şəxs - istənilən fiziki
və ya hüquqi şəxs, beynəlxalq təşkilatlar,
onların filialları, nümayəndəlikləri və
digər bölmələri.
13.2.2. Hüquqi şəxs - Azərbaycan
Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda
yaradılmış müəssisə və təşkilatlar.
13.2.3. Fiziki şəxs - Azərbaycan
Respublikasının vətəndaşı, əcnəbi
və vətəndaşlığı olmayan şəxs.
13.2.4. Vergi ödəyicisi - bu
Məcəlləyə uyğun olaraq müəyyən edilmiş
vergitutma obyektlərindən vergi ödəyən istənilən
şəxs.
13.2.5. Rezident:
13.2.5.1. aşağıda göstərilən
tələblərin birinə cavab verən istənilən
fiziki şəxs:
təqvim ilində başa çatan hər
hansı ardıcıl olan 12 aylıq dövr ərzində
üst-üstə 182 gündən artıq vaxtda həqiqətən
Azərbaycan Respublikasının ərazisində olan;
təqvim ili içərisində, yaxud bir
təqvim ili ərzində xarici ölkədə Azərbaycan
Respublikasının dövlət xidmətində olan;.
bu Məcəllənin 13.2.5.1-ci
maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan
Respublikasının ərazisində və xarici ölkədə
(hər hansı birində) fiziki şəxsin olma müddəti
182 gündən artıq olmadıqda, həmin fiziki şəxs
aşağıdakı ardıcıllıqla göstərilən
meyarlarla Azərbaycan Respublikasının rezidenti
sayılır:
daimi yaşayış yeri;
həyati mənafelərinin mərkəzi;
adətən yaşadığı yer;
Azərbaycan Respublikasının
vətəndaşlığı;
13.2.5.2. Fiziki şəxs vergi ilində
Azərbaycan Respublikasının ərazisində
qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək
olan dövr ərzində Azərbaycan Respublikasının
qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin
şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan
Respublikasının qeyri-rezidenti olsun;
13.2.5.3. Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq təsis edilən və
sahibkarlıq fəaliyyətini həyata keçirən və ya
Azərbaycan Respublikasında idarə edilən istənilən
hüquqi şəxs.
13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının
ərazisində diplomatik və ya konsulluq statusu olan
şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının
ərazisində müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçmiş beynəlxalq təşkilatın
əməkdaşı və ya Azərbaycan Respublikasında
xarici ölkənin dövlət xidmətini həyata keçirən
şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız
Azərbaycan Respublikasının ərazisindən bir xarici
dövlətdən digər xarici dövlətə keçmək olan
şəxs;
13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci
və 13.2.6.2-ci maddələri Azərbaycan
Respublikasının ərazisində sahibkarlıq
fəaliyyəti göstərən şəxslərə aid
edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının
ərazisində yerləşən diplomatik imtiyazları
və immunitetləri olan diplomatik nümayəndəliklər,
konsulluq idarələri və xarici ölkələrin digər
rəsmi nümayəndəlikləri, beynəlxalq
təşkilatlar və onların nümayəndəlikləri,
habelə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmayan xarici təşkilatların və
firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə
əhatə edilməyən digər şəxslər.
13.2.7. Vergi ödəyicisinin ailə
üzvləri:
13.2.7.1. ər-arvadlar;
13.2.7.2. valideynlər, övladlar və
övladlığa götürülmüş şəxslər;
13.2.7.3. vərəsələr;
13.2.7.4. doğma (ögey) bacılar
(qardaşlar);
13.2.7.5. bacı və qardaş
övladları;
13.2.7.6. ər-arvadların bacıları,
qardaşları və valideynləri;
13.2.7.7. bacıların ərləri və
qardaşların arvadları;
13.2.7.8. valideynlərin bacıları
(qardaşları);
13.2.7.9. qəyyumlar və qəyyumluğa
götürülənlər, onların arasındakı ev
təsərrüfatı birliyi nəticəsində biri o biri
ilə valideyn və övlad kimi bağlı olduqda.
13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi
əmlak (aktiv), o cümlədən, elektrik və istilik enerjisi,
qaz və su.
Əlavə dəyər vergisinin (ƏDV)
məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti
və torpaq mal sayılmır.
13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o
cümlədən ticarət nişanları, digər sənaye
mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət
hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
13.2.10. Malların təqdim edilməsi -
mallar üzərində mülkiyyət hüququnun başqasına
verilməsi, o cümlədən, lakin bunlarla
məhdudlaşdırılmayan, malların satışı,
mübadiləsi, hədiyyə verilməsi, natura
şəklində əmək haqqı ödənilməsi və
natura şəklində digər ödəmələr,
həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun
girov saxlayana keçməsi.
13.2.11. İş - nəticələri
maddi ifadə kəsb edən fəaliyyət, o cümlədən
kəşfiyyat, hasil etmə, tikinti, quraşdırma və
təmir işləri, habelə, elmi-tədqiqatlar,
təcrübə-konstruktor və layihə işləri.
13.2.12. İş görülməsi - haqqı
ödənilən hər hansı işlərin görülməsi.
İşlərin görülməsi zamanı istifadə olunan mallar
ayrıca təqdim edilmirsə və ya işlərin
dəyərinə daxil edilməyən kompensasiyalı
xərclər müqavilədə və ya ödəniş
sənədlərində ayrıca göstərilmirsə,
həmin mallar və ya xərclər iş görülməsinin
ayrılmaz tərkib hissəsi hesab edilir.
13.2.13. Xidmət göstərilməsi - mal
təqdim edilməsi və ya iş görülməsi sayılmayan
maddi və qeyri-maddi istehlak və istehsal xidmətlərinin
göstərilməsi, o cümlədən mülkiyyətin icarəyə
verilməsi, hüquq verilməsi, o cümlədən lizinq
əsasında, ödənişli, ödənişsiz və ya
qismən ödənişli hər hansı fəaliyyət.
ƏDV-nin məqsədləri üçün pul
vəsaitinə və torpağa mülkiyyət hüququnun
başqasına verilməsi, həmçinin
işəgötürənə muzdlu işçi kimi xidmət
göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi
zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə
və ya xidmətlərin dəyərinə daxil
edilməyən kompensasiyalı xərclər müqavilədə
və ya ödəniş sənədlərində ayrıca
göstərilmirsə, həmin mallar və ya xərclər
xidmətlərin göstərilməsinin ayrılmaz tərkib
hissəsi hesab edilir.
13.2.14. Maliyyə xidmətləri:
13.2.14.1. kreditlərin, kredit
təminatlarının və pul-kredit
əməliyyatlarında hər hansı girov və ya lombard
təminatının təqdim edilməsi (yaxud verilməsi)
və qaytarılması, o cümlədən krediti və ya
təminatı təqdim etmiş şəxsin kreditləri
və kredit təminatlarını idarə etməsi;
13.2.14.2. müştərilərin
depozitlərinin və hesablarının idarə edilməsi,
tədiyələr, köçürmələr, borc öhdəlikləri
və tədiyə vasitələri ilə bağlı
əməliyyatlar;
13.2.14.3. qanuni tədiyə vasitələri
olan valyutanın, pul vəsaitlərinin və
əskinasların (numizmatika əşyalarından başqa)
tədavülü ilə bağlı əməliyyatlar;
13.2.14.4. səhmlərin, istiqraz
vərəqələrinin, sertifikatların, veksellərin,
çeklərin və digər qiymətli kağızların
tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya
xidmətləri və ya banknotların, qiymətli
kağızların və ya digər qiymətlilərin
saxlanması və ya onların qorunmasının təmin
edilməsi üzrə xidmətlər maliyyə
xidmətlərinə aid deyildir;
13.2.14.5. törəmə maliyyə
vasitələri ilə əqdlərə, forvard
müqavilələrinə, opsionlara və analoji
sazişlərə aid əməliyyatlar;
13.2.14.6. investisiya fondlarının
idarə edilməsi ilə bağlı xidmətlər;
13.2.14.7. sığorta və təkrar
sığorta əməliyyatları.
13.2.15. Dividend - hüquqi şəxsin öz
təsisçilərinin (payçılarının) və yaxud
səhmdarlarının xeyrinə xalis mənfəətinin
bölüşdürülməsi ilə bağlı pul və ya digər
ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə
bağlı əmlakın bölüşdürülməsi
nəticəsində əldə edilən gəlir, həmçinin
səhmdarların səhmlərinin faiz nisbətini
dəyişdirməyən səhmlərin bölüşdürülməsi,
səhmlərin (hissələrin, payların) nominal
dəyəri hüdudlarında geri alınması ilə
bağlı edilən ödənişlər dividend
sayılmır.
13.2.16. Azərbaycan mənbəyindən
gəlir:
13.2.16.1. Azərbaycan Respublikasında muzdlu
işdən gəlir;
13.2.16.2. Azərbaycan Respublikasında
istehsal edilmiş malların istehsalçı tərəfindən
təqdim edilməsindən gəlir;
13.2.16.3. Azərbaycan Respublikasında
malların təqdim edilməsindən, iş
görülməsindən və xidmət göstərilməsindən
gəlir;
13.2.16.4. Azərbaycan Respublikasının
ərazisindəki daimi nümayəndəliyə aid edilən
sahibkarlıq fəaliyyətindən əldə olunan
gəlir, o cümlədən belə daimi nümayəndəlik
vasitəsilə təqdim edilmiş mallara (işlərə,
xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud
bənzər (oxşar) malların (işlərin,
xidmətlərin) təqdim edilməsindən, habelə daimi
nümayəndəlik vasitəsilə həyata keçirilən
fəaliyyətə aid edilə bilən fəaliyyətdən
və ya ona oxşar fəaliyyətdən əldə
edilmiş gəlir;
13.2.16.5. Azərbaycan Respublikasındakı
sahibkarlıq fəaliyyəti ilə əlaqədar:
vergi ödəyicisinin borclarının onun
kreditorları tərəfindən silinməsindən;
bu Məcəllənin 114.7-ci
maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş
əsas vəsaitlərin təqdim edilməsindən;
xərclərin bu Məcəllənin
141-ci maddəsinə uyğun olaraq kompensasiya
edilməsindən və ya ehtiyatların azalmasından
gəlir;
13.2.16.6. rezident hüquqi şəxsdən
dividend şəklində əldə edilən gəlir,
həmçinin bu hüquqi şəxsdə iştirak payının
satılmasından və ya başqasına verilməsindən
əldə edilən gəlir;
13.2.16.7. rezidentlərdən alınan
faizlər şəklində gəlir;
13.2.16.8. rezident tərəfindən
ödənilən pensiya;
13.2.16.9. Azərbaycan Respublikasının
ərazisində daimi nümayəndəliyi və ya əmlakı
olan şəxsdən alınan faizlər şəklində
gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür
daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;
13.2.16.10. Azərbaycan Respublikasında
saxlanılan və ya istifadə edilən əmlak üçün
alınan royalti şəklində gəlir, yaxud bu
Məcəllənin 13.2.23-cü maddəsində göstərilən
və Azərbaycan Respublikasında saxlanılan və ya
istifadə edilən əmlakın təqdim edilməsindən
gəlir;
13.2.16.11. Azərbaycan Respublikasında
istifadə edilən daşınan əmlakın icarəyə
verilməsindən əldə edilən gəlir;
13.2.16.12. Azərbaycan
Respublikasındakı daşınmaz əmlakdan əldə
edilən gəlir, o cümlədən bu əmlakda iştirak
payının təqdim edilməsindən gəlir;
13.2.16.13. aktivlərinin 50 faizindən çox
olan hissəsi birbaşa və ya dolayısı ilə
Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan
ibarət olan müəssisənin səhmlərinin və ya
iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.14. rezidentin sahibkarlıq
fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim
edilməsindən əldə etdiyi digər gəlirlər;
13.2.16.15. idarəetmə, maliyyə
xidmətləri göstərilməsindən əldə edilən
gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin
Azərbaycan Respublikasının ərazisində
yerləşən daimi nümayəndəliyi tərəfindən
ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun
daimi nümayəndəliyi ilə bağlanmış
müqaviləyə əsasən əldə edilmişdirsə;
13.2.16.16. Azərbaycan Respublikasında riskin
sığortası və ya təkrar sığortası
haqqında müqavilə üzrə ödənilən gəlir;
13.2.16.17. Azərbaycan Respublikası ilə
digər dövlətlər arasında beynəlxalq rabitə
və ya daşınmalar həyata keçirilərkən
telekommunikasiya və ya nəqliyyat xidmətlərindən
gəlir;
13.2.16.18. Azərbaycan
Respublikasındakı fəaliyyətlə bağlı meydana
çıxan və bu Məcəllənin əvvəlki
maddələrində əhatə edilməyən digər gəlirlər.
Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi
müəyyən edilərkən gəlirin ödənildiyi yer,
həmçinin onun birbaşa və ya dolayısı ilə
ödənilməsi nəzərə alınmır.
13.2.17. Əsas vəsaitlər - istifadə
müddəti bir ildən çox olan və bu Məcəllənin
114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan
maddi aktivlər.
13.2.18. Faizlər - borc öhdəlikləri
ilə bağlı olan hər hansı ödəmə, o
cümlədən kreditlərin (ssudaların) və ya
depozitlərin (hesabların) verilməsi üçün ödəmə.
13.2.19. Xalis mənfəət -
mənfəət vergisi çıxıldıqdan sonra qalan
mənfəət.
13.2.20. İştirakçı - səhmdar,
payçı və ya müəssisənin mənfəətində
digər iştirakçı.
13.2.21. Əmlak - hər hansı
daşınan və ya daşınmaz əmlak, o
cümlədən qeyri-maddi aktivlər və pul vəsaitləri.
13.2.22. Əmlakın qalıq dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin
ilkin dəyərinin həmin əsas vəsaitlərə
hesablanmış amortizasiyanın məbləği
qədər azaldılan dəyəri.
13.2.23. Royalti - ədəbiyyat,
incəsənət, yaxud elm əsərləri, proqram
təminatı, kinematoqrafik filmlər üzərində müəllif
hüquqlarından istifadə olunması yaxud istifadə
hüquqlarının verilməsinə görə, istənilən
patentə, ticarət markasına, dizayn yaxud modelə, plana,
məxfi düstura yaxud prosesə, sənaye, kommersiya yaxud elmi
təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya
və ya elmi avadanlıqdan istifadə yaxud istifadə hüquqlarının
verilməsinə görə mükafat şəklində alınan
ödənişlərdir.
13.2.24. Aylıq gəlirin vergi tutulmayan
məbləği - bu Məcəllənin 101.1-ci
maddəsində göstərilən cədvələ uyğun
olaraq aylıq gəlirin vergi tutulmayan məbləği.
13.2.25. Forvard kontraktı - şəxsin
qiymətli kağızlar, mallar və ya pul vəsaitləri
gələcəkdə müəyyən vaxtda və
müəyyən şərtlərlə bu cür forvard
kontraktının bağlandığı anda təsbit
edilmiş qiymətlə əldə etməyə (satmağa)
öhdəliyini təsdiq edən müqavilədir.
13.2.26. Opsion - qiymətli kağızlar,
mallar və ya pul vəsaitləri gələcəkdə
müəyyən şərtlərlə bu cür opsionun
bağlanması anına və ya tərəflərin
qərarına əsasən bu cür əldə etmənin
anına satış qiymətlərinin təsbit edilməsi
ilə əldə etməyə (satmağa) hüququ təsdiq
edən sənəddir.
13.2.27. Qeyri-kommersiya fəaliyyəti -
məqsədi gəlir götürmək olmayan və əldə etdiyi
gəliri yalnız qeyri-kommersiya məqsədləri, o
cümlədən öz nizamnamə məqsədləri üçün
istifadə etməyi nəzərdə tutan qanunla qadağan
edilməyən fəaliyyətin həyata keçirilməsidir,
əks halda bu fəaliyyət kommersiya fəaliyyəti
sayılır.
13.2.28. Qeyri-kommersiya təşkilatı -
qeyri-kommersiya fəaliyyətini həyata keçirən,
əldə etdiyi gəliri təsisçilər (payçılar,
iştirakçılar) arasında bölüşdürməyən və onu
kommersiya məqsədləri üçün sərf etməyən hüquqi
şəxsdir, əks halda bu təşkilat kommersiya
təşkilatı sayılır.
13.2.29. Malların ixracı - gömrük
qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən
malların Azərbaycan Respublikası ərazisindən
çıxarılması.
13.2.30. Malların təkrar ixracı -
gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları
sayılan malları idxal etmiş şəxsin həmin
malları idxal edəndən sonra təqdim etmədən
və idxal olunduğu andakı vəziyyətdə ixrac
etməsi.
13.2.31. Malların idxalı - gömrük
qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan
malların Azərbaycan Respublikası ərazisinə
gətirilməsi.
13.2.32. Malların təkrar idxalı -
gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları
sayılan malları təqdim etmədən və ixrac
olunduğu andakı vəziyyətdə ixrac etmiş
şəxsin həmin malları idxal etməsi.
13.2.33. Azərbaycan Respublikası
ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası
sərhəddindəki iki məntəqə arasında
Azərbaycan Respublikası ərazisi ilə daşınma.
13.2.34. Muzdlu iş - əmək
qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt)
əsasında haqqı ödənilməklə yerinə
yetirilən əmək fəaliyyətidir. Muzdlu
işləyən şəxs bu Məcəllənin
məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin
işçi kimi göstərdiyi xidmətlərin haqqını
ödəyən şəxs "işəgötürən", bu cür
haqq isə "əmək haqqı"
adlandırılır.
13.2.35. Xeyriyyəçilik fəaliyyəti -
fiziki şəxs və (və ya) xeyriyyə
təşkilatı tərəfindən həyata keçirilən
və maddi və ya digər köməyə (yardıma)
ehtiyacı olan fiziki şəxslərə və ya
bilavasitə bu cür kömək (yardım) göstərən
təşkilatlara, o cümlədən xeyriyyə
təşkilatlarına, birbaşa bu cür təmənnasız
kömək (yardım) göstərməkdən, o cümlədən
əvəzsiz pul köçürməkdən ibarət olan
fəaliyyət, yaxud bu Məcəllədə digər hallar
nəzərdə tutulmamışdırsa, ictimai
mənafelər naminə həyata keçirilən elmi, təhsil
və ya başqa fəaliyyətdir. Aşağıdakı
hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik
fəaliyyəti sayılmır:
13.2.35.1. bu cür köməyi (yardımı) alan
şəxs köməyi (yardımı) göstərən
şəxsin qarşısında mülkiyyət və ya
qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən
və ya əmlakdan məqsədli təyinatla istifadə
olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
13.2.35.2. bu cür köməyi (yardımı) alan
və köməyi (yardımı) göstərən
şəxslər qarşılıqlı sürətdə
asılı olan şəxslər sayılırlarsa;
13.2.35.3. bu cür kömək (yardım) hər
hansı fiziki və ya hüquqi şəxsə seçki
kompaniyasında iştirak etmək üçün göstərilirsə.
13.2.36. Xeyriyyə təşkilatı -
xeyriyyəçilik fəaliyyətini həyata keçirən
qeyri-kommersiya təşkilatı.
13.2.37. Sahibkarlıq (kommersiya)
fəaliyyəti hər hansı şəxsin gəlir və
ya mənfəət əldə etmək məqsədi ilə
qanunla qadağan edilməyən istənilən
təsərrüfat fəaliyyətinin müntəzəm
surətdə həyata keçirilməsidir.
13.2.38. Büdcə təşkilatı -
büdcə smetası əsasında fəaliyyəti tamamilə
və ya qismən büdcə vəsaiti hesabına
maliyyələşdirilən, hesablaşma hesabı olmayan
qeyri-kommersiya təşkilatıdır.
13.2.39. Müəssisə - bu
Məcəllənin məqsədləri üçün
müəssisələr - sahibkarlıq fəaliyyətini
həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan
aşağıdakı qurumlar deməkdir:
13.2.39.1. Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi
şəxslər;
13.2.39.2. xarici dövlətin qanunvericiliyinə
uyğun olaraq yaradılmış hüquqi şəxslər
(korporasiyalar, şirkətlər, firmalar və digər analoji
qurumlar), habelə onların filialları və ya daimi
nümayəndəlikləri;
13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci
maddəsində göstərilmiş hüquqi şəxslərin
sərbəst balansa, cari və ya digər hesablara malik olan
filialları, struktur bölmələri və ya digər ayrıca
bölmələri.
13.2.40. Vergi ödəyicisinin,
alıcının, sifarişçinin və ya hər hansı
şəxsin adı - hüquqi şəxsin dövlət
qeydiyatına alınmış adı, fiziki şəxsin
adı, atasının adı və soyadı.
14.1. Bazar qiyməti malın (işin,
xidmətin) tələblə təklifin
qarşılıqlı təsiri nəticəsində
təşəkkül tapan qiyməti deməkdir.
14.2. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa, vergitutma
məqsədləri üçün malların (işin, xidmətin)
qiyməti tərəflərin əməliyyatda (əqdə)
təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta
yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
14.3. Bazar qiyməti nəzərə
alınmaqla vergilərin hesablanması aşağıdakı
hallarda həyata keçirilə bilər:
14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac
əməliyyatları aparıldıqda;
14.3.2. təsərrüfat əqdləri
qarşılıqlı surətdə asılı olan
şəxslər arasında həyata keçirildikdə;
14.3.3. 30 gün ərzində vergi
ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara
(işə, xidmətə) tətbiq etdikləri
qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı
və yuxarı) dəyişdikdə.
14.4. Bazar qiyməti mal (iş, xidmət)
satılan anadək, lakin malın (işin, xidmətin)
təqdim edildiyi andan çoxu 30 gün keçənədək
(əvvəl və ya sonra) ən yaxın tarixdə eyni
(analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı
təşəkkül tapan qiymətlərə əsasən
müəyyənləşdirilir. Bu zaman qiymətli
kağızın bazar qiyməti bu qiymətli
kağızın təqdim edildiyi andan əvvəlki ən
yaxın tarixdə həmin emitentin eyni qiymətli
kağızları üçün fond birjasının kotirovkasına
əsasən müəyyənləşdirilir, bu
şərtlə ki, kotirovkalar yuxarıda göstərilən
qaydaya uyğun elan edilsin.
14.5. Bazar qiyməti
müəyyənləşdirilərkən bu Məcəllənin
18-ci maddəsi ilə müəyyən edilən
qarşılıqlı surətdə asılı olan
şəxslər arasındakı əməliyyat yalnız o
halda nəzərə alına bilər ki, onların
münasibətləri həmin əməliyyatın
nəticəsinə təsir göstərməmiş olsun.
14.6. Bu Məcəllənin 14.4 və
14.5-ci maddələrinin müddəalarını tətbiq
etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar
qiyməti müvafiq icra hakimiyyəti orqanının təsdiq
etdiyi qaydalara uyğun olaraq müəyyən edilir. Bu zaman
malın (işin, xidmətin) istehsalına və (və ya)
təqdim edilməsinə çəkilən adi məsrəflər
(alınma qiyməti və ya qalıq dəyəri),
nəqletmə, saxlanma, sığorta və digər bu cür
məsrəflər, həmçinin adətən
qarşılıqlı surətdə bağlı olmayan
şəxslər arasında əməliyyatlar zamanı
tələb və təkliflər amilinə əsasən
əlavə yığım və güzəştlər
nəzərə alınır. Bu güzəştlər malın
keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin
itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə
yaxınlaşdığı) və başqa bu cür hallarda da
nəzərə alınır.
14.7. Hər bir tərəfin mal (iş,
xidmət) göndərməsi və əvəzinə digər mal
(iş, xidmət) almasına uyğun olan
əməliyyatların məcmusu mal (iş, xidmət)
mübadiləsi əməliyyatını təşkil edir.
Həmin əməliyyatların gedişində verilən
(alınan) malların (işlərin, xidmətlərin) bazar
qiymətləri bu maddənin müddəalarına uyğun olaraq
müəyyən edilir.
14.8. Vergi ödəyicisinin dövlət vergi
orqanına bu və ya digər əməliyyatda malın
(işin, xidmətin) bazar qiymətinin bu maddədə
göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi
barədə sübutlar vermək hüququ vardır.
14.9. Malın (işin, xidmətin) bazar
qiyməti müəyyənləşdirilərkən və
təsbit olunarkən malın (işin, xidmətin) bazar
qiymətləri və birja kotirovkaları haqqında rəsmi
məlumat mənbələrindən, dövlət və yerli
hakimiyyət orqanlarının məlumat bazalarından, vergi
ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri
məlumatdan, yaxud reklam mənbələrinin
məlumatından və digər müvafiq məlumatlardan
istifadə edilir.
Fəsil II
Vergİ ödəyİcİsİ.
Vergİ agentİ.
15.1. Vergi ödəyicisinin
aşağıdakı hüquqları vardır:
15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri
üzrə qüvvədə olan vergilər və onların
ödənilməsi qaydasını və şərtlərini
tənzimləyən normativ hüquqi aktlar, vergi
ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının
və onların vəzifəli şəxslərinin
səlahiyyətləri haqqında əvəzsiz olaraq
yazılı məlumat almaq;
15.1.2. vergi orqanlarından vergi
qanunvericiliyinin tətbiq edilməsi
məsələlərinə dair yazılı izahatlar almaq;
15.1.3. vergi qanunları ilə
müəyyən edilmiş hallarda və qaydada vergi
güzəştlərindən istifadə etmək;
15.1.4. artıq ödənilmiş və ya
artıq tutulmuş vergilərin vaxtında geri
qaytarılmasını və ya
əvəzləşdirilməsini tələb etmək;
15.1.5. vergi münasibətlərində
bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak
etmək;
15.1.6. vergi yoxlaması ilə bağlı
tərtib edilən aktların (protokolların) və vergi
orqanlarının qərarlarının surətini almaq;
15.1.7. vergi orqanlarından və onların
vəzifəli şəxslərindən vergi ödəyicisinə
münasibətdə vergilər haqqında qanunvericiliyə
riayət olunmasını tələb etmək;
15.1.8. vergi orqanlarının və
onların vəzifəli şəxslərinin Vergi
Məcəlləsinə və digər vergi normativ hüquqi
aktlarına uyğun olmayan aktlarını (qərarlarını)
və tələblərini yerinə yetirməmək;
15.1.9. müəyyən edilmiş qaydada vergi
orqanlarının və onların vəzifəli
şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) məhkəməyə
şikayət etmək;
15.1.10. qanunvericiliklə müəyyən
edilmiş qaydada kommersiya (vergi) sirrinin qorunmasını
tələb etmək;
15.1.11. vergi orqanlarının və ya
onların vəzifəli şəxslərinin qeyri-qanuni
aktları (qərarları) və hərəkətləri
(hərəkətsizliyi) nəticəsində dəymiş
zərərin tam ödənilməsini, qanunvericiliklə
müəyyən edilmiş qaydada tələb etmək;
15.1.12. vergi yoxlamalarının aktları
və digər materialları ilə tanış olmaq, vergi
orqanlarına və onların vəzifəli
şəxslərinə vergilərin hesablanması və
ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının
aktları üzrə öz rəyini bildirmək;
15.1.13. bu Məcəllə və qanunlarla
müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
15.2. Vergi ödəyicisinin hüquqları və
qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir.
Vergi ödəyicisinin hüquqlarının və
qanuni maraqlarının müdafiəsi qaydası bu
Məcəllə və digər qanunlarla müəyyən edilir.
Vergi ödəyicisinin hüquqları və qanuni
maraqları vergi orqanlarının və onların
vəzifəli şəxslərinin səlahiyyətləri
ilə təmin edilir.
Vergi ödəyicisinin hüquqlarının və
qanuni maraqlarının təmin olunmaması və ya
lazımınca təmin olunmaması qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
15.3. Vergi ödəyicisi vergi
münasibətlərində bilavasitə və bu
Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa öz qanuni və ya səlahiyyətli
nümayəndəsi vasitəsi ilə iştirak edə bilər.
16.1. Vergi ödəyicisinin
aşağıdakı vəzifələri vardır:
16.1.1. qanunla müəyyən edilmiş
vergiləri ödəmək;
16.1.2. vergi orqanlarından vergi
ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
16.1.3. qanunvericiliklə nəzərdə
tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və
vergitutma obyektlərinin uçotunu aparmaq;
16.1.4. vergi orqanlarına qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada, auditor
tərəfindən təsdiq olunmaqla təqdim edilməsi
nəzərdə tutulduğu hallarda isə, auditor rəyi
əlavə edilməklə vergi hesabatını təqdim
etmək;
16.1.5. vergi orqanlarının vergi
qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan
qaldırılması haqqında qanuni tələblərini
icra etmək, habelə vergi orqanlarının vəzifəli
şəxslərinin qanuni fəaliyyətinin icra
edilməsinə maneçilik törətməmək;
16.1.6. bu Məcəllə ilə
müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına
və onların vəzifəli şəxslərinə
zəruri olan məlumatları və sənədləri
təqdim etmək;
16.1.7. qanunvericiliklə müəyyən
edilmiş müddətdə mühasibat sənədlərini və
vergilərin hesablanması və ödənilməsi üçün zəruri
olan digər sənədlərin, habelə alınan gəliri
(hüquqi şəxslər üçün çəkilən xərcləri
də) və ödənilən (tutulan) vergiləri təsdiq
edən sənədlərin saxlanılmasını təmin
etmək;
16.1.8. bu Məcəllə və qanunlarla
müəyyən edilmiş digər vəzifələr.
16.2. Vergi ödəyicisi kimi uçota
alınmış hüquqi və fiziki şəxslərin hesabat
dövründə sahibkarlıq fəaliyyəti, əmlakı,
torpağı və vergi tutulan əməliyyatı
olmadığı halda onlar bu barədə vergi orqanına
vergi hesabatları əvəzinə arayış verirlər.
17.1. Vergi agenti bu Məcəlləyə
uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən
tutmağa və təyinatı üzrə köçürməyə borclu
olan şəxsdir.
17.2. Vergi agentinin, bu
Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni
hüquqları vardır.
17.3. Vergi agenti:
17.3.1. müvafiq vergiləri düzgün və
vaxtında hesablamağa, onları vergi ödəyicisindən
tutmağa və təyinatı üzrə köçürməyə;
17.3.2. vergi ödəyicilərinə
ödənilən gəlirlərin, onlardan tutulan və
təyinatı üzrə köçürülən vergilərin, o cümlədən,
hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa;
17.3.3. vergilərin hesablanmasının,
tutulmasının və ödənilməsinin düzgünlüyünə
nəzarət etmək üçün zəruri sənədləri
dövlət vergi orqanlarına verməyə;
17.3.4. vergi ödəyicisindən verginin
tutulmasının mümkün olmadığı hallarda, bu
barədə və vergi ödəyicisinin vergi borcunun
məbləği barədə vergi orqanlarına 30 gün
müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı
məlumat verməyə;
17.3.5. bu Məcəllə ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirməyə borcludur.
17.4. Vergi agenti qanunla ona həvalə
edilmiş vəzifələri yerinə yetirməməyə
və ya lazımınca yerinə yetirməməyə görə
bu Məcəllə və digər qanunlarla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
17.5. Vergi agenti birbaşa və ya dolayı
yolla tabe olduğu şəxsin təqsiri üzündən ona
həvalə olmuş vəzifələrin yerinə
yetirilməməsinə və ya lazımınca yerinə
yetirilməməsinə görə vergi agentinin bilavasitə
və ya dolayısı ilə tabe olduğu şəxs bu
Məcəllə və digər qanunlarla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
18.1. Vergi məqsədləri üçün
qarşılıqlı surətdə asılı olan
şəxslər - aralarındakı münasibətlər
fəaliyyətlərinin iqtisadi nəticələrinə
və ya onların təmsil etdiyi şəxslərin
fəaliyyətinə bilavasitə təsir göstərə
bilən fiziki şəxslər və (və ya) hüquqi
şəxslərdir.
18.2. Bu maddənin məqsədləri üçün
qarşılıqlı surətdə asılı olan
şəxslər aşağıdakılar sayılır:
18.2.1. bir şəxs digər şəxsin
əmlakında bilavasitə və ya dolayısı ilə
iştirak edirsə və onun iştirak payı və ya
səs hüququ azı 20 faizdirsə;
18.2.2. bir şəxs özünün xidməti
vəziyyətinə görə digər şəxsə tabedir
və ya bir şəxs digər şəxsin bilavasitə
və ya dolayısı ilə nəzarətindədir;
18.2.3. şəxslər üçüncü şəxsin
birbaşa və ya dolayısı ilə
nəzarətindədirlər;
18.2.4. şəxslər üçüncü
şəxsə birbaşa və ya dolayısı ilə
birgə nəzarət edirlər;
18.2.5. bu Məcəllənin 13.2.7-ci
maddəsində göstərilən ailə üzvləri.
19.1. Azərbaycan Respublikasında
qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki
şəxsin daimi nümayəndəliyi həmin
şəxslərin istənilən 12 ay ərzində
Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq
bilavasitə və ya müvəkkil edilmiş şəxs
vasitəsilə tam və ya qismən sahibkarlıq
fəaliyyətini həyata keçirdiyi yerdir.
19.2. Daimi nümayəndəlik, əsasən
aşağıdakıları əhatə edir, amma bunlarla
məhdudlaşdırılmır:
19.2.1. idarəetmə yerini;
19.2.2. bölməni;
19.2.3. kontoru;
19.2.4. filialı və agentliyi;
19.2.5. tikinti və təmir meydançaları,
quraşdırma və ya yığma obyektləri, həmçinin
bu cür obyektlərlə bağlı nəzarət
fəaliyyəti göstərilməsini;
19.2.6. təbii ehtiyatların
kəşfiyyatı, işlənməsi və
çıxarılması üzrə yerlər, istifadə olunan
qurğular və ya meydançalar, qazma avadanlığı və
ya gəmilər, həmçinin bu cür obyektlərlə
bağlı nəzarət fəaliyyəti
göstərilməsini;
19.2.7. qeyri-rezident fiziki şəxsin
sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı
(yeri);
19.2.8. müxtəlif məsləhət
xidməti üzrə yerlərini;
19.2.9. Azərbaycan Respublikası
ərazisində digər sahibkarlıq növlərinin həyata
keçirildiyi istənilən hər hansı iş yerlərini;
19.2.10. qeyri-rezident müəssisələrin
və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan
Respublikasındakı daimi nümayəndəliyi
funksiyalarını həyata keçirən, onların adından fəaliyyət
göstərən, onların adından müqavilələri
hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə
malik olan və adətən belə səlahiyyətləri
həyata keçirən şəxsləri;
19.2.11. malların istehsal və ya təqdim
edildiyi, işlərin görüldüyü və ya xidmətlərin
göstərildiyi yeri.
19.3. Bu Məcəllənin 19.2-ci
maddəsində müəyyən edilən müddəalardan
fərqli olaraq, aşağıda göstərilən
fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi
ilə həyata keçirilən fəaliyyət sayılmır:
19.3.1. qeyri-rezident müəssisəsinin
özünə məxsus malların və məmulatların
müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;
19.3.2. qeyri-rezident müəssisəsinin
özünə məxsus olan malların və məmulatların
ehtiyatlarının digər şəxs tərəfindən
emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi
məqsədi ilə saxlanması;
19.3.3. qeyri-rezident müəssisəsinin
yalnız özü üçün malların alınması və ya
məlumatların toplanması;
19.3.4. qeyri-rezident müəssisəsinin özü
üçün hər hansı digər hazırlıq və ya
yardımçı xarakterli fəaliyyət göstərməsi;
19.3.5. bu Məcəllənin 19.3.1-19.3.4-cü maddələrində
göstərilmiş hər hansı fəaliyyət növlərinin
bir yerdə həyata keçirilməsi.
19.4. Bu maddənin məqsədləri üçün
qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki
şəxsin istənilən 12 ay ərzində üst-üstə 90
gündən az müddətdə Azərbaycan Respublikasında
fəaliyyət göstərdiyi hər hansı yer daimi
nümayəndəlik sayılmır, bu halda Azərbaycan
mənbəyindən əldə olunan gəlir bu
Məcəllənin 125-ci və 169-cu maddələrinə
əsasən ödəniş mənbəyində vergiyə
cəlb edilir.
Fəsil III
Dövlət vergİ orqanları
20.1. Azərbaycan Respublikasında dövlət
vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və
bilavasitə ona tabe olan ərazi vergi orqanları təşkil
edir.
Vergi orqanları öz səlahiyyətləri
çərçivəsində hüquq mühafizə orqanlarının
səlahiyyətlərini həyata keçirirlər.
20.2. Vergi orqanları öz fəaliyyətini
yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq
müstəqil həyata keçirirlər.
Vergi orqanları tərəfindən
onların səlahiyyətləri daxilində qəbul
edilən qərarlar bütün hüquqi və fiziki şəxslər
üçün məcburidir.
20.3. Vergi orqanları
məhkəmələrə iddia ərizələrinin
verilməsi üçün dövlət rüsumunu ödəməkdən
azaddırlar.
