Əməyin mühafizəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun
işləyənlərin əməyinin mühafizəsi
hüququnun həyata keçirilməsini təmin
etməyə yönəldilmişdir, respublikada əməyin
mühafizəsi işinin təşkilinin vahid qaydasını
müəyyən edir və tabeliyindən, mülkiyyət
formasından və təsərrüfat
fəaliyyətindən asılı olmayaraq bütün
nazirliklərə, baş idarələrə, korporasiyalara,
konsernlərə, assosiasiyalara, birliklərə,
müəssisələrə, idarələrə,
təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer
təsərrüfatlarına və başqa
təsərrüfat idarəetmə orqanlarına*
şamil edilir.
I
fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əməyin mühafizəsi
anlayışı
Əməyin
mühafizəsi müvafiq qanunvericilik aktları və
digər normativ aktlar əsasında fəaliyyət
göstərən sosial-iqtisadi, təşkilati, texniki,
sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin
və vasitələrin elə bir sistemidir ki, əmək
fəaliyyəti prosesində insanın təhlükəsizliyini,
sağlamlığının və iş qabiliyyətinin
qorunmasını təmin edir.
Maddə 2. Əməyin mühafizəsi hüququ
Azərbaycan
Respublikasının vətəndaşları və xarici
vətəndaşlar respublikanın bütün
ərazisində əmək fəaliyyəti prosesində
əməyin mühafizəsi, həyatın və
sağlamlığın qorunması hüququna malikdirlər.
Maddə 3. Əməyin mühafizəsi
haqqında qanunvericilik
Əməyin
mühafizəsi haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının digər qanunvericilik aktlarınn və
bunlara müvafiq surətdə qəbul edilən normativ
aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi
beynəlxalq normativ-hüquq aktlarından və
dövlətlərarası müqavilələrdən
ibarətdir.
Bundan sonra “müəssisələr
və təşkilatlar adlandırılacaq.
İşçilərin əməyinin
mühafizəsi hüququ üçün başqa
qanunvericilik aktlarında müəyyən edilmiş
təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq
təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd
olan aktlar etibarsız sayılır.
Əməyin
mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar,
təlimatlar bütün müəssisələr və
təşkilatlar, onların vəzifəli şəxsləri,
işverənlər və işçilər
üçün məcburidir.
Maddə 4. Əməyin mühafizəsi
haqqında qanunvericiliyin qüvvəsi
Əməyin
mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi
müxtəlif mülkiyyət və
təsərrüfatçılıq formalarına məxsus
müəssisələr, idarələr və
təşkilatlar ilə, o cümlədən ayrı-ayrı
işçitutanlarla əmək münasibətlərində
olan bütün işçilərə; kooperativlərin
üzvlərinə, istehsalat təcrübəsi keçən
ali, orta ixtisas, texniki peşə və ümumtəhsil
məktəblərinin tələbə və
şagirdlərinə, müəssisələrdə
işə cəlb edilən hərbi qulluqçulara,
məhkəmənin hökmü ilə cəza
çəkən şəxslərə— onlar islah-əmək
müəssisələrində və ya hökmlərin
icrasını həyata keçirən orqanların
müəyyənləşdirdiyi
müəssisələrdə işlədikləri
dövrdə, həmçinin cəmiyyətin və
dövlətin mənafeyi naminə təşkil olunan
əmək fəaliyyətinin digər növlərinin
iştirakçılarına şamil edilir.
Maddə 5. Əməyin mühafizəsi sahəsində dövlət
siyasətinin əsas prinsipdən
Öz hakimiyyət
və idarəetmə orqanlarının simasında
Azərbaycan Respublikası həmkarlar ittifaqlarının
və zəhmətkeşlərin, sahibkarların digər
nümayəndəli təşkilatlarının iştirakı
ilə əməyin mühafizəsi sahəsində
dövlət siyasətini hazırlayır, həyata
keçirir, vaxtaşırı dəyişdirir və bu zaman
aşağıdakı prinsiplərə əsaslanır:
bütün
qanunvericilik, icra hakimiyyəti orqanlarının,
nəzarətçi idarəetmə orqanlarının,
nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli
özünüidarə orqanlarının,
müəssisələrin və təşkilatların
əmək şəraitinin və əməyin mühafizəsinin
yaxşılaşdırılmasına, istehsalat
zədələrinin və peşə
xəstəliklərinin qarşısının
alınmasına yönəldilmiş fəaliyyət birliyi;
işçinin
həyat və sağlamlığının
müəssisənin istehsal fəaliyyətinin
nəticələrindən üstün tutulması;
əməyin
mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və
sosial siyasətin digər istiqamətləri ilə, ətraf
mühitin mühafizəsi sahəsində
fəaliyyətlə əlaqələndirilməsi;
mülkiyyət və
təsərrüfatçılıq formalarından
asılı olmayaraq bütün müəssisələr
və təşkilatlar üçün əməyin
mühafizəsi sahəsində vahid tələblərin
müəyyən edilməsi;
əməyin
mühafizəsi tələblərinin bütün
müəssisələrdə və təşkilatlarda
yerinə yetirilməsinə müstəqil və
səmərəli nəzarətin həyata
keçirilməsi;
əməyin
mühafizəsi sahəsində elm və texnika
nailiyyətlərindən, qabaqcıl təcrübədən,
o cümlədən xarici ölkələrin
nailiyyətlərindən və təcrübəsindən
geniş istifadə edilməsi, təhlükəsiz
texnikanın və texnologiyanın, işləyənləri
mühafizə vasitələrinin hazırlanmasının
və tətbiqinin həvəsləndirilməsi;
müəssisələrdə
və təşkilatlarda sağlam və təhlükəsiz
əmək şəraiti yaradılmasına kömək
göstərən vergi siyasətinin yeridilməsi;
əməyin
mühafizəsinin maliyyələşdirilməsində
dövlətin iştirakı;
işçilərin
xüsusi geyim və ayaqqabı, digər fərdi
mühafizə vasitələri ilə, müalicə-profilaktik
yeməklə pulsuz təmin edilməsi;
ali və orta ixtisas
məktəblərində əməyin mühafizəsi
üzrə mütəxəssislərin hazırlanması;
istehsalatda baş
vermiş hər bir bədbəxt hadisənin, peşə
xəstəliyinin hökmən təhqiq edilməsi, uçota
alınması və təhlil edilməsi və bunun əsasında
istehsalatda zədələnmələrin və peşə
xəstəliklərinin səviyyələri barədə
əhaliyə məlumat verilməsi;
istehsalatda
bədbəxt hadisələrdən zərər
çəkmiş və ya peşə
xəstəliklərinə tutulmuş işçilərin
mənafelərinin sosial müdafiəsi;
həmkarlar
ittifaqlarının, digər ictimai təşkilatların,
müəssisələrin və ayrı-ayrı
şəxslərin əməyin mühafizəsini təmin
etməyə yönəldilmiş fəaliyyətinə
hərtərəfli yardım olunması;
əməyin
mühafizəsi məsələlərinin həllində
beynəlxalq əməkdaşlıq.