20.4. Vergi orqanları vergilərin (yol
vergisi, idxal-ixrac əməliyyatları üzrə
vergilərdən başqa) tam və vaxtında
ödənilməsinə nəzarəti həyata keçirirlər.
20.5. Bu Məcəllə ilə
nəzərdə tutulan hallarda vergi orqanlarının
səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda
və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları
sahəsində gömrük orqanları həyata keçirir.
20.6. Bu Məcəllənin 20.5-ci
maddəsində göstərilən orqanlar öz
səlahiyyətləri daxilində bu Məcəlləyə,
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə,
digər qanunlara və onlara uyğun qəbul edilmiş
qanunvericilik aktlarına əsasən fəaliyyət
göstərirlər.
Vergi orqanlarının fəaliyyətinin
hüquqi əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq
qəbul edilmiş qanunvericilik aktları təşkil edir.
22.1. Vergi orqanlarının
işçilərinin sosial müdafiəsinə dövlət təminat
verir və onlar dövlət büdcəsinin vəsaiti hesabına
icbari qaydada sığorta olunurlar. İcbari sığortanın
qaydası və şərtləri qanunla müəyyən edilir.
Vergi orqanının işçisinə
xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə
fəaliyyəti ilə məşğul olmağa imkan
verməyən ağır bədən xəsarəti
yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına
vəzifə maaşı ilə pensiyası arasındakı
fərq ödənilir.
Xidməti fəaliyyətlə
əlaqədar vergi orqanının işçisinin və ya onun
ailə üzvlərinin əmlakına dəymiş zərər,
sonradan təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
22.2. Vergi orqanlarının maddi
həvəsləndirmə və inkişaf fondu, onların
nəzarəti ilə büdcəyə ödənilməsi təmin
olunmuş vergilərin və qeyri-vergi büdcə daxilolmalarının
müvafiq il üçün dövlət büdcəsində nəzərdə
tutulmuş həcmdən artıq məbləğin 50 faizi
hesabına yaradılır.
Vergi orqanlarının maddi
həvəsləndirmə və inkişaf fondundan istifadə
qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq
edir.
23.1. Vergi orqanlarının hüquqları
aşağıdakılardır:
23.1.1. bu Məcəllə ilə
müəyyən edilmiş qaydada və hallarda kameral və
səyyar vergi yoxlamaları keçirmək;
23.1.2. vergi ödəyicilərində bütün
maliyyə sənədlərini, mühasibat kitablarını,
hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli
kağızları və başqa qiymətliləri,
bəyannamələri və vergilərin hesablanması və
ödənilməsi ilə bağlı olan digər
sənədləri qanunvericiliklә müəyyən edilmiş
qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı
yoxlamaya aid olan məsələlərlə bağlı vergi
ödəyicilərindən və ya onun vəzifəli
şəxslərindən lazımi izahatlar, arayışlar
və məlumat almaq;
23.1.3. vergi ödəyicilərinin gəlir
götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan
obyektlərin saxlanılması ilə bağlı olan istehsal,
anbar, ticarət və digər binalarında qanunvericiliklə
müəyyən edilmiş qaydada xronometraj metodu ilə
müşahidə aparmaq və baxış keçirmək, bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
sənədləri və əşyaları götürmək;
23.1.4. vergi ödəyicilərindən vergi
qanunvericiliyinin pozulması hallarının aradan
qaldırılmasını tələb etmək;
23.1.5. qanunla müəyyən edilmiş qaydada
vergi qanunvericiliyinin pozulması ilə bağlı
işlərə baxmaq, hüquqi və fiziki şəxslərin
vergi borclarına faizlər hesablamaq, bu şəxslərə
maliyyə sanksiyaları və inzibati cərimələr
tətbiq etmək;
23.1.6. müəyyən edilmiş
müddətlərdə ödənilməmiş vergilərin,
faizlərin, maliyyə sanksiyalarının və inzibati
cərimələrin qanunla müəyyən edilmiş qaydada
dövlət büdcəsinə və ya məqsədli dövlət
fondlarına ödənilməsini təmin etmək;
23.1.7. vergi ödəyicilərinin
hesablaşma, valyuta və ya digər hesablarından
qanunvericiliyə müvafiq olaraq vergilər üzrə borcların,
faizlərin və maliyyə sanksiyaların dövlət
büdcəsinə və məqsədli dövlət fondlarına
alınması üçün banklara və ya digər kredit
təşkilatlarına icra sənədi olan sərəncam
vermək, inzibati cərimələrin alınmasını
təşkil etmək;
23.1.8. qanunla müəyyən edilmiş
hallarda və qaydada vergi ödəyicilərinin hesablaşma,
valyuta və ya digər hesabları üzrə
əməliyyatlarının dayandırılması üçün banklara
və ya digər kredit təşkilatlarına icra
sənədi olan sərəncam vermək, bu Məcəllə
ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin
əmlakının siyahıya alınması üçün
tədbirlər görmək;
23.1.9. Əməliyyat-axtarış
haqqında Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş hallarda və qaydada
vətəndaşların vergi məsələləri ilə
bağlı sorğusunu həyata keçirtmək;
23.1.10. Əməliyyat-axtarış
haqqında Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş hallarda və qaydada binalara
(yaşayış sahələri istisna olmaqla), qurğulara
və torpaq sahələrinə daxil olmaq və baxış
keçirtmək;
23.1.11. Əməliyyat-axtarış
haqqında Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş hallarda və qaydada nəzarət
qaydasında mal alqısını həyata keçirmək;
23.1.12. Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən
edilmiş qaydada təhqiqat aparmaq;
23.1.13. aksiz markası ilə markalanmalı
olan malların markalanmadan satışının həyata
keçirilməsi aşkar edildikdə, həmin malları
siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya
qoymaq;
23.1.14. bu Məcəllə ilə
müəyyən edilmiş qaydada mütəxəssisləri,
ekspertləri, tərcüməçiləri, müşahidəçiləri
cəlb etmək;
23.1.15. bu Məcəllə və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə vergi orqanlarının təyinatına
uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları
həyata keçirmək.
23.2. Yuxarı vergi orqanları
tabeliyində olan vergi orqanlarının və onların
vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını
və qərarlarını ləğv edə bilərlər.
24.0. Vergi orqanları:
24.0.1. vergilərin düzgün hesablanmasına,
tam və vaxtında ödənilməsinə nəzarət
etməyə; vergi qanunvericiliyinə tam və dəqiq
riayət etməyə;
24.0.2. vergi ödəyicilərinin
hüquqlarını və qanuni mənafelərini
gözləməyə və müdafiə etməyə;
24.0.3. vergi qanunvericiliyi və vergi
qanunvericiliyində edilən dəyişikliklər
barədə vergi ödəyicilərinə kütləvi informasiya
vasitələri ilə və ya fərdi qaydada əvəzsiz
olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat
formalarının doldurulması qaydalarını izah
etməyə, vergilərin hesablanması və
ödənilməsi barədə izahatlar verməyə, vergi
ödəyicilərinə onların hüquq və
vəzifələrini izah etməyə;
24.0.4. hesablanmış və
təyinatı üzrə daxil olmuş vergilərin uçotunu
aparmağa və bu barədə müvafiq icra hakimiyyəti
orqanlarına məlumat verməyə;
24.0.5. vergi qanunvericiliyinin pozulması hallarına
dair məlumatları toplamağa, təhlil etməyə və
qiymətləndirməyə, belə halların baş
verməsinə gətirib çıxaran səbəblərin və
şəraitin aradan qaldırılması üçün müvafiq dövlət
orqanlarına təkliflər verməyə;
24.0.6. vergi ödəyicilərinin uçotunu
aparmağa;
24.0.7. bu Məcəllədə və
qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi
ödəyiciləri haqqında məlumatın, o cümlədən
vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət
etməyə və onu təmin etməyə;
24.0.8. vergi ödəyicilərinə vergi
yoxlamalarının nəticələri haqqında aktın,
habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi
orqanının qərarının surətini verməyə;
24.0.9. vergi ödəyiciləri
tərəfindən artıq ödənilmiş vergi
məbləğlərinin əvəzləşdirilməsi
və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən
düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə
sanksiyalarının, faizlərin və inzibati
cərimələrin geri qaytarılması üçün
qanunvericiliklə müəyyən edilmiş tədbirləri
görməyə;
24.0.10. tabeliyində olan vergi
orqanlarının fəaliyyətinə nəzarəti
həyata keçirməyə;
24.0.11. bu Məcəllə və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə vergi orqanlarının təyinatına
uyğun olaraq müəyyən edilmiş digər vəzifələri
həyata keçirməyə borcludur.
Dövlət gömrük orqanları mallar
Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirildikdə, vergilərin tutulması sahəsində bu
Məcəllə, Azərbaycan Respublikasının Gömrük
Məcəlləsi və digər qanunları ilə
müəyyən edilmiş hüquqları və vəzifələri
həyata keçirirlər.
26.1. Vergi orqanları öz
vəzifələrini mərkəzi və yerli icra
hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və
digər dövlət hakimiyyəti orqanları ilə
qarşılıqlı əlaqədə həyata
keçirirlər.
26.2. Vergi orqanlarının
vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi
orqanlarına kömək etməyə və zəruri hallarda
müəyyən edilmiş qaydada onlara lazımi məlumatları
verməyə borcludurlar.
26.3. Gömrük orqanları vergitutma ilə
əlaqədar onlarda olan məlumatı bu Məcəllənin
20.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra
hakimiyyəti orqanına verməlidir.
27.1. Vergi orqanlarının vəzifəli
şəxsləri dövlət qulluğundadırlar.
27.2. Vergi orqanlarının vəzifəli
şəxsləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
vəzifəyə təyin olunur və vəzifədən azad
olunur.
27.3. Vergi orqanlarının vəzifəli
şəxsləri elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və
digər ödənişli fəaliyyət növləri ilə
məşğul ola bilməzlər.
28.1. Vergi orqanlarının vəzifəli
şəxslərinə tutduğu vəzifəsinə,
ixtisasına və iş stajına görə xüsusi
rütbələr verilir.
28.2. Xüsusi rütbələrin verilməsi,
həmin rütbələrdən məhrum edilməsi qaydası
və xüsusi rütbələrlə bağlı digər
məsələlər qanunvericiliklə müəyyən edilir.
28.3. Vergi orqanlarının vəzifəli
şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq
xüsusi geyim forması və fərqlənmə nişanları
vardır. Həmin geyim formasının və
fərqlənmə nişanlarının nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
29.0. Vergi orqanlarının vəzifəli
şəxsləri tərəfindən aşağıdakı
hallarda öz xidməti vəzifələrini vergi
ödəyicilərinə münasibətdə həyata keçirmək
yol verilməzdir:
29.0.1. vergi orqanlarının
vəzifəli şəxsləri ilə vergi ödəyiciləri
arasındakı münasibətlər ailə üzvlərinin
münasibətləri olduqda;
29.0.2. vergi orqanlarının
vəzifəli şəxslərinin və ya onların ailə
üzvlərinin bilavasitə və ya dolayısı
ilə vergi ödəyicisində (onun fəaliyətində)
maliyyə marağı olduqda.
30.1. Vergi orqanları və onların
vəzifəli şəxsləri (vergi orqanlarında
işlədikləri dövrdə və ya işdən
çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş
müddətdə) xidməti vəzifələrini yerinə
yetirərkən vergi ödəyiciləri haqqında əldə
etdikləri və ya onlara etibar edilən hər hansı
məlumatın məxfiliyini qorumağa borcludurlar.
30.2. Aşağıdakı məlumatlar
istisna olmaqla vergi orqanı və onun vəzifəli
şəxsləri tərəfindən vergi ödəyicisi
barədə əldə edilən istənilən məlumat
kommersiya (vergi) sirri hesab olunur:
30.2.1. vergi ödəyicisinin
razılığı ilə aşkar edilən;
30.2.2. vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi haqqında;
30.2.3. müəssisənin nizamnamə fondu
(nizamnamə kapitalı) haqqında;
30.2.4. vergi qanunvericiliyinin pozulması
və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
30.3. Kommersiya (vergi) sirri vergi orqanları,
onların vəzifəli şəxsləri
tərəfindən qanunla nəzərdə tutulmuş hallar
istisna olmaqla açılmamalıdır.
Kommersiya (vergi) sirrinin açılmasına
əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi
yoxlaması zamanı vəzifələrini yerinə
yetirərkən vergi orqanının vəzifəli
şəxsinə, cəlb edilmiş mütəxəssisə
və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin
kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa
şəxsə verilməsi aiddir.
30.4. Vergi orqanına daxil olmuş və
kommersiya (vergi) sirrini təşkil edən məlumatların
qorunmasının və əldə edilməsinin xüsusi rejimi
vardır.
Kommersiya (vergi) sirrini təşkil edən
məlumatları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən siyahı üzrə
vəzifəli şəxslər əldə edə bilər.
30.5. Kommersiya (vergi) sirrini təşkil
edən məlumatların itirilməsi və yaxud belə
məlumatların açılması qanunla nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.
30.6. Bu Məcəllənin 30.1-ci
maddəsində göstərilən vergi orqanları və
onların vəzifəli şəxsləri vergi
ödəyiciləri haqqında məlumatı ancaq
aşağıdakı hallarda digər orqanlara
qanunvericiliklə müəyyən edilmiş qaydada verə
bilərlər:
30.6.1. vergi orqanlarına və onların
vəzifəli şəxslərinə vergi orqanlarının
vəzifələrinin həyata keçirilməsi məqsədi
ilə;
30.6.2. vergi qanunvericiliyinin cinayət
tərkibli pozuntuları ilə əlaqədar onların
qarşısının alınması və istintaq
aparılması üçün müvafiq icra hakimiyyəti orqanına;
30.6.3. inzibati xətalar və ya vergi
qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı
işlərə baxılma ilə əlaqədar müvafiq
məhkəmələrə;
30.6.4. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq digər dövlətlərin
müvafiq dövlət hakimiyyəti orqanlarına;
30.6.5. sosial müdafiə haqqında
qanunların yerinə yetirilməsi üçün zəruri olan
hədlərdə dövlət sosial müdafiə və tibbi
sığorta fondlarına;
30.6.6. gömrük qanunvericiliyinin tətbiq
edilməsi məqsədləri üçün gömrük orqanlarına.
30.7. Dövlət hakimiyyəti orqanları
və onların vəzifəli şəxsləri kommersiya
(vergi) sirrini təşkil edən məlumatları əks
etdirən sənədləri həmin sənədləri
onlara təqdim etmiş vergi orqanlarına
qaytarmalıdırlar.
30.8. Vergi ödəyicisinə aid məlumat
vergi ödəyicisinin yazılı icazəsi ilə digər
şəxsə verilə bilər.
31.0. Vergi orqanlarının vəzifəli
şəxslərinin aşağıda göstərilən
vəzifələri vardır:
31.0.1. bu Məcəlləyə və
Azərbaycan Respublikasının digər qanunlarına ciddi
riayət etmək;
31.0.2. vergi orqanlarının hüquq və
vəzifələrini öz səlahiyyətləri daxilində
yerinə yetirmək;
31.0.3. vergi ödəyicilərinə,
onların nümayəndələrinə və vergi
münasibətlərinin digər iştirakçılarına
diqqət və nəzakətlə yanaşmaq.
Fəsil IV
Vergİ nəzarətİ
32.1. Vergi orqanları vergilərin tam və
vaxtında yığılmasını təmin etmək
məqsədi ilə vergi nəzarətini həyata
keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin
və vergitutma obyektlərinin uçotuna, habelə vergi
qanunvericiliyinə riayət olunmasına vahid nəzarət
sistemidir.
32.2. Vergi nəzarətini bu
Məcəllədə və Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində nəzərdə tutulmuş
hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər.
32.3. Vergi nəzarəti vergi
orqanlarının və gömrük orqanlarının, onların
vəzifəli şəxslərinin səlahiyyətləri
hədlərində bu Məcəlləyə, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə və
digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.
32.4. Vergi orqanları vergi nəzarətini
vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu
aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi
ödəyiciləri və digər şəxslər arasında
sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə
olunan binalara baxış keçirməklə və bu
Məcəllə ilə müəyyən edilmiş digər formalarda
həyata keçirirlər.
33.1. Vergi ödəyiciləri vergi
nəzarətinin həyata keçirilməsini təmin etmək
məqsədi ilə müvafiq olaraq vergi ödəyicisi olan hüquqi
şəxsin, onun filial və nümayəndəliklərinin
olduğu yer üzrə, habelə sahibkarlıq fəaliyyətini
hüquqi şəxs yaratmadan həyata keçirən vergi ödəyicisi
olan fiziki şəxsin yaşadığı yer üzrə vergi
orqanlarında uçota alınır.
33.2. Tərkibində Azərbaycan
Respublikasında yerləşən filial və (və ya)
nümayəndəlikləri olan hüquqi şəxslər vergi
ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də
özünün hər filial və (və ya) nümayəndəliyinin
olduğu yer üzrə uçota alınır.
33.3. Hüquqi şəxsin və sahibkarlıq
fəaliyyətini hüquqi şəxs yaratmadan həyata
keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu
Məcəllə ilə vergi ödəməsi vəzifəsini
şərtləndirən halların olub-olmamasından
asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi
uçota alınır.
33.4. Vergi orqanlarında uçota alınmaq üçün
vergi ödəyiciləri tərəfindən onların olduğu
və ya yaşadığı yer üzrə vergi orqanına
ərizə verilir. Vergi orqanına ərizə hüquqi
şəxsin dövlət qeydiyyatına alındığı
gündən, Azərbaycan Respublikasında filial və
nümayəndəlik vasitəsi ilə sahibkarlıq
fəaliyyəti həyata keçirildikdə isə - filialın
və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün
müddətində verilməlidir.
Dövlət qeydiyyatını həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci
abzasında göstərilən şəxslərin dövlət
qeydiyyatına alınması barəsində onlara qeydiyyat
sənədləri ilə birlikdə həmin
sənədlərin verilməsi tarixini əks etdirən
arayış verməlidir.
Daimi nümayəndəliyin vergi orqanlarında
uçota alınması Azərbaycan Respublikasının hüquqi
şəxsləri üçün müəyyən edilmiş qaydada həyata
keçirilir.
33.5. Bu Məcəllənin 33.3-cü
maddəsində nəzərdə tutulmuş halda vergi
orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna
alınması barədə məlumat verir.
33.6. Vergi ödəyicisinin vergi uçotuna
alınması yerinin müəyyən edilməsi ilə
bağlı çətinliklər ortaya çıxdıqda, təqdim
olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı
tərəfindən qərar qəbul edilir.
34.1. Vergi orqanında uçota alınmaq üçün
vergi ödəyicisi tərəfindən ərizə verilir.
Vergi ödəyicisi olan hüquqi
şəxslər, onların filial və
nümayəndəlikləri uçota alınmaq üçün ərizə
ilə birgə vergi orqanına müraciət etdikdə,
müəyyən edilmiş qaydada təsdiq edilmiş onların
dövlət qeydiyyatına alınması haqqında
şəhadətnamənin və təsis
sənədlərinin bir nüsxədə surətlərini vergi
orqanına təqdim etməlidirlər.
Vergi ödəyicisi olan fərdi sahibkar uçota
alınması üçün ərizə ilə birgə onun
şəxsiyyətini təsdiq edən sənədin
surətini və yaşadığı yer haqqında məlumat
təqdim edir.
Vergi ödəyiciləri olan fiziki
şəxslər uçota alındıqda, onların şəxsi
məlumatlarına o cümlədən onların adı,
doğulduğu tarix və yer, cinsi, yaşadığı
ünvan, şəxsiyyətini təsdiq edən sənədin
məlumatları, vətəndaşlığı haqqında
məlumat daxil edilir.
Uçota alınmaq üçün ərizənin
forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunur.
34.2. Vergi orqanı vergi ödəyicisinin uçota
alınmasını vergi uçotuna alınması haqqında
ərizə və bu maddədə göstərilən digər
vergi orqanına sənədlər daxil olduğu gündən
sonrakı 10 gün müddətində həyata keçirməli və
həmin müddətdə də vergi ödəyicisinə müvafiq
şəhadətnamə verməlidir.
Vergi ödəyicisinin uçota alınması
haqqında şəhadətnamənin forması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
34.3. Vergi ödəyicisinin olduğu yer və
ya yaşadığı yer dəyişdikdə, vergi
orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün
müddətində ərizə verməlidir. Vergi ödəyicisinin
vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya
yaşadığı yer dəyişdiyi barədə
ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün
müddətində həmin vergi orqanı vergi ödəyicisinin
yenidən uçota alınmasını (yəni əvvəlki vergi
orqanından uçotdan çıxarılması və yeni vergi
orqanında uçota alınması) həyata keçirməlidir.
34.4. Hüquqi şəxsin ləğvi və
ya yenidən təşkil edilməsi, hüquqi şəxs
tərəfindən öz filialının və ya
nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik
vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi
sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan
çıxarılma bu Məcəllənin 34.3-cü maddəsində
göstərilən müddətlər nəzərə alınmaqla
vergi ödəyicisinin müraciətinə əsasən həyata
keçirilir.
34.5. Uçota alınma, yenidən uçota
alınma, uçotdan çıxarılma ödənişsiz həyata
keçirilir.
34.6. Hər bir vergi ödəyicisinə bütün
vergilər üzrə, o cümlədən Azərbaycan
Respublikasının gömrük sərhədindən malların
keçirilməsi ilə bağlı ödənişlər üzrə
Azərbaycan Respublikasının bütün ərazisində vahid olan
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
verilir.
Vergi orqanı vergi ödəyicisinə
göndərilən bütün bildirişlərdə onun
eyniləşdirmə nömrəsini göstərir.
34.7 Hər bir vergi ödəyicisi vergi
orqanına təqdim etdiyi hesabat, ərizə və digər
sənəddə, habelə qanunvericiliklə müəyyən
edilmiş digər hallarda öz eyniləşdirmə nömrəsini
göstərir.
Eyniləşdirmə nömrəsinin
verilməsi və tətbiq edilməsi qaydası və
şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
34.8. Uçot məlumatları əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı vergi
ödəyicilərinin vahid dövlət reyestrini aparır.
34.9. Bu Məcəllə ilə başqa
hallar nəzərdə tutulmamışdırsa, vergi
ödəyicisi haqqında məlumatlar onun uçota alınması
anından vergi sirrini təşkil edir.
34.10. Vergi ödəyicisi kimi uçota alınmayan
vergi agenti olan təşkilatlar bu fəsildə
nəzərdə tutulmuş qaydada olduqları yer üzrə vergi
orqanlarında uçota alınırlar.
Banklar hüquqi şəxslərə,
onların filial və nümayəndəliklərinə, fərdi
sahibkarlara yalnız onlar vergi orqanlarında uçota alınması
haqqında şəhadətnaməni və onun vergi orqanında
təsdiq olunmuş dublikatını təqdim etdikdən sonra
bank hesabları açırlar. Şəhadətnamənin bir
surəti vergi ödəyicisinə bank hesabı açmış bankda
saxlanılır.
36.1. Vergi orqanları tərəfindən
keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
36.2. Vergi yoxlamaları keçirildikdə, vergi
orqanları və onların vəzifəli şəxsləri
düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan
bütün halları, o cümlədən vergi ödəyicisi üçün
əlverişli olan halları
aydınlaşdırmalıdırlar.
36.3. Vergi yoxlaması həmin yoxlamanın
keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin 3 təqvim
ilindən çox olmayan fəaliyyətini əhatə edə
bilər.
Vergi yoxlaması keçirildikdə, vergi
orqanının vergi ödəyicisinin digər
şəxslərlə əlaqədar fəaliyyəti
barədə vergi yoxlamasının predmetinə aid olan
məlumat alması üçün sənədlərlə təsdiq
edilmiş zərurət yarandığı halda, vergi
orqanı həmin şəxslərdən yoxlanılan vergi
ödəyicisinin fəaliyyətinə aid olan sənədlər
ala bilər. Bu hərəkətlər üçün vergi
orqanının əsaslandırılmış qərarı
olmalıdır.
36.4. Vergi ödəyicisi olan hüquqi
şəxslərin ləğvi ilə bağlı və bu
Məcəllənin 38.3-cü maddəsində göstərilən
hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı
tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi
ödəyicisinin ödədiyi və ya ödəməli olduğu
vergilər üzrə səyyar vergi yoxlamalarının
keçirilməsi qadağandır.
36.5. Vergi yoxlamasının
nəticələri ilə razılaşmayan vergi
ödəyiciləri təkrar vergi yoxlamasının
keçirilməsini tələb edə bilərlər. Bu halda
təkrar vergi yoxlaması vergi orqanlarının əvvəlki
yoxlamanı keçirmiş vəzifəli şəxsləri
tərəfindən keçirilə bilməz.
36.6. Vergi ödəyicilərinin vergi
orqanları tərəfindən həyata keçirilən vergi
yoxlamaları üzrə məhkəməyə müraciət
etmək hüququ vardır.
37.1. Kameral vergi yoxlaması vergi orqanı
tərəfindən yerlərə getmədən vergi
orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim
edilən vergi hesabatları, habelə vergilərin
hesablanmasını və ödənilməsini özündə əks
etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında
vergi orqanında olan digər sənədlər əsasında
keçirilir.
37.2. Kameral vergi yoxlaması vergi
ödəyicisi tərəfindən verginin hesablanması və
ödənilməsi üçün əsas olan sənədlərin vergi
orqanına təqdim edildiyi gündən 30 gün müddətində
keçirilir.
37.3. Yoxlama zamanı sənədlərin
doldurulmasında səhvlər və təqdim edilən
sənədlərdə olan məlumatlar arasında
ziddiyyәtlәr aşkar edildikdə, bu barədə vergi ödəyicisinə
məlumat verilir və 30 gün müddətində müvafiq
düzəlişlərin edilməsi tələb edilir.
37.4. Kameral vergi yoxlaması keçirildikdə,
vergi orqanı vergilərin düzgün hesablanmamasına və
vaxtında ödənilməməsinə, habelə vergilərin
ödənilməsindən yayınmaya dair faktlar aşkar etdikdə,
vergi ödəyicisindən vergilərin düzgün hesablanmasını
və vaxtında ödənilməsini təsdiq edən
sənədlər tələb edə bilər.
37.5. Kameral vergi yoxlaması keçirildiyi zaman
bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrinin
tələbləri yerinə yetirildikdən sonra, vergi
məbləğinin azaldılması aşkar edildikdə,
vergi orqanı müvafiq vergi məbləğinin və faizlərin
ödənilməsi barədə 5 gün müddətində vergi
ödəyicisinə tələb göndərir, vergi
məbləğlərinin artıq göstərilməsi
müəyyən olunduqda isə - vergi ödəyicisinə 5 gün
müddətində məlumat göndərilir.
37.6. Kameral vergi yoxlaması zamanı vergi
orqanı bu Məcəllənin 37.3-cü və 37-5-ci
maddələrində müəyyən edilmiş qaydalara
riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi
yoxlaması keçirilən zaman vergi orqanının təklifi
əsasında həmin yoxlamanın keçirdiyi vaxta qədər
yol verdiyi səhvləri (o cümlədən, vergi
məbləğlərinin düzgün hesablanmaması, vergi
məbləğlərinin azaldılması və sair) 30 gün
müddətində düzəltmək (aradan qaldırmağa) hüququ
vardır və o, həmin müddət bitənədək, yol
verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin
ödənilməsi istisna olmaqla) məsuliyyət
daşımır.
38.1. Səyyar vergi yoxlaması vergi
orqanının qərarına əsasən həyata keçirilir.
Səyyar vergi yoxlaması növbəti və
növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması
keçirildikdə, vergi orqanı tərəfindən vergi
ödəyicisinə vergi yoxlamasının başlanmasından
azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
38.2. Vergi ödəyicisinə göndərilən
bildirişdə vergi yoxlamasının əsası və
tarixi, habelə vergi ödəyicisinin və vergi
orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
Növbəti səyyar vergi yoxlaması
ildə bir dəfədən çox olmayaraq keçirilir və bir aydan
artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi
orqanının qərarına müvafiq olaraq səyyar vergi
yoxlamasının keçirilməsi müddəti 3 aya qədər
artırıla bilər.
38.3. Növbədənkənar vergi
yoxlaması vergi orqanları tərəfindən
aşağıda göstərilən hallarda keçirilə bilər:
38.3.1. vergi ödəyicisində aparılan
sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən
bilərəkdən hesabat sənədlərinin
aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun
olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin
25 və daha çox faizinin vergidən yayındırılması
halları aşkar etdikdə;
38.3.2. verginin hesablanması və
ödənilməsi üçün zəruri olan vergi hesabatı
sənədləri müəyyən edilmiş müddətdə
və bu barədə vergi orqanının
xəbərdarlığından sonra da təqdim
edilmədikdə;
38.3.3. vergi yoxlamasının
nəticələri üzrə tərtib edilmiş aktda dürüst
olmayan və (və ya) təhrif olunmuş məlumatlar
aşkar edildikdə.
38.4. Səyyar vergi yoxlaması iş günü
və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.
39.1. Səyyar vergi yoxlamasının
nəticələri üzrə vergi orqanlarının
səlahiyyətli vəzifəli şəxsləri
tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması
aktı tərtib edilir və həmin şəxslər və
yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz
edən şəxs) və ya fərdi sahibkar
tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama
aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan
imtina edə bilər və bu barədə həmin aktda müvafiq
qeyd aparılır.
39.2. Vergi yoxlaması aktında yoxlama
zamanı aşkar olunmuş və sənədlərlə
təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları
və həmin pozuntulara görə məsuliyyət
nəzərdə tutan bu Məcəllənin və digər
qanunların konkret maddələri yaxud vergi qanunvericiliyinin
pozulması hallarının olmaması göstərilməlidir.
39.3. Vergi yoxlaması aktının
forması və onun tərtib edilməsinə dair
tələblər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
39.4. Vergi yoxlaması aktının bir
nüsxəsi vergi ödəyicisinin rəhbərinə və ya
fərdi sahibkara verilir.
39.5. Vergi ödəyicisi vergi yoxlaması
aktı ilə və ya onun hər hansı bir hissəsi
ilə razılaşmadıqda vergi yoxlaması aktının
verilməsi günündən 30 gün müddətində müvafiq vergi
orqanına aktı imzalamamasının səbəblərini
izah edə yaxud akta və ya onun ayrı-ayrı
hissələrinə öz etirazını yazılı
surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi
yoxlama aktını imzalamamasını və ya
etirazını ona öz yazılı izahatını
(etirazını) təsdiq edən sənədlərin
surətini əlavə edərək vergi orqanına təqdim
etməyə hüququ vardır.
39.6. Bu Məcəllənin 39.5-ci
maddəsində müəyyən edilən müddət bitdikdən
sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının
rəhbəri (onun müavini) vergi ödəyicisindən bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
götürülmüş, habelə vergi ödəyicisi tərəfindən
təqdim edilmiş sənədlərə və vergi
yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına
və onların aradan qaldırılması və müvafiq
sanksiyaların (cərimələrin) tətbiq edilməsi
məsələsinə baxır.
39.7. Vergi ödəyicisi tərəfindən
vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya
etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi
ödəyicisinin vəzifəli şəxslərinin və ya
fərdi sahibkarın və (və ya) onların
nümayəndələrinin iştirakı ilə baxılır.
Vergi orqanı vergi yoxlamasının
materiallarına baxılmanın yeri və vaxtı haqqında
vergi ödəyicisinə əvvəlcədən məlumat verir.
Vergi ödəyicisi ona əvvəlcədən məlumat
verilməsinə baxmayaraq üzürlü səbəb olmadan
gəlməyibsə, yoxlamanın materiallarına, vergi
ödəyicisi tərəfindən təqdim edilən etirazlara,
izahatlara, digər sənəd və materiallara onun
iştirakı olmadan baxılır.
40.1. Səyyar vergi yoxlaması keçirən
vergi orqanının vəzifəli şəxslərinin vergi
ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata
keçirmək üçün istifadə etdiyi ərazisinə və ya
binasına (yaşayış binaları (sahələri)
istisna olmaqla) bilavasitə daxil olması həmin
şəxslər tərəfindən öz xidməti
vəsiqələrini və vergi orqanının
rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində
səyyar vergi yoxlamasının keçirilməsi haqqında
qərarını və ya məhkəmənin
qərarını təqdim etdikdən sonra həyata keçirilir.
40.2. Vergi yoxlamasını bilavasitə
həyata keçirən vergi orqanlarının vəzifəli
şəxslərinin yaşayış binalarına
(sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən
kənar və ya onların iradəsinə zidd olaraq daxil
olmasına yol verilmir.
40.3. Bilavasitə səyyar vergi yoxlamasını
keçirən vergi orqanının vəzifəli
şəxslərinə bu Məcəllənin 40.1-ci
maddəsində göstərilən ərazilərə və ya
binalara (yaşayış binaları (sahələri) istisna
olmaqla) daxil olmağa icazə verilmədikdə, yoxlamanı
keçirən vergi orqanının vəzifəli
şəxsləri və vergi ödəyicisi tərəfindən
imzalanan akt tərtib edilir. Həmin akta əsasən vergi
orqanının ödənilməli olan vergi
məbləğlərini vergi ödəyicisi haqqında özündə
olan məlumatlar və ya analogiya üzrə müəyyən
etmək hüququ vardır.
Vergi ödəyicisi həmin aktı imzalamaqdan
imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib
olunmuş aktın surəti vergi ödəyicisinə verilir.
40.4. Səyyar vergi yoxlamasını
bilavasitə keçirən vergi orqanlarının vəzifəli
şəxslərinin vergi ödəyicisinin sahibkarlıq
fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi
ərazisinə və ya binasına (yaşayış
binaları (sahələri) istisna olmaqla) daxil olmasına
qeyri-qanuni maneçilik vergi qanunvericiliyinin pozulması hesab olunur
və qanunla müəyyən edilmiş qaydada
məsuliyyətə səbəb olur.
41.1. Səyyar vergi yoxlamasını
keçirən vergi orqanının vəzifəli şəxsinin
yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün
halların ayırd edilməsi məqsədi ilə vergi
yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin,
binalarının, habelə sənədlərin və əşyaların
həmin orqanın əsaslandırılmış
qərarı əsasında baxışını keçirmək
hüququ vardır.
41.2. Aşağıda göstərilən
hallar istisna olmaqla, səyyar vergi yoxlaması keçirilmədən
ərazilərin, binaların, sənədlərin və
əşyaların baxışının keçirilməsinə
yol verilmir:
41.2.1. sənədlər və
əşyalar vergi orqanının vəzifəli şəxsi
tərəfindən əvvəl həyata keçirilmiş
səyyar vergi yoxlaması zamanı əldə edilmişdirsə;
və ya
41.2.2. həmin sənədlərin və
əşyaların sahibinin razılığı olduqda.
41.3. Baxış müşahidәçilәrin
iştirakı ilə həyata keçirilir.
41.4. Baxış keçirildiyi zaman vergi
yoxlaması həyata keçirilən şəxsin və (və ya)
onun nümayəndəsinin, habelə mütəxəssislərin
baxışda iştirak etmək hüququ vardır.
41.5. Baxışın keçirilməsi
barəsində protokol tərtib edilir.
42.1. Səyyar vergi yoxlamasını
keçirən vergi orqanının vəzifəli şəxsi
yoxlama üçün zəruri olan sənədləri vergi
ödəyicisindən bu Məcəllə ilə müəyyən
edilmiş qaydada tələb edə bilər.
Sənədlərin verilməsi
barəsində tələb yönəldilən şəxs
həmin sənədləri 5 gün müddətində vergi
orqanına təqdim etməlidir.
Sənədlərin lazımi qaydada
təsdiq edilmiş surətləri təqdim edilir.
42.2. Səyyar vergi yoxlamasını
bilavasitə həyata keçirən vergi orqanının
vəzifəli şəxsinə tələb olunan
sənədlər vergi ödəyicisi tərəfindən bu
Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında
göstərilən müddətdə təqdim edilmədikdə
və ya həmin sənədlərin onda olmaması vergi
ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı
həyata keçirən vergi orqanının vəzifəli
şəxsləri və vergi ödəyicisi tərəfindən
imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı
imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir.
Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə
verilir. Tələb olunan sənədləri və ya
surətlərini səyyar vergi yoxlamasının keçirildiyi
müddətdə digər mənbələrdən əldə
etmək mümkün olmadıqda, həmin akta əsasən vergi
orqanının ödənilməli olan vergi
məbləğlərini vergi ödəyicisi haqqında özündə
olan məlumatlar və ya analogiya üzrə müəyyən
etmək hüququ vardır.
42.3. Səyyar vergi yoxlaması üçün
zəruri olan vergi orqanı tərəfindən tələb
edilən sənədlərin vergi ödəyicisi
tərəfindən vergi orqanına verilməsindən imtina
edilməsi və ya bu Məcəllənin 42.1-ci
maddəsində göstərilən müddətdə təqdim
edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
səbəb olur. Bu maddədə göstərilən qaydada
sənədlərin təqdim edilməsindən imtina
edildikdə, səyyar vergi yoxlamasını həyata
keçirən vergi orqanının vəzifəli şəxsi bu
Məcəllənin 43-cü maddəsində nəzərdə
tutulmuş qaydada sənədlərin götürülməsini həyata
keçirə bilər.
43.1. Sənədlərin və nümunə
kimi əşyaların götürülməsinə yalnız səyyar
vergi yoxlanılması keçirildikdə yol verilir.
43.2. Səyyar vergi yoxlaması
keçirildikdə yoxlamanın predmetinə aid olan və
vergilərin hesablanması üçün tələb olunan vergi
ödəyicisi tərəfindən təqdim olunan
sənədlərin və əşyaların
öyrənilməsinə əlavə vaxt tələb olunduğu
halda, həmçinin təqdim olunmuş sənədlərdə
vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə
və ya bu pozuntular bilavasitə əşyalarla bağlı
olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata
keçirən vergi orqanının vəzifəli şəxsi bu
Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona
təqdim edilmiş sənədləri və nümunə kimi
əşyaları götürə bilər. Vergi ödəyicisi
tərəfindən yoxlamanı bilavasitə həyata
keçirən vəzifəli şəxsə verilən
sənədlərin və nümunə kimi əşyaların
götürülməsi vergi orqanının rəhbərinin (onun
müavininin) əsaslandırılmış qərarı ilə
həyata keçirilir.
Əşyaların nümunə kimi götürülmə
həcmi, miqdarı, müddəti və onların tədqiq
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
43.3. Sənədlərin notarial qaydada
təsdiq olunmuş surətləri götürülür.
Sənədlərin notarial qaydada təsdiq edilməsi üçün
xərcləri vergi orqanı çəkir.
43.4. Sənədlərin və nümunə
kimi əşyaların gecə vaxtı (axşam saat 20.00-dan
səhər saat 8.00 qədər olan müddətə)
götürülməsinə yol verilmir.
43.5. Səyyar vergi yoxlaması zamanı
vergilərin hesablanması üçün zəruri olmayan
sənədlərin və nümunə kimi əşyaların
götürülməsi qadağandır.
43.6. Sənədlərin və nümunə
kimi əşyaların götürülməsi sənədləri və
əşyaları götürülən şəxslərin və
(və ya) onların nümayəndələrinin, habelə
müşahidəçilərin iştirakı ilə həyata
keçirilir. Zəruri hallarda sənədlərin və nümunə
kimi əşyaların götürülməsində iştirak etmək
üçün mütəxəssis dəvət oluna bilər.
43.7. Vergi orqanının vəzifəli
şəxsi sənədlərin və nümunə kimi
əşyaların götürülməsinə qədər götürülmə
barədə vergi orqanının rəhbərinin (onun
müavininin) əsaslandırılmış qərarını
təqdim edir və iştirak edən şəxslərə
onların hüquq və vәzifәlәrini izah edir.
43.8. Sənədlərin və nümunə
kimi əşyaların götürülməsi barədə bu
Məcəllənin 48-ci maddəsinin tələblərinə
riayət etməklə protokol tərtib edilir.
43.9. Sənədlərin və nümunə
kimi əşyaların götürülməsi haqqında protokolun
surəti sənədləri və əşyaları
götürülən şəxsə verilir. Bu barədə protokolda
qeyd edilir, sənədləri və əşyaları
götürülən şəxsin imzası ilə təsdiqlənir.
43.10. Vergi ödəyicisinin bu maddədə
nəzərdə tutulmuş qaydada sənədləri və
əşyaları vermədiyi halda həmin
sənədlərin və nümunə kimi əşyaların
götürülməsi səyyar vergi yoxlamasını bilavasitə
həyata keçirən vergi orqanının
əsaslandırılmış müraciətinə əsasən
məhkəmənin qərarı ilə həyata keçirilir.
44.1. Zəruri hallarda səyyar vergi
yoxlamasına ekspert cəlb edilə bilər.
Ortaya çıxan məsələlərin izah
olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda
ekspertiza təyin edilir.
44.2. Ekspert qarşısında qoyulan
suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara
çıxa bilməz.
Ekspert müqavilə əsasında cəlb
edilir. Müqavilәdә tərəflərin hüquqları və
vəzifələri, ekspert qarşısında qoyulan suallar,
səhv və ya bilərəkdən yalan rəy
verməsinə görə ekspertin məsuliyyəti və mülki
qanunvericiliklə müəyyən edilmiş digər
məsələlər nəzərdə tutula bilər.
44.3. Ekspertiza səyyar vergi
yoxlamasını bilavasitə həyata keçirən vergi
orqanının qərarı ilə təyin edilir.
Qərarda ekspertizanın təyin
edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza
keçirən təşkilatın adı, ekspert
qarşısında qoyulan məsələlər və
ekspertə təqdim olunan materiallar göstərilir.
44.4. Ekspertin yoxlamanın predmetinə aid
olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə
materialların verilməsi barədə vəsatət
qaldırmaq hüququ vardır.
44.5. Ekspert, ona təqdim edilmiş
materiallar kifayət qədər olmadıqda və ya
ekspertizanın keçirilməsi üçün onun bilikləri kifayət
qədər olmadıqda rəy verilməsindən imtina edə
bilər.
44.6. Ekspertiza keçirilməsi haqqında
qərar çıxarmış vergi orqanı həmin qərarla
yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla
tanış etməyə və həmin şəxsin bu
Məcəllənin 44.7-ci maddəsində nəzərdə
tutulan hüquqlarını ona izah etməyə borcludur.
44.7. Ekspertizanın təyin edilməsi
və keçirilməsi zamanı yoxlanılan şəxsin
aşağıda göstərilən hüquqları vardır:
44.7.1. ekspertə etiraz etmək;
44.7.2. ekspertin onun tərəfindən
göstәrilәn şəxslərdən təyin edilməsi
barədə müraciət etmək;
44.7.3. ekspertin rəyinin alınması üçün
əlavə suallar təqdim etmək;
44.7.4. ekspertiza keçirildikdə vergi
yoxlaması keçirən vergi orqanının vəzifəli
şəxsinə əvvəlcədən məlumat
verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi
ilə ekspertiza keçirilməsində iştirak etmək;
44.7.5. ekspertin rəyi ilə tanış
olmaq.
44.8. Ekspert rəyi öz adından verir və
imzalayır. Ekspertin rəyində onun tərəfindən
aparılan araşdırma, gəldiyi nəticələr
və qoyulan suallara əsaslandırılmış cavablar
əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda,
barəsində onlara dair suallar qoyulmamış, iş üçün
əhəmiyyətli olan halları müəyyən etdikdə,
həmin hallar haqqında özünün rəyinə
nəticələr daxil etmək hüququ vardır.
44.9. Ekspertin rəyi və ya onun rəy
vermək imkanının olmaması barədə xəbər
yoxlanılan şəxsə verilir. Həmin şəxsin
izahat vermək, öz etirazlarını bəyan etmək,
ekspertə əlavə sualların qoyulmasını,
əlavə, yaxud təkrar ekspertizanın təyin
edilməsini tələb etmək hüququ vardır.
44.10. Əlavə ekspertiza ekspertin rəyi
kifayət qədər aydın və dolğun
olmadığı hallarda təyin edilir və bu ekspertiza
həmin və ya başqa ekspertə həvalə edilir.
Təkrar ekspertiza ekspertin rəyi
əsaslı olmadığı və onun düzgün olmasında
şübhələrin olduğu hallarda təyin edilir və
başqa ekspertə həvalə edilir.
Əlavə və təkrar ekspertiza bu
maddə ilə nəzərdə tutulmuş qaydada təyin
edilir.
45.1. Səyyar vergi yoxlamasının
keçirilməsi zamanı bilavasitə vergi orqanlarının
fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə
xüsusi bilik və təcrübə tələb olunduqda, vergi
orqanlarının rəhbərinin (onun müavininin)
qərarına əsasən mütəxəssis dəvət oluna
bilər.
45.2. Mütəxəssisin xüsusi bilik və
təcrübəsi olmalıdır və o, işin
nəticələrində maraqlı olmamalıdır. Bu
şərtlərə cavab verməyən mütəxəssisin
rəyi vergi orqanları tərəfindən istifadə oluna
bilməz.
45.3. Mütəxəssis müqavilə
əsasında dəvət olunur. Müqavilədə
tərəflərin hüquq və vəzifələri,
mütəxəssis qarşısında qoyulan suallar, səhv
və ya bilərəkdən yalan rəy verməsinə
görə mütəxəssisin məsuliyyəti və mülki
qanunvericiliklə müəyyən edilmiş digər
məsələlər nəzərdə tutula bilər.
45.4. Bu Məcəllənin 45.1-ci
maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis
onun qarşısında qoyulmuş suallar barəsində öz
rəyini bildirməlidir. Mütəxəssisin rəyi
yazılı şəkildə tərtib olunur, onun
tərəfindən imzalanır və səyyar vergi
yoxlamasının aktına əlavə edilir.
45.5. Vergi ödəyicisi vergi
yoxlamasının aktına əlavə olunmuş
mütəxəssisin rəyi ilə razılaşmadıqda bu
barədə yoxlama aktında müvafiq qeydlər edə bilər.
45.6. Mütəxəssisin səhv və ya
bilərəkdən yalan rəy verməsi
nəticəsində vergi orqanlarına və ya vergi
ödəyicisinə dəyən zərərin ödənilməsi
mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər.
46.1. Səyyar vergi yoxlamasının
keçirilməsi zamanı zəruri hallarda tərcüməçi
dəvət oluna bilər. Tərcüməçinin dəvət
olunması vergi orqanının rəhbərinin (onun müavininin)
qərarı əsasında həyata keçirilir.
46.2. Tərcüməçi tərcümə üçün
lazım olan dili bilən, işin nəticələrində
marağı olmayan şəxs olmalıdır.
Bu müddəalar həmçinin
eşitməyən və danışmayan fiziki şəxsin
işarələrini başa düşən şəxsə
də aiddir.
46.3. Tərcüməçi müqavilə
əsasında dəvət olunur. Müqavilədə
tərəflərin hüquq və vəzifələri,
bilərəkdən yalan tərcüməyə görə
tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə
müvafiq olaraq digər məsələlər müəyyən
edilə bilər.
47.1. Bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda səyyar vergi
yoxlamasının keçirilməsi zamanı müşahidəçilər
dəvət edilir.
47.2. Müşahidəçilər iki
nəfərdən az olmayaraq dəvət edilir.
47.3. Müşahidəçilər qismində
yoxlamanın nəticələrində maraqlı olmayan fiziki
şəxslər dəvət edilə bilər.
47.4. Müşahidəçi kimi vergi
orqanlarının vəzifəli şəxslərinin
iştirak etməsinə yol verilmir.
Müşahidəçilər onların
iştirakı ilə keçirilən hərəkətlərin
faktını, məzmununu və nəticələrini
protokolda təsdiq etməyə borcludur.
Müşahidəçilərin həyata
keçirilən hərəkətlərə dair öz qeydlərini
protokola daxil etmək hüququ vardır.
Zərurət olduqda müşahidəçilər
həmin hərəkətlərə dair öz izahatlarını
da verə bilər.
Eyni şəxs vergi orqanları
tərəfindən vergi ili ərzində bir
dəfədən artıq müşahidəçi kimi dəvət
oluna bilməz.
48.1. Bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda vergi yoxlamasının
keçirilməsi zamanı protokollar tərtib edilir. Protokollar
Azərbaycan dilində tərtib edilir.
48.2. Protokolda aşağıdakılar
göstərilir:
48.2.1. protokolun adı;
48.2.2. konkret hərəkətlərin
həyata keçirilməsinin yeri və tarixi;
48.2.3. hərəkətin başlanması
və bitirilməsinin vaxtı;
48.2.4. protokolu tərtib etmiş
şəxsin vəzifəsi, adı;
48.2.5. hərəkətin həyata
keçirilməsində iştirak edən və ya onun həyata
keçirilməsini müşahidə edən şəxsin adı,
lazım olduqda - onun ünvanı, vətəndaşlığı,
azərbaycan dilində danışa bilib-bilməməsi;
48.2.6. hərəkətin məzmunu, onun
həyata keçirilməsinin ardıcıllığı;
48.2.7. hərəkətin həyata
keçirilməsi zamanı aşkar olunan və iş üçün
əhəmiyyətli olan faktlar və hallar;
48.2.8. bu Məcəlləyə uyğun
olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda
əşyaların miqdarı, həcmi və digər xüsusi
əlamətləri göstərilməlidir.
48.3. Protokol hərəkətin həyata
keçirilməsində iştirak edən bütün şəxslər
tərəfindən oxunur. Həmin şəxslərin protokola
daxil edilməli olan və ya işə tikilməli olan
qeydlər etmək hüququ vardır.
48.4. Protokol onu tərtib etmiş vergi
orqanının vəzifəli şəxsi, habelə
hərəkətin həyata keçirilməsində iştirak
edən bütün şəxslər tərəfindən
imzalanır.
49.1. Səyyar vergi yoxlamasının
materiallarına baxılmanın nəticələri üzrə
vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün
müddətində aşağıda göstərilən
qərarlardan birini çıxarır:
49.1.1. vergi ödəyicisinin vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyətə
cəlb edilməsi;
49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb
edilməsindən imtina olunması;
49.1.3. əlavə vergi yoxlaması
tədbirlərinin keçirilməsi haqqında.
49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb edilməsi
haqqında qərarda vergi yoxlaması ilə müəyyən
olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti,
həmin şəraiti təsdiq edən sənədlər
və digər məlumatlar, vergi ödəyicisinin özünün
müdafiəsi üçün gətirdiyi dəlillər və bu
dəlillərin yoxlanılmasının nəticələri,
vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan
məsuliyyət tədbirlərini nəzərdə tutan
müvafiq qanunların maddələri göstərilməklə vergi
ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı
tələblərinin pozulmasına görə
məsuliyyətə cəlb olunması ona izah olunur.
49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb edilməsi
barədə çıxarılmış qərar əsasında
vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə
sanksiyalarının məbləğlərinin, inzibati
cərimələrin, habelə aşkar edilmiş pozuntuların
aradan qaldırılması barədə tələbnamə
göndərilir.
49.4. Vergi orqanının
qərarının surəti və tələbnamə vergi
ödəyicisinə və ya onun nümayəndəsinə verilmə
tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi
və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri
nəticəsində vergi orqanının qərarının
surəti və (və ya) tələbnaməsi ona təqdim
oluna bilinmirsə, bu sənədlər (sənəd) onların
(onun) sifarişli məktubla alınması günündən
təqdim edilmiş hesab edilir.
49.5. Vergi orqanının vəzifəli
şəxsləri tərəfindən bu maddənin
tələblərinin gözlənilməməsi vergi
orqanının qərarının yuxarı vergi orqanı
və məhkəmə tərəfindən ləğv edilməsi
üçün əsasdır.
49.6. Vergi orqanı tərəfindən
aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə
vergi ödəyicisi inzibati məsuliyyətə cəlb
edilməli olduqda, vergi yoxlamasını keçirən vergi
orqanının səlahiyyətli vəzifəli şəxsi
inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir.
Bu hüquq pozuntuları haqqında işlərə baxılma
və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların
edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli
şəxslərinə və vergi ödəyicisi-fərdi
sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları
tərəfindən Azərbaycan Respublikasının
İnzibati xətalar Məcəlləsinə müvafiq olaraq
həyata keçirilir.
49.7. Bu maddənin müddəaları
həmçinin vergi agentlərinə də şamil edilir.
50.1. Vergi yoxlaması keçirildikdə, vergi
ödəyicisinə və ya onun sahibliyində,
istifadəsində və sərəncamında olan əmlaka
qanunsuz olaraq zərər vurulmasına yol verilmir.
50.2. Vergi orqanlarının və ya
onların vəzifəli şəxslərinin qanunsuz
hərəkətləri ilə vergi yoxlaması
keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış
fayda (əldə edilməyən gəlir) da daxil olmaqla vergi
ödəyicisinə ödənilməlidir.
50.3. Vergi orqanları və onların
vəzifəli şəxsləri vergi ödəyicisinə qanunsuz
hərəkətləri nəticəsində vurduqları
ziyana görə qanunla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
50.4. Vergi orqanlarının vəzifəli
şəxslərinin qanuni hərəkətləri
nəticəsində vergi ödəyicisinə vurulan ziyan qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir.
Vergi qanunvericiliyinin pozulmasına görə
vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi
haqqında qərarın çıxarılmasından sonra müvafiq
vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə
cəlb edilən şəxsdən bu Məcəllə ilə
müəyyən edilmiş maliyyə sanksiyalarını müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən qaydada və ya məhkəmə qaydasında
alır.
52.1. Vergi orqanları tərəfindən
maliyyə sanksiyalarının alınması barədə
iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual
Məcəlləsinə müvafiq olaraq baxılır.
52.2. Məhkəmənin maliyyə
sanksiyalarının alınması haqqında qanuni
qüvvəyə minmiş qərarının icrası qanunla
müəyyən edilmiş qaydada həyata keçirilir.
Fəsil V
Vergİ
qanunverİcİlİyİnİn POZULMASINA görə
məsulİyyət
53.1. Bu Məcəllə ilə
müəyyən edilmiş vergi ödəyiciləri, vergi
agentləri və onların nümayəndələri, habelə
vergi orqanlarının vəzifəli şəxsləri vergi
qanunvericiliyinin pozulmasına görə bu Məcəllə,
Azərbaycan Respublikasının İnzibati xətalar
Məcəlləsi və Azərbaycan Respublikasının
digər qanunları ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Vergi qanunvericiliyinin pozulmasına görə
vergi ödəyicilərinə və vergi agentlərinə bu
Məcəllə ilə müəyyən edilmiş maliyyə
sanksiyaları və faizlər tətbiq edilir.
53.2. Heç bir kəs vergi qanunvericiliyinin
pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə)
görə təkrarən məsuliyyətə cəlb oluna
bilməz.
53.3. Qanunla müəyyən edilmiş qaydada
və məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə təqsiri təsdiq
edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin
pozulmasında təqsirsiz hesab edilir.
Vergi ödəyicisi vergi qanunvericiliyinin
pozulmasında özünün təqsirsiz olmasını sübut
etməyə borclu deyildir.
Vergi qanunvericiliyinin pozulması
faktını təsdiq edən halların və vergi
ödəyicisinin təqsirinin sübut edilməsi vergi
orqanlarının üzərinə qoyulur.
Vergi qanunvericiliyinin pozulmasında vergi
ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz
şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə
şərh olunur.
Vergi ödəyicisinin, vergitutma obyektinin
uçotunda, hesablanmasında və ödənilməsində yol verdiyi
səhvləri müstəqil düzəltmək hüququ vardır.
Bu maddədə nəzərdə
tutulmuş müddəalar vergi agentlərinə də şamil
edilir.
53.4. Vergi qanunvericiliyinin pozulması
halları nəzərdən keçirildikdə, onun
bilərəkdən və ya ehtiyatsızlıq
nəticəsində törədilməsi, inzibati
məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar
şəxsin müəyyən yaşa çatması,
yüngülləşdirici və ya
ağırlaşdırıcı hallar və bu
Məcəllə və İnzibati xətalar haqqında
Azərbaycan Respublikasının Məcəlləsinin
müddəaları müəyyən edilməlidir.
53.5. Vergi qanunvericiliyinin pozulması
malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi ilə bağlı olduqda,
həmin işlərə Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada
baxılır.
53.6. Vergi ödəyicisi tərəfindən
vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə,
maliyyə sanksiyaları hər pozuntuya münasibətdə
ayrıca tətbiq edilir.
53.7. Vergi qanunvericiliyinin pozulmasına
görə maliyyə tənbehinə məruz qalmış
şəxs tənbehin icra olunması günündən sonrakı 1 il
ərzində vergi qanunvericiliyinin eyni cür pozuntusuna yol
vermədikdə, o, tənbehə məruz qalmamış hesab
edilir.
54.0. Şəxs aşağıda
müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyətə
cəlb edilə bilməz:
54.0.1. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusu hadisəsinin olmaması;
54.0.2. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;
54.0.3. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunu törədən fiziki şəxsin həmin
əməl törədildiyi ana məsuliyyətə cəlb
edilmə yaşına çatmaması;
54.0.4. vergi qanunvericiliyinin pozulmasına
görə məsuliyyətə cəlb etmə müddətinin
qurtarması.
55.1. Vergi qanunvericiliyinin pozulmasında
şəxsin təqsirini istisna edən hallar
aşağıdakılardır:
55.1.1. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə
və qarşısıalınmaz hadisələr
nəticəsində törədilməsi;
55.1.2. vergi qanunvericiliyi ilə bağlı
hüquqpozuntusunun vergi ödəyicisi - fiziki şəxs
tərəfindən xəstə halı ilə əlaqədar
olaraq öz hərəkətlərinə nəzarət (özünə
hesabat verməyi) və rəhbərlik etməyi
bacarmadığı vəziyyətdə törədilməsi;
55.1.3. vergi ödəyicisi və ya vergi agenti
tərəfindən vergi orqanının və ya digər
səlahiyyətli dövlət orqanının, yaxud onların
vəzifəli şəxslərinin öz səlahiyyətləri
daxilində verdikləri yazılı göstərişlərinin
və ya izahatlarının yerinə yetirilməsi;
55.1.4. vergi orqanlarının
qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin
hərəkətləri üçün hüquqi əsaslar olmasının
aşkar edilməsi;
55.1.5. hər hansı vergilər, o
cümlədən vergi agentləri tərəfindən
ödənilən vergilər üzrə artıq ödənilmiş
məbləğlərin hesabına digər vergilər
üzrə borcların nəzərə alınması;
55.1.6. vergilərin düzgün hesablanmaması
və vergi öhdəliklərinin yerinə yetirilməməsi
ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi
orqanının yoxlamasına qədərki dövrdə vergi
ödəyicisinin özü tərəfindən aradan
qaldırılması.
55.2. Bu Məcəllənin 55.1-ci
maddəsində müəyyən edilən hallar olduqda,
şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna
görə, bu Məcəllənin 55.1.6-cı maddəsində
göstərilən hallarda faizlərin ödənilməsi istisna
olmaqla, məsuliyyət daşımır.
56.1. Vergi qanunvericiliyinin pozulması
anından 3 il keçmişdirsə, şəxs həmin
qanunvericiliklə bağlı hüquq pozuntusunun
törədilməsinə görə məsuliyyətə cəlb
edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
56.2. Vergi orqanı maliyyə
sanksiyalarının alınması məqsədi ilə vergi
qanunvericiliyinin pozulmasını aşkar etdiyi andan 3 ay
müddətindən gec olmayaraq məhkəməyə müraciət
edə bilər.
57.1.Vergi hesabatını əsas olmadan
müəyyən edilən müddətdə təqdim etməyən
vergi ödəyicisinə hesabatın verilmədiyi hər bir tam ay
üçün verginin ödənilməmiş məbləğinin 1 faizi
miqdarında, lakin verginin ödənilməmiş
məbləğinin 12 faizindən çox olmayan
məbləğdə maliyyə sanksiyası tətbiq edilir.
Hesabatın vaxtında verilməməsinə görə
maliyyə sanksiyaları vergi öhdəlikləri yaranmadıqda
tətbiq edilmir.
57.2. Bu maddənin məqsədləri üçün
hesabatda göstərilməli olan vergi məbləği ilə
müəyyən edilmiş vaxtda ödənilən vergi
məbləği arasındakı fərq verginin
ödənilməmiş məbləği sayılır.
58.1. Verginin hesabatda göstərilən
məbləği verginin hesabatda göstərilməli olan
məbləğinə nisbətən
azaldılmışdırsa, vergi ödəyicisinə
azaldılmış vergi məbləğinin 20 faizi
miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.2. Bu Məcəllənin 58.1-ci maddəsində
göstərilən hərəkətlər il ərzində
təkrar edildikdə, vergi ödəyicisinə
azaldılmış vergi məbləğinin 40 faizi
miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.3. Əlavə dəyər vergisi
üzrə aşağıdakı maliyyə sanksiyalar tətbiq
edilir:
58.3.1. Əlavə dəyər vergisi
üzrə bu Məcəllə ilə müəyyən edilmiş
hallarda qeydiyyatın məcburi olduğu halda qeydiyyatsız
fəaliyyət göstərilməsinə görə - qeydiyyatsız
fəaliyyət göstərilən bütün dövr ərzində
büdcəyə ödənilməli olan əlavə dəyər
vergisinin məbləğinin 40 faizi miqdarında;
58.3.2. əlavə dəyər vergisinin
hesab-fakturasının verilməməsinə, yaxud
əlavə dəyər vergisinin məbləğinin
azaldılmasına və ya əvəzləşdirmə
məbləğinin artırılmasına səbəb olan
əlavə dəyər vergisinin hesab-fakturasının düzgün
verilməməsinə görə hesab-faktura və ya
əməliyyat üzrə əlavə dəyər vergisinin
azaldılmış məbləğinin 40 faizi
miqdarında;
58.3.3. əlavə dəyər vergisinin
məqsədləri üçün qeydiyyata alınmamış
şəxsin əlavə dəyər vergisinin
hesab-fakturasını yazdığına görə büdcəyə
ödənilməli olan, ancaq ödənilməyən vergi
hesab-fakturasında göstərilən əlavə dəyər
vergisinin məbləğinin 40 faizi miqdarında.
58.4. Ödəmə mənbəyində
vergini tutmadan ödəməni həyata keçirən
şəxsə tutulmamış verginin 20 faizi
məbləğində maliyyə sanksiya tətbiq edilir.
59.1. Verginin qanunla müəyyən edilmiş
ödənilməsi müddətindən sonrakı ilk 90 gün
ərzində hər bir ötmüş gün üçün vergi
ödəyicisindən və ya vergi agentindən vaxtında ödənilməmiş
vergi və ödəniş məbləğinin 0,05 faizi
məbləğində faiz tutulur.
59.2. Verginin ödənilməsi müddətinin
gecikdirilməsinin 91-ci günündən başlayaraq hər bir
ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi
agentindən vaxtında ödənilməmiş vergi və
ödəniş məbləğinin 0,1 faizi məbləğində
faiz tutulur.
59.3. Bu Məcəllənin 59.1-ci və
59.2-ci maddələrində müəyyən edilmiş faiz yoxlama
nəticəsində aşkar edilmiş vaxtında
ödənilməmiş vergi məbləğlərinə və
vergilər üzrə avans ödənişlərinə
münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən
çox olmamaq şərti ilə tətbiq edilir.
59.4. Müəyyən edilmiş vergi
məbləğindən artıq ödənilmiş
məbləğ və ya düzgün tutulmayan vergi məbləği
ödənildikdə, bu Məcəllə ilə başqa hallar
nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin
ərizəsinin verildiyi tarixdən həmin
məbləğlər geri qaytarılanadək gecikdirilən
hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi
ödəyicisinə müvafiq məbləğlərin 0,05 faizi
məbləğində faiz ödənilir.
Vergi ödəyicisinin artıq ödənilmiş
məbləğlərin qaytarılmasına dair ərizə
verdiyi müddətdən 45 gün ərzində məbləğ
qaytarılarsa, faizlər vergi ödəyicisinə
qaytarılmır.
60.1. Banklara və bank əməliyyatlarının
ayrı-ayrı növlərini həyata keçirən digər kredit
təşkilatlarına aşağıdakı maliyyə
sanksiyaları tətbiq edilir:
60.1.1. vergi orqanı tərəfindən
hüquqi şəxsə, fərdi sahibkara, filiala və
nümayəndəliyə vergi ödəyicisinin
eyniləşdirmə nömrəsinin verildiyini təsdiq edən
sənəd olmadan bu Məcəlləyə uyğun olaraq
sahibkarlıq fəaliyyətini göstərən hüquqi və
fiziki şəxslərin hesablaşma hesabı və ya digər
hesablar açdığına görə - hər açılmış
hesab üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin
10 misli məbləğində;
60.1.2. sahibkarlıq fəaliyyətini
göstərən hüquqi və fiziki şəxslərin
hesablaşma və ya digər hesabında, o cümlədən
valyuta hesabında vəsait olduqda, onun vergilərin ödənilməsinə
dair tapşırıqlarını, habelə vergi
qalıqları və faizlər üzrə borcların vergi ödəyicisi
olan hüquqi şəxslərin hesabından Mülki
Məcəllədə nəzərdə tutulmuş
ödənişlərin növbəliyinə uyğun tutulması
haqqında vergi orqanlarının sərəncamlarını
icra etmədiyinə görə - icra edilməmiş həmin
ödəmə tapşırıqlarında və ya
sərəncamlarda göstərilən məbləğin 10 faizi;
Vergi ödəyicisinin valyuta hesabından
vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün
Milli Bankın müəyyən etdiyi rəsmi məzənnə
ilə sərəncamda göstərilən məbləğin 105
faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta
vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya
edildikdən sonra sərəncam icra olunur;
60.1.3. sahibkarlıq fəaliyyətini
göstərən hüquqi və fiziki şəxslərin
hesablaşma və digər hesabları, o cümlədən valyuta
hesabı üzrə əməliyyatlarının dayandırılması
haqqında vergi orqanlarının sərəncamlarını
icra etmədiyinə görə - həmin hesablar üzrə
aparılmış əməliyyatların
məbləğinin 10 faizi.
60.2. Bu Məcəllənin 60.1.2-ci
maddəsində müəyyən edilən hallarda vergi
ödəyicisindən banka və ya bank
əməliyyatlarının ayrı-ayrı növlərini
həyata keçirən digər kredit təşkilatına müvafiq
tapşırıq və ya sərəncam daxil olduğu
gündən həmin günlər üçün vergi ödəyicisinə faiz
hesablanmır.
61.1. Vergi orqanlarının hüquqa zidd
hərəkətləri (qərarları) və ya
hərəkətsizliyi, habelə vergi orqanlarının
vəzifəli şəxslərinin və digər
işçilərinin öz vəzifələrini icra etdikdə,
onların hüquqa zidd hərəkətləri (qərarları)
və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində
vergi ödəyicilərinə dəymiş zərərə
görə vergi orqanları və vergi orqanlarının
vəzifəli şəxsləri qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
61.2. Vergi ödəyicilərinə bu
Məcəllənin 61.1-ci maddəsində göstərilən
hərəkətlər (qərarlar) və ya
hərəkətsizlik nəticəsində dəymiş
zərər məhkəmənin qərarına əsasən
ödənilir.
Vergi orqanları tərəfindən düzgün
tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati
cərimələrin məbləğləri, vergilər
üzrə borclar olmadıqda, bu Məcəllədə başqa
hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin
müraciətinə əsasən 45 gün müddətində geri
qaytarılmalıdır və ya gələcək
ödənişlərin hesabına aid edilə bilər.
61.3. Vergi orqanlarının vəzifəli
şəxsləri və digər işçiləri özlərinin
hüquqa zidd hərəkətlərinə (qərarlarına)
və ya hərəkətsizliyinə, o cümlədən öz
xidməti vəzifələrini yerinə yetirmədiyinə
və ya lazımınca yerinə yetirmədiyinə görə
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Fəsil VI
Vergİ orqanlarının
qərarlarından (aktlarından) və onların
vəzİfəlİ şəxslərİnİn
hərəkətlərİndən
(hərəkətsİzlİyİndən) şİkayət
verİlməsİ
62.1. Hər bir vergi ödəyicisinin və ya
başqa vəzifəli şəxsin vergi orqanlarının
qərarlarından (aktlarından), habelə vergi
orqanlarının vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət etmək hüququ
vardır.
62.2. Vergi orqanlarının
qərarlarından (aktlarından), habelə vergi
orqanlarının vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət qanunla
müəyyən edilmiş qaydada yuxarı vergi orqanına
(yuxarı vəzifəli şəxsə) və (və ya)
məhkəməyə verilir.
Şikayətin yuxarı vergi orqanına
(yuxarı vəzifəli şəxsə) verilməsi həmin
şikayətin eyni zamanda və ya sonradan
məhkəməyə verilməsini istisna etmir.
62.3. Vergi orqanlarının
qərarlarından (aktlarından), habelə vergi
orqanlarının vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət yuxarı vergi
orqanına (yuxarı vəzifəli şəxsə) vergi
ödəyicisi və ya başqa borclu şəxs
tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi
və ya bilməli olduğu gündən 3 ay müddətində
verilir.
Vergi ödəyicisi və ya başqa borclu
şəxs üzürlü səbəbdən bu maddənin birinci
abzasında göstərilən müddəti buraxmışdırsa,
yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının
vəzifəli şəxsi tərəfindən şikayəti
verən şəxsin ərizəsinə əsasən
həmin müddət bərpa edilə bilər.
63.1. Vergi ödəyicisinin və ya başqa
borclu şəxsin vergi orqanının qərarlarından
(aktlarından), vergi orqanının vəzifəli
şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) şikayətinə yuxarı
vergi orqanı və ya onun vəzifəli şəxsi
tərəfindən həmin şikayət alındığı
gündən 30 gün müddətində baxılır.
Qəbul edilmiş qərar barəsində
şikayət vermiş şəxsə 10 gün müddətində
yazılı cavab verilməlidir.
63.2. Vergi ödəyicisi ona hesablanmış
verginin məbləği ilə razı olmadığı
halda, vergini ödənilməsini dayandırmadan bilavasitə vergi
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanına və ya məhkəməyə şikayət
verə bilər.
Vergi ödəyicisinin şikayətə
baxılan müddət ərzində maliyyə sanksiyasını
ödəməmək hüququ vardır.
63.3. Vergi ödəyicisi və ya başqa
borclu şəxs tərəfindən vergi orqanına
(vəzifəli şəxsə) verilən şikayət, bu
Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında
müəyyən edilən hallar istisna olunmaqla, şikayət
edilən qərarın (aktın) və ya hərəkətin
icrasını dayandırmır.
Şikayət edilən qərar (akt) və
ya hərəkət Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan
vergi orqanı (vəzifəli şəxsi) onun icrasını
tam və ya qismən dayandıra bilər. Qərarın
(aktın) və ya hərəkətin icrasının tam
və ya qismən dayandırmaq barədə qərarı
həmin aktı qəbul etmiş vergi orqanının
rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir.
63.4. Hesablanmasından və ya tətbiq
edilməsindən şikayət edilən verginin, faizlərin
və ya maliyyə sanksiyasının məbləği
hesablanmaya (tətbiq edilməyə) uyğun şəkildə
ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində
vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə
və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin aşağıdakılara
hüququ vardır:
63.4.1. səhv tutulan
məbləğlərə görə bu Məcəllənin
61.2-ci maddəsinə uyğun olaraq kompensasiya almaq;
63.4.2. bu Məcəlləyə müvafiq
olaraq həmin məbləğlərdən faizlər almaq.
Vergi orqanlarının qərarları
(aktları), onların vəzifəli şəxslərinin
hərəkətləri (hərəkətsizliyi)
barəsində məhkəməyə verilmiş şikayətlərə
(iddia ərizələrinə) Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş qaydada baxılır.
Fəsil VII
Vergİlərİn ödənİlməsİ üzrə
ümumİ qaydalar
65.1. Fiziki şəxslər vergilər
üzrə borclarını bu Məcəllə ilə
müəyyən edilmiş müddətdən sonrakı 3 ay
ərzində ödəmədiyi halda, onlardan həmin vergilər üzrə
borcların və faizlərin məbləğləri qanunla
müəyyən edilmiş qaydada məhkəmənin
qərarı əsasında alınır.
65.2. Hüquqi şəxslərdən
vergilər üzrə borclar və faizlər müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və
ya məhkəmə qaydasında alınır.
Qeyri-qanuni əldə edilən gəlir
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun
vergiyə cəlb edilməsinə təsir göstərmir.
67.1. Vergi ödəyicisi mühasibat uçotunu
aparmırsa və ya mühasibat uçotunu müəyyən edilmiş
qaydada aparmırsa, mühasibat və hesabat sənədləri
məhv olunmuşdursa (itirilmişdirsə), vergi
orqanlarının ödənilməli olan verginin məbləğini
müəyyən edilmiş qaydada
müəyyənləşdirmək hüququ vardır.
Uçot qaydaları pozulduqda, yaxud
sənədlər məhv edildikdə (itirildikdə),
həmçinin vergitutma obyektinin
müəyyənləşdirilməsi hər hansı başqa
səbəblərdən mümkün olmadıqda, vergi orqanları
vergitutma obyektini və vergi məbləğini müəyyən
edilmiş qaydada birbaşa və dolayı
qiymətləndirmə metodlarından (aktivlər, istehsal
məsrəfləri, müqayisə metodları, dövriyyə və
s.) istifadə etməklə
müəyyənləşdirirlər.