Maddə 6. Əməyin
mühafizəsi problemlərinə dair qərarların
hazırlanmasında və qəbul
edilməsində
ictimai təşkilatların iştirakı
Müəssisələr,
mütəxəssislər, vətəndaşlar əməyin
mühafizəsi problemlərini həll etmək
üçün birləşərək Azərbaycan Respublikasının
ictimai təşkilatlar haqqında qanunvericiliyinə müvafiq
surətdə fəaliyyət göstərən ictimai
təşkilatlar yarada bilərlər.
Dövlət və
təsərrüfat idarəetmə orqanlarını,
nəzarət orqanları, habelə müəssisələr
bu təşkilatlara hərtərəfli kömək göstərir
və əmək mühafizəsinin təmin edilməsi
məsələlərinə dair qərarları
işləyərkən və qəbul edərkən
onların təkliflərini və tövsiyələrini
nəzərə alır.
Maddə 7. Beynəlxalq
müqavilələr və sazişlər yerinə
yetirilərkən əməyin mühafizəsi
Azərbaycan
Respublikasının müəssisələri və
vətəndaşları beynəlxalq müqavilələr
və sazişlər əsasında xaricdə
işləyərkən əməyin mühafizəsi
üzrə tələblər müəyyən
edilməyibsə, bu müqavilələrdə və
sazişlərdə nəzərdə tutulmuş
tələblər tətbiq edilir.
Azərbaycan
Respublikasının müəssisələrində
işləyən xarici vətəndaşların
əməyinin mühafizəsi sahəsində
münasibətlərin tənzimlənməsi
xüsusiyyətləri əlaqədar tərəflərin
razılığına əsasən müəyyən edilir.
II
fəsil
ƏMƏYİN
MÜHAFİZƏSİNİN
TƏŞKİLATİ-TEXNİKİ VƏ MALİYYƏ
TƏMİNATI
Maddə 8. Əməyin
mühafizəsini dövlət idarəetməsi
Respublikada
əməyin mühafizəsini dövlət
idarəetməsini Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti, yerli hakimiyyət orqanları, habelə xüsusi
səlahiyyət verilmiş dövlət orqanları
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
sürətdə həyata keçirirlər.
Azərbaycan Respublikasının
hökuməti:
əməyin
mühafizəsi sahəsində vahid dövlət siyasətini
hazırlayır və həyata keçirir, əmək
şəraitini yaxşılaşdırmaq və əməyin
mühafizəsini təmin etmək sahəsində
nazirliklərin, baş idarələrin, konsernlərin,
assosiasiyaların, birliklərin, müəssisələrin,
təşkilatların, kooperativlərin, yerli
özünüidarə orqanlarının və digər
orqanların vəzifələrini
müəyyənləşdirir, sağlam və
təhlükəsiz əmək şəraitini təmin
etmək sahəsində onların fəaliyyətini
əlaqələndirir və ona nəzarət edir;
həmkarlar
ittifaqlarının və zəhmətkeşlərin,
sahibkarların digər nümayəndəli
təşkilatlarının iştirakı ilə əmək
şəraitinin və əməyin mühafizəsinin
yaxşılaşdırılmasına dair proqramlar
işləyib hazırlayır və onların yerinə
yetirilməsini təşkil edir;
əməyin
mühafizəsi və təhlükəsizlik texnikası
haqqında qanunvericiliyə əməl edilməsinə
nəzarət edən xüsusi dövlət orqanlarının
və müfəttişliklərinin əsasnamələrini
təsdiq edir;
əməyin
mühafizəsi vasitələrinin istehsalı barəsində
müəssisələrə dövlət sifarişini
müəyyən edir, bu vasitələrin hazırlanması
və yaradılması üzrə müəssisələr, o
cümlədən birgə müəssisələr,
konsernlər, elmi-texniki komplekslər, firmalar və sairə
yaradılmasına dair qərarlar qəbul edir;
əməyin
mühafizəsi sahəsində elmi tədqiqat işini
təşkil edir və əlaqələndirir, milli proqram
hazırlayıb həyata keçirir, bu işlərin
maliyyələşdirilməsi qaydasını və
şərtlərini müəyyən edir;
əməyin
mühafizəsi üzrə mütəxəssislərin
hazırlanmasını təşkil edir;
əməyin
mühafizəsi məsələləri üzrə
bütün müəssisələr üçün vahid
dövlət statistika hesabatını müəyyən edir;
xüsusi
səlahiyyət verilmiş orqanların vasitəsilə
Azərbaycan Respublikasının xalq təsərrüfatı
sahələrində potensial təhlükəli istehsalatlar
üçün avadanlığın hazırlanmasına,
istehsalına, quraşdırılmasına və
istismarına, partlayış işlərinə lisenziya
(icazə) verir.
Maddə 9. Azərbaycan
Respublikası nazirliklərinin, baş idarələrinin,
dövlət
konsernlərinin,
assosiasiyalarının və birliklərinin səlahiyyəti
Nazirliklər, baş
idarələr, dövlət konsernləri, assosiasiyaları
və birlikləri:
sahə həmkarlar
ittifaqlarının və zəhmətkeşlərin,
sahibkarların digər nümayəndəli
təşkilatlarının iştirakı ilə əməyin
mühafizəsi sahəsində dövlət siyasətinin
sahə səviyyəsində yeridilməsi üzrə
fəaliyyətin əsas istiqamətlərini
müəyyən edir və nəzərdə tutulan
tədbirləri həyata keçirirlər;
əməyin
mühafizəsi üzrə sahə standartlarını,
normalarını; qaydalarını, təlimatlarını
və başqa normativ aktları hazırlayır, istehsalat
təyinatlı obyektlərin tikintisi və yenidən
qurulması layihələrinin, yeni texnoloji proseslərin və
avadanlığın təhlükəsizlik standartlarına,
əməyin mühafizəsi və gigiyenası qaydalarına
və normalarına uyğun olub-olmadığını
müəyyənləşdirmək üçün
onları ekspertizadan keçirirlər;
müəyyənləşdirilmiş
qaydada müəssisələrin rəhbər
işçilərinin, mütəxəssislərinin
əməyin mühafizəsi normaları və qaydaları ilə
bağlı təlimini və biliklərinin
yoxlanılmasını təşkil edirlər;
əməyin
mühafizəsi vəziyyətinə idarə daxili
nəzarəti həyata keçirirlər;
lazım
gəldikdə tabeliklərində olan
müəssisələrdə əməyin
təhlükəsizliyini təmin edən cihazların, qoruyucu
vasitələrin və qurğuların istehsalını
təşkil edirlər.
Maddə 10. İcra hakimiyyəti
orqanlarının səlahiyyəti
Yerli icra hakimiyyəti orqanları:
əməyin
mühafizəsi sahəsində dövlət siyasətinin
tabeliklərində olan ərazidə həyata
keçirilməsini təmin edirlər;
əməyin
mühafizəsi haqqında qanunvericiliyə
müəssisələrin müdiriyyəti, vəzifəli
şəxslər tərəfindən əməl olunmasına
nəzarət edir, qanunvericilik ilə
müəyyənləşdirilmiş qaydada onların
barəsində zəruri tədbirlər görürlər;
lazım gəldikdə regional
problemlərin həlli və əməyin mühafizəsinin
təmin edilməsində müəssisələrə
yardım göstərilməsi üçün
müəssisələrin pay iştirakı və digər
vəsait hesabına əməyin mühafizəsi
məqsədli fondunu yaradırlar.
Maddə 11. Müəssisə müdiriyyətinin
vəzifələri
Müəssisənin
müdiriyyəti, mülkiyyətçi, yaxud onun
səlahiyyət verdiyi idarəetmə orqanı
müəssisədə aşağıdakıları
təmin edirlər:
əməyin
mühafizəsi üzrə standartların, normaların və
qaydaların bütün tələblərinə əməl
edilməsi;
binaların,
qurğuların, texnoloji proseslərin və
avadanlığın təhlükəsizliyi;
rəhbər
işçilərin və vəzifəli şəxslərin
əməyin mühafizəsi məsələlərində
vəzifə və məsuliyyətinin müəyyən
edilməsi;
hər bir iş
yerində sanitariya-gigiyena şəraitinin və əməyin
mühafizəsinin qüvvədə olan normativlərə
uyğunlaşdırılması;
işləyənlərə
lazımi sanitariya-məişət və
müalicə-profilaktik xidmətinin təşkili;
əmək
şəraiti xüsusilə zərərli olan istehsalatlarda
işçilərə təsdiq edilmiş siyahıya
müvafiq surətdə pulsuz müalicə-profilaktik yemək
verilməsi;
optimal əmək və istirahət
rejiminə riayət edilməsi;
işçilərə
müəyyən edilmiş müddətlərdə və
tələb olunan çeşidlərdə pulsuz xüsusi
geyim, xüsusi ayaqqabı və digər fərdi
mühafizə vasitələrinin verilməsi;
işçilərin
əməyin mühafizəsi normaları və qaydaları
ilə bağlı təhsili, təlimatlandırılması,
biliklərinin yoxlanılması, əməyin mühafizəsinin
təbliği;
kollektiv
müqavilədə (sazişdə) nəzərdə
tutulmuş öhdəliklərin yerinə yetirilməsi;
Statistika,
orqanlarının həmkarlar ittifaqları ilə birlikdə
müəyyən etdikləri müddətdə və
şəkildə əməyin mühafizəsi şəraiti
və onun qüvvədə olan normalara
uyğunlaşdırılması üçün
görülən işin nəticələri haqqında
statistika hesabatının təqdim edilməsi.
Maddə 12. İşçilərin
vəzifələri
Müəssisələrin
və təşkilatların işçilərinin
vəzifələrinə aşağıdakılar daxildir:
əməyin
mühafizəsi üzrə müvafiq normativ aktlarda
nəzərdə tutulmuş əməyin
təhlükəsizliyi, əməyin gigiyenası və
yanğına qarşı mühafizə tələblərini
öyrənmək, mənimsəmək və onlara
əməl etmək;
əmək
qabiliyyəti özünü və başqa
işçiləri təhlükəyə məruz
qoymayacağı vəziyyətdə işə başlamaq;
verilmiş xüsusi
geyimdə və ayaqqabıda işləmək, texnoloji
prosesdə, əməyin mühafizəsi üzrə normalarda,
qaydalarda və təlimatlarda nəzərdə tutulmuş
fərdi və kollektiv mühafizə vasitələrindən
istifadə etmək;
əməyin
mühafizəsi qaydalarının bütün pozuntuları
haqqında, həmçinin baş vermiş qəzalar və
bədbəxt hadisələr haqqında müdiriyyətin
nümayəndələrinə vaxtında məlumat
vermək.
Maddə 13. Müəssisələrin
və obyektlərin layihələşdirilməsi, tikintisi
və istismarı zamanı
əməyin
mühafizəsi tələblərinin təmin edilməsi
Azərbaycan
Respublikasında qüvvədə olan əməyin
mühafizəsi standartlarının, qaydalarının və
normalarının, təhlükəsizlik texnikasının
tələblərinə uyğun gəlməyən istehsalat
binalarının və qurğularının
layihələşdirilməsinə, tikintisinə və
yenidən qurulmasına, istehsal vasitələrinin
hazırlanmasına və buraxılmasına,
texnologiyaların, o cümlədən
xaricdən alınmış texnologiyaların tətbiqinə
yol verilmir. Müəssisələrin və istehsal
vasitələrinin layihələri dövlət
ekspertizasından keçirilməli, istehsal vasitələrinin
sınaq nümunələri isə əməyin
mühafizəsi və təhlükəsizlik texnikası normalarının
tələblərinə uyğunluğunun yoxlanması
üçün dövlət sınaqlarından
çıxarılmalıdır.
Yerli hakimiyyət
orqanlarının, dövlət nəzarəti
orqanlarının, həmkarlar ittifaqlarının
tələbləri ilə sifarişçi və ya
icraçı layihənin (nümunənin) əməyin
mühafizəsi və təhlükəsizlik texnikası
normalarının tələblərinə uyğunluğunu
müəyyən etmək məqsədilə müvafiq
təşkilatları və mütəxəssisləri
cəlb etməklə öz hesabına müstəqil ekspertiza
keçirilməsini təşkil etməlidirlər.
İnsanın
sağlamlığına təsirini
müəyyənləşdirmək məqsədilə
texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji
ekspertizadan və qiymətləndirmənin digər
növlərindən keçirilməmiş zərərli
maddələrin, xammalın, materialların tətbiqini
nəzərdə tutmaq qadağandır.
heç bir yeni və
ya yenidən qurulmuş müəssisə, obyekt, istehsal
vasitəsi müəyyən edilmiş qaydada verilən
sertifikat-pasportu olmadan qəbul edilə və istismara
buraxıla bilməz.
Yeni və yenidən
qurulmuş istehsalat təyinatlı obyektləri dövlət
nəzarəti orqanının, həmkarlar ittifaqları
yanında texniki əmək müfəttişliyinin və müəssisənin
həmkarlar ittifaqı komitəsinin icazəsi olmadan istismara
buraxmağa yol verilmir.