67.2. Qarşılıqlı surətdə
asılı olan şəxslər arasında hər hansı
əməliyyat aparıldıqda, vergi orqanı müstəqil
şəxslər arasındakı əməliyyatlar zamanı
əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək
üçün gəlirləri və ya xərcləri həmin
şəxslər arasında bölə bilər.
67.3. Şəxs fərdi istehlakına, o
cümlədən əmlak alınmasına çəkilən
xərclərin ödənilməsi üçün kifayət olmayan
məbləğdə gəlir əldə etdiyini
bildirirsə, vergi orqanı gəliri və vergiləri
həmin şəxsin əvvəlki dövrlərdəki
gəlirlərini, habelə kredit və borclarını
nəzərə almaqla çəkdiyi xərclərə əsasən
müəyyənləşdirir.
67.4. Verginin məqsədləri üçün barter
əməliyyatları malların (işlərin,
xidmətlərin) bazar qiymətləri ilə
satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar
vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.
Barter əməliyyatının vergi
hesab-fakturasında göstərilən məbləği
azaldılmışdırsa, vergi orqanı vergitutma
obyektlərini bazar qiymətləri nəzərə
alınmaqla dəqiqləşdirir, verginin məbləğini
yenidən hesablayır və Azərbaycan Respublikasının
vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə
tutulan sanksiyaları tətbiq edir.
68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.
68.2. Hər hansı müddət bu
Məcəllədə göstərilən dövrün sonuncu gününün
axırında bitir. Bu Məcəllədə
nəzərdə tutulan hər hansı müddət qeyri-iş
gününə təsadüf edərsə, həmin müddət onun
ardınca gələn ən yaxın növbəti iş
gününə keçir.
Xarici valyuta ilə aparılan və
vergiyə cəlb etməyə aid olan hər hansı
əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan
Respublikasının Milli Bankının rəsmi mübadilə
məzənnəsi ilə manatla hesablanır.
70.1. Vergi orqanının vergi
ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına
tələbi yazılı şəkildə tərtib
edilməmişdirsə və bir tərəf onu digər
tərəfə verməmişdirsə, belə
tələblərin heç biri vergi orqanı və ya vergi
ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir.
70.2. Vergi orqanının vergi
ödəyicisinə göndərdiyi hər hansı bildiriş və
ya digər sənəd adı göstərilməklə vergi
orqanının rəhbəri (onun müavini) tərəfindən
imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Sənədlər zərfin qəbul edildiyinə dair
bildiriş yazılan sifarişli məktubla
çatdırıldıqda və ya şəxsən verildikdə
lazımi qaydada vergi ödəyicisinə verilmiş
sayılır.
70.3. Vergi hesablamalarına dair
sənədlərin və ya vergi qanunvericiliyinə
əsasən tərtib edilən digər sənədlərin
heç biri, aşağıdakılara əməl edildiyi halda,
etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş
sayıla bilməz:
70.3.1. onlar öz məzmununa və
mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun
gəlirsə; və
70.3.2. vergi hesablanılan və ya bu
sənədlərin aid olduğu şəxs hamı üçün
aydın şəkildə göstərilmişdirsə.
71.1. Vergi ödəyicisi olan hər hansı
şəxs:
71.1.1. həmin şəxsin vergi
öhdəliklərinin yaranmasına səbəb ola bilən;
71.1.2. həmin şəxsdə vergi
tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola
bilən;
71.1.3. həmin şəxsdə bu
Məcəlləyə müvafiq olaraq məlumat verməyə
dair öhdəliklər yaranmasına səbəb ola bilən
əməliyyatları sənədləşdirməyə
borcludur.
71.2. Vergi ödəyiciləri bu
Məcəllənin 71.1-ci maddəsində göstərilən
uçot sənədlərini qanunvericiliklə müəyyən
edilmiş qaydada aparmağa borcludurlar.
71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot
sənədləri xarici dildə tərtib edildikdə, vergi
orqanları onların Azərbaycan dilinə rəsmi
surətdə tərcümə olunmasını tələb
edə bilər.
72.1. Bu Məcəllənin
məqsədləri üçün vergi hesabatı vergi
bəyannaməsindən ibarətdir.
72.2. Bu Məcəlləyə və ona
müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi
hesabatını verməyə borclu olan vergi ödəyiciləri
vergi hesabatını bu Məcəllədə
göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi formada və
yerdə vergi orqanına verməlidirlər.
72.3. Vergi hesabatını vergi ödəyicisi,
yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş
nümayəndəsi imzalamalıdır.
72.4. Vergi ödəyicisinin vergi
hesabatının tərtib edilməsində müstəqil auditor
iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür
vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə
nömrəsini göstərməlidir. Hesabatı bir
nəfərdən çox tərtibatçı hazırlayırsa, onu
ancaq baş tərtibatçı imzalayır.
Görülmüş işlərin və ya
göstərilmiş xidmətlərin haqqını ödəyən,
yaxud hər hansı digər ödəmələr aparan
şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada
ödənilmiş məbləğlər haqqında vergi
orqanına məlumat verməlidir.
74.1. Hesabatın verilmə müddəti
başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya
mənfəət vergisinin hesabatının verilməsi
müddətinin uzadılması barədə müraciət edirsə
və bu zaman ödənilməli olan verginin məbləğini
tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç
ayadək uzadılmış hesab olunur.
Bu maddəyə uyğun olaraq müddətin
uzadılması verginin ödənilməsi müddətini
dəyişdirmir.
74.2. Hesabat üzrə hesablanmış verginin
məbləği ödənilmiş məbləğdən
artıq olduqda yaranan fərq verginin ödənilməsinin son
müddəti günündən hesablanan faizlər nəzərə
alınmaqla büdcəyə keçirilməlidir.
75.0. Banklar və bank əməliyyatlarının
ayrı-ayrı növlərini həyata keçirən digər kredit
təşkilatları borcludurlar:
75.0.1. yalnız vergi orqanları
tərəfindən vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi verildiyini təsdiq edən sənədlər
verildikdən sonra hüquqi şəxslərə və
sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan
həyata keçirən fiziki şəxslərə hesablaşma
hesabları, yaxud digər hesablar açmağa, bank
sənədlərində vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi göstərilmədikdə hesablar üzrə
əməliyyatlar aparmamağa;
75.0.2. hüquqi şəxslərin və sahibkarlıq
fəaliyyətini hüquqi şəxs yaratmadan həyata
keçirən fiziki şəxslərin öz hesablaşma, valyuta
və ya digər hesablarından vergilərin ödənilməsi
haqqında ödəmə tapşırıqlarını icra
etməyə;
75.0.3. hüquqi şəxslərin və
sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan
həyata keçirən fiziki şəxslərin hesablaşma
və ya digər hesabları üzrə
əməliyyatlarının qanunla müəyyən edilmiş
hallarda və qaydada dayandırılması haqqında vergi
orqanlarının icra sənədlərini
(sərəncamlarını) icra etməyə;
75.0.4. hüquqi şəxslərin və
sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan
həyata keçirən fiziki şəxslərin hesablaşma
və ya digər hesablarından vəsaitin tutulması üzrə
əməliyyatların aparıldığı gün vergi
məbləğlərini müvafiq büdcəyə keçirməyə
(banka və ya büdcəyə kassa xidməti göstərən
digər maliyyə idarəsinə köçürməyə).
76.1. Vergi ödəyicisində aparılan
sonuncu səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi
tərəfindən bilәrәkdәn hesabat
sənədlərinin aparılmaması və ya vergilərin
30 və daha çox faizinin vergidən yayındırılması
halları aşkar edildikdə, habelə vergi hesabatı
sənədləri müəyyən edilmiş müddətdə
və bu barədə vergi orqanının
xəbərdarlığından sonra da təqdim
edilmədikdə, vergi ödəyicisinin növbəti və ya
növbədənkənar səyyar vergi yoxlaması
keçirildikdə, vergi öhdəliklərini
müəyyənləşdirmək və ya konkret hüquqi
şəxsdən vergi tutmaq məqsədi ilə vergi
orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə
həmin bankın xidmət etdiyi hər hansı hüquqi
şəxsin bank hesabı və əməliyyatları
barədə məlumat almaq hüququna malikdirlər.
76.2. Müvəkkil bank bu Məcəllənin
76.1-ci maddəsində müəyyən edilmiş qaydada
göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə
göstərilən məlumatların vergi orqanına
veriləcəyi barədə 5 gün ərzində hüquqi
şəxsə və fərdi sahibkara rəsmi məlumat
göndərməlidir (verməlidir).
76.3. Hüquqi şəxsə rəsmi
məlumat göndərildikdən (verildikdən) sonra 15 gün
ərzində bildirişdə göstərilən məlumatların
verilməsinə etiraz edilməsi haqqında hüquqi
şəxsin ərizəsinə məhkəmədə
baxılacağı barədə aidiyyəti
məhkəmədən məlumat daxil olmadıqda, müvəkkil
bank hüquqi şəxsin hesabları və ya
əməliyyatları barədə məlumatı vergi
orqanına göndərir. Digər hallarda hüquqi şəxsin
hesabları və ya əməliyyatları barədə
məlumatların verilməsinə yol verilmir.
76.4. Bu maddə ilə müəyyən
edilmiş hallarda və qaydada hüquqi şəxslərin
hesabları və ya əməliyyatları barədə
alınmış məlumatların digər orqanlara və ya
vətəndaşlara verilməsi qadağandır.
77.1. Vergi ödəyicisinin bu
Məcəllədə göstərilən hallarda və qaydada
müəyyən edilən vergini ödəmək vəzifəsi onun
vergi öhdəliyi hesab olunur.
77.2. Vergi öhdəliyinin yaranması,
dəyişdirilməsi və ya ləğv edilməsi üçün
əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi
qaydası və şərtləri yalnız bu
Məcəllə ilə müəyyən edilir.
77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin
tələblərinə uyğun olaraq verginin
ödənilməsini nəzərdə tutan şəraitin
yarandığı andan vergi öhdəliklərinin yerinə
yetirilməsi üçün cavabdehdir.
77.4 Vergi öhdəliyinə
aşağıdakı hallarda xitam verilmiş hesab olunur:
77.4.1. verginin ödənilməsi;
77.4.2. verginin ödənilməsi öhdəliyinin
xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq
olaraq ortaya çıxan hallarda;
77.4.3. vergi ödəyicisi vəfat etmiş
və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada ölmüş hesab
edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş
şəxsin əmlak vergiləri üzrə borcları
vərəsəlik əmlakının dəyəri
hədlərində ödənilir;
77.4.4. bu Məcəlləyə müvafiq
olaraq ləğvetmə komissiyası tərəfindən
büdcə ilə (büdcәdәnkәnar fondlarla) bütün
hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan
hüquqi şəxs ləğv edildikdə.
78.1. Vergi öhdəliklərinin yerinə
yetirilməsi ödənilməli olan vergi məbləğinin
müəyyən edilmiş müddətlərdə və qaydada
ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya
kassasında vəsaitin, habelə onun əmlakının
olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin
yerinə yetirilməsi məcburidir.
78.2. Vergi öhdəliklərinin yerinə
yetirilməsi Mülki Məcəllədə nəzərdə
tutulmuş ardıcıllıqla həyata keçirilir.
78.3. Vergi öhdəliklərinin yerinə
yetirilməsi bu Məcəllədə başqa hallar
nəzərdə tutulmamışdırsa, bilavasitə vergi
ödəyicisi tərəfindən həyata keçirilir.
78.4. Vergi öhdəliklərinin yerinə
yetirilməsi digər şəxsin üzərinə qoyula
bilməz.
79.1. Ləğv edilən müəssisənin
(təşkilatın) vergi öhdəliklərini onun pul
vəsaitləri, o cümlədən müəssisənin
(təşkilatın) əmlakının satışından
əldə edilən gəlir hesabına ləğvetmə
komissiyası yerinə yetirir. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa, ləğvetmə
komissiyası müəssisənin (təşkilatın)
filiallarının digər struktur bölmələrinin və
daimi nümayəndəliyinin vergi öhdəliklərini də
yerinə yetirməlidir. Ləğv edilən müəssisənin
(təşkilatın) filialının və ya digər
ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin
ayrıca bölmənin daxil olduğu müəssisə
(təşkilat), bu müəssisə (təşkilat) ləğv
edildikdə isə həmin müəssisənin
(təşkilatın) ləğvetmə komissiyası
yerinə yetirir.
79.2. Ləğv edilən müəssisənin
(təşkilatın) pul vəsaiti, o cümlədən vergi
öhdəliklərinin yerinə yetirilməsindən ötrü
əmlakın satışından əldə edilən
vəsait onun vergi öhdəliklərinin tam həcmdə
yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri
üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər
təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın)
öhdəlikləri üçün onun iştirakçıları
(təsisçiləri) birgə məsuliyyət
daşıyırlarsa, həmin iştirakçılar
(təsisçilər) tərəfindən ödənilməlidir.
79.3. Müəssisənin iflas prosesinə
məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla
müəyyən edilmiş növbəlilik qaydasında yerinə
yetirilir.
80.1. Yenidən təşkil edilən hüquqi
şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi
varisləri) bu maddədə müəyyən edilmiş qaydada
yerinə yetirir.
80.2. Yenidən təşkil edilən hüquqi
şəxsin vergi öhdəliklərinin yerinə
yetirməməsinin, yaxud lazımi qaydada yerinə
yetirməməsinin yenidən təşkili başa çatanadək
hüquqi varisə (hüquqi varislərə) məlum
olub-olmamasından asılı olmayaraq yenidən təşkil
edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi
varisi (hüquqi varisləri) yerinə yetirməlidir.
80.3. Hüquqi şəxsin yenidən
təşkil edilməsi onun vergi öhdəliklərinin bu hüquqi
şəxsin hüquqi varisi (hüquqi varisləri)
tərəfindən yerinə yetirilməsi müddətlərini
dəyişdirmir.
80.4. Bir neçə hüquqi şəxs
birləşdikdə, onların vergilərin
ödənilməsinə dair öhdəliklərinin yerinə
yetirilməsi üzrə hüquqi varisi bu cür birləşmə
nəticəsində yaranan hüquqi şəxs sayılır.
80.5. Bir hüquqi şəxs digər hüquqi
şəxsə birləşdirildikdə, onun birləşdiyi
hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin
vergilərin ödənilməsinə dair öhdəliklərinin
yerinə yetirilməsi üzrə hüquqi varisi sayılır.
80.6. Hüquqi şəxs bölündükdə, bu cür
bölünmə nəticəsində əmələ gələn
hüquqi şəxslər bölünmüş hüquqi şəxsin
vergilərin ödənilməsinə dair öhdəliklərinin
yerinə yetirilməsi üzrə hüquqi varisləri
sayılırlar.
80.7. Bir neçə hüquqi varis olduqda, onların
hər birinin yenidən təşkil edilən və ya
bölünən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə
yetirilməsində iştirak payı bölüşdürücü balansa
və ya digər təhvil aktına uyğun olaraq
müəyyənləşdirilir. Bölüşdürücü balans və ya
digər təhvil aktı yenidən təşkil edilən
və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin
payını müəyyənləşdirməyə imkan
vermirsə və ya hər hansı hüquqi varis
tərəfindən vergi öhdəliklərinin tam həcmdə
yerinə yetirilməsi imkanını aradan qaldırırsa,
yeni yaranan hüquqi şəxslər yenidən təşkil
edilən və ya bölünən hüquqi şəxsin vergi
öhdəliklərini və ya bu öhdəliklərin müvafiq
hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət
daşıyırlar.
80.8. Bir hüquqi şəxs
təşkilati-hüquqi formasının dəyişdirilməsi
yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun
vergilərin ödənilməsinə dair öhdəliklərinin
yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi
şəxs sayılır.
80.9. Hüquqi şəxsin tərkibindən
bir və ya bir neçə hüquqi şəxs çıxdıqda,
çıxmış hüquqi şəxslərin yenidən
təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini
yerinə yetirməsi üzrə hüquqi varisliyi yaranmır, bu
şərtlə ki, bu cür yenidən təşkil hüquqi
şəxsin vergi öhdəliklərinin yerinə
yetirilməməsinə yönəldilməmiş olsun.
81.1. Vəfat etmiş fiziki şəxsin
vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan
əmlakın dəyəri hüdudlarında və mirasın
alındığı tarixdəki payına mütənasib
şəkildə ödəyirlər.
81.2. Varis (varislər) olmadıqda vəfat
etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir
(ləğv edilir).
81.3. Məhkəmə tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada itkin
düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş
sayılan fiziki şəxsin vergi öhdəliklərini itkin
düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş
şəxsin əmlak sərəncamçısı kimi
səlahiyyətləndirilən şəxs həmin
əmlakın hesabına ödəyir.
81.4. Qanunvericiliklə müəyyən
olunmuş qaydada itkin düşmüş və ya fəaliyyət
qabiliyyətini itirmiş kimi tanınan fiziki şəxsin
əmlakı onun vergi öhdəliklərini ödəmək üçün
kifayət deyilsə vergilərin əmlakın
çatışmaması ilə əlaqədar
ödənilməyən hissəsi, bu Məcəllənin 93-cü
maddəsində göstərilən qaydada silinir.
81.5. Fiziki şəxsin itkin düşmüş
və ya fəaliyyət qabiliyyətini itirmiş kimi
tanınmasının ləğv olunmasına dair
məhkəmə tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada qərar qəbul edildikdə,
əvvəllər silinmiş vergi öhdəlikləri bərpa
edilir, lakin fiziki şəxsin itkin düşmüş və ya
fəaliyyət qabiliyyətini itirmiş sayıldığı
vaxtdan bu cür tanınmanın ləğv olunduğuna dair
qərar qəbul edildiyi vaxtadək olan dövr ərzində
faizlər hesablanmır və maliyyə sanksiyaları
tətbiq edilmir.
82.1. Bu Məcəllədə başqa
hallar nəzərdə tutulmamışdırsa, vergi
ödəyicisi vergi bazasını, vergi dərəcəsini
və vergi güzəştlərini əsas götürərək hesabat
dövrü üçün ödənilməli olan verginin məbləğini
sərbəst surətdə özü hesablayır.
82.2. Bu Məcəllədə
müəyyən edilən hallarda ödənilməli olan vergi
məbləğini hesablamaq vəzifəsi vergi agentinə
həvalə edilə bilər.
82.3. Verginin məbləği bu
Məcəllədə və ya ona müvafiq olaraq qəbul
edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən
edilmiş qaydada hesablanır.
82.4. Müəyyən edilmiş
müddətlərdə ödənilməli olan verginin
məbləği vergi ödəyicisi və ya qanunla
müəyyən edilmiş hallarda digər şəxs
tərəfindən ödənilir (köçürülür).
83.1. Bu Məcəllədə vergi
məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi
ödəyicisinin ödəməli olduğu vergi məbləğinin
vergi orqanının uçot sənədlərində qeyd
edilməsi deməkdir. Hesablanmış vergi
məbləğlərinin vergi orqanları
tərəfindən bu Məcəllə ilə müəyyən
edilmiş hallarda yenidən hesablanaraq uçot
sənədlərində qeyd edilməsi də vergilərin
hesablanması deməkdir.
83.2. Vergi orqanının bu
Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi
öhdəliklərini aşağıdakı məlumat
mənbələrindən birinə və ya bir neçəsinə
əsaslanaraq hesablamaq hüququ vardır:
83.2.1. vergi ödəyicilərinin vergi
bəyannamələrində olan məlumata;
83.2.2. bu Məcəllənin 73-cü
maddəsinə müvafiq ödəmələr haqqında məlumata;
83.2.3. vergi yoxlaması materiallarına;
83.2.4. vergi orqanının əldə
etdiyi mənbəyi bəlli olan hər hansı digər
məlumata.
83.3. Vergi ödəyicisi verginin hesablanması
üçün zəruri olan hesabat məlumatlarını vermədiyi
halda, vergi orqanının müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada hər hansı
əlaqəli məlumata əsasən vergini hesablamaq hüququ
vardır.
83.4. Bu Məcəlləyə müvafiq olaraq
verginin vergi bəyannaməsini vermək şərti ilə
ödənilməsində, yaxud əvvəllər verginin
hesablanmasında səhv olunduğunu müəyyən edildiyi
hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri
hesablayır və sonra bu Məcəllənin 84-cü
maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi
5 gün müddətində vergi ödəyicisinə göndərir. Vergi
orqanı bu Məcəllənin 85-ci maddəsində
göstərilən müddət başa çatanadək vergi
məbləğini qanunvericiliklə müəyyən edilmiş
qaydada hesablaya və ya əvvələr hesablanmış vergi
məbləğinə düzəliş edə bilər.
83.5. Bu Məcəlləyə müvafiq olaraq
verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi
müəyyən edildiyi halda, verginin ödənilməsinə dair
öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib
edilməsi bu cür verginin hesablanması və onun
ödənilməsinə dair bildirişdir.
83.6. Vergilər bu Məcəllənin
5.0.1-ci maddəsinə uyğun olaraq alındıqda və
vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi
orqanı isə vergi ödəyicisinin ödəməli olduğu
verginin məbləğini bu Məcəllə ilə
müəyyən edilmiş qaydada digər məlumata
əsasən hesablamadığı halda, hesab olunur ki, vergi
orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi
ödəyicisinin il ərzində aldığı
ödəmələrdən tutulmuş vergi
məbləğində hesablamış və verginin
hesablanması barədə vergi ödəyicisinə bildiriş
vermişdir.
83.7. Vergi orqanlarında vergi
ödəyicisinin vergini ödəməkdən yayınmaq
niyyətində olduğunu təsdiq edən
əsaslandırılmış konkret məlumat varsa və
verginin tutulmasının təmin edilməsi zəruridirsə,
vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq
hüququ vardır. Vergi orqanı bu barədə
əsaslandırılmış qərar
çıxarmalıdır.
83.8. Vergi ödəyicisinin bu
Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq
verginin hesablanması barəsində vergi orqanının
qərarından aşağıdakıları əsas tutaraq
məhkəməyə müraciət etmək hüququ vardır:
83.8.1. vergi məbləğinin
ödənilməli olan miqdarından çox olduğunu;
83.8.2. verginin vaxtından əvvəl
hesablanmasına əsas vermiş amilin və ya
vəziyyətin olmadığını.
83.9. Xarici hüquqi şəxsin Azərbaycan
Respublikasındakı fəaliyyəti ilə əlaqədar
əldə etdiyi mənfəəti birbaşa müəyyən
etmək mümkün olmadığı halda, həmin
mənfəət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydalar
əsasında hesablanır.
84.0. Vergi ödəyicisinə verginin
hesablanması haqqında bildiriş göndərilir. Verginin
hesablanması haqqında bildirişdə aşağıdakılar
göstərilir:
84.0.1. vergi ödəyicisinin adı və ya
obyektin adı;
84.0.2. vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi;
84.0.3. bildirişin tarixi;
84.0.4. bildirişin aid olduğu obyekt və
bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi
dövrləri;
84.0.5. verginin növü, hesablanmış verginin
və faizlərin məbləği;
84.0.6. verginin ödənilməsinə dair
tələb və ödəmənin müddətləri;
84.0.7. verginin ödənildiyi yer və üsul;
84.0.8. verginin hesablanmasına əsas
olmuş hallar;
84.0.9. şikayət etmə qaydası.
85.1. Hər bir vergiyə dair
ödənilmə müddətləri müəyyən edilir.
Vergilərin müəyyən edilmiş ödənilmə
müddətinin dəyişdirilməsi yalnız bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
həyata keçirilə bilər.
85.2. Vergilərin ödənilmə
müddətləri pozulmaqla ödənilməsinə görə vergi
ödəyicisi bu Məcəllə ilə müəyyən
edilmiş qaydada və şərtlərlə faiz ödəyir.
85.3. Vergilərin ödənilməsi
müddəti təqvim tarixi ilə və ya illərlə,
rüblərlə, aylarla, dekadalarla, həftələrlə
və günlərlə hesablanan dövrün qurtarması ilə,
habelə baş verməli hadisə və yaxud edilməli olan
hərəkət göstərilməklə müəyyən olunur.
85.4. Vergi orqanları vergiyə cəlb
edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi
ödəyicisinin vergisini, faizləri və maliyyə
sanksiyasını hesablamaq və hesablanmış
məbləği yenidən hesablamaq, verginin, faizlərin
və maliyyə sanksiyalarının hesablanmış
(yenidən hesablanmış) məbləğini vergiyə
cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il
ərzində tutmaq hüququna malikdirlər.
85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü
qurtardıqdan sonra 5 il ərzində düzgün tutulmamış
və ya artıq ödənilmiş verginin, faizlərin və
maliyyə sanksiyasının məbləğinin
qaytarılmasını və ya
əvəzləşdirilməsini tələb etmək hüququna
malikdir.
85.6. Vergi öhdəliklərinin yerinə
yetirilməsi müddətləri aşağıda
göstərilən halların biri olduqda bu Məcəllə
ilə müəyyən edilmiş müddətdən daha gec müddətə
dəyişdirilə bilər:
85.6.1. təbii fəlakət və
digər qarşısı alınmaz qüvvə nəticəsində
vergi ödəyicisinə zərər dəydikdə;
85.6.2. vergini birdəfəyə ödədiyi
təqdirdə vergi ödəyicisinin iflasa uğramaq
təhlükəsi olduqda.
85.7. Vergilərin ödənilmə
müddətinin dəyişdirilməsi mövcud olan öhdəliyi
ləğv etmir və yeni vergi öhdəliyi yaratmır.
85.8. Vergi ödəyicisinə
münasibətdə vergi qanunvericiliyinin pozulması ilə
bağlı cinayət işi qaldırılıbsa vergi
öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.
85.9. Vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi
yazılı şəkildə
əsaslandırılmış və onun tərəfindən
vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun
və ya zəmanətin verildiyini özündə əks etdirən
müraciətini vergi orqanına göndərir. Müvafiq icra
hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə
baxır və müvafiq əsaslar olduğu halda müddətin
uzadılması barədə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq
qərar qəbul edir.
85.10. Bu Məcəllənin 85.6-cı
maddəsində nəzərdə tutulmuş əsaslar olduqda
vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili
ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin
müddət ərzində vergi ödəyicisinə bu
Məcəllənin 85.6.1-ci maddəsində göstərilən
hallarda faizlər hesablanmır, bu Məcəllənin 85.6.2-ci
maddəsində göstərilən halda isə
ödənilməmiş vergi məbləğinin 0,01 faiz
miqdarında faiz tutulur.
85.11. Müvafiq icra hakimiyyəti
orqanının vergi öhdəliyinin yerinə yetirilməsi
müddətinin uzadılması haqqında qərarında vergi
üzrə borcun məbləği, ödənilməsi müddəti
uzadılan verginin növü (növləri), ödənilmənin müddəti
və qaydası, hesablanan faizlər, habelə girov və ya
zəmanət haqqında qeydlər göstərilməlidir.
85.12. Vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması haqqında qərar
bu qərarda müəyyən edilmiş müddətdən
qüvvəyə minir.
86.0. Vergi aşağıdakı
yerlərdə ödənilir:
86.0.1. bildirişdə göstərilən
yerdə;
86.0.2. verginin hesablanmasına dair
bildiriş tələb edilmirsə, bu Məcəllə
ilə müəyyən edilən yerdə;
86.0.3. bu Məcəllədə verginin
ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi
ödəyicisi fiziki şəxsin yaşadığı yer
üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə
olunduğu yer üzrə.
87.1. Vergilərin, faizlərin və
maliyyə sanksiyalarının ödənilmiş
məbləğləri onların hesablanmış
məbləğlərindən artıq olduqda, inzibati
cərimələr üzrə borclar istisna olmaq şərti
ilə, artıq ödənilmiş məbləğlər:
87.1.1. vergi ödəyicisinin müraciətinə
əsasən digər vergilərin, faizlərin və
maliyyə sanksiyalarının ödənilməsi hesabına aid
edilir;
87.1.2. vergi ödəyicisinin
razılığı ilə sonrakı öhdəliklər
üzrə ödəmələrin hesabına aid edilir.
87.2. Vergi ödəyicisinin ödədiyi
vergilərin, faizlərin və maliyyə sanksiyalarının
artıq məbləğləri digər vergilərin,
faizlərin və maliyyə sanksiyalarının
ödənilməsi hesabına aid edildiyi halda, vergi
ödəyicisinə bu barədə 3 gün müddətində
bildiriş göndərilir.
87.3. Bu Məcəllədə başqa
hallar müəyyən edilməmişdirsə, artıq
ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qalan məbləğləri vergi
ödəyicisinin yazılı ərizəsinə əsasən 45
gün ərzində vergi ödəyicisinə qaytarılır.
87.4. Artıq ödənilmiş vergilərin,
faizlərin və maliyyə sanksiyalarının
məbləğlərinin vergi ödəyicisinə
qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
88.0. Vergilər üzrə yaranmış borc
aşağıdakı sıra qaydası ilə ödənilir:
88.0.1. hesablanmış verginin
məbləği;
88.0.2. hesablanmış faizlərin
məbləği;
88.0.3. tətbiq edilmiş maliyyə
sanksiyalarının məbləği.
89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu
Məcəllə ilə müəyyən edilmiş
müddətdən sonrakı üç ay ərzində yerinə
yetirmədikdə bu öhdəliyin yerinə yetirilməsini
təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına
bilər.
89.2. Əmlakın siyahıya
alınması vergi ödəyicisinin öz əmlakı
barəsində hüquqlarının elə
məhdudlaşdırılmasıdır ki, bu zaman vergi
ödəyicisi siyahıya alınmış əmlaka və ya onun
bir hissəsinə sərəncam vermək hüququna malik olmur,
həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi
orqanının nəzarəti ilə həyata keçirilir.
89.3. Vergi ödəyicisinin vergi
ödəməkdən boyun qaçırması barədə vergi
orqanının kifayət qədər əsası olduqda, vergi
orqanı vergi ödəyicisinə yazılı bildiriş
göndərməklə eyni zamanda ondan vergini dərhal
ödəməyi tələb edə bilər.
Vergi ödəyicisi bu maddənin birinci
abzasında nəzərdə tutulmuş hallarda vergini
ödəmədikdə, vergi orqanı özünün
əsaslandırılmış qərarı əsasında
vergi ödəyicisinin əmlakının siyahıya
alınmasını həyata keçirə bilər.
Təxirəsalınmaz hallar istisna
olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat
8.00-qədər) əmlakın siyahıya alınmasına yol
verilmir.
89.4. Vergi ödəyicisi olan hüquqi
şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki
şəxsin isə Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən tələb yönəldilə
bilməyən əmlakından başqa digər əmlakı
siyahıya alına bilər.
89.5. Yalnız vergi öhdəliyinin yerinə
yetirilməsi üçün zəruri və kifayət olan əmlak
siyahıya alına bilər.
89.6. Əmlakın siyahıya
alınması bu Məcəllənin 89.5-ci maddəsinin
müddəaları nəzərə alınmaqla
aşağıdakı ardıcıllıqla həyata
keçirilir:
nağd pul vəsaitləri;
bilavasitə məhsulların (malların)
istehsalında iştirak etməyən əmlak (qiymətli
kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal
binaları, minik avtonəqliyyatı, xidmət
otaqlarının dizayn əşyaları və sair);
hazır məhsullar (mallar), habelə
istehsalda iştirak etməyən və (və ya) bilavasitə
istehsalda iştirakı nəzərdə tutulmayan digər
maddi qiymətlilər;
istehsalda bilavasitə iştirakı
nəzərdə tutulmuş xammal və materiallar, habelə
dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər
əsas vəsaitlər;
digər əmlak.
89.7. Əmlakın siyahıya
alınması vergi orqanının rəhbərinin
qərarına əsasən həyata keçirilir. Qərarda vergi
ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan
göstərilməlidir.
89.8. Əmlakın siyahıya
alınması vergi ödəyicisinin, habelə
müşahidəçilərin və zəruri hallarda
mütəxəssislərin iştirakı ilə vergi orqanı
tərəfindən həyata keçirilir.
Əmlakın siyahıya
alınmasını həyata keçirən vergi orqanı vergi
ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli
nümayəndəsinin) əmlakın siyahıya alınması
prosesində iştirak etməsinə icazə
verməməyə səlahiyyətli deyildir.
Əmlakın siyahıya alınması
prosesində müşahidəçilərə, mütəxəssis kimi
iştirak edən şəxslərə, həmçinin vergi
ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq
və vəzifələri izah edilməlidir.
89.9. Əmlakın siyahıya
alınmasını həyata keçirən vergi orqanının
vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə)
siyahıya alınma haqqında vergi orqanının
rəhbərinin qərarını və özlərinin
səlahiyyətlərini təsdiq edən sənədi
təqdim etməlidirlər.
89.10. Siyahıya alınma zamanı vergi
orqanının vəzifəli şəxsləri
tərəfindən əmlakın siyahıya alınması
haqqında protokol tərtib edilir, əmlak siyahıya
alınır və bu siyahı protokola əlavə edilir.
Siyahıda əmlakın dəqiq adı,
sayı, fərdi əlamətləri, mümkün olduqda
qiymətləri göstərilməklə əmlak tam təsvir
edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə
və vergi ödəyicisinə (onun nümayəndəsinə)
baxış üçün təqdim edilir.
89.11. Vergi ödəyicisinin bu maddənin
müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya
alınmış əmlaka dair bağladığı
əqdlər etibarsız sayılır.
89.12. Əmlakın siyahıya
alınması haqqında qərar qanunla müəyyən edilmiş
qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə
yetirildiyi andan öz qüvvəsini itirir.
90.1. Vergi ödəyicisinin əmlakı
siyahıya alındıqdan sonra 60 gün müddətində vergi
öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi
öhdəliyinin icrasının təmin olunması məqsədi
ilə siyahıya alınmış əmlakın zəruri
və kifayət olan həcmdə
ixtisaslaşdırılmış açıq hərracda
satılması barədə məhkəməyə
müraciət edə bilər.
90.2. Məhkəmə bu
Məcəllənin 90.1-ci maddəsində göstərilən
vergi orqanının müraciətinə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
müəyyən edilmiş qaydada baxır.
90.3. Vergi ödəyicisinin siyahıya
alınmış əmlakının
ixtisaslaşdırılmış açıq hərraclarda
satılması haqqında məhkəmənin qərarı
qüvvəyə mindikdən sonra həmin əmlak müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada satılır.
90.4. Əmlakın satılmasından
əldə edilən məbləğlər əvvəlcə
tənbeh tədbirinin yönəldilməsi və əmlakın
satışı üzrə xərclərin, sonra isə
hesablanmış vergilərin, faizlərin və maliyyə
sanksiyalarının ödənilməsinə yönəldilir.
Vəsaitin qalan hissəsi 3 bank günü ərzində vergi
ödəyicisinə qaytarılır.
90.5. Bu maddənin müddəaları vergi
agentinə də şamil edilir.
90.6. Siyahıya alınmış
əmlakın ixtisaslaşdırılmış açıq
hərracda satışında vergi orqanlarının
vəzifəli şəxslərinin və ya digər
işçilərinin bilavasitə və ya dolayısı ilə
iştirak etməsinə yol verilmir.
Vergi ödəyicisinin vergi öhdəlikləri
siyahıya alınmış əmlakın
satışından sonra yerinə yetirilməmiş
qaldıqda, başqa ad altında fəaliyyət
göstərən, lakin məhkəmənin qərarı
əsasında həmin vergi ödəyicisinə məxsus
olması müəyyən edilən və bu
Məcəllədə müəyyən edilmiş qaydada
siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3
illik dövr ərzində aparılmış əməliyyatda
onun aktivlərini almış şəxs, aldığı aktivlərin
dəyərindən bu cür aktivlərə görə ödədiyi
hər hansı məbləğlər çıxılandan sonra
qalan məbləğdə vergi ödəyicisinin
öhdəlikləri üzrə birgə məsuliyyət
daşıyır.
Bu Məcəllədə
nəzərdə tutulan hallarda ödəmə
mənbəyində gəlirdən (mənfəətdən)
vergi tutmadan həmin məbləği ödəyən hüquqi
şəxslər və onların müvafiq işçiləri və
ya fiziki şəxslər verginin tutulmamasına və
büdcəyə köçürülməməsinə görə bu Məcəllənin
tələblərinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
93.1. Vergilər, faizlər və maliyyə
sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları
tərəfindən aşağıdakı hallarda silinir:
93.1.1. bu Məcəllədə
müəyyən edilmiş vergi öhdəliyinin yerinə
yetirilməsi müddəti qurtardıqda;
93.1.2. bu Məcəllədə
müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri
qüvvədən düşdükdə.
93.2. Digər hallarda vergilər, faizlər
və maliyyə sanksiyaları üzrə ümidsiz borclar qanunla
müəyyən edilmiş qaydada silinə bilər.
94.0. Verginin hesablandığının
səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə
ilə müəyyən edilmiş hallarda:
94.0.1. vergi ödəyicisinin
hesablamalarının səhv olduğunu vergi orqanının;
94.0.2. vergi orqanının
hesablamalarının səhv olduğunu vergi ödəyicisinin
üzərinə düşür.
Fəsil VIII
Fİzİkİ şəxslərİn
gəlİr vergİsİ
Rezident və qeyri-rezident fiziki
şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
96.1. Rezidentlərin gəlirləri üzrə
vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə
həmin dövr üçün bu Məcəllə ilə
müəyyənləşdirilən gəlirdən çıxılan
məbləğ arasındakı fərqdən ibarət olan
vergiyə cəlb edilən gəlirdir.
Ödəmə mənbəyində vergi
tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan
gəlirdir.
96.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik
vasitəsilə fəaliyyət göstərən qeyri-rezident
vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar
olan vergiyə cəlb edilən gəlirləri üzrə
gəlir vergisinin ödəyicisidir.
Vergiyə cəlb olunan gəlir, konkret
dövrdə Azərbaycan mənbələrindən daimi
nümayəndəliklə bağlı əldə edilən ümumi
gəlirlə həmin dövrdə bu gəlirlərin əldə
edilməsi ilə əlaqədar çəkilən və
gəlirdən çıxılan məbləğ arasındakı
fərqdir.
96.3. Qeyri-rezidentin bu Məcəllənin
96.2-ci maddəsində göstərilməyən, lakin vergiyə
cəlb edilməsi bu Məcəllənin 125-ci
maddəsində nəzərdə tutulan ümumi gəliri,
gəlirdən çıxılan məbləğ
nəzərə alınmadan ödəniş yerində vergitutma
obyektidir.
96.4. Məşğulluqdan və ya
əmlakın təqdim edilməsindən gəlir əldə
edən qeyri-rezident fiziki şəxs Azərbaycan
mənbəyindən təqvim ili ərzində əldə
etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə
müəyyənləşdirilən, həmin dövrdə bu
gəlirə aid olan və ondan çıxılan xərclər
qədər azaldılan məbləği üzrə gəlir vergisinin
ödəyicisidir.
97.1. Rezident vergi ödəyicisinin gəliri onun
Azərbaycan Respublikasında və Azərbaycan
Respublikasının hüdudlarından kənarda əldə etdiyi
gəlirdən ibarətdir.
97.2. Qeyri-rezident vergi ödəyicisinin
gəliri onun Azərbaycan Respublikası
mənbələrindən əldə etdiyi
gəlirlərdən ibarətdir.
97.3. Gəlirlərə aiddir:
97.3.1. muzdlu işlə əlaqədar
əldə edilən gəlir;
97.3.2. muzdlu işə aid olmayan
fəaliyyətdən əldə edilən gəlir;
97.3.3. vergilərdən azad edilən
gəlirlərdən başqa bütün digər gəlirlər.
98.1. Fiziki şəxs tərəfindən
muzdlu işlə əlaqədar alınan gəlir -
əmək haqqı, bu işdən alınan hər hansı
ödəmə və ya fayda, o cümlədən əvvəlki
iş yerindən, yaxud gələcək muzdlu işdən
alınan gəlirdir.
98.2. Bu Məcəllənin 98.1-ci
maddəsinin məqsədləri üçün gəlirin
məbləği, aşağıda göstərilən
məbləğdən işçinin əldə etdiyi
gəlirə görə ödədiyi hər hansı xərc
çıxıldıqdan sonra qalan məbləğə
bərabərdir:
98.2.1. fiziki şəxsə banklararası
kredit hərracında olan faiz dərəcəsindən
aşağı faiz dərəcəsi ilə ssuda verildiyi
halda - bu tipli ssudalar üzrə banklararası kredit
hərracında olan faiz dərəcəsinə uyğun
faizlə ödənməli olan məbləğlə
aşağı faiz dərəcəsinə uyğun ödənməli
olan məbləğ arasındakı fərq;
98.2.2. işəgötürənin öz
işçisinə malı, işi və ya xidməti təqdim
etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların,
işlərin və xidmətlərin bazar qiyməti ilə
dəyəri;
98.2.3. işçinin xərclərinin
əvəzi ödənildiyi halda - ödənən vəsaitin
məbləği;
98.2.4. işçinin işə götürənə
olan borcunun və ya öhdəliyinin
bağışlanıldığı halda - həmin borcun və
ya öhdəliyin məbləği;
98.2.5 işəgötürən
tərəfindən həyatın yığım
sığortası üzrə sığorta haqları
ödənildiyi halda, sığorta haqları ilə
sığorta ödənişləri arasındakı fərq
istisna olmaqla, sığorta olunanın həmin sığorta
üzrə aldığı sığorta ödənişi.
Həyatın yığım sığortası üzrə
sığorta qanunvericiliklə müəyyən edilmiş qaydada
xarici ölkələrdəki sığortaçı vasitəsilə
aparıldıqda - işə götürənin sığorta
haqları ilə əlaqədar çəkdiyi xərclər;
98.2.6 hər hansı digər halda - normativ
hüquqi aktlarda başqa qiymətləndirmə metodu
göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə
uyğun olaraq müəyyən edilən dəyər.
98.3. Faktiki ezamiyyə xərclərinin
və ya digər işgüzar xərclərin əvəzinin
ödənilməsi gəlirə daxil deyildir.
98.4. Bu Məcəllənin 98.2-ci
maddəsində göstərilən məbləğlərə
və xərclərə aksizlər, əlavə dəyər
vergisi və qiymətləndirilən əqdlə
əlaqədar işə götürənin ödəməli olduğu
hər hansı digər vergi daxildir.
98.5. İşə götürən
tərəfindən bu Məcəllənin 109.3-cü
maddəsində nəzərdə tutulmuş xərclərin
çəkilməsinin nəticəsi kimi əldə edilən
gəlir vergi tutulan gəlirə aid deyildir.
99.1. Muzdlu işə aid olmayan
fəaliyyətdən gəlirlər sahibkarlıq və
qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən
ibarətdir.
99.2. Sahibkarlıq fəaliyyətindən
gəlirə o cümlədən aşağıdakılar aiddir:
99.2.1. sahibkarlıq fəaliyyəti
məqsədləri üçün istifadə olunan aktivlərin təqdim
edilməsindən gəlir;
99.2.2. sahibkarlıq fəaliyyətinin
məhdudlaşdırılmasına və ya müəssisənin
bağlanmasına razılıq verilməsinə görə
alınan gəlir;
99.2.3. əsas vəsaitlərin təqdim
edilməsindən alınan və bu Məcəllənin
114.7-ci maddəsinə uyğun olaraq
gəlirə daxil edilən məbləğlər;
99.2.4. bu
Məcəllənin 141-ci maddəsinə uyğun olaraq
gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və
ya ehtiyatların azalmasından gəlir.
99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:
99.3.1. faiz gəliri;
99.3.2. dividend;
99.3.3. əmlakın icarəyə
verilməsindən gəlir;
99.3.4. royalti;
99.3.5. vergi ödəyicisinə
bağışlanmış borcun məbləği, bu
Məcəllənin 98.2.4-cü maddəsində
göstərilənlər istisna olmaqla;
99.3.6. sahibkarlıq fəaliyyəti
məqsədləri üçün istifadə olunmayan aktivlərin
təqdim edilməsindən gəlir;
99.3.7. təqvim ili ərzində alınan
hədiyyə və mirasların məbləği, bu Məcəllənin
98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
99.3.8. vergi ödəyicisinin aktivlərinin
ilkin qiymətinin artdığını göstərən hər
hansı digər gəlir - əmək haqqından başqa;
99.3.9. həyatın yığım
sığortası üzrə sığorta olunanın ödədiyi
və ya onun xeyrinə ödənilən sığorta haqları
ilə sığorta ödənişləri arasındakı
fərq.
Fiziki şəxsin aldığı və
bu Məcəllənin 122-ci yaxud 123-cü maddəsinə uyğun
olaraq Azərbaycandakı ödəmə mənbəyindən
vergi tutulmuş dividend və faiz gəlirdən
çıxılır.
101.1. Aylıq gəlirdən
aşağıdakı dərəcələrlə vergi
tutulur:
1-ci cədvəl
|
Vergi tutulan aylıq gəlirin
məbləği |
Verginin məbləği |
|
100000 manatadək |
vergi tutulmur |
|
100001-1000000 manatadək |
100000 manatdan çox olan məbləğin
12 faizi |
|
1000001-5000000 manatadək |
108000 manat + 1000000 manatdan çox olan
məbləğin 25 faizi |
|
5000000 manatdan çox olduqda |
1108000 manat + 5000000 manatdan çox olan
məbləğin 35 faizi |
101.2.İllik gəlirdən
aşağıdakı dərəcələrlə vergi
tutulur:
2-ci cədvəl
|
Vergi tutulan illik gəlirin
məbləği |
Verginin məbləği |
|
1200000 manatadək |
vergi tutulmur |
|
1200001-12000000 manatadək |
1200000 manatdan çox olan məbləğin
12 faizi |
|
12000001-60000000 manatadək |
1296000 manat + 12000000 manatdan çox olan
məbləğin 25 faizi |
|
60000000 manatdan çox olduqda |
13296000 manat+60000000 manatdan çox olan
məbləğin 35 faizi |
102.1. Fiziki şəxslərin
aşağıdakı gəlirləri gəlir vergisindən
azaddır:
102.1.1. Azərbaycan vətəndaşı
olmayan diplomatik və ya konsulluq əməkdaşının
rəsmi məşğulluğundan gəlir;
102.1.2. Azərbaycan Respublikasının
rezidenti və ya vətəndaşı olmayan və vergi
ilində Azərbaycan Respublikası ərazisində
üst-üstə 182 gündən az olan şəxsin iş yerindən
gəlir - əgər bu gəlir Azərbaycan
Respublikasının rezidenti olmayan işə götürən
tərəfindən, yaxud onun adından ödənilirsə və
qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən
və ya onun adından, yaxud daimi nümayəndəlikdə
fəaliyyəti ilə əlaqədar ödənilmirsə;
102.1.3. təqvim ili ərzində alınan
hədiyyə, maddi yardım və miraslar:
102.1.3.1. hədiyyələrin, təhsil
və ya müalicə haqlarını ödəmək üçün maddi
yardımın dəyəri aylıq gəlirin vergi tutulmayan
məbləğinin 50 mislinədək, xaricdə müalicə
haqlarını ödəmək üçün maddi yardımın
dəyəri - 100 mislinədək, digər maddi
yardımın dәyәri 5 mislinədək, mirasların
dəyəri - 1000 mislinədək olarsa;
102.1.3.2. hədiyyə, maddi yardım
və miras vergi ödəyicisinin ailə üzvlərindən
alındığı halda, onun tam dəyəri;
102.1.4 əvəzsiz dövlət
köçürmələri, dövlət pensiyaları, dövlət
təqaüdləri və dövlət müavinətləri, o
cümlədən hamiləliyə və doğuma görə,
ailə başçısının itirilməsi ilə
bağlı ödəmələr və müavinətlər;
102.1.5. alimentlər;
102.1.6. büdcә hesabına
birdəfəlik ödəmələr və ya maddi yardımlar;
102.1.7. qiymətli daşlardan və
metallardan, qiymətli daşlar və metalların
məmulatlarından, incəsənət
əsərlərindən, əntiq əşyalardan və vergi
ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə
edilən və ya istifadə edilmiş əmlakdan başqa,
daşınan maddi əmlakın təqdim edilməsindən
gəlir;
102.1.8. həyatın yığım
sığortası üzrə işə götürənin Azərbaycan
Respublikasının sığortaçılarına ödədiyi
sığorta haqları məbləğində sığorta
ödənişləri, habelə sığorta haqları ilə
sığorta ödənişləri arasındakı fərq
istisna olmaqla, bütün sığorta ödənişləri, o
cümlədən sığorta olunanın ölümü və ya
bədən xəsarəti nəticəsində verilən
sığorta ödənişləri;
102.1.9. vergi ödəyicisinin azı 3 il
ərzində əsas yaşayış yeri olduğu
daşınmaz əmlakının təqdim edilməsindən gəlir;
102.1.10. dəymiş zərərlərin
ödənilməsi ilə bağlı alınan kompensasiya
ödənişləri;
102.1.11. bilavasitə kənd
təsərrüfatı məhsullarının istehsalından
alınan gəlirlər;
102.1.12. sənətkarlığın
misgərlik, qalayçılıq və saxsı
məmulatlarının, təsərrüfat müxəlləfatının,
bağçılıq-bostançılıq alətlərinin, xalq
musiqi alətlərinin, oyuncaqların, suvenirlərin,
qamışdan və qarğıdan məişət əşyalarının
düzəldilməsi, keramika məmulatlarının bədii
işlənməsi, bədii tikmə, ağac materiallardan
məişət alətlərinin hazırlanması
sahəsində fəaliyyət göstərən fiziki
şəxslərin gəliri;
102.1.13. müvafiq qaydada dövlət
qeydiyyatından keçmiş lotereyalardan əldə olunan
uduşların dəyəri;
102.1.14. qanunla və (və ya) müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən kompensasiya xarakterli ödəmələr, o
cümlədən hərbi qulluqçuların pul və ya natura
şəklində təminatı;
102.1.15. yarışlarda və
müsabiqələrdə əşya şəklində alınan
mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda
və müsabiqələrdə pul şəklində alınan
mükafatların dəyəri aylıq gəlirin vergi tutulmayan
məbləğinin 200 mislinədək, respublika,
şəhər və rayon yarışlarında və
müsabiqələrində isə - 10 mislinədək.
102.2. Aşağıdakı fiziki
şəxslərin hər hansı muzdlu işdən vergi
tutulmalı olan aylıq gəliri aylıq gəlirin vergi
tutulmayan məbləğinin 20 misli miqdarında
azaldılır:
102.2.1. Azərbaycan Respublikasının
Milli Qəhrəmanlarının;
102.2.2. Sovet İttifaqı və Sosialist
Əməyi Qəhrəmanlarının;
102.2.3. Şöhrət ordeninin hər üç
dərəcəsi ilə təltif edilmiş
şəxslərin;
102.2.4. I və II qrup müharibə
əlillərinin;
102.2.5. həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarının
(ərlərinin);
102.2.6. 1941-1945-ci illərdə arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallar ilə təltif edilmiş şəxslərin;
102.2.7. qanunvericiliklə müəyyən
edilmiş qaydada müharibə veteranı adı almış
şəxslərin;
102.2.8. Çernobıl AES-də qəza, mülki
və ya hərbi təyinatlı atom obyektlərində
digər radiasiya qəzaları nəticəsində, habelə
nüvə qurğularının hər hansı növləri, o
cümlədən nüvə silahı və kosmik texnika ilə
bağlı olan sınaqlar, təlimlər və başqa
işlər nəticəsində şüa xəstəliyinə
və şüa yükü ilə əlaqədar xəstəliyə
tutulmuş və ya bu xəstəlikləri keçirmiş
şəxslərin.
102.3. I və II qrup əlillərin
(müharibə əlillərindən başqa) hər hansı
muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri
aylıq gəlirin vergi tutulmayan məbləğinin 5 misli
miqdarında azaldılır.
102.4. Aşağıdakı fiziki
şəxslərin hər hansı muzdlu işdən vergi
tutulmalı olan aylıq gəliri aylıq gəlirin vergi
tutulmayan məbləğinin 3 misli miqdarında azaldılır:
102.4.1. həlak olmuş, yaxud sonralar
vəfat etmiş döyüşçülərin valideynləri, habelə
vəzifələrinin icrası zamanı həlak olmuş
dövlət qulluqçularının valideynləri və arvadları
(ərləri). Bu şəxslərin arvadlarına
(ərlərinə) güzəşt o halda verilir ki, onlar
təkrar nigaha girmiş olmasınlar;
102.4.2. 1990-cı il yanvarın 20-də
SSRİ qoşunlarının müdaxiləsi
nəticəsində, habelə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı
həlak olmuş şəxslərin valideynləri və
arvadları (ərləri). Bu şəxslərin arvadlarına
(ərlərinə) güzəşt o halda verilir ki, onlar
təkrar nigaha girmiş olmasınlar;
102.4.3. Əfqanıstana və döyüş
əməliyyatları aparılan başqa ölkələrə
göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama
toplanışlarına çağırılmış hərbi
vəzifəlilər;
102.4.4. daimi qulluq tələb edən
uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla
birlikdə yaşayan valideynlərdən biri (özlərinin
istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.
102.4.5. məcburi köçkünlər və onlara
bərabər tutulan şəxslər.
102.5. Qohumluq dərəcəsindən
asılı olmayaraq himayəsində azı üç nəfər, o
cümlədən gündüz təhsil alan 23 yaşınadək
şagirdlər və tələbələr olan ər və
ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri aylıq
gəlirin vergi tutulmayan məbləğinin 3 misli qədər
azaldılır.
Bu qayda uşaqların 18 yaşa,
tələbələrin və şagirdlərin 23 yaşa
çatdığı ilin sonunadək, habelə uşaqların
və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək
saxlanılır.
Fiziki şəxslərin vergi tutulan
gəliri uşağın doğulduğu və
himayədə olanın himayəyə götürüldüyü aydan
başlayaraq azaldılır.
Himayədə olanların sayı il
ərzində azaldıqda (uşaqların ölümü halları
istisna olmaqla) himayədə olanların sayının
azaldığı aydan sonrakı aydan başlayaraq onların
saxlanması üçün məbləğin çıxılmasına xitam
verilir.
102.6. Aşağıdakılar
himayədə olanlara aid edilmirlər:
102.6.1. təqaüd, pensiya və işsizlik
müavinəti alan şəxslər (uşaqlardan başqa);
102.6.2. dövlət təminatında olan
şəxslər (texniki-peşə məktəblərinin
şagirdləri, uşaq və körpə evlərində
tərbiyə alanlar);
102.6.3. xüsusi məktəblərin
şagirdləri və internat evlərində olan,
saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar,
habelə tam dövlət təminatındakı məktəblər
yanında internatlarda olan uşaqlar.
102.7. Fiziki şəxsin bu
Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri
üzrə güzəşt hüququ olduqda, ona bu
güzəştlərdən biri, məbləğcə ən
böyük olanı verilir.
102.8. Əmək haqqından tutulan vergi
hesablanarkən fiziki şəxslərin bu maddədə
sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
sənədlərin təqdim edildiyi andan yaranır və
yalnız fiziki şəxsin əmək kitabçasının
olduğu yerdə həyata keçirilir.
Fəsil IX
Hüquqİ şəxslərİn
mənfəət vergİsİ
103.1. Azərbaycan Respublikasında rezident
və qeyri-rezident müəssisələr mənfəət
vergisinin ödəyiciləridir.
103.2. Fiziki şəxs olmayan hər
hansı xarici şəxs bu Məcəllənin 137-ci
maddəsinə uyğun olaraq birgə sahibkarlıq
fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını
sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona
müəssisə kimi baxılır.
103.3. Bu Məcəllənin 103.1-ci və
103.2-ci maddələrinin müddəaları bu
Məcəllənin 13.2.39.3-cü maddəsində
göstərilənlərə şamil edilmir.
104.1. Rezident müəssisə üçün vergitutma
obyekti onun mənfəətidir. Vergi ödəyicisinin gəliri
(vergidən azad edilən gəlirdən başqa) ilə bu
Məcəllənin X fəslində göstərilən,
gəlirdən çıxılan xərc arasındakı fərq
mənfəətdir.
104.2. Azərbaycan Respublikasında özünün
daimi nümayəndəliyi vasitəsilə fəaliyyət
göstərən qeyri-rezident müəssisəsi bu
fəaliyyətdən əldə etdiyi
mənfəətindən, yəni daimi nümayəndəliyi
ilə bağlı Azərbaycan mənbəyindən əldə
etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq
həmin gəlirin əldə edilməsinə çəkilən
xərclər çıxıldıqdan sonra qalan
məbləğindən vergi ödəyir.
104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi
ilə bağlı olmayan ümumi gəliri, bu
Məcəllənin 125-ci maddəsində nəzərdə
tutulduğu hallarda xərclər çıxılmadan ödəmə
mənbəyində vergiyə cəlb olunur.
104.4. Azərbaycan Respublikasındakı
daimi nümayəndəliklə bağlı olmayan əmlak
təqdim edilməsindən gəlir əldə edən
qeyri-rezident müəssisəsinin təqvim ili ərzində
Azərbaycan mənbəyindən əldə etdiyi bu
növ ümumi gəlirindən bu Məcəllədə
göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər
çıxıldıqdan sonra vergi tutulur.
105.1. Müəssisələrin
mənfəətindən 27 faiz dərəcəsi ilə vergi
tutulur.
105.2. Qeyri-rezidentin daimi
nümayəndəliyinin fəaliyyəti ilə bağlı
olmayan, lakin Azərbaycan mənbəyindən əldə
edilən ümumi gəlirindən (ƏDV və aksizlər
çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində
göstərilən dərəcələrlə vergi tutulur.
106.1. Vergidən azaddır:
106.1.1. xeyriyyə
təşkilatlarının gəliri - sahibkarlıq
fəaliyyətindən əldə etdikləri gəlirdən
başqa;
106.1.2. qeyri-kommersiya
təşkilatlarının aldıqları əvəzsiz
köçürmələr, üzvlük haqları və ianələr;
106.1.3. beynəlxalq,
dövlətlərarası və hökumətlərarası
təşkilatların gəlirləri - sahibkarlıq
fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
106.1.4. dövlət hakimiyyəti
orqanlarının, büdcə təşkilatlarının və
yerli özünü-idarəetmə orqanlarının gəlirləri
(sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla);
106.1.5. Azərbaycan Respublikasının
Milli Bankının və onun qurumlarının gəliri;
106.1.6. alınmış sığorta
ödənişləri (həmin sığorta hadisəsi ilə
əlaqədar zərərə aid edilən
məbləğlərdən başqa);
106.2. Əlillərin ictimai
təşkilatlarına məxsus olan işçilərinin ümumi
sayının azı 50 faizi əlillərdən ibarət olan
istehsal müəssisələrinin mənfəət vergisinin
dərəcəsi 50 faiz azaldılır.
Bu güzəştlərin alınması
hüququ müəyyən edilərkən işçilərin orta
siyahı sayına əvəzçilik, podrat müqavilələri
və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə
işləyən əlillər daxil edilmir.
106.3. Mənfəət vergisi hesablanarkən
vergi tutulan mənfəət istehsal tәyinatlı kapital
qoyuluşunun maliyyələşdirilməsinə və ya bu
məqsədlər üçün alınmış və istifadə
edilmiş bank kreditlərinin ödənilməsinə
müəssisənin faktiki çəkdiyi xərclər
məbləğində azaldılır.
Bu güzəştin verilməsində
nəzərə alınan istehsal təyinatlı kapital
qoyuluşları dedikdə bilavasitə məhsul istehsalı
prosesindә iştirak edən binaların-sexlərin yeni
tikinti formasında əsaslı tikintisi, yendən qurulması,
fəaliyyətdə olan müəssisələrin
genişlәndirilmәsi və texniki cəhətdən
yenidən təchizi, habelə qurğuların,
avadanlıqların, istehsal dahili nәqliyyat
vasitələrinin və əsas vəsaitlərin, digər
obyektlərinin (və ya hissələrinin) satin alınması
başa düşülür.
Göstərilən güzəşt
aşağıdakı hallarda tətbiq edilmir:
qanunvericiliyə əsasən bilavasitə
istehsal fəaliyyəti ilə məşğul olunması
qadağan edilmiş müəssisə və təşkilatlara;
sponsorların maliyyə yardımı
və digər əvəzsiz verilmiş yardım hesabına
kapital qoyuluşlarına;
torpaq sahələrinin və qeyri-maddi
aktivlərin alınması və yaradılması ilə
xərclər.
Bu güzəşt hesabat dövründə
hesablanmış və istehsal xərclərinə aid
edilmiş amortizasiya ayırmaları məbləğində
azaldılan hesabat dövrünün faktiki mәsrәflәri
məbləğində verilir.
Mənfəət vergisi üzrə
güzəşt verilmiş əsas vəsaitlər və tikintisi
başa çatdırılmamış obyektlər təqdim
edilərsə, birgə fəaliyyətlə əlaqədar
və ya əvəzsiz olaraq başqa hüquqi və fiziki
şəxsə verilərsə (kapital qoyuluşunun
maliyyәlәşdirilmәsinә yönəldilmiş
mənfəət üzrə güzəşt verildiyi vaxtdan iki il
ərzində), vergiyə cəlb edilən mənfəət
bu əsas fondların qalıq dəyəri və tikintisi
başa çatdırılmamış obyektlər üzrə
çəkilmiş xərclər qədər, əvvəl
verilmiş güzəştdən çox olmamaqla artırılır.
İstehsal təyinatlı kapital
qoyuluşunun maliyyәlәşdirilmәsi üçün alınan
və istifadə edilən bank kreditlərinin
ödənilməsinə görə güzəşt, istehsal
tәyinatlı kapital qoyuluşuna yönəldilmiş
məbləğlər dairəsində, onlar ödәnildikcә
hissə-hissə tətbiq olunur.
Fəsil X
Fİzİkİ şəxslərİn
gəlİr vergİsİnə və hüquqİ
şəxslərİn mənfəət vergİsİnə
aİd olan maddələr
Bu fəsil gəlir vergisinin və
mənfəət vergisinin məqsədləri üçün tətbiq
edilir.
Bu fəsilə uyğun olaraq
gəlirdən çıxılmayan xərclərdən başqa,
gəlirin əldə edilməsi ilə bağlı olan bütün
xərclər gəlirdən çıxılır.
109.1. Əsas vəsaitlərin
alınmasına və qurulmasına çəkilən
xərclərin və bu Məcəllənin 143-cü
maddəsinə uyğun olaraq kapital xarakterli digər
xərclərin gəlirdən çıxılmasına yol verilmir.
109.2. Qeyri-kommersiya fəaliyyəti ilə
bağlı olan xərclərin gəlirdən
çıxılmasına yol verilmir.
109.3. Əyləncə və yemək
xərclərinin, habelə işçilərin mənzil və
digər sosial xarakterli xərclərinin gəlirdən
çıxılmasına yol verilmir.
109.4. Sahibkarlıq fəaliyyəti
əyləncə və ya sosial xarakteri daşıyan vergi
ödəyicisinin xərcləri bu cür fəaliyyət
çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə
və sosial xərclər gəlirdən çıxılır.
109.5. Fiziki şəxsin fərdi istehlakla
və ya əmək haqqının alınması ilə
bağlı olan xərcləri gəlirdən
çıxılmır.
109.6. Ehtiyat fondlarına ayırma
məbləğləri yalnız bu Məcəllənin 111-ci
və 112-ci maddələrinə müvafiq surətdə
gəlirdən çıxılır.
109.7. Faktiki ezamiyyə xərclərinin
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
normadan artıq olan hissəsi gəlirdən
çıxılmır.
110.1. Bu Məcəllənin 110.2-ci
maddəsinin yerinə yetirilməsi şərti ilə borca
görə ödənilmiş faizlərin faktiki məbləği
(hesablamalar metodundan istifadə edildikdə - ödənilməli
faizlərin məbləği), lakin borcun verilməsi zamanı
banklararası kredit hərracında olan faiz
dərəcəsinin 150 faizi səviyyəsindən artıq
olmamaqla, gəlirdən çıxılır.
110.2. Qarşılıqlı
surətdə asılı olan şəxslərin
bir-birindən alınmış borclar üzrə bu
Məcəllənin 110.1-ci maddəsinə uyğun olaraq
gəlirdən çıxıla bilən ödənilmiş və ya
ödənilməli faizlərin maksimum məbləği
aşağıdakı düsturla
müəyyənləşdirilən məbləğlə
məhdudlaşdırılır:
M = Gf + 50% (Gü - Gf - Ç),
burada:
M - məhdudlaşdırılan
məbləğ;
Gf - vergi
ödəyicisinin hər hansı faiz gəliri;
Gü - vergi
ödəyicisinin ümumi gəliri;
Ç - ümumi
gəlirdən çıxılan məbləğ (faizlər
üzrə gəlirdən çıxılan məbləğdən
başqa).
111.1. Əgər malların təqdim
edilməsi, işlərin görülməsi və xidmətlərin
göstərilməsi ilə əlaqədar gəlir
əvvəllər sahibkarlıq fəaliyyətindən
əldə edilən ümumi gəlirə daxil edilmişdirsə,
vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc
məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
111.2. Ümidsiz borc məbləğinin
gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat
kitablarında ümidsiz borc məbləğinin dəyəri
olmayan borc kimi silindiyi vaxt yol verilir.
111.3. Banklar və bank fəaliyyətinin
ayrı-ayrı növlərini həyata keçirən digər kredit
təşkilatları Azərbaycan Respublikası Milli
Bankının müəyyən etdiyi qaydaya uyğun aktivlərin
təsnifatından asılı olaraq xüsusi ehtiyat
fondlarının yaradılmasına aid edilən
məbləğləri gəlirdən çıxmaq hüququna
malikdirlər.
Sığorta fəaliyyəti ilə
məşğul olan hüquqi şəxs Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına
ayırma məbləğlərini gəlirdən çıxmaq
hüququna malikdir.
Gəlir götürmək məqsədi ilə
aparılan elmi tədqiqat, layihə-axtarış və
təcrübə-konstruktor işlərinə çəkilən
xərclər (əsas vəsaitlərin alınması və
qurulması ilə bağlı xərclər, habelə kapital
xarakterli digər xərclər istisna olmaqla) gəlirdən
çıxılır.
114.1. Bu Məcəllənin 99-cu
maddəsində müəyyən edilmiş sahibkarlıq və
qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən
əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu
maddənin müddəalarına uyğun olaraq gəlirdən
çıxılır.
114.2. Torpaq, incəsənət
əsərləri və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən
köhnəlməyə məruz qalmayan digər aktivlər
amortizasiya olunmur.
114.3. Əsas vasitələrin
kateqoriyaları üzrə illik amortizasiya normaları
aşağıdakı kimi müəyyən edilir:
114.3.1. binalar, tikililər və qurğular
- 10 %-dək;
114.3.2. maşınlar, avadanlıq və
hesablama texnikası - 25 %-dək;
114.3.3. digər əsas vəsaitlər - 20
%-dək;
114.3.4. geoloji-kəşfiyyat
işlərinə və təbii ehtiyatların hasilatına
hazırlıq işlərinə çəkilən xərclər
- 25 %-dək;
114.3.5. qeyri-maddi aktivlər istifadə
müddəti məlum olmayanlar üçün 10% istifadə müddəti
məlum olanlar üçün isə illər üzrə istifadə
müddətinə mütənasib məbləğlərə.
114.4. Əsas vəsaitlərin
kateqoriyaları üzrə amortizasiya ayırmaları bu
Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya
aid olan əsas vəsaitlər üçün
müəyyənləşdirilmiş amortizasiya normasını
həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna
balans üzrə qalıq dəyərinə tətbiq
etməklə hesablanır.
Hər hansı kateqoriyaya aid olan əsas
vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş
amortizasiya normalarından aşağı norma tətbiq
olunduqda, bunun nəticəsində yaranan fərq növbəti
vergi illərində amortizasiyanın gəlirdən
çıxılan məbləğinə əlavə oluna
bilər.
114.5. Binalar, tikililər və qurğular
(bundan sonra-tikililər) üçün amortizasiya ayırmaları hər
tikili üzrə ayrılıqda aparılır.
114.6. Hər bir kateqoriyaya aid əsas
vəsaitlər üzrə ilin sonuna balans dəyəri
aşağıdakı qaydada
müəyyənləşdirilən (lakin sıfırdan
aşağı olmayan) məbləğdən ibarət olur:
114.6.1. kateqoriyaya aid əsas
vəsaitlərin əvvəlki ilin sonuna balans dəyəri
əvvəlki il üçün həmin kateqoriya üzrə hesablanmış
amortizasiya məbləği, həmçinin bu Məcəllənin
114.8-ci və 114.9-cu maddələrinə müvafiq olaraq
əvvəlki ildə gəlirdən çıxılmış
məbləğlər qədər azaldılır və qalan
məbləğə bu Məcəllənin 114.6.2-ci
maddəsində göstərilən məbləğlər
əlavə olunur, bu Məcəllənin 114.6.3-cü maddəsində
göstərilən məbləğlər isə
çıxılır;
114.6.2. əsas vəsaitlərin bu
Məcəllənin 143-cü maddəsinə uyğun olaraq
hesablanmış və il ərzində kateqoriyaya aid əsas
vəsaitlərin balans dəyərinə əlavə
edilən dəyəri;
114.6.3. əsas vəsaitlərin vergi ili
ərzində təqdim edilməsindən əldə olunan
məbləğlər.
114.7. Müəyyən kateqoriyaya aid əsas
vəsaitlərin il ərzində təqdim edilməsindən
əldə olunan məbləğ həmin kateqoriyaya aid
əsas vəsaitlərin ilin sonuna balans üzrə qalıq
dəyərindən çoxdursa, həmin əsas vəsaitlərin
təqdim edilməsindən əldə olunan əlavə
məbləğ gəlirə daxil edilir, onların balans
üzrə qalıq dəyəri isə sıfıra
bərabər olur.
114.8. İlin sonuna hər hansı
kateqoriyaya aid əsas vəsaitlərin balans üzrə qalıq
dəyəri aylıq gəlirin vergi tutulmayan
məbləğinin 10 mislindən azdırsa, balans üzrə
qalıq dəyərinin məbləği gəlirdən
çıxılır.
114.9. Hər hansı kateqoriyaya aid bütün
əsas vəsaitlər təqdim edilmiş, yaxud ləğv
edilmişdirsə, ilin sonuna həmin kateqoriyaya aid əsas
vəsaitlərin balans dəyəri gəlirdən
çıxılır.
115.1. Hər il üçün gəlirdən
çıxılmalı olan təmir xərclərinin
məbləği əsas vəsaitlərin hər bir
kateqoriyasının ilin sonuna balans üzrə qalıq
dəyərinin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən həddi ilə
məhdudlaşdırılır. Təmir xərclərinin
faktiki məbləği bu hədd ilə
müəyyənləşdirilən məbləğdən az
olduqda, gəlirdən təmir xərclərinin faktiki
məbləği çıxılır.
Bu halda növbəti vergi illərində
təmir xərclərinin gəlirdən çıxılan
məbləğ həddi təmir xərclərinin faktiki
məbləği ilə müəyyənləşdirilmiş
hədd üzrə hesablanmış məbləği
arasındakı fərq qədər artırılır.
115.2. Bu Məcəllənin 115.1-ci
maddəsində müəyyən edilən
məhdudlaşdırmadan artıq olan məbləğ hər
bir kateqoriyaya aid əsas vəsaitlərin balans üzrə
qalıq dəyərinin artmasına aid edilir.
115.3. İcarəyə götürülmüş
əsas vəsaitlər üzrə təmir xərclərinin
gəlirdən çıxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Öz işçilərinin xeyrinə
əmlakın zərərdən sığortalanması,
habelə xarici sığorta təşkilatları ilə
bağlanmış həyat sığortası müqavilələri
üzrə sığorta haqları istisna olmaqla,
sığortalının ödədiyi sığorta haqları
gəlirdən çıxılır.
117.1. Geoloji-kəşfiyyat
işlərinə və təbii ehtiyatların hasilatına
hazırlıq işlərinə çəkilən xərclər
bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən
edilmiş amortizasiya dərəcəsi ilə hesablanan
amortizasiya ayırmaları şəklində ümumi
gəlirdən çıxılır.
117.2. Bu maddə vergi ödəyicisinin
geoloji-kəşfiyyat işlərini aparmaq və təbii
ehtiyatları emal, yaxud istismar etmək hüquqlarını
əldə etmək üçün qeyri-maddi aktivlərə çəkdiyi
xərclərə də tətbiq olunur.
118.1. Hüquqi və fiziki şəxslərin
bir ildən artıq müddətə təsərrüfat
fəaliyyətində istifadə etdikləri qeyri-maddi
obyektlərə çəkilən xərclər qeyri-maddi
aktivlərə aiddir.
118.2. Qeyri-maddi aktivlərə
çəkilən xərclər bu Məcəllənin 114-cü
maddəsi ilə müəyyən edilən amortizasiya
dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları
şəklində gəlirdən çıxılır.
118.3. Qeyri-maddi aktivlərin
alınmasına və ya istehsalına çəkilən
xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan
gəlirinin hesablanması zamanı gəlirdən
çıxılmışdırsa, həmin xərclər amortizasiya
olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.
119.0. Aşağıdakı vergilərin
və maliyyə sanksiyalarının gəlirdən
çıxılmasına yol verilmir:
119.0.1. Azərbaycan Respublikasının
və ya digər dövlətlərin ərazilərində
ödənilmiş mənfəət vergisi və ya
gəlirdən hesablanan hər hansı digər vergi;
119.0.2. ödənilmiş maliyyə
sanksiyaları.