Əməyin təhlükəsizliyi
tələblərinə uyğun gəlməyən və
işçilərin sağlamlığı, yaxud
həyatı üçün təhlükə
törədən müəssisələrin işi və ya
istehsal vasitələrinin istismarı, onlar əməyin
təhlükəsizliyi tələblərinə
uyğunlaşdırılanadək respublika qanunvericiliyi
ilə müəyyənləşdirilmiş qaydada
səlahiyyətli orqanlar tərəfindən
dayandırılmalıdır.
Maddə 14. Əməyin mühafizəsi
üzrə mütəxəssislərin hazırlanması
və işçilərin təlimi
Dövlət ali
və orta ixtisas məktəblərində əməyin
mühafizəsi üzrə mütəxəssislərin
hazırlanmasını təmin edir. Ali və orta ixtisas
məktəbləri müvafiq istehsalatın
xüsusiyyətlərini nəzərə almaqla “Əməyin
mühafizəsi” kursunu tələbələrin və
şagirdlərin mütləq öyrənməsini
təşkil etməlidirlər.
Müəssisələr
və təşkilatlar bütün işləyənlərin
əməyin mühafizəsi üzrə təlimi və
ixtisasartırma sistemini təşkil etməlidirlər.
Təlimin keçirilməsi qaydasını,
müddətlərini və davamiyyətini müdiriyyət
həmkarlar ittifaqı komitəsi ilə
razılaşdırmaqla əməyin mühafizəsi
üzrə qüvvədə olan qanunvericiliyə müvafiq
surətdə müəyyən edir.
Müəssisələrin
rəhbər işçiləri və
mütəxəssisləri vəzifəyə təyin
ediləndən sonra 3 ildə bir dəfədən az olmayaraq
vaxtaşırı müvafiq institutlardakı ixtisasartırma
kurslarında əməyin mühafizəsi üzrə
lazımi həcmdə təlim keçməli, əməyin
mühafizəsi normaları və qaydaları sahəsində
biliklərini yoxlatmalıdırlar.
Müəssisələrin
işçilərinin təliminin və
ixtisasartırmasının bütün formalarında
əməyin mühafizəsi üzrə təlim
nəzərdə tutulmalıdır.
Maddə 15. Əməyin mühafizəsi
tədbirlərinin maliyyələşdirilməsi
Əməyin
mühafizəsi istər dövlət tərəfindən,
istərsə də müəssisələrin və
təşkilatların hesabına maliyyələşdirilir.
Müvafiq (respublika
və yerli) büdcələrdə əməyin
mühafizəsi üçün ayrıca sətirlə
ayrılmış büdcə təxsisatından
əməyin mühafizəsi üzrə elmi tədqiqat
işlərinin maliyyələşdirilməsi, məqsədli
dövlət və regional proqramlarının yerinə
yetirilməsi, əməyin mühafizəsini idarəetmə
orqanlarının saxlanması üçün istifadə
olunur.
Müəssisənin
müdiriyyəti hər il əmək şəraitindən
və əməyin təhlükəsizliyi
vəziyyətindən, zədələnmələrin və
xəstələnmələrin səviyyəsindən
asılı olaraq əməyin mühafizəsi üzrə
tədbirlərin keçirilməsi üçün lazımi
maliyyə vəsaiti və material ayırır. Bu
vəsaitlərin başqa məqsədlərə sərf
edilməsi qadağandır.
Əməyin
mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi həcmi kollektiv
müqavilədə (sazişdə) müəyyən edilir,
həm də illik xərclərin miqdarı müəssisə
işçilərinin əməyinin
ödənilməsinə xərclənən vəsaitin
məbləğinin iki faizindən az olmamalıdır.
Müəssisənin
əldə etdiyi gəlir (mənfəət), həmçinin
başqa mənbələr hesabına əməyin
mühafizəsi fondu yaratmaq hüququ vardır.
Əməyin
mühafizəsi fondları respublika səviyyəsində
və yerli səviyyələrdə yaradıla bilər. Bu
fondların yaradılması və xərclənməsi
qaydasını Azərbaycan Respublikasının Nazirlər
Kabineti respublika həmkarlar ittifaqları mərkəzinin
və sahə həmkarlar ittifaqlarının iştirakı
ilə müəyyən edir.
İşçilər
əməyin mühafizəsi tədbirlərinin
maliyyələşdirilməsi ilə bağlı heç bir
xərc çəkmirlər.
Müəssisənin
sağlam və təhlükəsiz əmək şəraiti
yaratmağa yönəldilən vəsaitinə vergi qoyulmur.
Maddə 16. Müəssisələrdə,
təşkilatlarda sağlam və təhlükəsiz
əmək şəraitinin təmin
edilməsi
Müəssisələrdə,
təşkilatlarda sağlam və təhlükəsiz
əmək şəraitinin təmin olunması,
təhlükəli və zərərli istehsalat
amillərinə nəzarətin təşkil edilməsi və
nəzarətin nəticələri haqqında əmək
kollektivlərinə vaxtında məlumat verilməsi
müdiriyyətə tapşırılır.
Müdiriyyət
əmək şəraitinin
yaxşılaşdırılmasına, əməyin
mühafizəsinin təmin edilməsinə və
işçilərin sağlamlığının
qorunmasına yönəldilmiş perspektiv və illik
tədbirlər planları hazırlayır və həyata
keçirir.
Müdiriyyətin
və işçilərin müəssisədə sağlam
və təhlükəsiz əmək şəraitinin
təmin edilməsi üzrə qarşılıqlı öhdəlikləri
kollektiv müqavilədə (sazişdə) nəzərdə
tutulur.
Əmək
şəraiti zərərli və təhlükəli olan
istehsalatlarda, həmçinin xüsusi temperatur
şəraitində aparılan və ya çirklənmə
ilə bağlı işlərdə çalışan
işçilərə müəyyən edilmiş normalara
müvafiq surətdə pulsuz xüsusi geyim, xüsusi
ayaqqabı və digər fərdi mühafizə
vasitələri, yuyucu və dezinfeksiyaedici materiallar verilir.
Müəssisə
və təşkilatlar həmkarlar komitəsi ilə
razılaşdırılmış müddətlərdə
vaxtaşırı iş yerlərinin əməyin
mühafizəsi normalarına və qaydalarına
uyğunluğu üzrə attestasiyanı aparmalıdır.
Attestasiyanın nəticələri barədə əmək
kollektivinə məlumat verilir. Müdiriyyət iş
yerləri attestasiyasının nəticələrinə
əsasən onları əməyin mühafizəsi
üzrə qüvvədə olan normativ aktlara
uyğunlaşdırmaq üçün lazımi
tədbirlər görməlidir.