Fiziki şəxsin əmlakın təqdim
edilməsindən (təsərrüfat fəaliyyəti üçün
istifadə edilən əmlakdan və ya təqdim
edilməsindən əldə olunan gəlirin vergidən azad
edildiyi əmlakdan başqa) yaranan zərəri belə
əmlakın təqdim edilməsindən əldə olunan
gəliri hesabına kompensasiya edilir. Yaranmış
zərər həmin ildə kompensasiya edilə bilmirsə, o,
gələcək beş ilədək davam edən sonrakı
dövrə keçirilir və belə əmlakın təqdim
edilməsindən götürülən gəlir hesabına kompensasiya
edilir.
121.1. Müəssisənin -
gəlirlərdən çıxılmasına yol verilən
xərclərinin gəlirlərdən artıq olan hissəsi
beş ilədək davam edən sonrakı dövrə keçirilir
və illər üzrə məhdudiyyət qoyulmadan
gələcək dövrlərin mənfəəti hesabına
kompensasiya edilir.
121.2. Fiziki şəxsin - sahibkarlıq
fəaliyyətindən əldə edilən ümumi
gəlirindən çıxılmasına yol verilən
xərclərinin belə ümumi gəlirdən artıq olan
hissəsi digər gəlirlərdən çıxıla
bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq
fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya
edilməsi üçün beş ilədək davam edən sonrakı
dövrə keçirilə bilər.
122.1. Rezident müəssisə
tərəfindən ödənilən dividenddən ödəmə
mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
122.2. Dividendin faktiki sahibi olan fiziki və
hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci
maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan
fiziki və hüquqi şəxslərin həmin gəlirindən
bir daha vergi tutulmur.
Həmin gəlir yenidən dividend
şəklində verilən zaman vergiyə cəlb olunmur.
123.1. Rezident banklarına və ya
qeyri-rezident bankların Azərbaycan Respublikasındakı daimi
nümayəndəliyinə kreditlər (ssudalar) üzrə
ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən
və ya qeyri-rezidentin daimi nümayəndəliyi
tərəfindən, yaxud bu cür nümayəndəliyin adından
ödənilən faizlərdən, gəlir bu
Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq
Azərbaycan mənbəyindən əldə edilmişdirsə,
ödəniş mənbəyində 10 faiz dərəcə
ilə vergi tutulur.
123.2. Faizlərin faktiki sahibi fiziki
şəxsdirsə, bu Məcəllənin 123.1-ci və
123.4-cü maddələrinə uyğun olaraq vergi tutulmuş
faizlər həmin fiziki şəxslərə
ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.
123.3. Faizlərin faktiki sahibi
mənfəəti vergiyə cəlb olunan rezident
müəssisədirsə və ya qeyri-rezidentin daimi
nümayəndəliyidirsə, bu Məcəllənin 123.1-ci
maddəsinə uyğun olaraq vergi tutulmuş faizləri alan
həmin müəssisə və ya qeyri-rezidentin daimi
nümayəndəliyi hesabladığı verginin
məbləğini, ödəmə mənbəyində verginin
tutulduğunu təsdiq edən sənədləri vermək
şərti ilə bu mənbədə ödənilmiş verginin
məbləği qədər azaldır.
123.4. Həyatın yığım
sığortası üzrə sığorta olunanın ödədiyi
və ya onun xeyrinə ödənilən sığorta haqları
ilə sığorta ödənişləri arasındakı
fərq kimi alınan gəlirdən ödəniş
mənbəyindən 10 faiz dərəcəsi ilə vergi
tutulur.
124.1. Daşınan və daşınmaz
əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya
qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi
nümayəndəliyinin ödədiyi və ya onun adından
ödənilən royaltidə gəlir bu Məcəllənin
13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan
mənbəyindən əldə edilmişdirsə,
ödəmə mənbəyində 10 faiz dərəcə
ilə vergi tutulur.
124.2. Fiziki şəxs - rezident bu
Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi
tutulan icarə haqqı və ya royalti aldıqda, tutulmuş
vergi çıxılmadan icarə haqqının və ya royaltinin
tam məbləğini öz gəlirlərinə daxil edir və
hesabladığı verginin məbləğini ödəmə
mənbəyində verginin tutulduğunu təsdiq edən
sənədləri vermək şərti ilə bu
mənbədə ödənilmiş verginin məbləği
qədər azaldır.
124.3. Rezident müəssisələrə
və ya qeyri-rezidentlərin daimi
nümayəndəliklərinə Azərbaycan Respublikasında
ödənilmiş məbləğlər bu maddə üzrə
vergitutma obyekti deyildir.
125.1. Qeyri-rezidentin, bu Məcəllənin
13.2.16-cı maddəsi ilə Azərbaycan
mənbəyindən əldə olunan gəliri kimi
müəyyən edilən və qeyri-rezidentin Azərbaycan
Respublikasının ərazisindəki daimi nümayəndəliyinə
aid olmayan ümumi gəlirindən ödəmə
mənbəyində xərclər çıxılmadan
aşağıdakı dərəcələrlə vergi
tutulur:
125.1.1. dividend - bu Məcəllənin
122-ci maddəsinə uyğun olaraq;
125.1.2. faizlər - bu Məcəllənin
123-cü maddəsinə uyğun olaraq;
125.1.3. rezident müəssisəsinin və ya
sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi
əməliyyatları üzrə ödəmələri, habelə
riskin sığortasına və ya təkrar sığortasına
dair müqaviləyə uyğun olaraq sığorta
ödəmələri - 4 faiz;
125.1.4. Azərbaycan Respublikası ilə
digər dövlətlər arasında beynəlxalq rabitə
və ya beynəlxalq daşımalar həyata
keçirilərkən rabitə və ya nəqliyyat
xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın
ödəmələri - 6 faiz;
125.1.5. rezident müəssisəsinin və ya
sahibkarın aşağıdakı
ödəmələrindən:
muzdlu işlə əlaqədar alınan
gəlirlər istisna olmaqla işlərin görülməsindən
və ya xidmətlərin göstərilməsindən əldə
edilən gəlirlər, o cümlədən bu
Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu, 13.2.16.11-ci,
13.2.16.12-ci və 13.2.16.14-cü maddələrində
göstərilən xidmətlərdən alınan gəlir və
13.2.16.18-ci maddəsinə uyğun olaraq
müəyyənləşdirilən digər gəlirlər - 15
faiz;
125.1.6. rezident müəssisəsinin və ya
sahibkarın muzdlu işlə əlaqədar ödədiyi
gəlir - bu Məcəllənin 101-ci maddəsində
göstərilən dərəcələrlə;
125.1.7. icarə haqları və royalti - bu
Məcəllənin 124-cü maddəsinə uyğun olaraq.
125.2. Bu maddənin məqsədləri üçün
qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi
nümayəndəliyi tərəfindən və ya onun adından
aparılan ödəmələr rezident müəssisənin
ödəmələrinə bərabər tutulur.
Qeyri-rezidentin daimi
nümayəndəliyindən mənfəət vergisindən
əlavə olaraq bu daimi nümayəndəliyin xalis
mənfəətindən həmin qeyri-rezidentin xeyrinə
köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz
dərəcə ilə vergi tutulur.
127.1. Rezidentin Azərbaycan
Respublikasının hüdudlarından kənarda Azərbaycan
mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir
vergisinin və ya mənfəət vergisinin
məbləğləri Azərbaycanda vergi
ödənilərkən nəzərə alınır.
127.2. Bu Məcəllənin 127.1-ci
maddəsinə uyğun olaraq nəzərə alınan
məbləğ Azərbaycan Respublikasında həmin
gəlirdən və ya mənfəətdən müəyyən
edilmiş dərəcələrlə tutulan verginin
məbləğindən çox olmamalıdır.
128.1. Rezident güzəştli vergi tutulan
ölkədə gəlir əldə edən qeyri-rezidentin
nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya
dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun
səsvermə hüququ verən səhmlərinin 20 faizindən
çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan
gəlirinə daxil edilir.
128.2. Güzəştli vergi tutulan xarici
ölkə dedikdə, vergi dərəcəsi bu
Məcəllədə müəyyən edilmiş
dərəcədən 2 dəfə və ya daha çox
aşağı olan və ya maliyyə məlumatını
yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət)
götürən barədə sirri qorumaq imkanı verilmiş
şirkətlər haqqında məlumatın
məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa
düşülür.
Vergi ili təqvim ili sayılır.
130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin
(mənfəətin) dəqiq əks etdirilməsi üçün
sənədləşdirilmiş məlumat əsasında
gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında
dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun
şəkildə tətbiq edilən uçot metodundan asılı
olaraq gəlirlərini və xərclərini onların əldə
edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid
etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot
metodunda xərclərin və daxilolmaların müddətləri
və uçotu qaydasına dair bütün tələblər
nəzərə alınmalıdır.
130.2. Vergi ödəyicisi öz fəaliyyəti
ilə bağlı olan bütün əməliyyatların
başlanğıcını, gedişini və
qurtarmasını müəyyənləşdirməyə imkan
verən uçotun aparılmasını təmin etməyə
borcludur.
130.3. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir
bu Məcəllənin tələblərinə əməl
etmək üçün zəruri düzəlişləri aparmaq şərti
ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla
hesablanmalıdır.
130.4. Vergi ödəyicisi vergi ili
ərzində eyni metodu tətbiq etmək şərti ilə
vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə
apara bilər.
130.5. Vergi ödəyicisinin istifadə etdiyi
uçot metodu dəyişdirilərkən verginin məbləğinə
təsir göstərən mühasibat əməliyyatlarına
düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə
aparılmalıdır ki, bu əməliyyatlardan heç biri
nəzərdən qaçırılmasın və ya iki
dəfə hesaba alınmasın.
Kassa metodu ilə uçot aparan vergi ödəyicisi
gəliri əldə edəndə və ya gəlir onun
sərəncamına veriləndə, bu gəliri
nəzərə almalı və gəlirdən öz xərclərini
yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.
132.1. Vergi ödəyicisinin nağd pul
vəsaitini aldığı, nağdsız ödəmədə
isə pul vəsaitinin bankda onun hesabına və ya
sərəncamçısı ola biləcəyi hesaba, yaxud
göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba
daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt
sayılır.
132.2. Vergi ödəyicisinin maliyyə
öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda
(qarşılıqlı hesablaşmalar aparıldıqda
və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və
ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.
133.1. Vergi uçotunun məqsədləri üçün
vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin
çəkilməsi vaxtı, əgər bu maddədə başqa
hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki
çəkildiyi vaxt sayılır.
133.2. Vergi ödəyicisi pul vəsaitini
ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi,
nağdsız ödəmədə isə vergi ödəyicisinin pul
vəsaitinin köçürülməsi haqqındakı tapşırığının
bank tərəfindən alındığı vaxt xərcin
çəkildiyi vaxt sayılır.
133.3. Vergi ödəyicisi qarşısında
maliyyə öhdəlikləri ləğv edildiyi və ya
ödənildiyi halda (qarşılıqlı hesablaşmalar
aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin
ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin
çəkilməsi vaxtı sayılır.
133.4. Borc öhdəlikləri üzrə
faizlər ödənilərkən və ya əmlakın
icarəyə götürülməsi müqabilində ödəmə həyata
keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə
müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə
edirsə, hesabat ilində gəlirdən çıxılmalı
olan və faktiki ödənilən faizlərin (icarə
haqqının) məbləği həmin il üçün hesablanan
faizlərin (icarə haqqının) məbləği
deməkdir.
Hesablama metodu ilə uçot aparan vergi
ödəyicisi gəlir əldə edilməsinin və xərc
çəkilməsinin faktiki vaxtından asılı olmayaraq
gəlirini və xərcini müvafiq surətdə gəlir almaq
hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi
barədə öhdəliyin yarandığı vaxt
nəzərə almalıdır.
135.1. Müvafiq məbləğ vergi
ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə,
yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün
öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt
gəliri almaq hüququ əldə edilmiş sayılır.
135.2. Vergi ödəyicisi müqavilə üzrə
iş görürsə və ya xidmət göstərirsə, gəlir
onu almaq hüququ müqavilədə nəzərdə tutulan
işlərin görülməsinin və ya xidmətlərin
göstərilməsinin tam başa çatdığı vaxtda
əldə edilmiş sayılır.
135.3. Vergi ödəyicisi gəlir əldə
edirsə və ya onun faiz gəliri, yaxud əmlakın
icarəyə verilməsindən gəlir əldə etmək
hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə
müqaviləsi üzrə ödəmənin müddətinin
qurtardığı vaxt gəlir almaq hüququnun əldə
edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə
müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat
dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına
müvafiq surətdə həmin hesabat dövrləri üzrə
bölüşdürülür.
136.1. Vergi ödəyicisi vergi uçotunun
aparılması üçün hesablama metodundan istifadə etdikdə,
əqdlə bağlı olan xərcin çəkilməsi
vaxtı, bu maddədə başqa hallar nəzərdə
tutulmamışdırsa, aşağıda sadalanan
şərtlərin hamısına əməl edildiyi vaxt
sayılır:
136.1.1. vergi ödəyicisi birmənalı
olaraq maliyyə öhdəliklərini qəbul edir;
136.1.2. maliyyə öhdəliklərinin
məbləği dəqiq qiymətləndirilir;
136.1.3. əqddə və ya
müqavilədə iştirak edən bütün tərəflər
əqd və ya müqavilə üzrə özlərinin bütün
öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq
məbləğlər qeyd-şərtsiz ödənilməlidir.
136.2. Bu maddədə göstərilən
maliyyə öhdəliyi əqdə və ya müqaviləyə
müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki,
onun yerinə yetirilməsindən ötrü əqdin və ya
müqavilənin digər iştirakçısı pul
şəklində və ya digər şəkildə müvafiq
vəsait verməli olsun .
136.3. Borc öhdəliyi üzrə faizlər
və ya əmlakın icarə haqqı ödənilərkən
borc öhdəliyi və ya icarə müqaviləsi üzrə
ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə
edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma
qaydasına müvafiq surətdə bölüşdürülür.
Hüquqi şəxs yaratmadan birgə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslər, həmin fəaliyyətdən əldə
etdikləri birgə gəliri (bu fəaliyyətlə
bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra,
birgə sahibkarlıq fəaliyyətlərinə dair
razılığa uyğun olaraq, vergiyə cəlb edilən
gəliri bu fəaliyyətin iştirakçıları arasında
bölürlər.
138.1. "Uzunmüddətli müqavilə" -
müqavilədə nəzərdə tutulan istehsal,
quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı
xidmətlərin və işlərin vergi ili ərzində
başa çatdırılmadığı müqavilə deməkdir.
Müqavilədə göstərilən işlərin
başlandığı gündən 6 ay ərzində başa
çatdırılmasını nəzərdə tutan
müqavilələr uzunmüddətli müqavilələrə aid
edilmir.
138.2. Vergi ödəyicisi hesablama metodu ilə
uçot aparırsa, uzun müddətli müqavilələrlə
bağlı gəlir və bu gəlirdən çıxılan
məbləğlər vergi ili ərzində
müqavilələrin yerinə yetirilməsinin faktiki
həcmlərinə uyğun olaraq uçota alınır.
138.3. Müqavilənin yerinə
yetirilməsinin faktiki həcmi vergi ili ərzində
çəkilmiş xərcin həmin müqavilədə
nəzərdə tutulan ümumi qiymətləndirilən
xərclərlə müqayisə edilməsi yolu ilə
müəyyənləşdirilir.
139.1. Vergi ödəyicisi özünün
mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul
istehsalı, işlər görülməsi və ya xidmətlər
göstərilməsində istifadə olunmaq üçün nəzərdə
tutulan hər hansı malı əmtəə-material
ehtiyatlarına aid etməyə borcludur.
139.2. Əmtəə-material
ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal
etdiyi, yaxud satın aldığı malların istehsal
xərclərinə və ya satınalma qiymətlərinə
əsasən müəyyənləşdirilən dəyərini
uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu
malların saxlanmasına və nəql olunmasına
çəkilən xərcləri də onların
dəyərinə daxil etməlidir.
139.3. Əmtəə-material
ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi
mənəvi cəhətdən köhnəlmiş və ya
dəbdən düşmüş qüsurlu malın, yaxud digər
səbəblər üzündən istehsalına çəkilmiş
xərclərdən (satınalma qiymətindən) yüksək
qiymətə satıla bilməyən malın (məhsulun)
dəyərini onların satıla biləcəyi qiyməti
əsas götürməklə qiymətləndirə bilər.
139.4. Vergi ödəyicisi onun ixtiyarında olan
malların fərdi uçotunu aparmırsa, o,
əmtəə-material ehtiyatlarının uçotunu orta maya
dəyəri ilə qiymətləndirmə metodundan
istifadə etməklə aparmaq hüququna malikdir.
140.1. İcarəyə verən maddi
əmlakı maliyyə lizinqi müqaviləsi üzrə
icarəyə verirsə, vergitutma məqsədləri üçün
icarəçi əmlakın sahibi, icarə ödəmələri
isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr
sayılır.
140.2. Aşağıdakı hallarda
əmlak icarəsi maliyyə lizinqi sayılır:
140.2.1. lizinq müqaviləsi ilə icarə
müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə
verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti
qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş
və ya qabaqcadan güman edilən qiymətlərlə almaq
hüququna malikdir, yaxud;
140.2.2. icarə müddəti icarəyə götürülən
əmlakın istismar müddətinin 75 faizindən
artıqdır, yaxud;
140.2.3. icarə müddəti qurtardıqdan
sonra əmlakın qalıq dəyəri icarənin
əvvəlinə onun bazar qiymətinin 20 faizindən
azdır, yaxud;
140.2.4. icarə haqqının
ödəniləcək məbləği əmlakın icarənin
əvvəlinə olan bazar qiymətinin ən azı 90
faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
140.2.5. icarəyə götürülən əmlak
icarəçi üçün sifarişlə hazırlanmışdır
və icarə müddəti qurtardıqdan sonra icarəçidən
başqa heç kəs tərəfindən istifadə edilə bilməz.
140.3. Bu Məcəllənin 140.2.4-cü
maddəsi aktivin istifadə olunması müddətinin 3/4-ü
qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir.
140.4. Bu maddənin məqsədləri üçün
icarə ödəmələrinin cari dəyərini
müəyyənləşdirməkdən ötrü istifadə
edilən faiz dərəcəsi Azərbaycan
Respublikasının Milli Bankının banklararası kredit
hərracının hər rübdə əvvəlki rübün
yekunlarına görə ədədi orta ilə müəyyənləşdirilən
kredit dərəcəsinin 125 faizi məbləğində
tutulur.
140.5. Bu maddənin məqsədləri üçün
icarəçinin icarəni təzələmək hüququna malik
olduğu əlavə müddət icarə müddətinə
daxildir.
140.6. İcarəyə verən maliyyə
lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu
Məcəllənin 140.1-ci maddəsində göstərilən
ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd
əmlakı icarəyə verənin satması və
icarəçinin alması kimi qiymətləndirilir.
141.1. Əvvəllər gəlirdən
çıxılmış xərc, zərər və ya
şübhəli borc ödənilirsə, əldə edilən
məbləğ onların ödənildiyi vaxtda gəlir
sayılır.
141.2. Əvvəllər gəlirdən
çıxılmış ehtiyat azalırsa, həmin ehtiyatın
azalmış məbləği gəlirə daxil edilir.
142.1. Aktivlərin təqdim
edilməsindən əldə edilən gəlir, aktivlərin
təqdim edilməsindən daxilolmalar və aktivlərin bu
Məcəllənin 143-cü maddəsinə uyğun olaraq
müəyyənləşdirilən dəyəri
arasındakı müsbət fərq deməkdir. Aktivlərini
əvəzsiz əsasla və ya güzəştli qiymətlə
təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim
edilən aktivin bazar qiyməti və onun bu
Məcəllənin 143-cü maddəsinə uyğun olaraq
müəyyənləşdirilən dəyəri
arasındakı fərqdən ibarətdir.
142.2. Aktivlərin təqdim
edilməsindən yaranan zərər aktivlərin təqdim
edilməsindən daxilolmalar və həmin aktivlərin bu
Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə
müəyyənləşdirilən dəyəri
arasındakı fərqdən ibarətdir.
142.3. Bu maddə bu Məcəllənin
114-cü maddəsinə müvafiq olaraq kateqoriyalar üzrə amortizasiya
olunan aktivlərə tətbiq edilmir.
Aktivlərin dəyərinə onların
alınması, gətirilməsi, istehsalı, tikilməsi,
quraşdırılması və qurulması üçün
çəkilən xərclər, həmçinin, vergi ödəyicisinin
gəlirdən çıxmaq hüququna malik olduğu xərclər
istisna edilməklə, aktivlərin dəyərini artıran
digər xərclər daxil edilir.
144.1. Vergi tutulan gəlir müəyyən
edilərkən aşağıdakı hallarda gəlir və
ya zərər nəzərə alınmır:
144.1.1. aktivlər ər və arvad
arasında verildikdə;
144.1.2. aktivlər keçmiş ər-arvad arasında
boşanma prosesində verildikdə;
144.1.3. aktivin ləğv edildiyi, yaxud
özgəninkiləşdirildiyi ildən sonrakı ilin
axırınadək daxilolmaları analoji aktivə və ya
eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv
qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı
olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya
özgəninkiləşdirildikdə.
144.2. Bu Məcəllənin 144.1.3-cü
maddəsində göstərilən əvəzedici aktivin
dəyəri əvəz olunan aktivin məhv edildiyi,
ləğv olunduğu və ya təqdim edildiyi vaxtdakı ilk
dəyəri nəzərə alınmaqla
müəyyənləşdirilir.
144.3. Bu Məcəllənin 144.1.1-ci və
ya 144.1.2-ci maddələrinə uyğun olaraq
mənfəətin vergi məqsədləri üçün
nəzərə alınmadığı əqdin nəticəsində
alınan aktivin dəyəri əqd günündə onu verən
tərəf üçün də aktivin dəyəri sayılır.
144.4. Bu maddə bir kateqoriyaya aid olan
aktivlərin hamısının eyni vaxtda verildiyi hallar istisna
edilməklə, bu Məcəllənin 114-cü maddəsinin
müddəalarına uyğun olaraq kateqoriyalar üzrə amortizasiya
olunan aktivlərə tətbiq edilmir.
145.1. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa, hüquqi şəxsin
ləğv edilməsi iştirakçıların həmin hüquqi
şəxsdəki iştirak paylarının təqdim
edilməsi sayılmır.
145.2. Hər hansı hüquqi şəxs
ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi
şəxs olan iştirakçıya verilirsə və
bilavasitə ləğv etmədən əvvəl
iştirakçıya hüquqi şəxsdə iştirak
payının 100 faizi məxsus olmuşdursa, belə halda:
145.2.1. aktivlərin verilməsi ləğv
edilən hüquqi şəxs tərəfindən aktivlərin
vergiyə cəlb olunan təqdim edilməsi sayılmır;
145.2.2. iştirakçı üçün verilən
aktivlərin dəyəri ləğv edilən hüquqi
şəxs üçün aktivlər verilənədək olan
dəyərə bərabərdir;
145.2.3. aktivlərin bölüşdürülməsi
dividend sayılmır;
145.2.4. ləğv edilən hüquqi
şəxsdə iştirak payının ləğv edilməsi
zamanı heç bir gəlir və zərər nəzərə
alınmır;
145.2.5. hər hansı kateqoriyaya aid olan
əsas vəsaitlərin balans dəyəri həmin əsas
vəsaitləri alan şəxsə keçir.
145.3. Bu maddə bir kateqoriyaya aid olan
əsas vəsaitlərin hamısının eyni vaxtda
təqdim edildiyi hallar istisna edilməklə, bu
Məcəllənin 114-cü maddəsinin müddəalarına
uyğun olaraq kateqoriyalar üzrə amortizasiya olunan əsas
vəsaitlərə tətbiq edilmir.
145.4. Bu Məcəllənin 145.2-ci
maddəsi yalnız o halda tətbiq edilir ki,
ləğvetmənin əsas məqsədinin vergidən
yayınma olmadığı vergi orqanı
tərəfindən təsdiq edilmiş olsun.
146.1. Aktivlərin verilməsi
aşağıdakı hallarda onların vergiyə cəlb
olunan təqdim edilməsi sayılmır:
146.1.1. şəxs və ya
şəxslər qrupu aktivləri hər hansı hüquqi
şəxsə bu hüquqi şəxsdə iştirak payı
əvəzinə verirsə (hər hansı öhdəlik
götürməklə və ya götürməməklə);
146.1.2. şəxs və ya
şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi
şəxsdə iştirak paylarının 100 faizinə sahib
olursa.
146.2. Bu Məcəllənin 146.1-ci
maddəsinin müddəaları şamil edilən aktivi alan
iştirakçı üçün onun dəyəri aktivi verən
iştirakçı üçün onun verilmə vaxtındakı
dəyərinə bərabərdir və aktivin balans
dəyəri onu alan şəxsə keçir.
146.3. Bu Məcəllənin 146.1-ci
maddəsində göstərilən mübadilə
nəticəsində alınan iştirak payının
dəyəri verilən hər hansı borcun məbləği
çıxılmaqla verilən aktivlərin dəyərinə
bərabərdir.
146.4. Bu maddə bir kateqoriyaya aid olan
əsas vəsaitlərin hamısının eyni vaxtda verildiyi
hallar istisna edilməklə, bu Məcəllənin 114-cü
maddəsinin müddəalarına uyğun olaraq kateqoriyalar
üzrə amortizasiya olunan əsas vəsaitlərə tətbiq
edilmir.
146.5. Götürülmüş öhdəliklər
verilən aktivlərin dəyərindən artıqdırsa, bu
maddə həmin artıq məbləğə tətbiq
edilmir.
147.1. Yenidəntəşkilin
iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi
şəxslərə məxsus əmlakın və iştirak
paylarının dəyəri həmin əmlakın və
iştirak paylarının bilavasitə
yenidəntəşkildən əvvəlki dəyəri
ilə eynidir. Eynilə əsas vəsaitlərin hər
hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri
həmin əsas vəsaitləri alan şəxsə keçir.
147.2. Yenidəntəşkilin
iştirakçısı olan hüquqi şəxslər arasında
əmlakın və iştirak paylarının
verilməsinə əmlakın vergiyə cəlb olunan
özgəninkiləşdirilməsi kimi baxılmır.
147.3. Yenidəntəşkilin
iştirakçısı olan rezident hüquqi şəxsin özünün
iştirak paylarının bu yenidəntəşkilin
iştirakçısı olan digər rezident hüquqi şəxsdəki
iştirak payları ilə hər hansı mübadiləsi
iştirak payının vergiyə cəlb olunan
özgəninkiləşdirilməsi hesab edilmir.
147.4. Bu Məcəllənin 147.3-cü
maddəsinə uyğun olaraq mübadilə edilən iştirak
paylarının dəyəri ilkin iştirak paylarının
dəyərinə bərabərdir.
147.5. Yenidəntəşkilin
iştirakçısı olan hüquqi şəxsin iştirak
paylarının iştirakçı tərəf olan digər hüquqi
şəxsdəki iştirak payının dəyişməsi
ilə əlaqədar bölüşdürülməsi,
yenidəntəşkildə iştirakçı tərəflər
üçün dividend sayılmır.
147.6. Bu Məcəllənin 147.5-ci
maddəsində göstərilən ilk iştirak paylarının
dəyəri bilavasitə bölüşdürmədən sonra ilk və
bölüşdürülmüş iştirak payları arasında onların
bazar dəyərinə mütənasib olaraq bölüşdürülür.
147.7. Hüquqi şəxsin
yenidəntəşkili:
147.7.1. iki və daha çox rezident hüquqi
şəxsin birləşməsi;
147.7.2. rezident hüquqi şəxsin
səsvermə hüququ olan iştirak paylarının 50 və ya
daha çox faizinin və bütün digər iştirak paylarının
dəyərinin 50 və ya daha çox faizinin yalnız
yenidəntəşkilin iştirakçısı olan
tərəfin iştirak payları ilə
dəyişdirilməsi;
147.7.3. rezident hüquqi şəxsin
aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi
şəxs tərəfindən, yalnız
yenidəntəşkildə iştirak edən tərəfin
dividendlərinə münasibətdə imtiyazlı olmayıb
səsvermə hüququ olan iştirak paylarına
dəyişdirilməsi üçün əldə edilməsi;
147.7.4. rezident hüquqi şəxsin iki və
ya daha çox rezident hüquqi şəxsə ayrılması;
147.7.5. ayırma yolu ilə yeni şəxs
yaradılması;
147.7.6. müəssisədə iştirak
paylarının azı 50 faizinin sahibi olan hüquqi şəxs
tərəfindən öz iştirak paylarının
hamısının bu hüquqi şəxsin
iştirakçılarına paylanması deməkdir.
Bu Məcəllənin 147.7.1. -
147.7.6-cı maddələrinin müddəaları o
şərtlə tətbiq olunur ki, birləşmənin,
əldəetmənin, birləşdirmənin, ayrılmanın
və ya ayırma yolu ilə yeni şəxs
yaradılmasının əsas məqsədinin
vergilərdən yayınma olmadığı vergi orqanı
tərəfindən təsdiq edilmiş olsun.
147.8. Yenidəntəşkilin bilavasitə
iştirakçısı olan hər hansı rezident hüquqi
şəxs və yenidəntəşkilin bilavasitə
iştirakçısı olan rezident hüquqi şəxsin sahibi olan,
yaxud bu cür şəxsə mənsub olan hər hansı hüquqi
şəxs yenidəntəşkilin iştirakçısı
sayılır.
147.9. Bu Məcəllənin 147.8-ci
maddəsinin məqsədləri üçün hüquqi şəxsin sahibi
hüquqi şəxsdə səsvermə hüququ olan iştirak
paylarının 50 və ya daha çox faizinin, yaxud iştirak
paylarının hamısının dəyərinin 50 və ya
daha çox faizinin sahibi sayılır.
147.10. Bu Maddə bir kateqoriyaya aid olan
əsas vəsaitlərin hamısının eyni vaxtda verildiyi
hallar istisna edilməklə, bu Məcəllənin 114-cü
maddəsinin müddəalarına uyğun olaraq kateqoriyalar üzrə amortizasiya olunan əsas
vəsaitlərə tətbiq edilmir.
148.0. Hüquqi şəxsin sahibliyi
əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz
dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi
ilindən başlayaraq əvvəlki vergi ilindən
zərərin, gəlirdən çıxılmaların,
əvəzləşdirmələrin keçirilməsinə,
aşağıdakı hallar istisna edilməklə, icazə
verilmir:
148.0.1. dəyişiklikdən sonrakı 3
il ərzində hüquqi şəxs həmin sahibkarlıq
fəaliyyətini həyata keçirirsə və
148.0.2. dəyişiklikdən sonrakı 1
il ərzində hüquqi şəxs yeni sahibkarlıq
fəaliyyətinə başlamırsa.
149.1. Aşağıdakı vergi
ödəyiciləri bu Məcəllənin 149.2-ci
maddəsində göstərilən müddətlərdə vergi
orqanlarına bəyannamə verirlər:
149.1.1. rezident müəssisələr;
149.1.2. Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olan qeyri-rezidentlər;
149.1.3. vergiyə cəlb olunan gəliri
Azərbaycan mənbəyindən olan və bu gəlirindən
ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər;
149.1.4. ödəmə mənbəyində
vergiyə cəlb olunması nəzərdə tutulmayan
gəlirləri olan, müəlliflik hüquqlarının təqdim
edilməsindən gəlirləri olan yaxud Azərbaycan
Respublikasının hüdudlarından kənarda gəlir
əldə edən rezident fiziki şəxslər.
149.2. Rezident fiziki şəxslər hesabat
ilindən sonrakı ilin aprel ayının 15-dək, digər
şəxslər isə - hesabat ilindən sonrakı ilin aprel
ayının 1-dək vergi orqanlarına bəyannamə verirlər.
149.3. Vergi ödəyicisi Azərbaycan
Respublikasında sahibkarlıq fəaliyyətini
dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına
bəyannamə verməlidir. Bu maddənin məqsədləri
üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi
ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı
günə qədər olan dövrü əhatə edir.
149.4. Hüquqi şəxs və ya
qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə,
ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu
barədə qanunvericiliklə müəyyən edilmiş qaydada
vergi orqanına məlumat verməlidir. Hüquqi şəxsin
ləğv edilməsi haqqında qərar qəbul olunduqdan
sonra 30 gün ərzində ləğvetmə komissiyası vergi
orqanına bəyannamə verməyə borcludur.
149.5. Bəyannamə verməli olmayan fiziki
şəxs verginin yenidən hesablanması və
vəsaitlərin qaytarılması haqqında tələb
irəli sürülən bəyannamə verə bilər.
149.6. Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olmayan, bu Məcəllənin 125.1.3-cü,
125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq
qaydada ödəmə mənbəyində vergi tutulan gəlir
əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir
haqqında bəyannamə verməklə tutulmuş gəlirin
qaytarılması tələbini irəli sürə bilər. Bu
cür bəyannamə bu Məcəllənin 149.2-ci
maddəsində müəyyən edilən müddətlərdə
verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan
Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin
gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində
müəyyən edilən dərəcə ilə vergi tutulur,
vergi ödəyicisinin gəlir əldə edilməsi ilə
bağlı olan xərci isə daimi nümayəndəliyin
xərcində olduğu kimi gəlirdən
çıxılmalıdır, bu şərtlə ki, vergi bu
Məcəllənin 125-ci maddəsinə uyğun olaraq
ödəmə mənbəyində tutulan verginin
məbləğindən artıq olmasın.
150.1. Aşağıdakı
şəxslər (vergi agentləri) ödəmə
mənbəyində gəlir vergisini tutmağa borcludurlar:
150.1.1. muzdla işləyən fiziki
şəxslərə ödəmələr verən hüquqi
şəxslər;
150.1.2. muzdla işləyən fiziki
şəxslərə ödəmələr verən sahibkarlar;
150.1.3. dövlət sosial təminat sistemi
vasitəsilə ödənilən pensiyalar istisna edilməklə,
digər şəxslərə pensiya ödəyən hüquqi
şəxslər və ya sahibkarlar;
150.1.4. hüquqi və fiziki
şəxslərə dividend ödəyən rezident hüquqi
şəxslər;
150.1.5. hüquqi və fiziki
şəxslərə faizlər ödəyən hüquqi
şəxslər və ya sahibkarlar;
150.1.6. bu Məcəllənin 124-cü və
ya 125-ci maddələrində nəzərdə tutulan
ödəmələr verən hüquqi şəxslər və ya
sahibkarlar.
150.2. Bu Məcəllənin 150.1-ci
maddəsində göstərilən şəxslər verginin
tutulması və büdcəyə köçürülməsi üçün
cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş
vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi
şəxslər və sahibkarlar tutulmamış və ya
köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq
faizləri və sanksiyaları büdcəyə
ödəməyə borcludurlar.
150.3. Bu Məcəllənin 150.1-ci
maddəsinə uyğun olaraq ödəmə mənbəyində
vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar:
150.3.1. gəliri ödəyərkən vergini
büdcəyə köçürməyə;
150.3.2. əmək haqqını
ödəyərkən gəlir əldə edən fiziki
şəxslərin tələbi ilə onlara adı, VÖEN,
gəlirin məbləğləri və növləri, həmçinin
tutulmuş verginin (əgər vergi tutulursa) məbləği
göstərilən arayış verməyə;
150.3.3. vergi ili başa çatdıqdan sonra 20
gün ərzində şəxsin adı, VÖEN, gəlirin ümumi
məbləği, ev ünvanı və hesabat ilində
tutulmuş verginin ümumi məbləği göstərilən
arayış vergi orqanına verməyə, həmçinin bu
Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq
gəlir əldə edən hüquqi və fiziki
şəxslərin tələbi ilə onlara
göndərməyə borcludurlar.
150.4. Vergi ödəyicisinin iş yerində
vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur.
Əgər vergi ödəyicisi bəyannamə verməli
deyilsə, bu, gəlir vergisinin tam məbləği
sayılır.
151.1. Hüquqi şəxslər və
fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq
cari ödəmələri dövlət büdcəsinə
ödəməlidirlər. Bələdiyyə mülkiyyətində
olan müəssisə və təşkilatlar mənfəət
vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə)
ödəyirlər. Hər ödəmənin məbləği
əvvəlki vergi ilində hesablanmış vergi
məbləğinin 1/4 hissəsini təşkil edir.
151.2. Vergi ödəyicisi cari vergi
ödəmələrinin məbləğini bu rübdəki
gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində
(gəlirdən çıxılan məbləğlər
nəzərə alınmadan) verginin xüsusi çəkisini
göstərən əmsala vurmaqla müəyyənləşdirə
bilər.
151.3. Bu zaman vergi ödəyicisi il
ərzində cari vergi ödəmələrinin
məbləğini müəyyənləşdirməyin
yuxarıdakı iki mümkün metodundan birini tətbiq edə
bilər.
151.4. Cari vergi ödəmələri vergi ili
üçün vergi ödəyicisindən tutulan verginin
məbləğinə aid edilir.
152.1. Vergi ödəyiciləri vergi ili üçün
bəyannamənin verilməsinin müəyyən edilmiş
vaxtınadək son hesablamanı aparmalı və vergini
ödəməlidirlər.
152.2. Bələdiyyələrin
mülkiyyətində olan müəssisələr mənfəət
vergisini yerli büdcəyə, digər müəssisələr
isə dövlət büdcəsinə ödəyir. Fiziki
şəxslər gəlir vergisini dövlət büdcəsinə
ödəyirlər
Fəsil XI
Əlavə dəyər vergİsİ
Əlavə dəyər vergisi (bundan sonra
- ƏDV) Azərbaycan Respublikası ərazisində
malların istehsalı, işlərin görülməsi,
xidmətlərin göstərilməsi və tədavülü prosesindә
onların dəyərinə əlavənin bir hissəsinin,
həmçinin Azərbaycan Respublikası ərazisinə
gətirilən və vergi tutulan bütün malların
dəyərini bir hissəsinin büdcəyə tutulması
formasıdır. ƏDV mallar istehsalının və
göndərilməsinin, işlər görülməsinin və
xidmətlər göstərilməsinin bütün
mərhələlərində ödənilir. Vergi tutulan
dövriyyədən ödənilməli olan ƏDV-nin
məbləği bu cür dövriyyədən hesablanan verginin
məbləği ilə bu Məcəllənin
müddəalarına uyğun olaraq verilən hesab-fakturalara müvafiq
sürətdə əvəzləşdirilməli olan verginin
məbləği arasındakı fərq kimi müəyyən
edilir.
154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan
keçən və ya qeydiyyatdan keçməli olan şəxs
ƏDV-nin ödəyicisidir.
154.2. Qeydiyyatdan keçən şəxs
qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi
ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin
qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə
vermək öhdəliyinin yarandığı dövrdən sonrakı
hesabat dövrünün başlanğıcından etibarən vergi
ödəyicisi sayılır.
154.3. Azərbaycan Respublikasına ƏDV
tutulan malları idxal edən şəxslər bu cür idxal
malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.
154.4. ƏDV-nin məqsədləri üçün
qeydiyyatdan keçmədən iş görən və ya xidmət
göstərən və bu Məcəllənin 171-ci
maddəsinə müvafiq surətdə vergiyə cəlb
edilməli olan qeyri-rezident şəxs həmin işlər
və ya xidmətlər üzrə vergi ödəyicisi
sayılır.
154.5. Bu Məcəllənin 137-ci
maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan
göstərilən birgə sahibkarlıq fəaliyyəti
ƏDV-nin məqsədləri üçün ayrıca şəxs
sayılır.
155.1. Sahibkarlıq fəaliyyəti
göstərən və əvvəlki üç aylıq dövr
ərzində vergi tutulan əməliyyatlarının həcmi
aylıq gəlirin vergi tutulmayan məbləğinin 300
mislindən artıq olan şəxs həmin dövr başa
çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin
məqsədləri üçün qeydiyyata dair ərizə
verməyə borcludur.
155.2. Qeyri-rezidentin mallar göndərməsi,
işlər görməsi və xidmətlər göstərməsi
bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri
üçün vergi tutulan əməliyyatların ümumi dəyəri
müəyyən edilərkən yalnız o zaman nəzərə
alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi
nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun.
155.3. Bu Məcəllənin 154.5-ci
maddəsində göstərilən şəxs, bu
Məcəllənin 155.1-ci maddəsində müəyyən
edildiyi halda, yaxud iştirakçı ƏDV-nin
məqsədləri üçün vergi ödəyicisi olduğu halda,
qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur.
Qeydiyyatdan keçməli olmayan sahibkarlıq
fəaliyyəti göstərən şəxs vergi orqanına
ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü
ərizə verə bilər.
157.1. ƏDV-nin məqsədləri üçün
qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.
157.2. Şəxsi ƏDV-nin
məqsədləri üçün qeydiyyatdan keçirərkən vergi
orqanı həmin şəxsi ƏDV ödəyicilərinin
reyestrində qeydə almağa və ərizə
verildikdən sonrakı 5 iş günündən gec olmayaraq ona
qeydiyyat bildirişi verməyə, həmin bildirişdə
vergi ödəyicisinin adını və ona aid olan digər
məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və
VÖEN-i göstərməyə borcludur.
157.3. Qeydiyyat hansı tarixin əvvəl
başlanmasından asılı olaraq aşağıdakı
tarixlərin birində qüvvəyə minir:
157.3.1. məcburi qeydiyyat zamanı -
qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin
yarandığı aydan sonrakı hesabat dövrünün birinci
günündə;
157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat
haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün
birinci günündə.
157.3.3. vergi ödəyicisinin qeydiyyat
haqqındakı ərizəsində göstərilən
tarixdə.
157.4. Vergi orqanı ƏDV-nin
ödəyicilərinin reyestrini aparmağa borcludur. Reyestrdə
ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilmiş bütün
şəxslər haqqında lazımi məlumatlar göstərilməlidir.
157.5. ƏDV-nin məqsədləri üçün
qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün
ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz
təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq
qeydiyyat bildirişi göndərir.
158.1. Vergi ödəyicisi ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.
158.2. Vergi ödəyicisinin vergiyə cəlb
olunan əməliyyatlarının ümumi məbləği
əvvəlki tam 12 təqvim ayı ərzində aylıq
gəlirin vergi tutulmayan məbləğinin 2 min mislindən
çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində
nəzərdə tutulan hallar istisna edilməklə, vergi
ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın
qüvvəyə mindiyi tarixdən etibarən iki il keçdikdən
sonrakı istənilən vaxt qeydiyyatın ləğv
olunmasına dair ərizə verə bilər. ƏDV-nin
məqsədləri üçün qeydiyyatın ləğv olunması
vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair
ərizənin verildiyi gün qüvvəyə minir.
158.3. Vergi orqanı ƏDV-nin
məqsədləri üçün qeydiyyatı ləğv edilən
şəxsin adını, onun haqqında digər
məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli
və verilmiş qeydiyyat bildirişini geri almalıdır.
159.1. Malların təqdim edilməsi,
işlərin görülməsi, xidmətlərin göstərilməsi
və vergi tutulan idxal vergitutma obyektidir.
159.2. Bu fəslin müddəalarına
uyğun olaraq vergidən azad edilən malların
göndərilməsindən, işlərin görülməsindən
və xidmətlərin göstərilməsindən başqa,
müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi
şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti
çərçivəsində malların göndərilməsi,
işlər görülməsi və xidmətlərin
göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya
168-ci maddələrinə uyğun olaraq Azərbaycan
Respublikasının ərazisində həyata keçirilirsə,
vergi tutulan əməliyyatlar sayılır. Bu
Məcəllənin 168-ci maddəsinə uyğun olaraq
Azərbaycan Respublikasının hüdudlarından kənarda
xidmətlər göstərilməsi və ya işlər
görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.
159.3. Malların idxalı bu fəsilə
uyğun olaraq vergidən azad edilən idxal istisna
edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük
daşınması qaydasında, müvəqqəti idxal
şəklində Azərbaycan Respublikası ərazisinə
buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun
olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul
olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün
idxal malları hesab edilmir.
159.4. Vergi ödəyicisinin haqqı
ödənilməklə və ya əvəzsiz qaydada öz
işçilərinə və digər şəxslərə mal
verməsi, iş görməsi və ya xidmət göstərməsi,
habelə barter əməliyyatı vergi tutulan əməliyyat
sayılır.
159.5. Vergi ödəyicisi malları
(işləri, xidmətləri) ƏDV-ni ödəməklə
əldə edirsə və müvafiq
əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə,
belə mallardan (işlərdən, xidmətlərdən)
qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi
vergi tutulan əməliyyat sayılır.
159.6. Vergi ödəyicisinin qeydiyyatı
ləğv edilirsə, ləğvetmə vaxtı onun
sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan
əməliyyat çərçivəsində təqdim edilən mallar
kimi qiymətləndirilir.
159.7. Bu maddənin digər
müddəalarından asılı olmayaraq, malları
ƏDV-nə cəlb edilən əməliyyatlar
nəticəsində əldə edən, lakin bu malları
əldə edərkən bu Məcəllənin 175-ci
maddəsinə əsasən ƏDV-ni
əvəzləşdirməyə hüququ olmayan şəxsin
həmin malları göndərməsinə vergi tutulan
əməliyyat kimi baxılmır. Əgər mallar
əldə edilərkən
əvəzləşdirilməsinə qismən yol
verilməmişdirsə, vergi tutulan əməliyyatın
məbləği əvəzləşdirmənin qismən yol
verilməmiş payına mütənasib olaraq azaldılır.
160.1. Müəssisənin və ya
müəssisədə müstəqil fəaliyyət göstərən
bölmənin bütün aktivlərinin bir əməliyyat
çərçivəsində bir vergi ödəyicisi tərəfindən
digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan
əməliyyat sayılmır.
160.2. Bu Məcəllənin 160.1-ci
maddəsində göstərilən halda müəssisəni
(müəssisədə müstəqil fəaliyyət göstərən
bölməni) alan və ya qəbul edən şəxs təqdim
edənin bu fəsildə göstərilən və təqdim
edilən müəssisəyə (müəssisədə müstəqil
fəaliyyət göstərən bölməyə) aid hüquq və
öhdəliklərini öz üzərinə götürür. Bu müddəa
müəssisəni (müəssisədə müstəqil
fəaliyyət göstərən bölməni) təqdim edən
şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri,
faizləri və ya maliyyə sanksiyalarını
ödəməkdən azad etmir.
160.3. Bu maddə yalnız o halda tətbiq
edilir ki, müəssisəni (müəssisədə müstəqil
fəaliyyət göstərən bölməni) təqdim edən
və alan (qəbul edən) tərəflər təqdim
edilmədən sonra 10 gündən gec olmayaraq bu maddənin
müddəalarının tətbiq edilməsi üçün vergi orqanına
yazılı məlumat vermiş olsun.
161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
161.2. Əgər vergi ödəyicisi vergi
tutulan əməliyyatın əvəzində mal, iş və
ya xidmət alırsa, yaxud almağa hüqüqu varsa, bu malların,
işlərin və ya xidmətlərin ƏDV
nəzərə alınmadan bazar dəyəri (hər
hansı rüsumlar, vergilər və ya başqa
yığımlar da daxil olmaqla) vergi tutulan
əməliyyatın dəyərinə daxil edilir.
161.3. Bu Məcəllənin 159.4-cü, 159.5-ci
və 159.6-cı maddələrində göstərilən hallarda
vergi tutulan əməliyyatın dəyəri təqdim
edilmiş malların, görülmüş işlərin və ya
göstərilmiş xidmətlərin ƏDV nəzərə
alınmadan formalaşan dəyərindən (hər hansı
rüsumlar, vergilər və ya başqa yığımlar da daxil
olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın
dəyəri bu Məcəllənin 159-cu maddəsində
göstərilən qaydada müəyyən edilir. Bu qayda bu
Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq
qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da
tətbiq edilir.
Maddə
162. Vergi tutulan idxalın dəyəri
162.1. Vergi tutulan idxalın dəyəri
malların Azərbaycan Respublikasının gömrük
qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük
dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən
ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV
nəzərə alınmadan) ibarətdir.
162.2. Bu Məcəllənin 171.2-ci
maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi
sayılan xidmət göstərildikdə, onun ƏDV
nəzərə alınmadan dəyəri bu Məcəllənin
162.1-ci maddəsində göstərilən dəyərə
əlavə edilir.
163.1. Bu maddə aşağıdakı
hallarda mal göndərənin, iş görənin və xidmət
göstərənin vergi tutulan əməliyyatlarına tətbiq
edilir:
163.1.1. əməliyyat tam və ya
qismən ləğv edildikdə, o cümlədən mal tam və
qismən geri qaytarıldıqda;
163.1.2. əməliyyatın xarakteri
dəyişdikdə;
163.1.3. qiymətlərin aşağı
düşməsi və ya hər hansı digər
səbəbdən əməliyyat üçün
razılaşdırılmış kompensasiya
dəyişdikdə; yaxud
163.1.4. vergi ödəyicisi hesab-faktura
verdikdən sonra vergi tutulan dövriyyənin
dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə
çıxdıqda və bu cür dəqiqləşdirmə
qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
163.2. Vergi ödəyicisi bu
Məcəllənin 163.1-ci maddəsində göstərilən
hallardan birinin nəticəsində:
163.2.1. ƏDV üçün hesab-fakturanı
vermiş və ƏDV-nin məbləğini həmin
hesab-fakturada düzgün göstərməmişdirsə, yaxud
163.2.2. ƏDV-nin bəyannaməsində
verginin məbləğini düzgün göstərməmişdirsə,
bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci
maddəsinə müvafiq surətdə dəqiqləşdirmə
aparılır. Dəqiqləşdirmə qiymətləndirmə
bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə
aparılır.
164.1. Malların ixracından başqa,
malların təqdim edilməsinin, işlər görülməsinin
və xidmətlər göstərilməsinin
aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı
növlərindən ƏDV tutulmur:
164.1.1. özəlləşdirilmə
qaydasında dövlət müəssisəsindən satın
alınan əmlakın dəyəri, habelə dövlət
əmlakının icarəyə verilməsindən alınan
icarə haqqının büdcəyə ödənilməli olan
hissəsi;
164.1.2. maliyyə (maliyyə lizinqi daxil
olmaqla) xidmətlərinin göstərilməsi;
164.1.3. milli və ya xarici valyutanın
numizmatika məqsədlərindən başqa), həmçinin
qiymətli kağızların göndərilməsi və ya idxal
edilməsi;
164.1.4. Azərbaycan Respublikasının
Milli Bankının aktivlərində yerləşdirilməsi
üçün nəzərdə tutulan qızılın, habelə valyuta
sərvətlərinin, xaricdə istehsal edilmiş
Azərbaycan Respublikası pul nişanlarının, yubiley
sikkələrinin və digər bu qəbildən olan
qiymətlilərin idxalı;
164.1.5. müəssisənin nizamnamə fonduna
(kapitalına) hər hansı vəsaitin qoyulması;
164.1.6. tutulan məbləğlər
hədlərində dövlət hakimiyyəti, yerli özünü
idarəetmə və digər səlahiyyətli orqanların
tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar
və onların tutulması müqabilində göstərdiyi
xidmətlər;
164.1.7. beynəlxalq təşkilatların,
xarici dövlətlərin hökumətlərinin, habelə
dövlətlərarası və hökumətlərarası
sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin
ayırdıqları kreditlər və borclar hesabına,
həmçinin bu kreditlər və borclar hesabına həyata
keçirilən layihələrdə Azərbaycan tərəfinin
payı hesabına mallar alınması, işlər
görülməsi, xidmətlər göstərilməsi və
bunların idxalı;
164.1.8. kütləvi informasiya vasitələri
məhsullarının alqı-satqısının bütün
növləri üzrə dövriyyələr, mətbu kütləvi
informasiya vasitələri məhsulları istehsalı ilə
bağlı redaksiya, nəşriyyat və poliqrafiya
fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
164.1.9. orta məktəb dərslikləri,
uşaq ədəbiyyatının və büdcədən
maliyyələşdirilən dövlət əhəmiyyətli
nəşrlərin istehsalı ilə bağlı redaksiya,
nəşriyyat və poliqrafiya fəaliyyəti;
164.1.10. dəfn və
qәbiristanlığın mərasim xidmətləri;
164.1.11. maliyyə lizinqi müqaviləsinin
obyekti olan əmlakın idxalı;
164.1.12. Azərbaycan Respublikası Milli
Bankının və Azərbaycan Respublikası Dövlət Neft
Fondunun qanunvericiliklə nəzərdə tutulmuş
vəzifələrinin yerinə yetirilməsi ilə
bağlı mal idxalı, iş görülməsi və xidmət
göstərilməsi.
164.2. İdxalın bu maddədə
göstərilməyən digər növləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ƏDV-dən azad
edilə bilər.
165.0. Aşağıdakı işlərin
görülməsinə, xidmətlərin göstərilməsinə
və əməliyyatların aparılmasına görə ƏDV
sıfır (0) dərəcəsi ilə tutulur:
165.0.1. xarici ölkələrin diplomatik və
analoji nümayəndəliklərinin rəsmi istifadəsi,
həmçinin bu nümayəndəliklərin diplomatik, inzibati və
texniki işçilərinin, o cümlədən onlarla yaşayan
ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə
tutulan mal və xidmətlər;
165.0.2. xaricdən alınan əvəzsiz
maliyyə yardımları (qrantlar) hesabına malların
alınması, işlərin görülməsi, xidmətlərin
göstərilməsi və bunların idxalı;
165.0.3. malların ixracı;
165.0.4. Beynəlxalq və tranzit yük və
sərnişin daşınması. Beynəlxalq və tranzit
uçuşlarla bilavasitə bağlı olan işlərin
görülməsi, xidmətlərin göstərilməsi;
165.0.5. Azərbaycan Respublikasının
Milli Bankına qızıl və digər qiymətlilərin
göndərilməsi.
166.1. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa, vergi tutulan
əməliyyatın vaxtı həmin əməliyyat üçün
ƏDV-nin hesab-fakturasının verildiyi vaxt sayılır. Bu
Məcəllənin 166.1.1-ci və 166.1.2-ci
maddələrində göstərilən müddətlərdən
sonrakı 5 gün ərzində ƏDV-nin hesab-fakturası
verilmirsə, vergi tutulan əməliyyat
aşağıdakı vaxtlarda aparılmış
sayılır:
166.1.1. malların göndərildiyi və ya
təqdim edildiyi, işlərin görüldüyü və ya
xidmətlərin göstərildiyi vaxtda, yaxud
166.1.2. malların göndərilməsi
onların daşınmasını nəzərdə tutursa,
daşınmanın başlandığı vaxtda.
166.2. Ödəmə bu Məcəllənin
166.1.1-ci və ya 166.1.2-ci maddələrində
göstərilən müddət başlananadək həyata
keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində
ƏDV-nin hesab-fakturası verilmirsə, vergi tutulan
əməliyyat ödəmə həyata keçirildikdə
aparılmış sayılır. Vergi tutulan əməliyyat
üçün iki və ya daha çox ödəmə aparılırsa, hər
ödəmə ödəniş miqdarında ayrıca
əməliyyat üçün həyata keçirilmiş sayılır.
166.3. Xidmətlər müntəzəm və
ya daimi əsasda göstərilirsə, xidmətlərin
göstərilməsi vaxtı bu əməliyyatın hər
hansı hissəsi üçün hər dəfə ƏDV-nin
hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə
əvvəl həyata keçirilmişsə, əməliyyatın
hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.
166.4. Bu Məcəllənin 159.3-cü və
159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan
əməliyyatın aparılması vaxtı mallardan,
işlərdən və ya xidmətlərdən istifadə
edilməsinə, yaxud onların istehlakına
başlandığı vaxt sayılır. Bu
Məcəllənin 159.4-cü maddəsində göstərilən
hallarda vergi tutulan əməliyyatın aparılması
vaxtı işçilər üçün mallar göndərildiyi, işlər
görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu
Məcəllənin 159.6-cı maddəsi tətbiq
edildikdə, ləğvetmənin qüvvəyə
minməsindən bilavasitə əvvəlki vaxt (gün)
malların göndərilməsi vaxtı sayılır.
Malların təqdim edilməsi onların
verildiyi yerdə həyata keçirilir. Malların
göndərilməsi şərtlərində malların yola
salınması və ya nəql edilməsi nəzərdə
tutulursa, təqdim edildiyi yer onların yola salınmasına
və ya nəql edilməsinə başlandığı yer
sayılır. Lakin malları göndərən tərəf
onları qurursa və ya quraşdırırsa, təqdim
edilmə malların qurulduğu və ya
quraşdırıldığı yer sayılır.
168.1. Bu Məcəllənin
məqsədləri üçün işlərin görüldüyü və ya
xidmətlərin göstərildiyi yer aşağıdakılar
sayılır:
168.1.1. daşınmaz əmlakın
olduğu yer - işlər (xidmətlər) bilavasitə bu
əmlakla bağlıdırsa;
168.1.2. işlərin faktiki görüldüyü
(xidmətlərin faktiki göstərildiyi) yer - bunlar
daşınan əmlakla bağlıdırsa;
168.1.3. xidmətlərin faktiki göstərildiyi
yer - xidmətlər mədəniyyət, incəsənət,
təhsil, bədən tərbiyəsi və ya idman
sahəsində, yaxud digər analoji fəaliyyət
sahələrində göstərilirsə;
168.1.4. nəqletmənin faktiki həyata
keçirildiyi yer - işlər (xidmətlər) bu nəqletmə
ilə bağlıdırsa;
168.1.5. iş görənin və ya xidmət
göstərənin daimi nümayəndəliyinin yerləşdiyi yer
- bu iş və ya xidmət həmin daimi
nümayəndəliklə bilavasitə bağlıdırsa. Bu
maddənin müddəaları aşağıdakı
xidmətlərə tətbiq edilir:
patentlərin, lisenziyaların, ticarət
markalarının, müəlliflik və digər analoji
hüquqların mülkiyyətə verilməsi və ya güzəşt
edilməsi;
məsləhət, hüquq, mühasibat,
mühəndis və ya reklam xidmətlərinin, həmçinin
məlumatların işlənilməsi üzrə
xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
işçi qüvvəsinin verilməsi üzrə
xidmətlərin göstərilməsi;
daşınan əmlakın icarəyə
verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat
vasitələri istisna olmaqla);
müqavilənin əsas iştirakçısı
adından bu maddədə göstərilən xidmətlərin
yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi
cəlb edən agentin xidmət göstərməsi;
168.1.6. işi yerinə yetirən və ya
xidmət göstərən şəxsin fəaliyyəti
həyata keçirdiyi yer.
168.2. Bu Məcəllənin 168.1-ci
maddəsi tətbiq edildikdə, birdən çox maddədə
sadalanan işlərin görüldüyü və ya xidmətlərin
göstərildiyi yer bu maddələrin sıra üzrə birincisi
ilə müəyyənləşdirilir.
169.1. ƏDV-nin məqsədləri üçün
qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan
Respublikasının ərazisində bu Məcəllənin
169.2-ci maddəsində adı çəkilən vergi agenti üçün
xidmət göstərirsə və ya iş görürsə, bu
fəslin məqsədləri üçün işlərin görülməsi
və ya xidmətlərin göstərilməsi bu maddəyə
uyğun olaraq vergiyə cəlb olunur.
169.2. ƏDV-nin məqsədləri üçün
qeydiyyata alınan hər hansı şəxs bu maddənin
məqsədləri üçün vergi agenti sayılır.
169.3. Bu Məcəllənin 169.1-ci
maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə
ödənməli olan məbləğdən vergini
tutmalıdır. Verginin məbləği bu Məcəllənin
173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi
dərəcəsinin qeyri-rezidentə ödənməli olan
məbləğə (ƏDV nəzərə alınmadan)
tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
169.4. Vergi agenti ƏDV-nin
məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan
vergi, əməliyyatın aparıldığı ay üçün
ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Tutulan
verginin ödənilməsi üçün tərtib olunan ödəmə
sənədi bu Məcəllənin 175-ci maddəsinin
müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin
məbləğini əvəzləşdirmək hüququnu
verən hesab-fakturadır.
169.5. Vergi agenti ƏDV-nin
məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o,
tutulan vergini müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada qeyri-rezidentə ödəmə
verildikdən sonrakı 7 gün ərzində ödəməyə
borcludur.
169.6. Qeyri-rezidentə məxsus əmlak
vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə,
əmlakın sahibi olan qeyri-rezidentin icazəsi ilə vergi
agenti idxaldan ödənilmiş vergidən ƏDV-nin
məbləğinin əvəzləşdirilməsini
tələb edə bilər. Bu halda vergi agenti vergi ödəyicisi
sayılır və sonradan əmlakı təqdim
edərkən (onun ixracı istisna edilməklə) ƏDV-nin
ödənilməsi üçün cavabdehdir.
Gömrük qanunvericiliyinə uyğun olaraq
mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal
edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar
gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi
vaxtı onların gömrük xidmətinin nəzarətindən
çıxdığı vaxt sayılır.
171.1. Mallar göndərilməsinə,
işlər görülməsinə və ya xidmətlər
göstərilməsinə yardımçı xarakter daşıyan
mallar göndərilməsi, işlər görülməsi,
xidmətlər göstərilməsi onların bir hissəsi
sayılır.
171.2. İxracatçının malların
idxalına yardımçı xarakter daşıyan işlər
görməsi və ya xidmətlər göstərməsi malların
idxalının bir hissəsi sayılır.
171.3. Müstəqil elementlərdən
ibarət əməliyyat bölünərkən vergiyə cəlb
edilən və ƏDV-dən azad olan əməliyyatlara
ayrılırsa, onlara ayrı-ayrı əməliyyatlar kimi baxılır.
172.1. Digər şəxsin (vəkalət
verən) agenti (vəkalət alan) olan şəxs
tərəfindən mallar göndərilməsi, işlər
görülməsi və ya xidmətlər göstərilməsi
vəkalət verənin həyata keçirdiyi əməliyyat
sayılır.
172.2. Bu Məcəllənin 172.1-ci
maddəsi agentin vəkalət verənə göstərdiyi
xidmətlərə tətbiq edilmir.
172.3. Bu Məcəllənin 172.1-ci
maddəsi rezident olmayan və Azərbaycan Respublikasında
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməmiş
şəxsin rezident agentinin Azərbaycan Respublikasına mallar
göndərməsinə tətbiq edilmir. Belə hallarda,
ƏDV-nin məqsədləri üçün malların göndərilməsi
agent tərəfindən həyata keçirilən əməliyyat
sayılır.
Lotereyalar, turist agentlərinin
xidmətləri, komisyon qaydada satış, işlənmiş
malların satışı və ümumi qaydalara əsasən
vergitutma bazasının müəyyənləşdirilməsi
çətin olan digər sahələr üzrə ödənilməli
olan ƏDV-nin məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş qaydaya
uyğun olaraq müəyyənləşdirilir.
173.1. ƏDV-nin dərəcəsi hər
vergi tutulan əməliyyatın və hər vergi tutulan
idxalın dəyərinin 18 faizidir.
173.2. Vergi tutulan dövriyyə hesabat dövrü
ərzində vergi tutulan əməliyyatların ümumi
dəyərindən ibarətdir.
174.1. Bu Məcəllənin 166-cı
maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi
tutulan dövriyyədən büdcəyə ödənilməli olan
ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci
maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən
hesablanan verginin məbləği ilə bu
Məcəllənin 175-ci maddəsinə uyğun olaraq
əvəzləşdirilməli olan verginin məbləği arasındakı
fərqlə müəyyən olunur.
174.2. Bu Məcəllənin 163-cü
maddəsində göstərilən hallarda ödənilməli olan
ƏDV-nin məbləği vergi ödəyicisinin
bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən
artıq olduqda, artıq məbləğ bu
Məcəllənin 163.1-ci maddəsində göstərilən
halların yarandığı hesabat dövrü ərzində
ödənilməli olan ƏDV sayılır və bu
Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq
hesabat dövrü ərzində ödənilməli olan verginin
məbləğinə əlavə edilir.
175.1. Bu maddədə başqa hallar
nəzərdə tutulmamışdırsa,
əvəzləşdirilən ƏDV-nin məbləği
vergi ödəyicisinə verilmiş vergi hesab-fakturaları üzrə
ödənilmiş verginin məbləği sayılır və
bu zaman vergi tutulan əməliyyatın vaxtı
aşağıdakı kimi müəyyənləşdirilir:
175.1.1. hesabat dövrü ərzində həyata
keçirilmiş sayılan mal göndərilməsini, iş
görülməsini yaxud xidmət göstərilməsini
nəzərdə tutan əməliyyatlar üzrə - bu Məcəllənin
176-cı maddəsinə uyğun olaraq;
175.1.2. hesabat dövrü ərzində malların
idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə
uyğun olaraq.
Mallar, işlər və
xidmətlərlə bağlı xərclər istehsal
məsrəflərinə aid edilmirsə də, belə mallar,
işlər və xidmətlər vergi ödəyicisinin kommersiya
fəaliyyəti üçün istifadə edilməli olduqda və ya
istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci
və 175.1.2-ci maddələrinin müddəaları tətbiq
olunur.
175.2. Bir hissəsi vergi ödəyicisinin
sahibkarlıq fəaliyyəti, digər hissəsi isə
başqa məqsədlər üçün nəzərdə tutulan
vergiyə cəlb edilən əməliyyatlara görə və
malların idxalı üçün vergi ödəyicisinə verilmiş vergi
hesab fakturaları üzrə onun tərəfindən
ödənilməli olan (ödənilmiş) ƏDV-nin
məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə
olunan malların xüsusi çəkisinə görə
müəyyənləşdirilən ƏDV-nin məbləği
qədər əvəzləşdirilir.
175.3. Bu Məcəllənin 109.4-cü
maddəsində göstərilən xərclər istisna olmaqla bu
Məcəllənin 109.3-cü maddəsində nəzərdə
tutulan xərclər çəkiləndə, ƏDV-nin
əvəzləşdirilməsinə yol verilmir.
175.4. Vergi ödəyicisi vergi tutulan
əməliyyatlar və bu Məcəllənin 164-cü
maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş
əməliyyatlar aparırsa, ƏDV üzrə
əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi
dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq
müəyyən edilən ƏDV-nin məbləği qəbul
olunur.
175.5. Bu Məcəllənin 163-cü
maddəsinə uyğun olaraq əməliyyata dair hesab-fakturada
və ya bəyannamədə göstərilən ƏDV həmin
əməliyyatdan ödənilmiş ƏDV-dən
artıqdırsa, bu artıq məbləğin bu
Məcəllənin 163.1-ci maddəsində göstərilən
halların yarandığı hesabat dövrü ərzində vergi
ödәyicisi üçün əvəzləşdirilməsinə
icazə verilir.
176.1. Bu Məcəllənin 176.4-cü
maddəsinin yerinə yetirilməsi şərti ilə,
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan
əməliyyat aparan şəxs malları, işləri
və ya xidmətləri qəbul edən şəxsə vergi
hesab-fakturasını verməyə borcludur. ƏDV-nin
məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin
vergi hesab-fakturası verməyə hüququ yoxdur.
176.2. Vergi hesab-fakturası ciddi uçotu
aparılan sənəd olmaqla müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi forma üzrə
hazırlanan və özündə aşağıdakı
məlumatları əks etdirən sənəddir:
176.2.1. vergi ödəyicisinin və
alıcının (sifarişçinin) adı;
176.2.2. vergi ödəyicisinin və
alıcının (sifarişçinin) eyniləşdirmə
nömrəsi;
176.2.3. yola salınmış malların,
görülmüş işlərin və ya göstərilmiş
xidmətlərin adı;
176.2.4. vergi tutulan əməliyyatın
haqqının məbləği, həmçinin vergi tutulan
əməliyyatın həcmi;
176.2.5. aksizli mallarda aksizin
məbləği;
176.2.6. vergi tutulan əməliyyatdan
ödənilməli olan verginin məbləği;
176.2.7. vergi hesab-fakturasının
verilmə tarixi;
176.2.8. hesab-fakturanın sıra nömrəsi.
176.3. Vergi ödəyicisi malın
alıcısına (işlərin, xidmətlərin
sifarişçisinə) vergi hesab-fakturasını mal
göndəriləndən (iş görüləndən, xidmət
göstəriləndən) sonra 5 gündən gec olmayaraq
verməyə borcludur.
176.4. ƏDV-nin ödəyiciləri olmayan
alıcılara pərakəndə mal göndərildikdə
və ya xidmət göstərildikdə, vergi hesab-fakturası
əvəzinə qəbz və ya çek verilə bilər. Bu
sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri
üçün verginin əvəzləşdirilməsinə əsas
vermir.
176.5. Gömrük orqanları tərəfindən
verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal
sənədləri bu Məcəllənin 175-ci maddəsinin
məqsədləri üçün verginin əvəzləşdirilməsinə
əsas verir.
177.1. Vergi ödəyicisi borcludur:
177.1.2. vergi orqanına hər hesabat dövrü
üçün ƏDV-nin bəyannaməsini verməyə;
177.1.3. bəyannamənin verilməsi üçün
müəyyən edilən müddətdə hər hesabat dövrü
üzrə vergini büdcəyə ödəməyə.
177.2. ƏDV-nin bəyannaməsi hər
hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən
gec olmayaraq verilir.
177.3. Bu Məcəllənin 154.3-cü
maddəsinə uyğun olaraq yalnız malların idxalı
üzrə vergi ödəyicisi olan şəxsə bu
Məcəllənin 177.1-ci və 177.2-ci maddələri
tətbiq edilmir.
177.4. Vergi tutulan idxal üzrə ƏDV bu
Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun
olaraq gömrük rüsumlarının ödənilməsi üçün
nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən
hesablanır və alınır.
177.5. Qeydiyyat bu Məcəllənin
157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə
aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə
mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar
üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri
üçün müəyyən edilmiş qaydada vergi
məbləğlərini əvəzləşdirmək
hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi
tərəfindən verilən birinci bəyannamədə
əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin
verildiyi ay ərzində baş vermiş əməliyyatlar
sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə
əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə
hesab-fakturaları təqdim etmək hüququna malikdir.
177.6. ƏDV dövlət büdcəsinə
ödənilir.
ƏDV üzrə hesabat dövrü təqvim ayı
sayılır.
179.1. Hesabat dövründə vergi tutulan
dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi
ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat
dövründə əvəzləşdirilən vergi
məbləğinin hesablanmış vergidən artıq olan
hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini
verdiyi vaxtdan 45 gün ərzində qaytarılır.
179.2. Digər vergi ödəyiciləri üçün -
əvəzləşdirilən vergi məbləğinin hesabat
dövrü ərzində hesablanmış vergi məbləğindən
artıq olan hissəsi növbəti 5 aya keçirilir və bu
ayların ödəmələrinə aid edilir, artıq
ödəmənin hər hansı qalığı isə bu 5 ay
bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə
əsasən 45 gün ərzində büdcədən
qaytarılır.
179.3. Müəyyən
məbləğlərin vergi ödəyicisinə səhvən
qaytarıldığı bütün hallarda vergi və ya gömrük
orqanları həmin məbləğlərin vergilərin
tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını
tələb etməlidir.
180.1. ƏDV-nin düzgün hesablanması və
vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin
bəyannamələrin vergi orqanlarına müəyyən
edilmiş müddətlərdə verilməsi üçün vergi
ödəyiciləri və onların vəzifəli
şəxsləri Azərbaycan Respublikasının vergi
qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük
orqanlarının səlahiyyətinə aid olduqda isə
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
180.2. Vergitutmanın idarə edilməsi bu
Məcəlləyə və Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinə uyğun olaraq vergi orqanları və
gömrük orqanları tərəfindən öz
səlahiyyətləri daxilində həyata keçirilir.
181.1. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqaviləyə uyğun olaraq beynəlxalq
təşkilatın, yaxud xarici hüquqi və ya fiziki
şəxsin əvəzsiz köçürmələri ilə
ödənilmiş malları alan və yaxud işlərin və
ya xidmətlərin nəticələrini həmin əsaslarla
əldə edən şəxs vergi orqanına vergi
hesab-fakturaları verərkən, həmin mallara,
işlərə və ya xidmətlərə görə
ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi
vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.
181.2. ƏDV yalnız o zaman
qaytarılır ki, məbləğin geri alınması
tələbi vergi tutulan əməliyyatın və ya vergi
tutulan idxalın aparıldığı aydan sonrakı ay
qurtaranadək vergi orqanına verilmiş olsun.
Fəsil XII
Aksİzlər
182.1. Aksiz - aksizli malların satış
qiymətinə daxil edilən vergidir.
182.2. Azərbaycan Respublikasının
ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli
mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz
tutulur.
183.1. Bu fəsildə başqa hallar
nəzərdə tutulmamışdırsa, Azərbaycan
Respublikası ərazisində aksizli malların istehsalı
və ya idxalı ilə məşğul olan bütün
müəssisələr və fiziki şəxslər, habelə
Azərbaycan Respublikasının hüdudlarından kənarda
bilavasitə özü və ya podratçı vasitəsilə aksizli
malları istehsal edən və istehsal etdiyi yerdə vergi
ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının
rezidentləri aksizin ödəyiciləridirlər.
183.2. Sifarişçinin göndərdiyi xammaldan
Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi
hallarda, malların istehsalçısı (podratçı) aksizin
ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz
məbləğlərini sifarişçidən almalıdır.