Müdiriyyət
işçilərə verilmiş xüsusi geyimin və
ayaqqabının, digər fərdi mühafizə
vasitələrinin saxlanılmasını, yuyulmasını,
qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını,
dezaktivizasiyasını və təmirini təmin etməlidir.
Müəssisənin
müdiriyyəti qaynar sexlərin və sahələrin
işçilərini qazlaşdırılmış duzlu su
ilə təchiz etməlidir. Qazlaşdırılmış
duzlu su ilə təchiz olunmalı sexləri və istehsal
sahələrini sanitariya nəzarəti orqanları
müəyyən edirlər.
Müəssisələrin,
təşkilatların müdiriyyəti ilin soyuq və isti
vaxtlarında açıq havada, yaxud qızdırılmayan
qapalı binalarda və qaynar sexlərdə
çalışan işçilərin isinməsi və
istirahəti üçün otaqlar hazırlamalıdır.
Qanunvericiliyə uyğun olaraq işçilərə
isinmək və istirahət etmək üçün
xüsusi fasilələr verilir və bu fasilələr iş
vaxtına daxil edilir.
Maddə 17. Əməyin mühafizəsi
xidmətləri
Əməyin
mühafizəsi işinin təşkili və əməyin
mühafizəsi üzrə qanunvericiliyə, normalara və
qaydalara işçilər tərəfindən əməl
edilməsinə nəzarətin həyata keçirilməsi
üçün nazirliklərdə, baş
idarələrdə, assosiasiyalarda,
müəssisələrdə və təşkilatlarda
əməyin mühafizəsi xidmətləri yaradılır.
İşçilərin
sayı 50 nəfər və daha çox olan
müəssisələrdə əməyin mühafizəsi
üzrə xidmətlər yaradılır (mühəndis
vəzifələri tətbiq edilir). İşçilərin
sayı bundan az olan və əməyin mühafizəsi
xidmətləri yaradılmayan müəssisələrdə
bu vəzifələri həmin müəssisələrin
rəhbərləri yerinə yetirirlər.
İşçilərin
sayı 500 nəfərdən artıq olduqda
müəssisənin rəhbərlərinin (baş
mühəndisinin) başqa vəzifələrdən azad
edilmiş əlavə müavini—əməyin mühafizəsi
üzrə müavini vəzifəsi tətbiq edilir.
İşçilərin
sayı 1000 nəfərdən artıq olan
müəssisələrdə əməyin mühafizəsi
xidmətinin tərkibində əməyin gigiyenası
üzrə həkim vəzifəsi tətbiq edilir və
sənaye-sanitariya laboratoriyası təşkil olunur.
Əməyin mühafizəsi
xidməti müvafiq hazırlığı olan
şəxslərdən təşkil edilir, öz statusuna
görə nazirliyin, baş idarənin və digər
idarəetmə orqanlarının, müəssisənin,
təşkilatın əsas xidmətlərinə
bərabər tutulur və onun rəhbərinə tabe olur.
Əməyin
mühafizəsi xidmətləri mütəxəssislərinin
hüququ var ki, əməyin mühafizəsi qaydalarına
və normalarına bütün işçilərin
əməl etməsinə nəzarət etsin, aşkara
çıxarılmış pozuntuların aradan
qaldırılması barədə struktur bölmələrin
rəhbərlərinə icrası məcburi olan
göstərişlər versin, habelə əməyin
mühafizəsi haqqında qanunvericiliyi pozan
şəxslərin məsuliyyətə cəlb edilməsi
haqqında müəssisə və təşkilat
rəhbərlərinə təqdimatlar versinlər.
Əməyin
mühafizəsi xidmətlərinin mütəxəssisləri
öz vəzifələrinə aid olmayan işlərin
yerinə yetirilməsinə cəlb edilə bilməzlər
və öz vəzifələrini düzgün və
keyfiyyətli yerinə yetirməməyə görə qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Əməyin
mühafizəsi xidmətinin yenidən təşkili ilə
bağlı məsələləri müəssisənin
rəhbəri yuxarı təsərrüfat orqanı,
əməyin mühafizəsi üzrə qanunvericiliyə
əməl edilməsinə dövlət nəzarəti
orqanları və həmkarlar ittifaqları yanında texniki
əmək müfəttişliyi ilə
razılaşdırmaqla həll edir.
Əməyin
mühafizəsi xidməti yalnız müəssisənin,
təşkilatın fəaliyyətinə xitam verildikdə
ləğv edilir.
Maddə 18. Əməyin
mühafizəsi vasitələrinin buraxılmasına
müəssisələrin iqtisadi
marağının
təmin edilməsi
İşçilərin
kollektiv və fərdi mühafizə vasitələrinin,
istehsalat mühitinə nəzarət cihazlarının və dozimetriya
vasitələrinin yeni konstruksiyalarının
yaradılması, mövcud konstruksiyalarının
buraxılması və satılması
müəssisələrin, elmi-tədqiqat və layihə-konstruktor
təşkilatlarının əldə etdikləri
mənfəətdən güzəştli vergi
tutulmalıdır.
III
fəsil
İŞÇİNİN
ƏMƏYİN MÜHAFİZƏSİ HÜQUQUNUN HƏYATA
KEÇİRİLMƏSİ
ÜÇÜN TƏMİNATLAR
Maddə 19. İşə
qəbul zamanı əməyin mühafizəsi hüququna
təminatlar
Əmək
müqaviləsinin və bağlaşmasının
şərtləri əməyin mühafizəsi üzrə
qanunvericilik aktlarının və digər normativ aktların
tələblərinə uyğun olmalıdır.
Əmək
müqaviləsi və ya bağlaşması imzalanarkən
müəssisənin, təşkilatın müdiriyyəti
sağlam və təhlükəsiz əmək
şəraitinə təminat verməlidir.
Müəssisənin,
təşkilatın müdiriyyəti işçini
peşə xəstəliyinə tutulmaq üçün
yüksək potensial təhlükə törədən
işə qəbul edərkən belə xəstəliyə
tutulmağın ən çox ehtimal edilən müddəti
barədə onu xəbərdar etməli və işçi
ilə həmin müddətə qədər
qüvvədə olan müqavilə bağlamalı, bundan
sonra ona əvvəlki qazancını saxlamaqla başqa iş
verməlidir.
Maddə 20. İşçilərin
istehsalatda bədbəxt hadisələrdən və
peşə xəstəliklərindən sosial
sığortası və şəxsi
sığortası
İşverən
müəssisələrin və təşkilatların
işçilərini qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada və
şərtlərlə mütləq sosial sığorta
etməlidir.
Yüksək
təhlükə şəraitində işləyən və
işverən tərəfindən istehsalatda bədbəxt
hadisələrdən mütləq şəxsi sığorta
edilməli olan işçilərin kateqoriyası,
sığorta haqqının məbləğləri
müəssisənin, təşkilatın müdiriyyəti
ilə həmkarlar ittifaqı arasındakı kollektiv
müqavilədə və ya sazişdə müəyyən
edilir.
Maddə 21. İcbari tibbi
müayinələr
Müəssisələr
və təşkilatlar səhiyyə orqanlarının
müəyyənləşdirdiyi qaydaya uyğun olaraq bir
sıra peşələrdə və istehsalatlarda çalışan
işçilərin əmək müqaviləsi
bağlanarkən ilkin tibbi müayinədən. və
müqavilənin qüvvədə olduğu dövrdə
vaxtaşırı tibbi müayinələrdən pulsuz
keçməsini təşkil etməlidir.
İşçilər
müayinələrdən keçməkdən boyun
qaçırdıqda və ya keçirilmiş
müayinələrin nəticələrinə əsasən
həkim komissiyalarının verdikləri
tövsiyələri yerinə yetirmədikdə,
müdiriyyətin ixtiyarı var ki, həmin
işçiləri qüvvədə olan qanunvericiliyə
müvafiq surətdə intizam məsuliyyətinə cəlb
etsin və ya işə buraxmasın.
İşçinin
vaxtaşırı tibbi müayinələrdən keçdiyi
dövrdə iş yeri (vəzifəsi) və orta əmək
haqqı saxlanılır.
Maddə 22. Əmək
fəaliyyəti prosesində əmək mühafizəsi
hüququna təminatlar
Müdiriyyət
istehsalat zədələnmələrinin və peşə
xəstəliklərinin qarşısını alan müasir
əmək mühafizəsi vasitələrini tətbiq etməli
və sanitariya-gigiyena tələblərinə uyğun
gələn əmək şəraitini təmin etməlidir.
Müdiriyyətin
əməyin mühafizəsi haqqında qanunvericiliyi
pozması nəzarət orqanları tərəfindən
təsdiq edildikdə əmək müqaviləsi
işçinin ərizəsinə əsasən ləğv
edilib ona işdən çıxmaq müavinəti verilə
bilər.
İşçilərdə
peşə xəstəliyinin əlamətləri aşkar
olunduqda, habelə istehsalatda bədbəxt hadisənin
əlaqədar əmək qabiliyyətinin itirilməsi müəyyən
edildikdə, müdiriyyət onları tibbi rəyə
əsasən müəyyən edilmiş qaydada başqa
işə keçirməlidir.
Maddə 23. Əməyin mühafizəsi
üzrə işçilərin öyrədilməsi və
təlimatlandırılması
Müdiriyyət
işə yeni qəbul edilən, habelə başqa işə
keçirilən işçilərin hamısına
əməyin mühafizəsi üzrə təlimat verməli,
onlara təhlükəsiz iş üsullarından istifadə
etməyin və bədbəxt hadisələrdən
zərər çəkənlərə ilk yardım
göstərməyin öyrədilməsini təşkil
etməlidir.
Yüksək
təhlükəli istehsalatlara və ya peşə
vərdişləri tələb edən işlərə
qəbul edilən işçilər əməyin
mühafizəsi üzrə qabaqcadan təlim keçir, imtahan
verir və sonralar vaxtaşırı attestasiya olunurlar.
Müəssisələrin
və təşkilatların bütün işçiləri,
o cümlədən rəhbərləri onların
peşələri və iş növləri üçün
dövlət nəzarəti orqanları tərəfindən
müəyyən edilmiş qaydada və
müddətlərdə təlim keçməli,
təlimatlandırılmalı, attestasiya olunmalı,
onların bilikləri yoxlanılmalıdır.
Müəyyən
edilmiş qaydada, əməyin mühafizəsi. üzrə
təlim keçməmiş,
təlimatlandırılmamış və bilikləri
yoxlanılmamış şəxsləri işə buraxmaq
qadağandır.
Dövlət
nəzarəti orqanlarının və ya həmkarlar ittifaqları
yanında texniki əmək müfəttişliyinin
tələbi ilə biliklərin plandankənar
yoxlanışları keçirilir. Biliyi təkrar
yoxlanılmayan şəxslər vəzifəsindən azad
edilirlər.
Maddə 24. Əmək
şəraiti və əməyin mühafizəsi
vəziyyəti haqqın işçilərin məlumat almaq
hüququ
Müəssisələrin
və təşkilatların işçiləri iş
yerlərindəki əmək şəraiti və
əməyin mühafizəsi vəziyyəti, bununla
əlaqədar verilməli olan fərdi mühafizə
vasitələri, güzəştlər və kompensasiyalar
haqqında məlumat tələb etmək hüququna malikdirlər.
Maddə 25. İşçilərin
bəzi kateqoriyalarının əməyinin mühafizəsi
sahəsində
münasibətlərin tənzimlənməsi
xüsusiyyətləri
İşçilərin
bəzi kateqoriyalarının (qadınların,
gənclərin, əmək qabiliyyəti məhdud olan
şəxslərin), habelə əmək şəraiti
zərərli və ağır olan işlərdə
çalışan işçilərin əməyinin
mühafizəsi sahəsində münasibətlərin
tənzimlənməsi xüsusiyyətləri respublika
qanunvericiliyi ilə müəyyən edilir.
Zərərli və
ağır əmək şəraiti ilə əlaqədar
olaraq güzəştlərə və kompensasiyalara hüququ
olan işçilərin kateqoriyaları, belə
güzəştlərin və kompensasiyaların xarakteri
və miqdarı müvafiq qanunvericilik aktları ilə
müəyyən edilir.
Müəssisələrin
və təşkilatların ixtiyarı var ki, kollektiv
müqavilədə (fərdi əmək sazişində)
mənfəət hesabına işçilərə
zərərli və ağır əmək şəraiti
ilə əlaqədar əlavə güzəştlər
və kompensasiyalar müəyyən etsinlər.
Müəssisənin
və təşkilatın təqsiri üzündən
xəsarət almış, yaxud sağlamlığı
başqa şəkildə korlanmış (tam və ya
qismən) işçilər, habelə istehsalatda
bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində ölmüş işçinin ailə
üzvləri bu Qanuna və digər normativ aktlara uyğun
olaraq dəymiş zərərin əvəzini almaq hüququna
malikdirlər.