184.1. Aşağıdakı
əməliyyatlar vergitutma obyektləridir:
184.1.1. Azərbaycan Respublikasının
ərazisində istehsal edilən aksizli malların istehsal
binasının hüdudlarından kənara buraxılması;
184.1.2. idxal malları üçün - Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə uyğun
olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən
çıxması.
184.2. Bu maddənin məqsədləri üçün
istehsal binalarına istehsalın olduğu ərazidə
yerləşən anbarlar, köməkçi anbar sahələri və
digər oxşar binalar aiddir.
185.1. Azərbaycan Respublikası
ərazisində istehsal olunan mallar üçün vergi tutulan
əməliyyatın məbləği vergi ödəyicisinin
müştəridən və ya hər hansı digər
şəxsdən, o cümlədən barter əsasında,
aldığı və ya almalı olduğu haqqın
topdansatış bazar qiymətindən (aksiz və ƏDV
çıxılmaqla) aşağı olmayan məbləğidir.
185.2. İdxal malları üçün vergi tutulan
əməliyyatın məbləği Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə uyğun
olaraq müəyyən edilən, lakin topdansatış bazar
qiymətindən aşağı olmayan malların gömrük
dəyərdir (aksiz və ƏDV çıxılmaqla).
185.3. Qaytarılan tara istisna
edilməklə qablaşdırmanın qiyməti vergi tutulan
əməliyyatın məbləği müəyyənləşdirilərkən
nəzərə alınır.
186.1. Azərbaycan Respublikası
ərazisində istehsal olunan mallar üçün - malların istehsal
binasının hüdudlarından kənara
buraxıldığı vaxt vergi tutulan əməliyyatın
vaxtıdır.
186.2. Malların idxalı üçün -
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük
xidmətinin nəzarətindən çıxdığı vaxt
vergi tutulan əməliyyatın vaxtıdır.
Aksizli malların ixracı sıfır dərəcəsi
ilə vergiyə cəlb olunur.
188.1. Aşağıdakılar aksizdən
azad edilir:
188.1.1. fiziki şəxsin fərdi
istehlakı üçün üç litr alkoqollu içkinin və üç blok siqaretin
idxalı, həmçinin Azərbaycan Respublikasına
avtomobillərlə gələn şəxslər üçün həmin
avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş
bakındakı yanacaq;
188.1.2. Azərbaycan Respublikası
ərazisindən tranzitlə daşınan mallar;
188.1.3. təkrar ixrac üçün nəzərdə
tutulan mallar istisna edilməklə, malların Azərbaycan
Respublikası ərazisinə müvəqqəti idxalı;
188.1.4. təkrar ixrac üçün nəzərdə
tutulan və girovla təminat verilən mallar.
188.2. Bu Məcəllənin 188.1-ci
maddəsində göstərilən aksizdən azadolmalar yalnız
o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların
şərtlərinə əməl edilmiş olsun.
Əgər gömrük rüsumu tutulması
məqsədləri üçün idxal, rüsumun geri qaytarılması
rejiminin təsiri altına
düşürsə və ya azadolmanın şərtləri
pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb
edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.
189.1. Aksizli malları (xammal və
materialları) alan və bu malları vergi tutulan digər
aksizli malların istehsalı üçün istifadə edən
şəxs xammal və materialları alarkən ödənilmiş
aksizin məbləğini əvəzləşdirmək və
ya geri almaq hüququna malikdir.
189.2. Bu maddəyə uyğun olaraq aksizin
məbləği yalnız xammal və materialların
istehsalçısı tərəfindən aksizin ödənildiyini
təsdiq edən hesab-faktura, xammal və materiallar idxal edildikdə
isə - müvafiq sənədlər vergi orqanına verildiyi zaman
əvəzləşdirilir və ya geri qaytarılır.
Sənədlər vergi orqanına verildikdən sonra 45 gün
ərzində tutulmuş aksiz məbləği vergi
ödəyicisinə qaytarılır.
190.1. Aşağıdakı mallar aksizli
mallara aid edilir:
içməli spirt, pivə və spirtli
içkilərin bütün növləri;
tütün məmulatları;
neft məhsulları.
190.2. Aksizlərin dərəcələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
191.1. Aksizlər üzrə hesabat dövrü
təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər
hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
ödənilməlidir.
191.2. Vergi ödəyicisinin aksizin
ödənişi üzrə borcu varsa, həmin borc yaranandan
ödənilənədək həyata keçirilən vergi tutulan
əməliyyatlar üzrə aksizlər bu Məcəllənin
191.1-ci maddəsinin tələblərinə baxmayaraq həmin
əməliyyatların aparıldığı vaxt ödənilir
və vergi ödəyicisinin həmin malları bu mallar üzrə
aksizi ödəyənədək istehsal binasının
hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.
191.3. Aksizli mallar idxal edildikdə, aksiz
gömrük orqanları tərəfindən gömrük rüsumlarının
tutulduğu qaydada tutulur.
191.4. Aksizlər dövlət büdcəsinə
ödənilir.
192.1. Vergi ödəyicisi bu
Məcəllənin 191.1-ci maddəsində göstərilən
hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə
tutulmuş müddətlərdə, hesabat dövrü ərzində vergi
tutulan əməliyyatlarını göstərməklə
bəyannamə verməlidir.
192.2. Aksizin ödəyicisi bu
Məcəllənin 189-cu maddəsində göstərilən
əvəzləşdirmə üçün ərizəni aksizin
ödənilməsinə dair bəyannamə ilə birlikdə
vergi orqanına verir.
193.1. Sonradan təkrar ixrac məqsədi
ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı
ödənilir və sonradan təkrar ixracın faktiki
həcminə müvafiq məbləğdə aksizi almış gömrük
orqanları tərəfindən 15 gün ərzində geri
qaytarılır.
193.2. Bu Məcəllənin 188.1.4-cü
maddəsinə uyğun olaraq aksizlərdən azad edilən
idxal mallarına bu Məcəllənin 193.1-ci
maddəsi tətbiq edilmir.
194.1. Aksiz tutulan mallara, o cümlədən
idxal mallarına aksiz markalarının tətbiqi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Belə aksizli malları markasız idxal
etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna
olmaqla) və ya satmaq qadağandır və həmin mallar
dövlət nəfinə alınır. Dövlət nəfinə
alınmış aksiz markası olmayan aksizli malların
satışı bu Məcəllədə müəyyən
edilmiş qaydada həyata keçirilir.
194.2. Vergi orqanları markalanmalı olan
aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq
binalarında və ya anbarlarında (şəxsi istehlak üçün
anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları,
plomblar qurmalı və digər tədbirləri görməklə
aksizli malların uçota alınmadan, markalanmadan və bu
Məcəllənin 191.2-ci maddəsində nəzərdə
tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun
olaraq aksizləri ödəmədən istehsal binasının
hüdudlarından kənara çıxarılmasının qarşısının
alınmasını təmin etməlidirlər.
195.1. Bu Məcəllənin 195.3-cü maddəsi
ilə başqa hallar nəzərdə
tutulmamışdırsa, aksizli malları göndərən vergi
ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul
edənə vergi hesab-fakturası yazmalı və
verməlidir.
195.2. Vergi hesab-fakturası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi formada
tərtib edilən və bu Məcəllənin 176.2-ci
maddəsində nəzərdə tutulmuş rekvizitləri
özündə əks etdirən sənəddir.
195.3. Mallar pərakəndə qaydada
göndərildiyi hallarda vergi hesab-fakturası əvəzinə
qəbz və ya çek verilə bilər.
Fəsil XIII
Əmlak vergİsİ
196.1. Xüsusi mülkiyyətində cari ilin
yanvarın 1-nə bu Məcəllənin 197-ci
maddəsində göstərilən vergitutma obyektləri olan
rezident və qeyri-rezident fiziki şəxslər əmlak
vergisinin ödəyiciləridir.
196.2. Aşağıdakı
müəssisələr əmlak vergisinin ödəyiciləridir:
196.2.1. rezident müəssisələr;
196.2.2. Azərbaycan Respublikasında özünün
daimi nümayəndəliyi vasitәsi ilə sahibkarlıq
fəaliyyətini həyata keçirən qeyri-rezident
müəssisələr.
Bu maddədə göstərilən vergi
ödəyiciləri bu fəsildə müvafiq olaraq fiziki
şəxslər və müəssisələr
adlandırılacaqdır.
197.1. Aşağıdakılar vergitutma
obyekti sayılır:
197.1.1. fiziki şəxslərin xüsusi
mülkiyyətində olan və Azərbaycan Respublikasının
ərazisində yerləşən tikililərin və ya
onların hissələrinin (bundan sonra bina
adlandırılacaq), həmçinin yerindən və istifadə
edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki
şəxslərə məxsus avtomobil və özüyeriyən
təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri),
su və hava nəqliyyatı vasitələrinin dəyəri;
197.1.2. müəssisələrin balansında
olan avtonəqliyyat vasitələri;
197.1.3. müəssisələrin balansında
olan əsas vəsaitlərin orta illik dəyəri;
197.1.4. bu Məcəllənin 196.2.2-ci
maddəsində göstərilən vergi ödəyicisi üçün -
yalnız daimi nümayəndəliklə bağlı olan əsas
vəsaitlərin orta illik dəyəri.
197.2. Vergitutma obyekti olan və
müəssisələr tərəfindən hüquqi şəxs
yaratmadan birgə fəaliyyət aparmaq üçün
birləşdirilən əsas vəsaitlərin dəyəri,
bu əsas vəsaitləri birləşdirən birgə
fəaliyyət iştirakçıları tərəfindən
vergiyə cəlb edilməsi məqsədləri üçün
bəyannaməyə daxil olunur. Birgə
fəaliyyət nəticəsində yaradılmış
(alınmış) əsas vəsaitlərin dəyəri
isə birgə fəaliyyətin iştirakçıları
tərəfindən müqavilə üzrə mülkiyyətdə
müəyyən olunmuş pay haqqına müvafiq olaraq
bəyannaməyə daxil edilir.
198.1. Fiziki şəxslər əmlak
vergisini aşağıdakı qaydada və
dərəcələrlə ödəyirlər:
198.1.1. onların xüsusi mülkiyyətində
olan binaların inventarlaşdırılmış
dəyərindən:
bu dəyər aylıq gəlirin vergi
tutulmayan məbləğinin 300 mislinədək olduqda vergi
tutulmur, 300 mislindən çox olan məbləğdən isə -
0,1 faizlə.
198.1.2. su və hava nəqliyyatı
vasitələrinə görə:
198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin
1 kub santimetri üçün aylıq gəlirin vergi tutulmayan
məbləğinin 0,02 faizi;
198.1.2.2. hava nəqliyyatı vasitəsinin
mühərrikinin 1 kub santimetri üçün aylıq gəlirin vergi
tutulmayan məbləğinin 0,02 faizi.
198.1.2.3. mühərriki olmayan su və hava
nəqliyyatı vasitələri üçün - onların bazar
qiymətinin 1 faizi.
198.2. Müəssisələr əsas
vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə
uyğun olaraq müəyyənləşdirilən
dəyərindən 1 faiz dərəcəsi ilə əmlak
vergisi ödəyirlər.
198.3. Fiziki şəxslər və
müəssisələr avtonəqliyyat vasitələrinə
görə illik əmlak vergisini həmin vasitələrin
mühərrikinin həcminə görə (1 kub santimetr hesabı
ilə) aşağıdakı dərəcələrlə
ödəyirlər:
|
Vergitutma
obyektinin adı |
Aylıq
gəlirinin vergi tutulmayan məbləğinə
nisbətən, faizlə |
|
Minik avtomobilləri |
0,01 |
|
Yük daşıyan avtonəqliyyat
vasitələri və avtobuslar |
0,02 |
198.4. Bu Məcəllənin 198.1-ci və
198.2-ci maddələrində göstərilən vergi
dərəcələri əmlakın orta illik qalıq
dəyərinə tətbiq olunur.
199.1. Dövlət hakimiyyəti orqanları,
büdcə təşkilatları və yerli özünü idarəetmə
orqanları, Azərbaycan Respublikasının Milli Bankı
və onun qurumları, dövlət fondları və
əlillərin ictimai təşkilatları əmlak vergisini
ödəməkdən azaddır.
199.2. Misgərlik, qalayçılıq,
dulusçuluq və saxsı məmulatlarının,
təsərrüfat müxəlləfatının,
bağçılıq-bostançılıq alətlərinin, xalq
musiqi alətlərinin, oyuncaqların, suvenirlərin,
qamışdan və qarğıdan məişət
əşyalarının düzəldilməsi, keramika
məmulatlarının bədii işlənməsi, bədii
tikmə, ağac materiallardan məişət
alətlərinin hazırlanması sahəsində hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin
sənətkarlıq emalatxanalarının binaları və ya
binaların bu emalatxanalar yerləşən hissələri
əmlak vergisinə cəlb edilmir.
199.3. Binaların icarəyə,
kirayəyə verildiyi, habelə sahibkarlıq və ya
kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün
istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin
102.2-ci maddəsində göstərilən şəxslərin,
habelə pensiyaçıların və müddətli hərbi
xidmət hərbi qulluqçularının və onların ailə
üzvlərinin müddətli hərbi xidmət dövründə binalara
görə ödəməli olduqları əmlak vergisininin məbləği
aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,5 misli
qədər azaldılır.
199.4. Vergitutma məqsədləri üçün
müəssisənin əmlakının dəyəri
aşağıdakı əmlakların dəyərində
azaldılır:
199.4.1. ekologiya, yanğından mühafizə
və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin;
199.4.2. məhsul ötürən
kəmərlərin, dəmir və avtomobil yollarının,
rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və
suvarma sistemi obyektlərinin;
199.4.3. bu Məcəllənin 197.1.2-ci
maddəsinə uyğun olaraq vergiyə cəlb edilən
avtonəqliyyat vasitələrinin;
199.4.4. təhsil, səhiyyə,
mədəniyyət və idman müəssisələrinin
yalnız bu sahələrin təyinatı üzrə istifadə
etdiyi obyektlərinin;
199.4.5. bu Məcəllənin 114.3.2-ci
maddəsinə uyğun olaraq amortizasiya olunan əsas
vəsaitlərin.
199.5. Şəhərlərdə
sərnişin daşımaları üçün istifadə olunan
trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.
199.6. Bu Məcəllənin 102.2-ci
maddəsində göstərilən şəxslərin
avtonəqliyyat vasitələrinə görə ödəməli
olduğu əmlak vergisinin məbləği aylıq gəlirin
vergi tutulmayan məbləğinin 50 faizi qədər
azaldılır.
200.1. Binalar üzrə əmlak vergisi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
binaların hər il yanvarın 1-i vəziyyətinə
müəyyənləşdirilən inventar dəyərinə
əsasən hesablanılır.
200.2. Bir neçə sahibi olan bina üzrə
əmlak vergisi həmin binanın hər sahibi üçün onun
binanın dəyərindəki payına uyğun olaraq, bu
Məcəllənin 200.1-ci maddəsində müəyyən
edilmiş qaydaya uyğun olaraq hesablanır.
200.3. Su və hava nəqliyyatı
vasitələrinə görə vergi onların qeydiyyatını
həyata keçirən təşkilatlar tərəfindən
verilən məlumatlar əsasında hər il yanvarın 1-i
vəziyyətinə hesablanılır. Belə qeydiyyatın
olmadığı hallarda, həmin əmlakın sahibi
mülkiyyətində olan su və hava nəqliyyatı
vasitələri barədə lazımi məlumatları
(buraxılış ili, alış qiyməti və texniki
xarakteristikası) əks etdirən sənədləri hər
il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus
olan su və hava nəqliyyatı vasitəsinə görə vergi
həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan
keçirmiş şəxsdən tutulur.
200.4. Müvafiq orqanlar verginin ödənilməsi
barədə tədiyə bildirişini vergi
ödəyicilərinə iyunun 1-dən gec olmayaraq
verməlidirlər.
200.5. Cari il üçün verginin məbləği
bərabər hissələrlə - həmin il avqustun
15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi
əmlakın əvvəlki sahibi tərəfindən
ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən
edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi
tərəfindən ödənilir.
200.6. Fiziki şəxslərdən
əmlak vergisi yerli (bələdiyyə) büdcəyə
ödənilir. Vergi vaxtında ödənilmədikdə, bu
Məcəllə ilə müəyyən edilmiş qaydada faiz
hesablanır.
200.7. Avtonəqliyyat vasitələri
üzrə əmlak vergisi avtonəqliyyat vasitələrinin
qeydiyyatdan, yenidən qeydiyyatdan və ya illik texniki
baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda
ödənilir. Verginin ödənilməsini təsdiq edən
sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin
qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki
baxışı keçirilmir.
201.1. Vergitutma məqsədləri üçün
müəssisənin əmlakının orta illik qalıq
dəyəri bu Məcəllənin 202-ci maddəsinə
uyğun olaraq müəyyən edilir.
201.2. Müəssisənin əmlak vergisi üçün
vergi dövrü təqvim ili sayılır.
201.3. Əmlak vergisi ödəyiciləri cari
vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-
dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin
məbləğinin 25 faizi həcmində vergi ödəyir.
201.4. Dövlət büdcəsinə hesabat dövrü
üçün ödənilməli olan verginin məbləği hesabat dövrü
ərzində əvvəllər hesablanmış
ödəmələr nəzərə alınmaqla müəyyən
edilir.
201.5. Müəssisə əmlak vergisinin illik
bəyannaməsini mənfəət vergisinin bəyannaməsi
ilə birlikdə vergi orqanına verir.
201.6. İllik bəyannamələr
üzrə vergilər həmin bəyannamələrin verilməsi
üçün müəyyən edilmiş müddətlərədək
ödənilir. Hesablanmış verginin məbləği bu
Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan
gəlirdən çıxılmalara aid edilir.
201.7. Müəssisələrin əmlak vergisi
dövlət büdcəsinə ödənilir.
201.8. Müəssisələrin avtonəqliyyat
vasitələri üçün əmlak vergisi avtonəqliyyat
vasitələrinin qeydiyyatdan, yenidən qeydiyyatdan və ya
illik texniki baxışdan keçirilməsi üçün müəyyən
edilmiş vaxtda dövlət büdcəsinə ödənilir. Vergi
vaxtında ödənilmədikdə, bu Məcəllə ilə
müəyyən edilmiş qaydada faiz hesablanır.
Verginin ödənilməsini təsdiq edən
sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin
qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki
baxışı keçirilmir.
202.0. Vergitutma məqsədləri üçün
müəssisənin əmlakının orta illik qalıq
dəyəri götürülür. Müəssisənin əmlakının
(avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq
dəyəri aşağıdakı qaydada hesablanır:
202.0.1. Müəssisə bütün il ərzində
fəaliyyət göstərmişdirsə, onun
əmlakının (avtonəqliyyat vasitələri istisna
olmaqla) hesabat ilinin əvvəlinə və sonuna balans üzrə
qalıq dəyəri toplanıb ikiyə bölünür.
202.0.2. Müəssisə hesabat ili
ərzində yaradıldıqda, onun əmlakının (avtonəqliyyat
vasitələri istisna olmaqla) yaradıldığı
tarixə və ilin sonuna balans üzrə qalıq dəyəri
toplanaraq 24-ə bölünür və müəssisənin
yaradıldığı aydan sonra, ilin sonuna qədər olan
ayların sayına vurulur.
202.0.3. Müəssisə hesabat ili
ərzində ləğv edildikdə, onun əmlakının
(avtonəqliyyat vasitələri istisna olmaqla) ilin
əvvəlinə və ləğv edildiyi tarixə balans
üzrə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin
əvvəlindən müəssisənin ləğv edildiyi aya
qədər olan ayların sayına vurulur.
Fəsil XIV
Torpaq vergİsİ
203.1. Torpaq vergisi torpaq
mülkiyyətçilərinin və ya istifadəçilərinin
təsərrüfat fəaliyyətinin nəticələrindən
asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit
tədiyə şəklində hesablanır.
203.2. Rezident və qeyri-rezident fiziki
şəxslər, habelə rezident və qeyri-rezident
müəssisələr torpaq sahələri barədə
özlərinin mülkiyyət və istifadə hüquqlarını
təsdiq edən sənədləri aldıqdan sonra fiziki
şəxslər və bələdiyyə
müəssisələri bələdiyyələrdə, digər
müəssisələr isə vergi orqanında 1 ay ərzində
uçota durmalıdırlar.
204.1. Azərbaycan Respublikasının
ərazisində mülkiyyətində və ya istifadəsində
torpaq sahələri olan aşağıdakı rezident və
qeyri-rezident şəxslər torpaq vergisinin ödəyiciləridir:
204.1.1. rezident və qeyri-rezident fiziki
şəxslər;
204.1.2. rezident müəssisələr;
204.1.3. bu Məcəllənin 204.1.1-ci
maddəsində göstərilən müəssisələrin cari
hesabı olan filialları və bölmələri;
204.1.4. Azərbaycan Respublikasında özünün
daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq
fəaliyyətinin həyata keçirən qeyri-rezident
müəssisələr.
204.2. bu Məcəllənin 204-cü
maddəsində göstərilən vergi ödəyiciləri bu
fəsildə müvafiq olaraq fiziki şəxslər və
müəssisələr adlandırılacaqlar.
Fiziki şəxslərin və
müəssisələrin Azərbaycan Respublikasının
ərazisində mülkiyyətində və ya istifadəsində
olan torpaq sahələri vergitutma obyekti sayılır.
206.1. Torpaq vergisinin dərəcəsi
kənd təsərrüfatı torpaqları üzrə 1
şərti bal üçün aylıq gəlirin vergi tutulmayan
məbləğinin 0,3 faizidir.
206.2. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən kadastr qiymət rayonları və ora daxil
olan inzibati rayonlar üzrə kənd təsərrüfatı
torpaqlarının təyinatı, coğrafi yerləşməsi
və keyfiyyəti nəzərə alınmaqla şərti
balları müəyyənləşdirilir.
206.3. Sənaye, tikinti, nəqliyyat,
rabitə, ticarət-məişət xidməti və digər
xüsusi təyinatlı yaşayış fondlarının
həyətyanı sahələri və vətəndaşların
bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq
sahəsinin hər kvadrat metrinə görə
aşağıdakı cədvəldə aylıq gəlirin
vergi tutulmayan məbləğindən faizlə müəyyən
olunan dərəcələr tətbiq olunur:
|
YAŞAYIŞ
MƏNTƏQƏLƏRİ |
SƏNAYE,
TİKİNTİ, NƏQLİYYAT, RABİTƏ,
TİCARƏT-MƏİŞƏT XİDMƏTİ VƏ
DİGƏR XÜSUSİ TƏYİNATLI TORPAQLAR |
YAŞAYIŞ
FONDLARININ, HƏYƏTYANI SAHƏLƏRİN TORPAQLARI VƏ
VƏTƏNDAŞLARIN BAĞ SAHƏLƏRİNİN
TUTDUĞU TORPAQLAR |
|
BAKI |
0,3 |
0,025 |
|
GƏNCƏ, SUMQAYIT |
0,25 |
0,02 |
|
NAXÇIVAN, ŞƏKİ, YEVLAX,
LƏNKƏRAN, XANKƏNDİ, MİNGƏÇEVİR,
ƏLİ-BAYRAMLI, NAFTALAN |
0,15 |
0,012 |
|
RAYON MƏRKƏZLƏRİNDƏ |
0,125 |
0,01 |
|
RAYON TABEÇİLİYİNDƏ OLAN
ŞƏHƏRLƏRDƏ, QƏSƏBƏLƏRDƏ
VƏ KƏNDLƏRDƏ (BAKI, GƏNCƏ, SUMQAYIT VƏ
MİNGƏÇEVİR ŞƏHƏRLƏRİNİN
QƏSƏBƏ VƏ KƏNDLƏRİ İSTİSNA
OLMAQLA) |
0,06 |
0,005 |
207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə
cəlb edilmir:
207.1.1. yaşayış
məntəqələrinin ümumi istifadədə olan
torpaqları;
207.1.2. Dövlət hakimiyyəti
orqanlarının, büdcə təşkilatlarının və
yerli özünü idarəetmə orqanlarının, Azərbaycan
Respublikası Milli Bankının və onun qurumlarının
mülkiyyətində və ya qurumlarının
istifadəsində olan torpaqlar;
207.1.3. istehsal fəaliyyətinə
cəlb edilməmiş dövlət, meşə və su fondu
torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına məxsus olan sektorunun altında
yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları
və müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin 102.2-ci
maddəsində göstərilən şəxslərin
mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin
məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin
50 faizi qədər azaldılır.
208.1. Torpaq vergisi torpaq barəsində
mülkiyyət və ya istifadə hüququnu təsdiq edən
sənədlər əsasında
müəyyənləşdirilir. Tikililərin və
qurğuların altında olan torpaqlara, həmçinin
obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq
sahələrinə görə torpaq vergisi tutulur.
208.2. Torpaq vergisini müəssisələr
torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin
dərəcələrinə əsasən illik olaraq
hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları
vergi orqanına verirlər. Bu qaydada hesablanmış torpaq
vergisinin məbləği bu Məcəllənin 119-cu
maddəsi ilə məhdudlaşdırılmayan
gəlirdən çıxılmalara aid edilir.
208.3. Müvafiq orqanlar tərəfindən
hər il iyulun 1-dək fiziki şəxslərə torpaq
vergisi hesablanılır və tədiyə bildirişləri
avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
208.4. Ayrılıqda bir neçə hüquqi
və ya fiziki şəxsin mülkiyyətində və ya
istifadəsində olan tikililərin altında qalan və ya
onlara xidmət üçün ayrılmış torpaq sahələrinə
görə vergi onlara məxsus tikili sahələrinə
mütənasib surətdə hesablanır.
208.5. Torpaq vergisi bərabər
məbləğlərdə 15 avqust və 15 noyabr
tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi
torpağın əvvəlki sahibi tərəfindən
ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən
edilmiş ödəmə vaxtına həmin torpağın sahibi
tərəfindən ödənilir.
208.6. Müəssisələrin torpaq vergisi
dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi
isə yerli büdcəyə (bələdiyyə büdcəsinə)
ödənilir.
Fəsil XV
Yol vergİsİ
Azərbaycan Respublikasının
ərazisinə daxil olan və həmin ərazidən
sərnişin və yük daşınması üçün istifadə
edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri
olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki
şəxslər Azərbaycan Respublikasının avtomobil
yollarından istifadəyə görə yol vergisinin
ödəyiciləridir.
Azərbaycan Respublikasının
ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat
vasitələri vergitutma obyektidir.
211.1. Avtonəqliyyat vasitələrinin
növündən, oturacaqların sayından, yük götürmə
qabiliyyətindən və avtonəqliyyat vasitəsinin
yüklə birlikdə ümumi çəkisindən, oxa düşən
ağırlıqdan, Azərbaycan Respublikası
ərazisində qət edilən məsafədən, təhlükəli
yüklərin daşınmasından asılı olaraq
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici
dövlətlərin avtonəqliyyat vasitələrindən vergi
aşağıdakı dərəcələrlə
hesablanır:
211.1.1. minik avtomobilləri - 15 ABŞ dolları;
211.1.2. avtobuslar üçün oturacaq yerlərinin
sayından asılı olaraq 1-ci gün üçün:
- 1-12 olduqda - 30 ABŞ dolları;
- 13-30 olduqda - 60 ABŞ dolları;
- 31 və daha çox olduqda -
100 ABŞ dolları;
211.1.3. yük avtomobilləri, qoşqulu və
yarımqoşqulu avtonəqliyyat vasitələri üçün yük
götürmə qabiliyyətindən asılı olaraq 1-ci gün üçün:
- 1 - 10 ton olduqda - 100 ABŞ dolları;
- 11 - 24 ton olduqda - 120 ABŞ dolları;
- 24 tondan çox olduqda -
180 ABŞ dolları.
211.2. Bu Məcəllənin 211.1.3-cü
maddəsində göstərilən verginin məbləği
ağır çəkili avtonəqliyyat vasitələri ilə
yüklərin daşınmasına görə Azərbaycan
Respublikasının ərazisində qət edilən yolun
hər kilometri üçün aşağıdakı qədər
artırılır:
211.2.1. nəqliyyat vasitələrinin
yüklә birlikdə ümumi çəkisi:
- 37 tondan 41 tonadək olduqda -
0,15 ABŞ dolları;
- 41 tondan 51 tonadək olduqda -
0,30 ABŞ dolları;
- 51 tondan 61 tonadək olduqda -
0,45 ABŞ dolları;
- 61 tondan 71 tonadək olduqda -
0,60 ABŞ dolları;
- 71 tondan 81 tonadək olduqda -
0,75 ABŞ dolları;
- 81 tondan çox olduqda -
1,8 ABŞ dolları;
211.2.2. oxa düşən maksimum mümkün
ağırlıq oxarası məsafəyə uyğun normativ
həddən:
- 20 faizədək olduqda - 0,5 ABŞ dolları;
- 20 faizdən 50 faizədək olduqda -
1 ABŞ dolları;
- 50 faizdən 70 faizədək olduqda -
2 ABŞ dolları;
211.3. Ağır çəkili avtonəqliyyat
vasitələrinə aşağıdakılar aid edilir:
- yüklə birlikdə çəkisi 36 tondan
yuxarı, bir oxa düşən yük 10 tondan artıq olan
avtonəqliyyat vasitələri;
- oxarası məsafə 1,61-2,5 metr olduqda
bir oxa düşən ağırlıq - 9 tondan, 1,31-1,6 metr
olduqda - 8 tondan, 1-1,3 metr olduqda 7 tondan və 1
metrədək olduqda 6 tondan çox olan çoxoxlu (2 və
daha çox oxlu) avtonəqliyyat vasitələri.
211.4. Təhlükəli yüklərin
daşınmasına görə bu Məcəllənin 211.1.3-cü
maddəsində göstərilən verginin məbləği
aşağıdakı qədər artırılır:
- az təhlükəli yüklər üçün - 100 faiz;
- təhlükəli yüklər üçün - 200 faiz;
- xüsusi təhlükəli yüklər üçün - 400 faiz.
211.5. Azərbaycan Respublikasının
ərazisində qalma müddətinin asılı olaraq bu
Məcəllənin 211.1.2-ci və 211.1.3-cü
maddələrində göstərilən avtonəqliyyat
vasitələri üzrə bu Məcəllənin 211.1.2, 211.1.3
və 211.4-cü maddələrinə uyğun olaraq
hesablanmış verginin məbləği hər gün üçün
aşağıdakı qədər artırılır:
- 2 gündən 7 günədək - 20 faiz;
- 7 gündən 30 günədək - 30 faiz;
- 30 gündən sonra - 40 faiz.
Xarici dövlətlərin avtonəqliyyat
vasitələrindən bu fəsildə müəyyən edilmiş
vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan
Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük
orqanları tuturlar və bir bank günü ərzində dövlət
büdcəsinə keçirirlər.
Fəsil XVI
Mədən vergİsİ
Azərbaycan Respublikasının
ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda
faydalı qazıntıların çıxarılmasına görə
mədən vergisi tutulur.
214.1. Yerin təkindən faydalı
qazıntıları çıxaran aşağıdakı
şəxslər mədən vergisinin ödəyiciləridir:
214.1.1 rezident və qeyri-rezident
şəxslər;
214.1.2. rezident müəssisələr;
214.1.3. bu Məcəllənin 214.1.2-ci
maddəsində göstərilən müəssisələrin və
cari hesabı olan filialları;
214.1.4. Azərbaycan Respublikasında özünün
daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq
fəaliyyətinin həyata keçirən qeyri-rezident
müəssisələr.
214.2. bu maddədə göstərilən vergi
ödəyiciləri bu fəsildə müvafiq olaraq fiziki
şəxslər və müəssisələr
adlandırılacaqdır.
Azərbaycan
Respublikasının ərazisində (Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin
təkindən çıxarılan faydalı qazıntılar
vergitutma obyektidir.
216.1. Mədən vergisinin
dərəcələri yerin təkindən çıxarılan
faydalı qazıntıların növündən asılı olaraq
aşağıdakı kimi müəyyənləşdirilir:
|
Mədən
vergisinə cəlb olunan faydalı
qazıntılarının adı |
Mədən
vergisinin dərəcələri (faizlə) |
|
Xam neft |
26 |
|
Təbii qaz |
20 |
|
Filiz faydalı qazıntıları: |
|
|
qara metallar (dəmir filizli, hematit) |
3 |
|
əlvan metallar (mis, qurğuşun,
sink, alüminium xammalı, molibden, kobalt) |
4 |
|
nəcib metallar (qızıl, gümüş) |
8 |
|
nadir metallar (civə, sürmə) |
4 |
|
Qeyri-filiz faydalı
qazıntıları: |
|
|
mişar daşları |
10 |
|
üzlük daşları (mərmər,
qabbro, tuflar, travertin, mərmərləşmiş
əhəng daşı) |
8 |
|
seolit |
4 |
|
barit |
4 |
|
yüngül doldurucular (keramzit, aqloporit)
istehsalı üçün gillər |
4 |
|
kərpic-kiramid gilləri |
4 |
|
vulkan külü və pemza |
3 |
|
kvars qumları |
4 |
|
tikinti qumları |
4 |
|
sement xammalı (əhəng
daşı, mergel, gil, vulkan külü) |
4 |
|
daş duz |
5 |
|
yüksək möhkəmliyə malik
çınqıl xammalı |
6 |
|
qiymətli və yarımqiymətli
bəzək daşları |
5 |
|
yodlu bromlu sular |
5 |
|
mineral sular |
8 |
216.2. Mədən vergisinin bu
Məcəllənin 216.1-ci maddəsi ilə müəyyən
edilmiş dərəcələri faydalı
qazıntıların ayrı-ayrı növləri üzrə
topdansatış qiymətinə tətbiq edilir.
217.1. Mədən vergisi bu
Məcəllənin 216-ci maddəsi ilə müəyyən
olunmuş vergi dərəcələrini yerin təkindən
çıxarılmış ayrı-ayrı növ faydalı
qazıntıların topdansatış qiymətinə
tətbiq etməklə hesablanır.
217.2. Hesabat ayı üçün mədən
vergisinin məbləği faydalı qazıntıların
çıxarıldığı aydan sonrakı ayın 20-dək
ödənilir.
217.3. Mədən vergisinin
ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın
20-dən kec olmayaraq vergi orqanına, yerli büdcələrə
daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə
mədən vergisinin bəyannaməsini verirlər.
217.4. Bu maddədə müəyyən
edilən qaydada hesablanmış verginin məbləği bu
Məcəllənin 119-cu maddəsi ilə
məhdudlaşdırılmayan gəlirdən
çıxılmalara aid edilir.
217.5. Mədən vergisi (yerli
əhəmiyyətli tikinti materialları üzrə mədən
vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli
əhəmiyyətli tikinti materialları üzrə mədən
vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə)
ödənilir.
217.6 Xam neftin və qazın hasilatı
zamanı bu Məcəllənin 217.1-ci maddəsinə
uyğun olaraq mədən vergisi hesablanarkən, hasil
edilmiş neftin və qazın miqdarından texnoloji proseslə
əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən normativlər əsasında
çıxılır.
Fəsil XVII
Sadələşdİrİlmİş sİstem
üzrə vergİ
Aksizli mallar istehsal edən
müəssisələr, kredit və sığorta
təşkilatları, investisiya fondları, qiymətli
kağızlar bazarının peşəkar
iştirakçıları istisna olmaqla ƏDV-nin
məqsədləri üçün bu Məcəllənin 155.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyata
alınmamış müəssisələr
sadələşdirilmiş sistem üzrə verginin
ödəyiciləridir.
219.1. Hesabat dövrü ərzində vergi
ödəyicisi tərəfindən təqdim edilmiş mallara
(işlərə, xidmətlərə) və əmlaka
görə, habelə satışdankənar fəaliyyət
üzrə əldə edilmiş ümumi hasilatın həcmi
vergitutma obyektidir.
219.2. Sadələşdirilmiş sistem
üzrə vergi ödəyən müəssisələr ƏDV-nin,
mənfəət vergisinin, torpaq vergisinin, əmlak vergisinin
ödəyicisi deyildirlər.
Sadələşdirilmiş sistem üzrə
verginin dərəcəsi bu verginin ödəyicilərinin
malların təqdim edilməsindən, işlərin
görülməsindən və xidmətlərin göstərilməsindən
əldə etdiyi vəsaitin məbləğindən (ümumi
hasilatının həcmindən) 2 faizdir.
221.1. Hesabat dövrü üçün
sadələşdirilmiş sistem üzrə verginin
məbləği bu Məcəllənin 220-ci maddəsi
ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat
dövrünün ümumi hasilatının həcminə tətbiq
etməklə hesablanır.
221.2. Sadələşdirilmiş sistem
üzrə vergi üçün hesabat dövrü rübdür.
221.3. Sadələşdirilmiş sistem
üzrə verginin ödəyiciləri hesabat dövründən sonrakı
ayın 20-dək ödənilməli olan verginin məbləği
haqqında vergi orqanlarına bəyannamə verir və
həmin müddətdə vergini büdcəyə ödəyirlər.