Maddə 26. Təsərrüfat
orqanlarının, müəssisələrin,
təşkilat-ların, vəzifəli şəxslərin
və
işçilərin
əməyin mühafizəsinin tələblərinə
uyğun gəlməyən fəaliyyətinin
qadağan edilməsi
Əməyin
təhlükəsizliyi tələblərinə uyğun
gəlməyən, işçilərin
sağlamlığı və ya həyatı
üçün təhlükə törədən
müəssisələrin, təşkilatların və
onların bölmələrinin işi, istehsal
vasitələrinin istismarı, təsərrüfat
orqanlarının, vəzifəli şəxslərin və
işçilərin fəaliyyəti müəyyən
edilmiş qaydada səlahiyyətli nəzarət orqanları
(vəzifəli şəxslər) tərəfindən
pozuntular aradan qaldırılanadək
dayandırılmalıdır.
Maddə 27. Təhlükəsiz
əmək şəraitinin təmin edilməməsi ilə
əlaqədar məcburi
boşdayanmaya, yaxud
işdən imtina etməyə görə
işçilərə verilən təminatlar
İşçilərin
təqsiri olmadan müəssisələrdə,
təşkilatlarda və onların bölmələrində,
iş yerlərində əməyin mühafizəsi
haqqında qanunvericiliyin pozulması nəticəsində
işin dayandırıldığı müddətdə
onların iş yeri (vəzifəsi) və orta əmək
haqqı saxlanılır.
İşçinin
təhlükəsiz əmək şəraitinin təmin
edilməməsi və bunun sağlamlıq və ya həyat
üçün təhlükə törətməsi ilə əlaqədar
olaraq işi yerinə yetirməkdən imtina etməsi
əsaslı sayılır və onun üçün
heç bir məsuliyyətə səbəb olmur.
IV
fəsil
ƏMƏYİN
MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİYƏ
ƏMƏL
EDİLMƏSİNƏ NƏZARƏT
Maddə 28. Əməyin mühafizəsi üzrə
qanunvericilik aktlarına və digər normativ aktlara
əməl
edilməsinə dövlət nəzarəti
Əməyin
mühafizəsi və təhlükəsizlik texnikası
üzrə qanunvericilik aktlarına və digər normativ
aktlara hər yerdə əməl edilməsinə
dövlət nəzarətini xüsusi səlahiyyət
verilən, öz fəaliyyətində
müəssisələrin və təşkilatların
müdiriyyətindən və onların yuxarı
orqanlarından asılı olmayan dövlət orqanları
həyata keçirirlər.
Dövlət
nəzarəti orqanlarının və ya onların
səlahiyyətli nümayəndələrinin öz
hüquqları daxilində qəbul etdikləri
qərarları hökmən icra olunmalıdır və bu
qərarlardan qanunla müəyyənləşdirilmiş
qaydada şikayət edilə bilər.
Maddə 29. Müəssisələrdə
və təşkilatlarda əməyin mühafizəsi
üzrə qanunvericilik
aktlarına və
digər normativ aktlara əməl edilməsinə ictimai
nəzarət
Müəssisələrdə
və təşkilatlarda əməyin mühafizəsi
üzrə qanunvericilik aktlarına və digər aktlara
əməl edilməsinə ictimai nəzarəti əmək
kollektivləri və həmkarlar ittifaqı
təşkilatları əməyin mühafizəsi
üzrə seçdikləri müvəkkillərin
şəxsində həyata keçirirlər.
Əməyin
mühafizəsi üzrə müvəkkilin hüququ var ki,
iş yerlərində əməyin mühafizəsi
vəziyyətini maneəsiz yoxlasın, aşkara
çıxarılmış pozuntuların aradan
qaldırılmasını tələb etsin, habelə
lazım gəldikdə təqsirkar şəxslərin
məsuliyyətə cəlb edilməsi barədə
müdiriyyət qarşısında məsələ
qaldırsın.
Əməyin
mühafizəsi üzrə müvəkkilin öz
vəzifələrini yerinə yetirməsi üçün
müdiriyyət ona hər həftə orta əmək
haqqını ödəməklə iş vaxtında azı
iki saat vaxt ayırır.
Maddə 30. Əməyin
mühafizəsi üzrə qanunvericilik aktlarına və
digər normativ aktlara
əməl
edilməsinə nəzarətin həyata keçirilməsi
sahəsində həmkarlar
ittifaqlarının
hüquqları
Həmkarlar
ittifaqları “Azərbaycan həmkarlar ittifaqlarının
hüquqları və fəaliyyətinin təminatları
haqqında” Qanunda onlar üçün nəzərdə
tutulmuş hüquqları nəzərə almaqla,
əməyin mühafizəsi üzrə qanunvericilik
aktlarına və digər normativ aktlara müdiriyyət tərəfindən
əməl edilməsinə nəzarətin həyata
keçirilməsində iştirak edir, bu məqsədlə
qanunvericiliyə və respublika Nazirlər Kabineti ilə
razılaşdırılaraq respublika həmkarlar ittifaqları
mərkəzi tərəfindən təsdiq edilmiş
əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən
texniki əmək müfəttişlik yaradırlar.
Həmkarlar
ittifaqları əməyin mühafizəsi üzrə normativ
aktların hazırlanmasında və müəyyən
edilmiş qaydada razılaşdırılmasında iştirak
edirlər, onlarla razılaşdırılmamış
aktların qüvvəyə minməsinə qarşı
müvafiq dövlət orqanları vasitəsilə etiraz
etmək hüququna malikdirlər.
Həmkarlar
ittifaqlarının nümayəndələri istehsal
obyektlərinin və vasitələrinin sınağı
və istismara qəbulu üzrə dövlət
komissiyalarının işində, istehsalatda bədbəxt
hadisələrin təhqiqində iştirak edir,
müəssisələrdə və təşkilatlarda
əməyin mühafizəsi vəziyyətini, onun
yaxşılaşdırılması üçün kollektiv
müqavilələrdə (sazişlərdə)
nəzərdə tutulmuş tədbirlərin yerinə
yetirilməsini yoxlayır və yoxlamaların
nəticələrinə əsasən aşkara
çıxarılmış pozuntuların aradan
qaldırılması barədə təkliflər verirlər.
Vəzifəli
şəxslər əməyin mühafizəsi
tələblərini pozduqda, istehsalatda baş vermiş
bədbəxt hadisələri gizlətdikdə həmkarlar
ittifaqlarının ixtiyarı var ki, müqəssirlərin
məsuliyyətə cəlb edilməsini dövlət,
təsərrüfat və hüquq mühafizə
orqanlarından tələb etsinlər.
İşçilərin
sağlamlığı və həyatı üçün
bilavasitə təhlükə yarandıqda həmkarlar
ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi
üzrə konstruksiya çatışmazlıqları olan
maşınların, mexanizmlərin və digər məhsul
növlərinin istehsalını, insanların
sağlamlığına zərərli təsir
göstərən materialların, texniki və texnoloji
vasitələrin tətbiqini, habelə əməyin
mühafizəsi haqqında qanunvericiliyə zidd olan
işləri və müdiriyyət tərəfindən
qəbul edilmiş qərarların fəaliyyətini
dayandırsınlar. Həmkarlar ittifaqlarının belə
hərəkətləri ilə əlaqədar
müdiriyyətin etirazlarına məhkəmə qaydasında
baxılır.
Həmkarlar
ittifaqları öz təşəbbüsləri ilə və
ya işçilərin ərizələrinə əsasən,
onların əmək vəzifələrinin icrası ilə əlaqədar
xəsarət alma, yaxud sağlamlığın başqa
şəkildə korlanması nəticəsində
dəymiş zərərin əvəzini almaq
hüquqlarının müdafiəsi üçün və
işçilərin əməyinin mühafizəsi
hüququnun məhdudlaşdırıldığı başqa
hallarda məhkəməyə iddia ərizələri ilə
müraciət edə bilərlər.
V fəsil
ƏMƏYİN
MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİK
AKTLARININ VƏ
DİKƏR NORMATİV AKTLARIN
POZULMASI
ÜÇÜN MƏSULİYYƏT
Maddə 31. Sağlam və təhlükəsiz əmək
şəraitinin təmin edilməsi üçün
müəssisələrin və
təşkilatların maddi məsuliyyəti
Müəssisənin
və təşkilatın müdiriyyəti istehsalatda
sağlam və təhlükəsiz əmək
şəraitini təmin etmək üçün
səmərəli tədbirlər görmədikdə,
kollektiv müqavilələri, əmək şəraitini
və əməyin mühafizəsinin
yaxşılaşdırılmasına dair planları və
digər tədbirləri yerinə yetirmədikdə
Azərbaycan Respublikasının hökuməti əmək
şəraitinin ekspertizası rəyinə və ya
həmkarlar ittifaqı orqanlarının təqdimatına
əsasən, işçilərin sosial sığortası
üçün bu müəssisələrin və
təşkilatların ayırmalarının yüksək
tariflərini müəyyən edir.
İstehsalatda baş
vermiş bədbəxt hadisədə və ya peşə
xəstəliyində təqsiri (tam və ya qismən) olan
müəssisə və təşkilat qanunla
müəyyən edilmiş qaydada işçiyə
xəsarət və ya sağlamlığın başqa
şəkildə korlanması nəticəsində
dəymiş zərərin əvəzini, habelə
müalicə-sağlamlaşdırma
müəssisələrində müalicəsinin tam
dəyərini və sosial sığorta orqanlarına ona
pensiya və digər müavinətlər verilməsi ilə
əlaqədar xərclərin əvəzini tamamilə
ödəyir.
Maddə 32. İstehsalatda
bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində işçinin əmək
qabiliyyətinin
dayanıqlı itirilməsi, yaxud ölümü ilə
əlaqədar müəssisələrin və
təşkilatların maddi məsuliyyəti
İstahsalatda
bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində sağlamlığının
korlanması ilə əlaqədar əmək qabiliyyətini
itirmiş işçilərə qanunla müəyyən
edilmiş qaydada zərərin ödənilməsindən
əlavə, təqsirkar müəssisənin və
təşkilatın hesabına, peşəkar əmək
qabiliyyətinin itirilmiş hər faizinə görə bir
aylıq orta əmək haqqı hesabı ilə, lakin
zərərçəkənin orta illik qazancından az
olmamaqla birdəfəlik müavinət ödənilir.
İstehsalatda
bədbəxt hadisə və ya peşə xəstəliyi
nəticəsində işçi öldükdə
təqsirkar müəssisə və təşkilat
qanunvericilikdə müəyyən edilmiş qaydada və
miqdarda maddi zərərin əvəzini buna hüququ olan
şəxslərə ödəyir, habelə mərhumun orta
illik qazancının ölüm anındakı yaşından
60 yaşınadək qalan tam illərin sayına vurulmuş
miqdarda, lakin azı on orta illik qazancı
məbləğində birdəfəlik müavinət
ödəyir.
Əmək
qabiliyyətini itirmiş işçilərə və
ölən işçilərin ailələrinə
birdəfəlik müavinətləri yerli sosial təminat
orqanları ödəyir, sonra isə ödənilmiş
vəsaiti istehsalatda baş vermiş bədbəxt
hadisədə və ya peşə xəstəliyində
təqsiri olan müəssisələrdən və
təşkilatlardan tuturlar.
Maddə 33. Əməyin
mühafizəsi tələblərinə uyğun
gəlməyən istehsalat təyinatlı məhsulun
buraxılışı və satışı
üçün müəssisələrin və
təşkilatların iqtisadi məsuliyyəti
Əməyin
mühafizəsi tələblərinə uyğun
gəlməyən istehsalat təyinatlı məhsul buraxan
və göndərən müəssisələr və
təşkilatlar istehlakçılara dəymiş
zərərin əvəzini respublika qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və
şərtlərlə ödəyirlər.
Əməyin
mühafizəsi üzrə müəyyən edilmiş
standartların, qaydaların və normaların
tələblərinə uyğun gəlməyən istehsal
vasitələrinin, fərdi və kollektiv mühafizə
vasitələrinin, o cümlədən xaricdən
alınmış vasitələrin satışı və
reklamı qanunsuzdur. Müəssisələrin və
təşkilatların belə fəaliyyət
nəticəsində əldə etdikləri mənfəət
onlardan alınaraq respublika büdcəsinə və ya
yerlə büdcəyə köçürülməlidir.
Maddə 34. Əməyin
mühafizəsi üzrə qanunvericilik aktlarının və
digər normativ aktların
pozulması
üçün vəzifəli şəxslərin
məsuliyyəti
Əməyin
mühafizəsi üzrə qanunvericilik aktlarının və
digər normativ
aktların pozulmasında təqsiri olan, yaxud dövlət
və ictimai nəzarət orqanları (o cümlədən həmkarlar
ittifaqları yanında texniki əmək
müfəttişliyi) nümayəndələrinin
fəaliyyətinə mane olan vəzifəli şəxslər
respublika qanunvericiliyində müəyyənləşdirilmiş
qaydada inzibati, intizam, maddi və ya cinayət
məsuliyyətinə cəlb edilirlər.
Maddə 35. Əməyin
mühafizəsi üzrə normativ aktların
tələblərini pozmağa görə
işçilərin
məsuliyyəti
Müəssisələrin
və təşkilatların işçiləri əməyin
mühafizəsi üzrə qanunvericilik aktlarının və
digər normativ aktların tələblərini pozmağa
görə qanunvericiliklə müəyyən edilmiş
qaydada intizam, maddi və cinayət məsuliyyəti
daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı
şəhəri, 29 sentyabr 1992-ci il.
¹ 313.